132
tədqiqinə ancaq əsrin sonunda başlanmışdır. Cavidin
sənətkar olmaqdan öncə bir filosof olduğunu biz də qəbul
edirik. Lakin Cavid yaradıcılığını, onun həyat və
fəaliyyətini daha ətraflı öyrəndikdə gözlərimiz önündə
poeziyadan da, teatrdan da, fəlsəfədən də, publisistikadan
da və bütün digər vasitələrdən də məhz öz xalqının,
millətinin tərəqqisi naminə bir vasitə kimi istifadə edən
böyük ziyalı, əsl vətənpərvər insan canlanır.
Bu qənaət daha aydın şəkildə onun publisistikasın-
dan hasil olur. Çünki burada fikir, amal, əqidə nə bədii ob-
razlarla, nə də mücərrəd təfəkkürlə vasitələnir. Burada əsl
məqsəd, əsl niyyət adi danışıq dilində, adi şüur səviyyəsin-
də açıqlanır. Və yeni əsrin zirvəsindən baxdıqda bu «adi
şüur»un arxasında böyük bir zəka sahibinin, milli-sosial tə-
fəkkürün dayandığı aşkar olur, əsl ziyalı qəlbinin çır-
pıntıları, millətin taleyi ilə bağlı hiss-həyəcanları duyulur.
Ziyalılıq nədir və yeni əsrin, yeni minilliyin
başlanğıcında Azərbaycan ziyalısının ən böyük qayəsi
nədən ibarətdir? Bu barədə müxtəlif fikirlər olsa da, bütün
tədqiqatçılar, demək olar ki, bir mövqedə yekdildirlər:
ziyalı ilk növbədə milli tərəqqi yolunu işıqlandıran, xalqın
maariflənməsinə xidmət edən insandır. Lakin, təbii ki,
ziyalı özü elə bir mərtəbəyə qalxmalıdır ki, buradan
millətin nicat yolu görünmüş olsun. Xalqa xidmət etmək
istəyi hələ azdır. Bu istək ancaq yüksək təfəkkür səviyyəsi
133
ilə birləşdikdə ziyalılıq yaranır. Əvvəlcə millətin tərəqqi
yolunu, nicat yolunu özü üçün aydınlaşdırmaq, tədqiq
etmək, dərk etmək tələb olunur. Cavid öz fəlsəfi biliyi ilə,
öz sənəti ilə məhz belə bir zirvədə dayanırdı. Onun əsl
məramı bədii əsərlərindən də hasil olur. Lakin müəllim
Cavidin tövsiyələrini başa düşmək daha asandır. Maarif
yolu da ən vasitəsiz, ən kəsə bir yoldur. «Demək ki, bir
millətin hər halını tədqiq etmək üçün ən doğru meyar, ən
kəsdirmə yol o millətin məktəbləridir». (Hüseyn Cavid.
«Həsbi-hal - 1»).