230
edir. Cavidşünaslığın özünün inkişafı da müxtəlif
mərhələlərdən keçmişdir. Bu mərhələləri öyrən-
mədən, onların özəlliklərini aşkara çıxarmadan Hü-
seyn Cavidin poetik-dramatik irsinin hərtərəfli araşdı-
rılıb, layiqincə qiymətləndirilməsindən danışmaq
olmaz. Düzdür, sovet hakimiyyəti illərində Hüseyn
Cavidin yaradıcılığı haqqında az yazılmamışdır;
böyük sənətkar haqqında ədəbi-tənqidi və elmi-nəzəri
səciyyəyə malik bu materiallar müəyyən qədər
araşdırılmışdır. Lakin bu araşdırmalar əsasən
marksist-leninçi metodologiyası və sosialist realizmi
metodunun yanlış prinsiplərinin təsiri altında aparıl-
mışdır. Digər tərəfdən, həmin araşdırmalarda Azər-
baycan mühacirət ədəbiyyatşünaslığından yan keçil-
mişdir, bu və ya digər məsələlərin təhlili və tədqiqi
zamanı həmin materiallardan istifadə edilməmişdir.
Hüseyn Cavidin irsi ilə əlaqədar yeni imkan-
lardan istifadə müasir tələblərə uyğun böyük Cavidə
layiq səviyyədə əsl Cavid həqiqətini ortaya qoymaq
üçün təkcə Azərbaycan sovet ədəbiyyatşünaslığının
deyil, məhz onunla müqayisəli şəkildə Azərbaycan
mühacirət ədəbiyyatşünaslığının araşdırılmasının və
öyrənilməsinin də böyük əhəmiyyəti vardır. Bu,
Cavidşünaslığın yeni mərhələsinin başlanğıcı, yeni bir
istiqamət, meyl və səviyyənin müəyyənləşdirilməsi
üçün olduqca vacibdir.
Tural Hüseynovun monoqrafiyası Azərbaycan
mühacirət ədəbiyyatşünaslığının tədqiqi və
onun sovet
cavidşünaslığının materialları (əsərdə bu materialların
böyük əksəriyyəti xüsusilə xaricdə çap olunanları ilk
dəfə olaraq elmi-nəzəri tədqiqata cəlb edilmişdir)