79
aiddir. Burada simvolun əks etdirdiyi məzmun konkretdir,
ünvanı məlumdur. Müəyyən qisim insanlar (məhz İblisə
uyanlar, hakim ictimai mühitin sadiq nümayəndələri)
"iblis" addandırılarkən isə həmin məfhumdan yenə də
simvol kimi – ümumiyyətlə, şər daşıyıcısı mənasıda istifa-
də edilmişdir. Böyük hərflə "İblis" (İblis obrazı) və kiçik
hərflə "iblis" (İblisin "qulları") anlayışlarını, onların ifadə
etdikləri real qüvvələrin qarşılıqlı münasibət və nisbətini
biz yuxarıda ümumi planda nəzərdən keçirmişik. Lakin
əsərin finalında "iblis" simvolunun hər iki ümumilik dərə-
cəsinin bir daha xatırladılması faciədə bir yox, iki dramatik
xətt odduğunu, başlıca ideyanın əslində iki nisbi müstəqil
yolla inkişaf etdirildiyini və mənzil başında – açılış məqa-
mında birləşdiyini göstərən mühüm nöqtədir. Bu iki yol,
bir tərəfdən, İnsan-İblis (mütərəqqi qüvvələr və mürtəce ic-
timai quruluş) konfliktinin, digər tərəfdən isə İnsan-İnsan
(Zəka - Nəfs) konfliktinin təkamülü ilə bağlıdır.
Bir qayda olaraq, ədəbi tənqiddə bu iki dramatik
xətdən gah biri, gah da o birisi öz əksini tapır, bu xətlər ara-
sındakı əlaqə və vəhdət isə göstərilmir. Halbuki müəllifin
Biz İnsan-İnsan dedikdə heç də iki müxtəlif insan arasındakı
ziddiyyəti nəzərdə tutmuruq. Əsərdəki ideyalar fərdi
münasibətlər səviyyəsindən qat-qat yüksəkdə durur. İnsan-İnsan
dedikdə eyni bir insanın, daha doğrusu, ümumiyyətlə İnsanın
daxili, mənəvi ziddiyyətləri nəzərdə tutulur.
80
əsas məqsədlərindən biri bu iki xəttin eyniyyətini, insanın
daxili, mənəvi ziddiyyətlərinin onun ictimai həyatı ilə, xari-
ci ziddiyyətlərlə qırılmaz vəhdətini göstərməkdən ibarətdir.
İnsanların daxili aləmini, buradakı ziddiyyətləri,
əksliklərin mübarizəsini daha əyani təsvir etmək üçün
müəllif obrazları şərti olaraq – yalnız bədii təxəyyülün
məhsulu ola biləcək bir yolla iki yerə bölür. İnsanın mənəvi
aləmi parçalanır və eybəcər ictimai mühitin insanlarda
formalaşdırmış olduğu mənfi cəhətlər ayrıca bir iştirakçıya
- məlum əfsanələrə görə bu cəhətlərin rəmzi olan İblisə
şamil edilir. Bununla müəllif dialektik təfəkkür üçün zəruri
olan "vahidin ikiyə bölünməsi və onun bir-birinə zidd
hissələrinin dərk olunması" (Hegel) tələbinin ödənilməsinə
özünəməxsus bədii ustalıqla nail olmuşdur.
İblis hadisələrin müstəqil bir iştirakçısı deyil, naqis
ictimai mühitin və bu mühitdə yaşayan müəyyən insanların
özününküləşdirmiş olduğu ictimai təbiətli şər qüvvələrin
ifadəsidir. Pislik, şər kənardan, hansı isə mövhumi qüvvə
vasitəsilə daxil edilmir, o, ictimai hadisələrin öz daxili
məntiqindən, habelə bu hadisələrdə iştirak edən adamların
dünyagörüşündəki,
mənəviyyatındakı
natamamlıqdan,
mövcud ictimai mühitdəki qüsurların insan tərbiyəsinə
mənfi təsirindən bir nəticə kimi hasil olur.
İblis müxtəlif qiyafətlərdə müxtəlif adamlarla söhbət
edir. Lakin İblislə söhbət insanların ictimai mühitlə
81
ünsiyyəti olmaqdan başqa, həm də nəcib hisslərin qaba
duyğularla mübarizəsi, insanın öz ikinci, qüsurlu Məni ilə
qarşılaşmasıdır. Xalqın qoruyub-yaşatdığı, nəsildən nəslə
ötürdüyü və inkişaf etdirdiyi ali mənəvi keyfiyyətlərin
ictimai mühitdəki nöqsanlarla, onların insan daxili
aləmindəki inikası ilə qarşılaşmasıdır.
İblisin fövqəltəbii mahiyyətli ayrıca varlıq deyil, mü-
əyyən ictimai-iqtisadi şəraiti və belə şəraitdə insan mənəviy-
yatında təzahür edən mənfi keyfiyyətlərin təcəssümü olması
və naqis mühit daxilində insanın daim İblislə qarşılaşmasının
labüdlüyü əsərin özündə İblisin dili ilə belə söylənilir:
Siz nə qədər məndən uzaqlaşsanız,
Yer deyil əflakə uçub qaçsanız,
Qarşılaşıb birləşəriz daima,
Ayrı deyil, çünki biriz daima.
Bu birlik həm əksliklərin vəhdətindən, insana
məxsus mənəvi keyfiyyətlərin antinomik təbiətindən, həm
də insanın mövcud ictimai mühitdən ayrıla bilmədikdə,
onun nöqsanlarını da labüd surətdə özündə daşıması
faktından irəli gəlir.
"İblis"də cərəyan edən hadisələr elə bir tarixi dövrə,
şəraitə təsadüf edir ki, bu zaman mövcud üsuli-idarənin, ic-
timai quruluşun digər naqislikləri ilə yanaşı uzun sürən mü-
haribə insanların əsəblərini tarıma çəkir, qayda-qanun nə-
zarəti daha da zəifləyir, adam öldürmək su içmək kimi bir
şey olur, rəzil və xainlərin varlanması, kef çəkməsi, hakim
82
mövqe əldə etməsi üçün əlverişli şərait yaranır, aclıq və
səfalətin yayılması altun hökmranlığını daha da gücləndirir.
İblis insan mənəviyyatını miskinləşdirmək, onu
mühitin passiv əlavəsinə çevirmək vasitələrinin; altun və
qurşunun, maddi nəşə və zorakılığın timsalıdır. İnsanda öz
gücünə, həqiqətin, xeyirin gücünə inamsızlıq yaradan və
onu kənardan kömək axtarmağa vadar edən – onu qurşuna
saran qüvvədir.
İblisin fərdi və ictimai mahiyyəti onun son
monoloqunda belə ifadə olunur:
Mənsiz də, əmin ol, sizə rəhbərlik edən var:
Qan püskürən, atəş sovuran kinli krallar,
Şahlar, ulu xaqanlar, o çılğın dərəbəklər,
Altun və qadın düşkunü divanə bəbəklər.
Kralların, şahların "püskürdüyü" müharibənin
müdafiəçisi, onların miras qoyduğu ictimai mühitin ən
bariz və miskin nümayəndəsi İbn Yəmindir. "Altun və
qadın düşkünü divanə bəbəklər" də ən çox ona məxsusdur.
İblis İbn Yəminin içindədir, varlığındadır. Lakin İbn
Yəminin həyatı da, ölümü də adidən adidir, onda heç bir
mənəvi mübarizə, heç bir dramatizm yoxdur. Dramatizm
ona görə yoxdur ki, burada təkhakimiyyətlilik var: İbn
Yəminin daxili aləmində İblisə qarşı dura biləcək və İblisin
mübarizə aparmalı olduğu ikinci qüvvə yoxdur.
Mübarizə müəyyən mənada hakim ictimai münasi-
bətlərin, mühitin fövqündə dayanmaq istəyən, namus və lə-
Dostları ilə paylaş: |