Cəlal Abdullayev



Yüklə 2,8 Kb.

səhifə1/74
tarix25.07.2018
ölçüsü2,8 Kb.
  1   2   3   4   5   6   7   8   9   ...   74


 

Cəlal Abdullayev 
 
 
 
 
 
 
 
 
 
 
ЯSЯRLЯRИ 
 
 
Altıncı cild 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Bakı – 2012 


 

 
Tərtib edən:  
Şəlalə Abdullayeva  
filologiya üzrə fəlsəfə doktoru 
 
 
 
Redaktor:   
Vaqif Sultanlı  
filologiya elmləri doktoru, professor 
 
 
 
C.Abdullayev.Əsərləri. 7 cilddə. 6-ci cild.  
Bakı, «Elm və təhsil»,  2012, 316 səh. 
 
 
 
Görkəmli  ədəbiyyatşünas,  professor  Cəlal  Abdulla-
yevin  «Əsərləri»nin  VI  cildində  təqdim  edilən materiallar 
şərti  olaraq  üç  hissəyə  bölünür:  I  hissədə  müəllifin  müx-
təlif  illərdə  elmi  məcmuələrdə  çap  edilmiş  məqalələri,  II 
hissədə elm aləminə yenicə atılmış gənclərin və ədəbiyyat-
şünaslıqda  az-çox  sözünü  demiş  orta  nəsil  nümayəndə-
lərinin  kitablarına  yazmış  olduğu  xeyir-dua  səciyyəli  ön 
sözlər,  III  hissədə  isə  alimin  müasirləri  —    müəllimləri, 
həmkarları və başqa elmi sahələrdə yüksək ixtisas səriştəsi 
nümayiş etdirən peşəkar şəxslər haqqında səmimi xatirələ-
ri,  ürək  sözləri  nəşr  edilmişdir  ki,  bu  da  kitabın  daha 
maraqlı, daha oxunaqlı olmasını təmin edəcək.  
 
2012
098
4603000000

N
 
грифли няшр
 
                    
    © C.Abdullayev, 2012  
    © «Елм вя тящсил», 2012 
 


 

 
 
 
 
 
 
I HİSSƏ 
 
CƏLAL ABDULLAYEVİN  
AZƏRBAYCAN ƏDƏBİYYATI 
KLASSİKLƏRİ, ƏDƏBİ- TƏNQİD 
VƏ ELMİ-NƏZƏRİ MƏSƏLƏLƏR 
BARƏDƏ FİKİRLƏRİ


 

 
 
BƏDİİ ƏDƏBİYYAT SÖZ SƏNƏTİDİR 
(İxtisarla) 
 
Ədəbiyyat  «ədəb»  sözündən  olub  mərifət, 
incəlik,  yaxud  bilik  və  elm  mənasında  işlədilmişdir. 
İndi  ədəbiyyat  sözü  daha  geniş  məna  kəsb  edir. 
İctimai  əhəmiyyət  daşıyan  yazıya  ədəbiyyat  deyirlər 
ki,  bu  da  öz  xarakter  və  mahiyyətinə  görə  müxtəlif 
olur.  Məsələn,  siyasi  ədəbiyyat,  texniki  ədəbiyyat, 
elmi  ədəbiyyat  və  s.  Bədii  ədəbiyyat  siyasi,  texniki, 
fəlsəfi, elmi və i. a. ədəbiyyatdan ciddi şəkildə ayrılır, 
çünki bu, həyatı obrazlı şəkildə əks etdirən xüsusi bir 
sənətdir,  incəsənətin  bir  sahəsidir.  Onun  ən  başlıca 
inikas  vasitəsi  isə  söz  olduğundan,  bədii  ədəbiyyata 
«söz sənəti» də deyirlər. Avropada bu məfhum latınca 
«littera»  sözündən  alınıb  hərf,  yazı  mənasında 
işlədilmişdir.  İndi  də  teatr  lojalarına  «liter  lojası» 
deyilir, çünki bu lojalar parterdəki kimi rəqəmlə yox, 
hərflə göstərilir. «Littera» sözünə latın şəkilçisi «tura» 
əlavə  olunduqda  «literatura»  alınır  ki,  bu  sözü  ruslar 
da eyni şəkildə işlədirlər. 
Bədii  ədəbiyyatın  özünəməxsus  elə  xüsusiy-
yətləri  vardır  ki,  bu  xüsusiyyətlər  onu  incəsənətin 
başqa  növlərindən  və  elmi  idrak  qaydalarından 
fərqləndirir. 
Ədəbiyyat, sənət varlığı elm yolu ilə yox, xüsusi 
bir şəkildə, bədii şəkildə əks etdirir. Əgər elm həyatı, 
varlığı məntiqi dəlillər, sübutlar, rəqəmlər vasitəsi ilə, 
təcrübə,  müqayisə,  izah  vasitəsi  ilə  verirsə,  sənət  və 


 

ədəbiyyat varlığı, həyatı bədii lövhələr vasitəsi ilə əks 
etdirir.  Belinski  ədəbiyyatı  «lövhələrlə  düşünmək» 
adlandırır, onun fikrincə elmin də, sənətin də, ədəbiy-
yatın da  məzmunu,  mündərəcəsi birdir (varlıq, həyat-
dır),  formaları isə başqa-başqadır. M. Qorki  yazır ki, 
elm ilə bədii ədəbiyyat arasında ümumi cəhətlər çox-
dur. Orada da, burada da müşahidə, müqayisə, öyrən-
mə  əsas  rol  oynayır.  Sənətkara  da  alim  kimi  təsəv-
vür, ehtimal və zənn etmək zəruridir. 
Yazıçı,  sənətkar  gördüyü,  duyduğu  hadisə  və 
faktların  eyni  ilə  foto  surətini  vermir.  Belə  olsaydı, 
rəssam ilə fotoqraf arasında fərq olmazdı. 
Sənətkar həyati hadisələrin, faktların ancaq tipik, 
xarakter cəhətlərini alır, ümumiləşdirir, tip, surət yara-
dır. 
Vətəndaş  müharibəsi  dövründə  məlumdur  ki, 
kəskin sinfi mübarizə  şəraitində sadə, sıravi adamlar, 
zəhmətkeşlər  içərisində  yüzlərlə,  minlərlə  qəhrəman-
lar  yetişirdi.  Tarix  elmi  bu  hadisələri  sayaraq,  bizə 
faktları  rəqəmlər  ilə  izah  edib  göstərir.  Sənətkar  isə, 
həmin  hadisələri  başqa  bir  şəkildə  təsvir  edir.  Gör-
kəmli rus ədibi D. Furmanov o zamankı mübarizə və 
müharibələri,  dövrün  xüsusiyyətlərini,  adamlarını 
göstərmək  üçün  «Çapayev»  romanını  yazmışdır.  Əl-
bəttə,  yazıçı öz romanında ölkəmizin hər  yerində ge-
dən vətəndaş müharibəsini yox, ancaq müəyyən vila-
yətlərdəki vuruşmaları qələmə almışdır. Yazıçı bütün 
vətəndaş müharibəsi qəhrəmanlarını deyil, yalnız Ça-
payev  və  onun  yoldaşlarını  təsvir  etmişdir.  Lakin 
yazıçı Çapayevin simasında vətəndaş müharibəsi qəh-
rəmanlarının tipik xüsusiyyətlərini toplamış, ifadə et-




Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   74


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə