Cəlal Abdullayev



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə31/74
tarix25.07.2018
ölçüsü1,32 Mb.
#59097
1   ...   27   28   29   30   31   32   33   34   ...   74

 
125 
ya hekayələr yazmasına etiraz etmirik, deyirlər, böyük 
Şekspir, guya
 
mehtərmiş! 
Lakin  bütün  bunlar  bizi  məyus  etməməlidir. 
Ədəbiyyat  tarixi,  demək  olar  ki,  həmişə  ədəbi  selin 
gəlişinin,  lakin  bəzən  onlardan  çox  az  adların  bu 
məşəqqətli  sahədə  özünü  qalib  saxladığının  dəfələrlə 
şahidi olmuşdur. Bu da maraqlıdır ki, bu cür hallardan 
ədəbiyyatı  qorumalı  olanların  bəziləri  də  saxta 
novatorluğa  –  postmodernizmə  uyaraq,  onu  «dünya 
hadisəsi»  adlandırır,  tərəddüdsüz  şəkildə  «ondan 
istifadə etmək lazımdır» hökmünü verirlər. 
Müstəqillik  dövrünün  nəsr  əsərlərinə  biz  diqqət 
yetirsək,  bir  sıra  yeni,  orijinal,  istər  forma  və  istərsə 
də  məzmun baxımından  yeni, novatorcasına  yazılmış 
nümunələrə  rast  gəlmək  olar.  Müstəqillik,  bu  on  ilin 
ərzində yaradıcı şəxsiyyətin – şair, nasir, rəssam, dra-
maturq,  bəstəkar  və  s.  yaradıcılığına  azadlıq,  sər-
bəstlik,  necə  deyərlər,  sonsuz  yaradıcılıq  səmasında 
möhkəm  qanadlar  bəxş  etmişdir.  İndi  bizim  bədii 
nəsrimizdə  fərdin,  şəxsiyyətin  mənəvi  dünyasına, 
sirli-soraqlı  qəlb  aləminə  uğurlu  bir  açar  tapılmışdır. 
Bədii nəsr üçün belə bir açar və ya iksir çox vacibdir. 
Çünki  ədəbiyyat  insan  qəlbini  öyrənən,  təşrih  edən 
əvəzsiz  bir  sənətdir,  əvəzsiz  bir  vasitədir.  İndi  bizim 
nəsrimizdə  quru,  sxematik  sosiologiyadan  uzaq, 
yalnız  ədibin,  yazıçının  öz  ürəyinin  hökmü  ilə 
yaranan  rəngarəng  bədii  nümunələr  –  hekayələr, 
povestlər,  romanlar,  publisistik  əsərlər  yarana  bilər. 
Bizim indi haqqımız  yoxdur deyək ki, ədəbiyyatımız 
yoxsullaşmışdır,  bədii  əsərlər  az  yaranır.  Lakin 
məsələ  heç  də  kəmiyyətdə  deyil,  keyfiyyətdədir. 


 
126 
Məsələ  nə  yaratmaq  deyil,  nələr  yaratmaqda  deyil, 
necə  yaratmaqdadır. Əlbəttə, bədii nəsrimizin nəhrini 
zənginləşdirən çay sularının hamısı istənilən şəffaflıq-
da ola bilməz: onların içərisində bulanıq, durulmamış 
sular,  şırnaqlar,  cılız  sızmalar  da,  kiçik  bir  bulağın 
zəif axarları da ola bilər. 
Onillikdən bir neçə il əvvəl yaranan və beləliklə 
də,  sonralar  yazılan  əsərlər  üçün  təməl  rolunu 
oynayan  Ə.Məmmədxanlının  «Babək»,  İ.Şıxlının 
«Ölən  dünyam»,  S.Əhmədlinin  «Qoca  qartalın  ölü-
mü»,  Ç.Hüseynovun  «Doktor  Nərimanov»,  Ə.Cəfər-
zadənin  «Bəla»,  «Bir  səsin  faciəsi»,  «Gülüstandan 
öncə», «Zərintac», «İşığa doğru» və s. göstərmək olar. 
Deməli,  romanlarımız  öz  kökünə  əsaslanmaqla  həm 
də dünya ədəbi təcrübəsindən öyrənmə yolu ilə həmin 
daha  geniş  miqyasa  çıxmaq  sahəsində  də  müəyyən 
uğurlar  qazanmışdır.  Bu  mənada  Y.Səmədoğlunun 
«Qətl  günü»,  Ç.Hüseynovun,  M.F.Axundovun  həya-
tından bəhs edən «Fətəli Fəthi», Elçinin «Mahmud və 
Məryəm» və digər əsərlər xüsusilə qeyd olunmalıdır. 
90-cı illərdə vətənimizin ən ağır, ən qanlı-qadalı 
günlərində  də  iri  həcmli  əsərlər  yazılmışdır.  Bunlara 
Ə.Əmirlinin  «Meydan»,  «Ölü  doğan  şəhər»,  Vidadi 
Babanlının «Ömürlük cəza», M.İbrahimbəyovun «Də-
nizdə  qasırğa»,  A.Abdullazadənin  «Qanlı  yaddaş», 
«Sınaq kürrəsi» və s. misal gətirə bilərik. 
Müasir  ədəbi  tənqidimizin  istedadlı  nümayən-
dələrindən  biri  Y.Yusifoğlu  «On  il  sözümüzün  keç-
diyi yol» adlı geniş və əhatəli icmal məqaləsində bədii 
nəsrimizin  əsas  və  aparıcı  istiqamətləri,  başlıca 
konturlarına dair maraqlı elmi-nəzəri mülahizələr söy-


 
127 
ləyərək, xüsusilə, roman sənətində indi xalq ədəbiyyat 
motivlərinin,  fantastika  və  kosmoqrafiyanın,  epos-
dastan qarışığının, çağdaş yazılı roman hibridinin, sin-
tez və inteqrasiyanın bizim nəsrimizdə də gözəl nəti-
cələr  verdiyini  tamamilə  düzgün  izah  edərək  güclü 
arqumentlər  gətirir.  O  yazır:  «Y.Səmədoğlunun  «De-
yilənlər  gəldi  başa»  romanı  (bitməsə  də)  çox  maraqlı 
bir nəsr əsəri kimi özündə müasir romançılığın bir ne-
çə aparıcı meyllərini və komponentlərini birləşdirmək 
mənasında aktual səslənir». Onu da deyək ki, Səməd-
oğlu  qardaşlarının  ədəbi  irsinin  ən  yaxşı  təəssübkeşi 
və  qədirşünası,  sərrafı  olan  hörmətli  yazıçımız  Anar 
adı çəkilən əsərə  yazdığı ön sözdə romanın «Sarı ha-
mam»  və  «Luksor»  hissələrinin,  Aristotelin  təbirincə 
desək,  kompozisiyasının qısa tərkibli, cüttərkibli real 
həyatla, xəyali, bir qədər də fantastik əlaqə mahiyyəti-
ni  hamıdan  əvvəl  göstərmişdir.  Doğrudan  da, 
Y.Səmədoğlunun  hər  iki  romanında  («Qətl  günü»  və 
«Deyilənlər  gəldi  başa»)  real  həyat  mistik,  mifoloji 
görüş və təsəvvürlə əhatələnmişdir. 
Lakin  kim  nə  deyir-desin,  roman  qəhrəmanları 
nə qədər mistik mifoloji tülə, örpəyə büründürülsə də, 
yenə  əsas  məsələ  surətin,  fərdin  daxili  aləmini,  onun 
lirik-  psixoloji,  iç  dünyası,  mənəvi-əxlaqi  keyfiy-
yətlərini  hər  halda,  real,  həyati  anlaqlarla,  təsəv-
vürlərlə  dışarıya  çıxarmaq  mümkündür.  Bu  isə  artıq 
sırf  sənətkarlıq  məsələsidir;  yazıçının  yaratdığı  insan 
xarakterləri  və  özünün  qarşılıqlı  həyəcanlanmada 
keçirdiyi  müştərək  hiss,  ovqat  və  bütövləşmədən 
ibarətdir. 


 
128 
Tarixi  mövzularda  yazılan  əsərlərdə  də 
müasirlik,  bu  günün  tələbləri  ilə  səsləşən  cəhətlər 
əsasdır:  yəni  yazıçı  tarixin  boynuna  ayrıca  minnət 
qoyaraq,  özünü  və  müasirlərini  düşündürən  aktual 
məsələlərdən  söz  açır.  Deməli,  əsas  məsələ  ədibin 
tarixi hadisə, əhvalat və ya şəxsiyyətə münasibətindən 
asılıdır. 
Azərbaycan  bədii  nəsrində  tarixi  mövzulara 
meylin  çox  şanlı  tarixi  vardır.  M.S.Ordubadi, 
M.Hüseyn, S.Rəhimov, M.İbrahimov, Y.V.Çəmənzə-
minli,  İ.Hüseynov,  İ.Şıxlı  və  b.  ədəbi-bədii  nümu-
nələri respublikamızdan kənarda da məşhurdurlar. XX 
əsrin  sonlarına  yaxın  bu  təmayül,  xüsusilə,  Sovet 
imperiyasının  nisbətən  zəiflədiyi  80-ci  illərdə  böyük 
vüsət  almışdır.  İ.Hüseynovun  «Məhşər»,  İ.Şıxlının 
«Dəli Kür», «Ölən dünyam», Y.Səmodoğlunun «Qətl 
günü»,  «Deyilənlər  gəldi  başa»,  C.Cahanbaxışın 
«Ömrün  pərişan  günləri»,  F.Kərimzadənin  «Qarlı 
aşırım»,  «Çaldıran  döyüşü»,  «Xudafərin  körpüsü», 
Ə.Nicatın  «Mirzə  Şəfi»,  «Qızılbaşlar»,  B.Bayramo-
vun «Karvan  yolu», Ç.Hüseynovun «Doktor Nərima-
nov»,  «Məhəmməd  peyğəmbər»,  Ə.Cəfərzadənin 
«Bəla»,  «Haqqa  doğru»,  «Gülüstandan  öncə», «Əllə-
rini  mənə  ver»,  «Aləmdə  səsim  var»,  «Cəlaliyyə». 
Y.Novruzovun «Qayıdış» əsərləri və s. buna misal ola 
bilər. 
Burada  yeri  gəlmişkən,  onu  da  qeyd  etmək 
lazımdır  ki,  müstəqillik  olmasaydı,  bir  sıra  əsərlərin 
çapı,  işıq  üzü  görməsi  mümkün  deyildi.  Konkret 
olaraq  belə  bir  fakta  diqqət  yetirək:  C.Cahanbaxışın 
böyük xalq şairi S.Vurğun haqqında yazılan və illərcə 


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə