Cəlal Abdullayev



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə5/74
tarix25.07.2018
ölçüsü1,32 Mb.
#59097
1   2   3   4   5   6   7   8   9   ...   74

 
19 
ləri saxlanan muzeydə H.K.Sanılının da qovluğu var-
dır.  Burada  bir  sıra  sənədlərlə  yanaşı,  Hacı  Kərimin 
fitri istedada, nümunəvi əxlaqa, gözəl mənəvi keyfiy-
yətlərə  malik  olduğunu  göstərən  xasiyyətnamələr  və 
seminariyanı  müvəffəqiyyətlə  bitirməsi  haqqında 
şəhadətnamə də saxlanılır. 
Tələbəlik illərində Sanılı mütərəqqi rus və dünya 
elmi,  fəlsəfi,  ədəbi-bədii  fikrinin  qabaqcıl  nümayən-
dələri ilə yaxından tanış olur. Rus inqilabçı-demokrat-
ları  –  Belinski, Çernışevski, Dobrolyubov ilə tanışlıq 
gənc Hacı Kərimin qəlbini xalqın azadlıq və müstəqil-
liyi uğrunda mübarizə eşqi ilə coşdurur. 
H.K.Sanılı 1898-ci ildə seminariyanı bitirdikdən 
sonra  Nuxa  qəzasının  Xaçmaz  kənd  birsinifli  məktə-
bində  müdirlik  və  müəllimlik  edir,  şagirdlərə  rus  di-
lindən dərs deyir. 1902-ci ildə Gəncəyə qayıdan Sanılı 
məscid  məktəbinə  müdir  təyin  edilir.  Çox  əzab-əziy-
yətdən, yazışmadan sonra o, həmin məktəbin ikisinifli 
rus-tatar  (türk  —  C.A;T.H.)  məktəbinə  çevrilməsinə 
nail  olur.  Məhz  onun  təşəbbüsü  ilə  ilk  dəfə  burada 
qızlar  şöbəsi  açılır.  Lakin  Sanılının  bu  mütərəqqi 
meylləri  mürtəce  din  xadimlərinin  kəskin  etirazına, 
açıq  düşmənçiliyinə  səbəb  olur.  Onlar  Sanılını  kafir 
adlandırır, onun ölümünə fitva verirlər. Bundan sonra 
Gəncədə  qalmağın  mümkün  olmadığını  görən  Sanılı 
doğma  kəndi  Çaylıya  qayıtmalı  olur.  Olduqca  ağır 
maddi ehtiyac içərisində yaşayan şair, nəhayət, 1905-
ci  ildə  Poylu  kənd  məktəbinə  müəllim  təyin  edilir. 
Sonralar  Dağkəsəmən  məktəbinə  dəyişilən  Sanılı  ic-
timai-siyasi fəaliyyətini daha da gücləndirərək kəndli-
lərin  hüququnu  müdafiəyə  yönəldən,  yeniliyə  və  tə-


 
20 
rəqqiyə çağıran müxtəlif çıxışlarda iştirak edirdi. Bü-
tün  bunlara  görə  H.  K.Sanılı  1906-cı  ildə  həbs  edil-
mişdi. Bu, dövrün ziyalılarının etirazına səbəb olmuş, 
onlar  Sanılını  müdafiəyə  qalxmışlar.  Görkəmli 
maarifpərvər F.Köçərli yazırdı: «Paxıl və həsəd və if-
tira  səbəbi  ilə  nahaq  və  bicərm  məhbus  olanlar  həm 
Qazax mahalında cənab Ağabəy Qiyasbəyov və müəl-
lim  Hacı  Kərim
 
Saniyevdir...  Bunları  güdaza  verən 
ancaq  öz  içimizdən  törəyən  xaric  məslək  mürtədlər 
olubdur  ki,  divanbəyinin  və  uyezd  naçalnikinin  ətra-
fında  quyruqlarını  bulayıb  dəyanət  və  rəzalətləri 
ucundan...  millət  xadimlərini  bad-fənaya  verməyi  öz-
lərinə böyük hünər və qərəz bilirlər»
1
.. 
Həbsdən  azad  olunduqdan  sonra  da  H.K.Sanılı 
inqilabi  fəaliyyətini  dayandırmır.  O,  gizli  şəkildə 
fəaliyyət göstərən «Müdafiə» partiyasının təşkilatçıla-
rından birinə çevrilir və həmin partiyanın müraciətna-
məsinin  çap  olunmasında,  kütlələr  arasında  yayılma-
sında əlindən gələni əsirgəmir. Bundan qorxuya düşən 
hakim dairələr dəfələrlə onu Qazaxdan uzaqlaşdırma-
ğa  çalışırlar.  Lakin  Sanılı  öz  doğma  yurd-yuvasında, 
yaxından tanıdığı mühit və adamların arasında olmağı 
üstün tutaraq, ona olunan təklifləri rədd edir. 
1910-cu ilin iyununda  H. K. Sanılı Qafqaz Təh-
sil  Dairəsi  direktorunun  icazəsi  ilə  Sankt-Peterburq 
müəllimlər  institutunun  nəzdində  açılmış  əl  əməyi 
kursuna ezam olunur.  Peterburq  həyatı  sonralar Sanı-
lının ictimai-siyasi cəhətdən formalaşmasında, yeni-li-
                                                 
1
  «İrşad» qəzeti, 10 aprel, 1906 


 
21 
yə  doğru inkişafında,  ardıcıl  mübariz  vətənpərvər  ol-
masında çox mühüm rol oynayır. 
Kursu bitirdikdən sonra böyük cəhdlər göstərmə-
sinə baxmayaraq uzun  müddət əl əməyindən  dərs  de-
mək ona müyəssər olmur. Nəhayət 1915-ci ildə Sanılı 
Qazax  seminariyasında  müvəqqəti  olaraq  qrafika 
incəsənəti müəlliminin köməkçisi təyin olunur. 
1917-ci ildə  H.K.Sanılı  Tiflis  hümmətçilərinə 
qoşularaq həmin partiyanın fəal üzvlərindən biri olur. 
O,  kəndliləri  mübarizəyə  çağırır,  kütlələrin  nümayi-
şində iştirak edir, yığıncaq və mitinqlərdə nitqlər söy-
ləyirdi. 
1918-ci ildə Qazaxdakı kəndli üsyanları tədricən 
ciddi,  mütəşəkkil  inqilabi  hərəkata  çevrilir.  Kəndlilər 
mülkədar  torpaqlarını  tutaraq  onların  üzərində  xalq 
hakimiyyətini elan edirlər. Qazax qəzasının idarə edil-
məsi Hacı Kərim Saniyevə tapşırılır. 
1918-ci  ilin  noyabrında  Tiflis  menşevik  hüm-
mətçiləri öz nümayəndələrini Bakıya—müsavat parti-
yasının parlamentinə yola salırlar. Həmin nümayəndə-
lər  içərisində  S.Ağamalıoğlu,  Ə.Qarayev,  Ə.Pepinov 
kimi  peşəkar  inqilabçılarla  yanaşı  H.K.Sanılı  da  var 
idi. Tiflis hümmətçiləri müsavat parlamentində sosia-
listlər fraksiyasına daxil olurlar. H.K.Sanılı sorğu ko-
missiyasının tərkibinə seçilir. 
Azərbaycanda  Sovet  hakimiyyəti  qurulduqdan 
sonra  H.K.Sanılı  iki  il  Qazax  qəzasının  xalq  hakimi 
vəzifəsində  işləyir.  Lakin  onun  qəlbi  maarif  işi  ilə, 
ədəbiyyatla döyünürdü. Buna görə də o öz arzusu  ilə 
Bakıya gələrək 1922-ci ilin mayından 1924-cü ilin so-


 
22 
nuna kimi Yeni Türk Əlifba Komitəsinin açdığı kurs-
larda dərs deyir. 
Bu  illərdə  H.K.Sanılı  bir-birinin  ardınca  dövri 
mətbuat  səhifələrində  çıxış edərək kənd  məktəblərin-
də təhsilin keyfiyyəti, həyatla, təsərrüfatla əlaqəsi ba-
rədə  kütlələr  arasında  təbliğat  aparır,  maarifin,  elmin 
əhəmiyyətindən,  yeni  həyat  qurmaqda  onların  rolun-
dan ehtirasla söz açırdı. 
H.K.Sanılının  pedaqogika  tarixində  böyük  xid-
mətlərindən  biri  də  yüksək  keyfiyyətli  dərsliklər  ya-
ratmaq  sahəsində  səmərəli  fəaliyyət  göstərməsidir. 
Onun  «Böyüklər  üçün  əlifba  kitabı»  (1924),  «Türk 
əlifbası»  (1927),  «Üçüncü  il»  (1927),  (təkrar  nəşrləri 
1929,  1930),  «Türk  əlifbası»  (1930)  və  s.  dərslikləri 
xalqın maariflənməsi işində müstəsna əhəmiyyətə ma-
lik olmuşdur. 
H.K.Sanılı sovet dövründə bir sıra məsul və mü-
hüm  vəzifələrdə  çalışmışdır:  «Yeni  kənd»  jurnalının 
məsul  katibi,  Bakı  xalq  maarif  şöbəsinin  inspektoru, 
Azərbaycan  Kooperativ  məktəbləri  birliyində  dərs 
hissə  müdiri,  Politexnik  institutunda  və  digər  institut 
və texnikumlarda müəllim. 
Sanılı  ömrünün  sonunadək  sevdiyi  pedaqoji  iş-
dən ayrılmasa da, hər şeydən əvvəl bir şair olaraq ta-
nındı,  xalqın  məhəbbətini  qazandı,  ədəbi  tənqid  tərə-
findən etiraf olundu. Haqqında Ə.Nəzmi, B.Çobanza-
də, A. Musaxanlı, H. Zeynallı kimi görkəmli ədəbiy-
yatşünas  və tənqidçilər dəyərli fikirlər  söylədilər. La-
kin 1937-ci ilin dəhşətli kabusu xalqımızın bir sıra di-
gər layiqli oğulları kimi H.K.Sanılının da başının üs-
tünü aldı və şairin yaratmaq eşqi ilə dolu olan qəlbini 


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə