Cavid və Cabbarlı. Müxtəlifliyin vəhdəti



Yüklə 0,85 Mb.
səhifə27/37
tarix25.06.2018
ölçüsü0,85 Mb.
#51542
1   ...   23   24   25   26   27   28   29   30   ...   37

 

 

108 



melodramalar  yaranır  və  hadisələr  dənizinin  ucu-bucağı 

olmadığı kimi, onları əks etdirən dizilər, çoxseriyalı filmlər 

də nə qədər istəsən uzadıla bilir.  

Melodrama  ilə  fəlsəfi  dramın  əsas  fərqi  nədədir? 

Hamlet», «İblis», «Aydın» hind filmlərindən, Cənubi Ame-

rika seriallarından nə ilə fərqlənir? Bu suallara cavab veril-

məsi  bu  gün  həm  də  ona  görə  vacibdir  ki,  melodrama 

komediantlığın  o  biri  qütbünə  çevrilərək  həyatımıza  hər 

tərəfdən  müdaxilə  edir.  Hadisəçiliklə  dolu  olan  video-

filmlər, teleseriallar bütün texniki vasitələrlə bizi mahiyyət-

lər alır. Və çox vaxt «Hamlet»lərin, «İblis»lərin, «Aydın»-

ların  bizdə  yaratmış  olduğu  mənəvi  özünümüdafiə  səddini 

keçərək içərimizə daxil olur. Və bir də başımızı qaldırdıqda 

özümüzü  hadisələr,  təsadüflər  dünyasının  axar-baxarında 

görürük.  

Bəli, melodrama ayrı-ayrı adamlar, şəxsi həyatlar və 

təsadüflər  üzərində  qurulmuş  maraqlı  və  gərgin 

situasiyaları  əks  etdirir.  Primitivliyin,  diletantizmin  bariz 

nümunələri  üzə  çıxan  melodrama  bəzən  çox  bahalı  libas 

geyinir, yüksək dizayn və bədiilik elementləri ilə pərdələnir 

(müasir  kino  texnikası,  bahalı  aktyorlar  və  s.).  Lakin  nə 

libas 


geyinirsə-geyinsin, 

onun 


əsas 

göstəricisi 

hadisəçilikdir. Burada fəlsəfi ümumiləşmə bir yana qalsın, 

bədii  ümumiləşmə  səviyyəsində  də  qanunauyğunluq 

axtarmaq əbəsdir.  



 

 

109 



*** 

Bütün  böyük  sənətkarlar  ona  görə  həm  də 

filosofdurlar  ki,  onların  əsərləri  hadisələrin  təhkiyəsi 

arxasında  mahiyyətlərin  təhkiyəsini  də  əhatə  edir.  Bədii 

əsərdə  hadisələr  necə  gəldi,  elə  də  cərəyan  edə  bilməz. 

Onlar  ideyaların  inkişaf  qanunauyğunluğuna,  mahiyyətlər 

arasındakı  münasibətlərdəki  invariantlara  söykənir.  Cəfər 

Cabbarlının  bütün  əsərlərində,  hətta  ən  gənc  yaşlarında 

yazdığı  pyeslərdə  belə  müəyyən  bir  ideyanın  təkamülü  və 

ideyalar  arasında  mübarizə  vardır.  Cabbarlıda  ideyanın 

açılmasına  xidmət  edən  hadisələr  ixtiyari  olaraq  seçilir. 

Onlar  bilavasitə  reallığa  və  tarixə  söykənir.  Bu  baxımdan, 

Cabbarlı  bir  filosof  olmaqla  yanaşı,  həm  də  kamil  bir 

tarixşünas və sosial tablolar çəkən rəssamdır. 

XX əsrin əvvəllərində, hələ tariximizin kifayət qədər 

öyrənilmədiyi,  milli  mədəniyyət  və  milli  fəlsəfi  fikirlərin 

qaynaqları  peşəkar  elm  üçün  hələ  naməlum  olduğu  bir 

dövrdə tək bir əsərdə («Od gəlini») nəinki milli tariximizin 

böyük  və  mürəkkəb  bir  dövrü  (islamın  Azərbaycanda 

yayılması,  Babək  hərəkatı)  üzə  çıxarılır,  nəinki  həmin 

dövrə  aid  adət-ənənələrimizin,  milli  mədəniyyətimizin, 

etnoqrafiyamızın  mükəmməl  mənzərəsi  çəkilir,  həm  də  o 

dövrdə  yaranmış  və  yayılmış  milli-fəlsəfi  cərəyanlar 

obrazların dili ilə qarşılıqlı mükamilə və monoloqlarda çox 

parlaq  şəkildə  şərh  olunur.  Üstəlik  bütün  bunlar  yüksək 



 

 

110 



sənətkarlıqla bədii əsərin təhkiyəsinə daxil edilir. 

Tədqiqatçılar  bəzən  fəlsəfi  fikir  tariximizin  öyrənil-

məsini  tanınmış  filosofumuz  Heydər  Hüseynovun  əsərləri 

ilə  başlandığını  düşünürlər.  Əslində  isə  bu  işi  xeyli  əvvəl 

Cəfər Cabbarlı başlamışdır. Həm də çox böyük dəqiqliklə, 

fəlsəfi  təlimlərin  mahiyyətini  açıb-göstərmək,  onları 

qarşılıqlı  surətdə  müqayisə  etmək  və  müxtəlif  nöqteyi-

nəzərləri canlı həyat səhnələrində təcəssüm etdirməklə. 

Milli  tariximizin  önəmli  məqamlarını  təşkil  edən 

ideyalar və ictimai-siyasi hərəkatlar Cabbarlının əsərlərində 

bəzən bilavasitə, hətta tarixi adları belə saxlamaqla, bəzən 

də  dolayısı  ilə,  bədii  mündəriciyə  daxil  edilməklə  təqdim 

olunur. Məsələn, Azərbaycan fəlsəfi fikir tarixində və milli 

azadlıq  hərəkətında  Cəmaləddin  Əfqaninin  yeri  və  rolu 

çoxlarımızın  nəzərində  professor  Şamil  Qurbanovun 

təqdimatından sonra aydınlaşdı. Və biz elə bil ki, itirilmiş 

bir  tarixi  şəxsiyyətimizi  və  filosofumuzu  yenidən  tapdıq. 

Lakin  sən  demə  onun  haqqında  Cabbarlı  hələ  17  yaşında 

ikən  kifayət  qədər  dolğun  məlumat  vermiş  və  onun 

ideyalarını  da  şərh  etmişdir.  Həm  də  bu  missiya  hansı  isə 

tarix  kitabında  və  ya  fəlsəfi  traktatda  deyil,  «Nəsrəddin 

şah»  pyesində  həyata  keçirilmişdir.  Cəmaləddin  Əfqani 

məhz  öz  adı  ilə  əsərə  bir  inqilabçı  obrazı  kimi  daxil 

edilmiş,  onun  ideyaları  və  məşrutəçilik  hərəkatının  məğzi 

də  hadisələrin  gedişindən  doğan  qanunauyğun  bir  yekun 



 

 

111 



kimi təqdim edilmişdir. 

Digər  bir  əsərində  –  «Od  gəlini»ndə  Cabbarlı  VIII-

IX  əsrlərdə  Azərbaycanda  yayılmış  xürrəmilik  təlimini 

sadəcə olaraq xatırlatmır. O bu təlimin məzmununu açır və 

əsas  ideyalarını  geniş  şərh  edir.  Əslində  Cabbarlının 

azadlıq  haqqındakı  düşüncələri  xürrəmilik  təlimininn  də 

hüdudlarını  keçərək  bütün  dövrlər  üçün  aktual  olan  ciddi 

mətləblərə gətirir. 

Cabbarlı  «Od  gəlini»ndə  VIII-IX  əsrlərdə  Azərbay-

canda  yayılmış  xürrəmilik  təlimini  sadəcə  olaraq  xa-

tırlatmır. O bu təlimin məzmununu açır və əsas ideyalarını 

geniş  şərh  edir.  Əslində  Cabbarlının  azadlıq  haqqındakı 

düşüncələri  xürrəmilik  təliminin  də  hüdudlarını  keçərək 

bütün dövrlər üçün aktual olan ciddi mətləblərə gətirir. 

«Od  gəlini»  elə  bil  ki,  milli-fəlsəfi  fikir  tariximizin 

ensiklopediyasıdır.  Burada  məhz  Azərbaycan  üçün 

səciyyəvi  olan  mühüm  fəlsəfi  cərəyanların  çox  yığcam, 

lakin aydın və gözəl şərhi verilir. Zərdüştilik, atəşpərəstlik, 

xürrəmilik, sufilik, hürufilik və s. Həm də bunları ayrılıqda, 

bir-birindən  fərqli,  bir-birini  inkar  edən  təlimlər  kimi  yox, 

vahid,  bütöv  fəlsəfi  baxışlar  sisteminin  daxili  ünsürləri, 

tərkib hissələri kimi vermək təşəbbüsü göstərilir. Əksliklər 

vəhdətdə götürülür. Qütblərin zirvədə birləşməsindən daxili 

tamlığa  malik  mükəmməl  fəlsəfi  dünyagörüşü  yaranır. 

Fəlsəfi  fikrimizin  böyük  tarixi  təkamül  keçmiş  uzun  və 



Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə