Cavid və Cabbarlı. Müxtəlifliyin vəhdəti



Yüklə 0,85 Mb.
səhifə15/37
tarix25.06.2018
ölçüsü0,85 Mb.
#51542
1   ...   11   12   13   14   15   16   17   18   ...   37

 

 

58 



fəlsəfi və ədəbi-bədii axtarışlarının əsas məzmununu təşkil 

edir. 


Dünya  ədəbiyyatında  bir  qayda  olaraq  üç  variant 

nəzərdən keçirilir:  

Dünya  ədəbiyyatında  bir  qayda  olaraq  üç  variant 

nəzərdən keçirilir: 

1.

 

Allah  ölmüşdür.  Kim  güclüdürsə,  o  da  haqlıdır. 



İnsan  insan  üçün  canavardır.  Əzilən  yox,  əzən  olmaq 

lazımdır. - Bu, "iblisin" qələbə yoludur. 

2.

 

Allaha qayıtmaq lazımdır. Səbr və təmkin... İnsan-



xristian  dünyanın  bütün  yükünü  öz  üzərində  daşımalıdır. 

Bu, "Allah" ideyasının qələbə yoludur. 

3.

 

İblisə  təslim  olmaq  acizlikdir.  Allaha  qayıtmaq 



nicat vermir. Şər - iblislə deyil, üsyankar iblislə  birləşməli,  

yaxud      iblisə    təslim      olmamaq  şərtilə  ondan  istifadə 

etməli,  Allaha  və  bütün  dünyaya  meydan  oxumalı, 

dünyanın,  cəmiyyətin  qoyduqu  bütün  məhdudiyyətlərdən 

yüksəkdə  dayanmalı.  -  Bu,  fövqəltəbii  insanların, 

Prometeylərin  (Faustların,  hətta,  daha  realistik  variantda 

Don Kixotların) təkbaşına mübarizə yoludur. 

  Dördüncü variant, yeganə düzgün izah və əsil çıxış 

yolu  isə  göstərilmir.    Fəlsəfədə  olduğu  kimi,  ədəbiyyatda 

da  şərin,  eybəcərliyin  səbəbini ictimai  quruluşda  axtarmaq 

zərurəti o vaxt hələ kəşf edilməmişdi. 

"Çıxış 


yolu" 

problemi 

F.M.Dostoyevskinin 



 

 

59 



yaradıcılığı  üçün  də  səciyyəvidir.  "Cinayət  və  cəza"-da

"İdiot"da,  ən  çox  isə  "Karamazov  qardaşları"nda  -  hər  üç 

qardaşın  mühakimələrində  və  həyat  fəaliyyətlərində  bu 

problemin  həllinə  təşəbbüs  göstərilir.  Xüsusən,  İvan 

Fyodoroviçin öz ikinci məni kimi çıxış edən iblislə ("çert'') 

daxili  mübarizəsi  bu  problemin  ən  kəskin  qoyuluşlarından 

biridir.  Lakin  F.Dostoyevski  bu  məsələnin  birqiymətli 

həllini vermir. 

Bu  problemi  bütün  açıqlığı  ilə,  kəskin  surətdə 

qoyduğuna  görə  və  heç  də  həmişə  birqiymətli  həllini 

vermədiyinə görə ("Karamazov qardaşların'')da bu problem 

açıq  qalır)  F.M.Dostoyevskinin  də  ədəbi  tənqid  taleyi 

mürəkkəb  olmuşdur.  Bir  sıra  tənqidçi  və  filosoflar  onu 

nihilizmə  və  nitsşeçiliyə  görə  tənqid  etmiş,  bəziləri  isə 

tərifləmişlər. 

Bəs  əslində  necədir?  Yazıçının  ideya  mövqeyi  ilə 

həmin fəlsəfi cərəyanlar nə dərəcədə uyğundur? 

F.M.Dostoyevskinin  mövqeyi  daxili  ziddiyyətlərə 

malikdir  və  onu  qəti  olaraq  bu  və  ya  digər  cərəyanla 

bağlamaq  düzgün  olmazdı.  Yazıçı  "Gündəliyinin"  bir 

yerində  yazır:  "...şər  insanlığın  hakim-sosialistlərin  zənn 

etdiklərinə  nisbətən  daha  çox  dərinliklərində  gizlənilir  və 

cəmiyyətin  heç  bir  quruluşunda  ondan  qaçmaq  olmaz...". 

"Gündəliyin"  başqa  yerində  isə  oxuyuruq:  "Mən  şərin 

insanların  normal  halı  olmasına  inanmaq  istəmirəm  və 



 

 

60 



inana bilmirəm". Bu ziddiyyətlilik onun bədii əsərlərinə də 

xasdır. 


Bəzi  tədqiqatçıların  fikrinə  görə,  "Karamazov 

qardaşlarında"  Dostoyevski  qurtuluş  yolunu  Aleşa 

Karamazovun  mövqeyində,  yəni  yenidən  Allah  ideyasına 

qayıdılmasında  görür  (dini  ekzistensializm).  Bunu 

müəllifin qəti mövqeyi kimi qiymətləndirmək səhv olsa da, 

həmin  "çıxış    yolu"  mümkün  variantlardan  biri  (ikinci 

variant)  kimi  əsərdə,  doğrudan  da,  təhlil  olunur.  Başqa 

sözlə, silahdan, gücdən yenə də Allaha qayıtmaq ideyası... 

"İblis"də  isə  ideya  istiqaməti  tam  əksinədir. 

Mələkdən  -  silaha,  gücə,  oradan  isə  -  həqiqət  və  gücün 

vəhdətinə! 

İ.V.Götenin  "Faust"  əsərinin  həmin  problemə  dair 

yazılmış digər əsərlərdən bir mühüm üstünlüyü də budur ki, 

burada  insan  iblisə  qalib  gəlir,  yəni  Faustun  timsalında  

insanların  şərə  təbiətən meyli inkar edilir. 

"Xeyirxahlıq  təbiidir,  bədxahlıq  isə  sonradan  özünə 

yer  tapıb"  fikri  böyük  L.N.Tolstoyun  da  yaradıcılıq 

devizlərindən  biri  olmuşdur.  Bəs  "İblis"də  necə?  İnsan 

İblislə  mübarizədə  təslimmi  olur?  ...Görünür,  bir  sıra 

tənqidçilərin  belə  mevqeyinə  "əsas  verən"  faciədə  Arifin 

təkamülünün  (daha  doğrusu,  dialektik  inkişafının)  üçüncü 

mərhə-ləsinin aşkar şəkildə öz əksini tapmaması və Arifin 

guya İblisə təslim olması qənaətidir. 



 

 

61 



Ədəbi tənqid "İblis" əsərinin Arifin məğlubiyyəti və 

iblisləşməsi  (inkvizisiyanın  və  buna  uyğun  olaraq  Qərbi 

Avropa  ədəbiyyatının  ənənəvi  termini  ilə  desək,  ruhunu 

iblisə  satması)  ilə  bitdiyi  qənaətinə  gəlir.  Bu  isə  "şər 

insanın təbiətindədir" fikrinin birinci "obyektiv" əsasıdır. 

İkinci  "obyektiv"  əsas  İblisin  insan  haqqında 

dedikləridir (İblis isə guya müəllifin mövqeyini ifadə edir). 

İblis deyir: 

...Bəllidir insandakı xislət; 

 Sizlərdəki ülfət sonu vəhşət, 

 Sizlərdəki şəfqət sonu nifrət, 

 Sizlərdəki rəhmət sonu lənət... 

yaxud: 


İnsandakı nəfsi-şumə daim  

İblis olur ancaq olsa hakim. 

yaxud: 


Siz nə qədər məndən uzaqlaşsanız,  

Yer deyil, əflakə uçub qaçsanız, 

 Qarşılaşıb birləşəriz daima,  

Ayrı deyil, çünki biriz daima. 

yaxud: 


Lakin məni təhqir edən ey əbləhü miskin!  

Olduqca müsəllət sana, bil, nəfsiləimin, 

 Pəncəmdə dəmadəm əzilib qıvrılacaqsan, 

 Daim ayaq altında sönub məhv olacaqsan. 


Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə