Cəlal Abdullayev



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə32/74
tarix25.07.2018
ölçüsü1,32 Mb.
#59097
1   ...   28   29   30   31   32   33   34   35   ...   74

 
129 
çapa  həsrət  qalan  «Ömrün  pərişan  günləri»  romanı 
yalnız  müstəqillik  dövründə  nəşr  olundu  (1999). 
Halbuki,  xalq  şairinin  haqqında  indiyədək  yazılmış 
bədii  əsərlərin  hamısından  özünün  realizmi,  həyat 
həqiqətlərinə  sədaqəti  ilə  seçilən  bu  əsərdə  Səməd 
Vurğunun  mücəssəm  heykəli  –  xüsusən,  gənclik 
illərinin  obrazı,  həyati,  fakt  və  sənədlərə,  şəxsi 
tanışlığa,  dostluğa  istinadən  yaradılmışdır.  Oxucu  bu 
əsərdən  şairin  ilk  gənclik  həyatına,  ailəsinə, 
qohumlarına,  şəxsiyyətinə  dair  xeyli,  zəngin  və 
maraqlı informasiyalar ala  bilər. Biz arzu  edərdik  ki, 
həmin  əsər  tam  halda  ayrıca  kitab  şəklində  çapdan 
çıxsın və oxuculara çatdırılsın. 
Tarixi  mövzuda  yazılmış,  lakin  müasirliyə 
xidmət edən maraqlı əsərlərdən biri də Y.Novruzovun 
məşhur  xalq  qəhrəmanı  Şeyx  Şamilə  həsr  olunmuş 
«Barışıq olmayacaq» əsəridir. Konkret və maraqlı bir 
epizodu  misal  gətirmək  istərdik.  Bu  epizod  Şeyx 
Şamil  ilə  ananın  kəskin  mükalimələri  üzərində 
qurulmuşdur: 
Ana: 
–  Gavurlar barışıq istəyirlər, dedin bayaq? 
Şamil: 
–  Onlar barışığı həmişə istəyirlər. Barışıq bizim 
üçün məğlubiyyətdir. 
–  Gavurlar hansı şərtlə barışıq istəyirlər? 
–  Mən hansı şərtlə desəm. 
–  Barışıq etsən, nəvəmi sağ-salamat qaytararlar 
mənə? 


 
130 
–  Nəinki nəvəni, bütün əsir etdikləri döyüşçülə-
rimizi  qaytararlar.  Hələ  üstəlik  məni  Dağıstanın  sul-
tanı təyin edərlər. 
Ana  birdən-birə  özündən  asılı  olmayaraq,  hön-
kürüb ağladı və Şamilin üz- gözündən öpə-öpə: 
  –  Qurbanın  olum,  barışıq  et,  –  dedi,  –  qoy 
balalarımızı bizə qaytarsınlar. 
Şamil bu sözdən bərk qəzəbləndi: yaralı olan sağ 
qolu ilə ananı itələyib, dəli kimi ayağa sıçradı və nərə 
çəkirmiş kimi bağırdı: 
  –  Eyyy!  Kim  var  orada  -  ?!  Hamınız,  hamınız 
eşidin! Anam  məndən  gavurlarla barışmağı rica etdi! 
Hamınız  eşidin,  bunun  üçün  o,  səhər  tezdən 
meydanda layiqli cəza almalıdır! 
Sonrası  məlumdur.  Burada  ananın  mərdliyi, 
onun  məhz  Şeyx  Şamilin  anası  kimi  hərəkət  etdiyi 
məharətlə qələmə alınmışdır. 
«Ana  adamların  arasından  çıxaraq,  vüqarla 
meydana doğru addımladı və gələ-gələ çəlimsiz əlləri 
ilə  yaşıl  atlasdan  olan  üstdən  geydiyi  qolsuz  arxalığı 
çıxartdı. 
Lakin  Şeyx  Şamilin  ürəyi  dözmədi.  Dayan! 
Ləyaqətli oğul anasının cəzasını özü çəkməlidir. 
Sol  əli  ilə  yaralı  qolunu  tutaraq,  fərraşların 
qarşısında əyildi və 
–Vurun!!! – deyərək, əmr etdi. 
– Vurun!!! Düz yüz zopa! – Bərkdən vurun!» 
Göründüyü  kimi,  yazıçı  əsərində  müqəddəs 
vətənpərvərlik  problemini  qaldırmış  ki,  bu  da  bizim 
üçün ölüm-dirim məsələsidir. 


 
131 
Tarixi  mövzularda  yazılan  əsərlərə  Zaman 
Qarayevin 
«Qarabağ 
düdəməsi», 
D.Nəsibin 
«Cavanşir»  (dilogiyası)  və  s.  aid  edilə  bilər.  Onu  da 
qe yd  edək  ki,  şairin  nəsrə  keçməyi  bir  çox  hallarda 
yaxşı  səmərə  verir,  onların  əsərlərində  şirinlik, 
emosionallıq,  bəlkə  də  bir  növ  poetiklik  yaranmış 
olur.  Bu  baxımdan,  şairlərdən  Qabilin,  F.Qocanın, 
D.Nəsibin,  Y.Həsənbəylinin  eksperimentləri  gözəl 
nəticələr  vermişdir.  Məsələn,  F.Qocanın  «Hələlik, 
qiyamətəcən»  əsəri  bu  mənada  diqqətəlayiqdir.  Bu 
əsərin  başlanğıcında  belə  bir  qeyd  vardır: 
Müstəqilliyimizin  10  illiyinə.  Lakin  şairliyinə  istər- 
istəməz sadiq qalan müəllif povestin əsas məzmununu 
bu misralarla ifadə etmişdir. 
 
Xalqa gələn bəladan  
Sən gizlənmə, ay yazıq.  
E1 dərdindən qaçana  
Allah ağır dərd yazıb. 
 
Bizim bu onillik ərzində yaranan nəsr əsərlərinin 
təhlilindən  belə  nəticəyə  gəlmək  olar  ki,  hər  halda, 
onların  müəyyən  ideya-məzmun,  problematika,  bədii 
sənətkarlıq  cəhətindən  sənət  və  ədəbiyyatın  qanunla-
rının  tələbləri  baxımından  az-çox  məziyyətləri  də 
vardır.  Ona  görə  də  biz  belə  hesab  edirik  ki,  həmin 
bədii  nümunələrin  oxuculara,  ədəbi  ictimaiyyətə  xoş 
gələn,  adamların  həm  ağlına,  düşüncəsinə,  şüuruna, 
həm də hiss və duyğularına təsir edən əsas və başlıca 
amillər  onlardakı  realizm,  müəyyən  həyat  həqiqəti, 
müasirlik,  xalqın  istək  və  arzularının  bədii  əksi,  dil-


 
132 
ifadə sadəliyi, xalq təfəkkürünə daha çox yaxınlaşmaq 
meyli,  xüsusilə,  xəlqilik,  yəni  xalq  ruhunun 
verilməsidir. 
Təbii  ki,  həmin  qəbildən  olan  əsərlərdə  bu 
məziyyətləri  gördüyümüz  zaman  sevinirik  və 
tamamilə  belə  bir  qənaətə  gəlirik  ki,  ümumən 
ədəbiyyatımızın  bütün  sahələri  kimi  adı  çəkilən 
illərdə  bədii  nəsrimiz  də  müəyyən  uğurlar  qazanmış 
və ən başlıcası, son əsrlərdə yaranmış, formalaşmış və 
inkişaf  etmiş,  habelə,  dünya  miqyasına  çıxmış 
yığcam, lakonik hekayə,  novella, povest və  romanlar 
ənənəvi,  kristallaşmış,  sabitləşmiş,  dönməz,  dayan-
maz bir ədəbi prosesin tərəqqi dinamizmindən kənar-
da  qalmamışdır.  Əksinə,  böyük  Y.V.Çəmənzəminli, 
C.Məmmədquluzadə, 
Ə.B.Haqverdiyev, 
M.S.Or-
dubadi,  M.Hüseyn,  S.Rəhimov,  M.İbrahimov,  Mir 
Cəlal,  Əbülhəsən,  nisbətən  sonralar  ədəbiyyata  gələn 
və bədii nəsrimizin gözəl nümunələrini yaradan digər 
ədiblərimiz  möhkəm  təməllər  üzərində  salınmış  və 
şahrah  sənət  yolları  ilə  daha  da  irəliləyərək,  heç  də 
onları  yamsılamadan,  təqlid etmədən  müasirlərimizin 
sirli-soraqlı iç dünyasına daha dərindən nüfuz edərək, 
onların  zəngin  daxili  aləmlərini  bədii  sözün  sehri  ilə 
bizim  üçün  kəşf  etmişlər.  Əlbəttə,  bütün  bunlar  çox 
yaxşıdır və bizi sevindirməyə bilməz. 
Deyirlər ki, qədim yunan rəssamlarından biri elə 
mahir bir realist imiş ki, onun çəkdiyi tablolar həyatla 
eyniyyət təşkil edir, az qala onunla üst-üstə düşürmüş. 
Onun 
lövhələrindəki 
üzüm 
salxımını 
quşlar 
dimdikləməyə  gələrmiş. Böyük alman  filosofu Hegel 
bu  cür  ifrat  dərəcədə  öz  orijinalına  bənzəyən  belə 


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə