Cəlal Abdullayev



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə29/74
tarix25.07.2018
ölçüsü1,32 Mb.
#59097
1   ...   25   26   27   28   29   30   31   32   ...   74

 
117 
Özünün yaradıcılığında ədəbiyyatı xalq həyatına 
daha çox yaxınlaşdıran Mirzə Fətəli Axundov müasir-
lərini  bütün  xalqlara  insani  münasibət  bəsləmək 
ruhunda  tərbiyə  etmişdir.  Müəllifin  yaratdığı  tipik 
mənfi  surətlərin  hərəkətlərində,  şəxsiyyətlərində  olan 
naqislik  xüsusiyyətlərini  görən  oxucu  və  ya  tamaşaçı 
bunlardan  ibrət  almaya  bilmir.  Hacı  Qara  surətinin 
xəsislik  rəmzi  kimi  xalq  arasında  geniş  yayılması 
böyük  ədibin  əsərlərinin  tərbiyəvi  əhəmiyyətinin 
üstünlüyünü sübut etməkdədir. 
XX əsr ədəbiyyatımızın görkəmli nümayəndələri 
olan  Cəlil  Məmmədquluzadə,  Əbdürrəhim  bəy 
Haqverdiyev,  Mirzə  Ələkbər  Sabir,  Yusif  Vəzir  Çə-
mənzəminli, Hüseyn Cavid və başqalarının əsərləri də 
mühüm  tərbiyəvi  əhəmiyyətə  malikdir.  Bu  dövr 
ədəbiyyatımızda  qabaqcıl  ideyaların  yenilməz  carçısı 
olan  Cəlil  Məmmədquluzadənin  yaratdığı  hər  kiçik 
ştrix,  epizod,  qəhrəmanların  dilindən  deyilən  kəskin 
monoloq  və  dialoqlar  belə  müstəqil  şəkildə  fəal 
tərbiyəedici 
mahiyyətdədir. 
«Poçt 
qutusu», 
«Qurbanəli bəy», «Usta Zeynal» və başqa hekayələri 
xatırlayaq.  Biz  hələ  ədibin  «Ölülər»,  «Anamın 
kitabı»,  «Danabaş  kəndinin  əhvalatları»  və  s.  əsər-
lərindən  danışmırıq.  Onun  yaradıcılığının  bədii  təsir 
qüvvəsini  və  fəal  tərbiyəedici  xüsusiyyətlərini  başa 
düşmək  üçün  «Kamança»  əsərinə  ötəri  nəzər  salmaq 
kifayətdir. 
İndi  bizim  zəmanəmizdə  ədəbiyyatın  tərbiyəvi 
rolu  daha  da  artmışdır.  Ədəbiyyatımızda  elə  gözəl 
əsərlər  yaranmışdır  ki,  bunlar  özlərinin  ifadə  etdiyi 
fikirlərin  dərinliyi,  gözəlliyi  etibarı  ilə  oxucular 


 
118 
tərəfindən  yüksək  qiymətləndirilir.  Böyük  dramaturq 
Cəfər  Cabbarlının  «Sevil» əsərinin  ilk dəfə  tamaşaya 
qoyulduğu  zaman  «Bakinski  raboçi»  qəzetində  dərc 
olunmuş  «Əziz  əl  çalır»  məqaləsi  pyesin  şüurlara, 
düşüncələrə  yol  tapdığını  göstərən  ən  yaxşı  faktdır. 
Məqalə müəllifi yazır ki, «mən Əzizlə bərabər oturub 
əsərə  tamaşa  edirdim.  Əzizin  arvadı  başqa  lojada 
qadınlarla  əyləşib  çadranın  altından  səhnəyə  baxırdı. 
Pyesin  şəkilləri  dəyişdikcə  gördüm  ki,  Əzizin 
narahatlığı  artır,  yerində  dinc  otura  bilmir.  Balaşın 
Sevili rədd etdiyi səhnəyə çatanda Əziz: – Əclaf, deyə 
qışqıraraq arvadına çadranı atmağı işarə etdi. Lakin o 
gecikmişdi;  qadın  çadranı  artıq  atmışdı.  Bunu  görən 
Əziz bir səhnəyə, bir də arvadına baxaraq əl çalırdı. 
Mən  o  vaxt  öz-özümə  düşünürdüm  ki,  əgər 
Əzizə  başqa  vaxtlarda  arvadının  çadranı  atmasını 
məsləhət görən olsaydı, yəqin ki, bu dəliqanlının xən-
cərindən  yaxa  qurtara  bilməzdi. İndi isə öz arvadının 
çadranı atması münasibətilə şadlanır, əl çalırdı». 
İndi  ədəbiyyatla  həyatın  elə  üzvi  əlaqəsi  yaran-
mışdır ki, yazıçının özü ilə bir dövrdə yaşayıb fəaliy-
yət göstərən şəxslər, həm də sıravi adamlar bədii əsə-
rin  baş  qəhrəmanı  olur.  Xalq  şairi  Səməd  Vurğunun 
«Ölüm kürsüsü»,  «Bəsti»,  «Zəncinin  arzuları»,  «Mu-
ğan», «Mənə belə söyləyirlər» və s. şeir və poemaları 
bu cür əsərlərdəndir. 
2004 


 
119 
 
 
MÜSTƏQİLLİK DÖVRÜ BƏDİİ NƏSRİNİN 
BƏZİ PROBLEMLƏRİ 
 
Müstəqillik illərində yaranan bədii nəsrin ümumi 
konturları  vasitəsilə  onun  həqiqi  mənzərəsi  haqqında 
düşünərkən  və  bilavasitə  ədəbi-bədii  materialları 
diqqətlə  mütaliə  edib,  ayrı-ayrı  əsərlərlə  yaxından 
tanış  olduqca  bizdə  nikbin  bir  təsəvvür  yarandı.  Son 
dərəcə  sevindirici  haldır  ki,  bədii  nəsrimizin  məcrası 
elə  də  kasadlıq  keçirməmiş,  necə  deyərlər,  su  axan 
yerdən  bir  də  axmışdır.  Belə  ki,  sözügedən  müddət 
ərzində  çoxcildli,  çoxbiçimli,  kiçik,  yığcam,  yəni 
bədii  nəsrin  müxtəlif  janrlarında  hekayə,  novella, 
povestlər, romanlar yaranmış və bunlar istər məzmun-
mündəricə, istərsə də üslubca fərqli nümunələr hesab 
oluna  bilərlər.  Tarixi,  ya  tarixlə  səsləşən,  müasir 
mövzulu,  detektiv,  əyləncəli,  fantastik  və  macəraçı 
örnək  və  nümunələr  araya-əsrəyə  gəlmişdir.  Əlbəttə, 
bütün  bu  əlvan,  rəngarəng  və  çoxproblemli  əsərlərin 
yaranması  üçün  vacib  olan  ictimai-  siyasi,  ədəbi-
mədəni,  sağlam,  sabit  istiqrarla  seçilən  müəyyən 
kontrast  və  ziddiyyətləri  ilə  səciyyələnən  mühit 
barədə bir neçə kəlmə demək olduqca vacib və zəruri, 
bəlkə  də  əsas  və  müqəddəm  şərtlərdir.  Ona  görə  də 
həmin  illərin  və  ondan  əvvəlki  məqamların 
müxtəsərcə  xülasəsini vermək pis olmazdı. Beləliklə, 
dövrün  ictimai-siyasi,  ədəbi-  mədəni  mühitinə  dair 
əsasən  bunları qeyd etmək olar: 20  yanvar  faciəsi  və 
milli  müstəqillik  aktının  qəbul  edilməsi;  Müstəqil 


 
120 
Respublikanın yaradılması, müstəqilliyin möhkəmlən-
dirilməsi  uğrunda  aparılan  mübarizənin  gərginliyi  və 
onu yaradan, törədən daxili və xarici səbəblər, Heydər 
Əliyevin  yenidən  hakimiyyətə  qayıtması  ilə  əlaqədar 
olaraq  xaos  və  hərc-mərcliyin  tədricən  aradan 
qaldırılması və  sabitliyə,  istiqrara,  inkişafa  nail olun-
ması:  xüsusilə,  yeni  konstitusiyanın  qəbul  olunması 
(1995)  müstəqilliyin  qanuni  əsası  kimi;  Respublika-
mızda  bir  sıra  kardinal,  taleyüklü  məsələlərə  dair 
keçirilən  ümumxalq  referendumları;  seçkilərin 
demokratikləşməyə  doğru  irəliləyişi  nəticəsində 
ölkəmizin  beynəlxalq  aləmdə  daha  çox  tanınması  və 
təsdiqi kimi məna kəsb etdi. 
Ölkə  prezidentinin  xüsusi  fərmanları  ilə  «Dədə 
Qorqud»  dastanlarının  1300  illik  yubileyinin  dünya 
miqyasında  keçirilməsi  –  milli  dirçəlişə,  özünə 
qayıdışa,  müstəqilliyə  təşnəliyin  monumental  aktı 
kimi;  xalqımızın  qədimliyinin  yeni  sübutu  kimi 
təzahür  etdi.  Ədəbi-bədii  mühit  və  onun  müxtəlif 
sahələrdə  inkişafını  göstərən  ilk  cücərtilər  və  onların 
arasında  öncül  yer  tutan  bədii  nəsrin  müasir 
problemləri;  bədii  nəsrin  görkəmli  yaradıcılarının 
nəsillər  üzrə  təsnifatına  dair  mülahizələr;  həmin 
illərdə fəaliyyət göstərən yaşlı nəslin nümayəndələri - 
Q.İlkin, İ.Şıxlı, İ.Muğanna, S.Əhmədli, M.İbrahimov, 
L.Əfəndiyev,  B.Bayramov,  Ə.Əylisli,  Ə.Cəfərzadə, 
H.Abbaszadə  və  b.  əsas  əsərlərini  60-80-ci  illərdə 
yaratmış  və  daha  da  kamilləşmiş,  hətta  dövrün  artıq 
yetkinləşmiş,  professionallıq  cəhətdən  inkişaf  etmiş, 
artıq  ədəbi  ab-havanı  müəyyənləşdirən  orta  nəslin 
nümayəndələri; 
Anar, 
Elçin, 
Y.Səmədoğlu, 


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə