Cəlal Abdullayev



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə53/74
tarix25.07.2018
ölçüsü1,32 Mb.
#59097
1   ...   49   50   51   52   53   54   55   56   ...   74

 
216 
kontekstində  alaraq  yeri  gəldikcə  müqayisələr, 
paralellər  aparmışdır.  Ona  görə  də  bu  əsərdə,  eyni 
zamanda,  60-90-cı  illər  nəsr  mərhələsinə  münasibət 
məsələlərinə  toxunulur.  Ən  əsası  isə  o  illərdə  İsi 
Məlikzadə  nəslinə  mənsub  olan  dəyərli  əsərləri  ilə 
«psixoloji  nəsr»  anlayışına  aydınlıq  gətirən  digər 
yazıçıların  da  ayrı-  ayrılıqda  tədqiqata  cəlb  olunmaq 
haqları  müdafiə  olunur.  Monoqrafiyada  elmi  sistem 
və  ardıcıllığa  lazımınca  riayət  olunmuşdur.  Fəsillər, 
başlıq  və  yarımbaşlıqlar  arasında  olan  məntiqi  əlaqə 
və  bağlılıq, elmi-nəzəri ədəbiyyata  yanaşma,  ona  ob-
yektiv,  prinsipial  münasibət,  tədqiq  olunan  xam  ma-
teriallardan  səmərəli  istifadə  etmək  taktı,  ümümiləş-
dirmə  bacarığı,  mülahizə,  müsahibə,  polemika  mədə-
niyyəti  əsərin  forma,  məzmunu  və  ümumi  məziyyət-
ləri  haqda  çox  şey  deyir.  Monoqrafiya  bütövlükdə 
müəllifin  tədqiqatçılıq  bacarığı,  üslubu,  aydın,  səlis 
dili,  elmi-nəzəri  səviyyəsi,  erudisiyası  barədə  xoş 
təəssürat  oyadır.  Ona  görə  də  monoqrafiyada  İsi 
Məlikzadənin sənətkar portreti çox aydın görünür. 
Tədqiqatçı 60-cı illər nəsrini ədəbiyyatımızda bir 
nov  «dönüş,  sıçrayış»  hesab  etməkdə  tamamilə 
haqlıdır.  Həqiqətən  də  həmin  illər  nəsri  dil-üslub, 
bədii  mündəricə,  poetika  baxımından  Azərbaycan 
ədəbiyyatının  zəngin  ənənələri  ilə  bağlı  olsa  da, 
xüsusi  bir  dönüş  mərhələsi  özünəməxsus  ictimai-
estetik zəminə, qanunauyğun prinsiplərə malik idi. Bu 
illərin  nəsrində  geniş  yer  tutan  problemlərdən  biri 
«ictimai  və  fərdi  mühit  əhatəsi  formalaşan  daxili 
dünyası  mürəkkəb,  qəribə,  eyni  zamanda  pak,  təmiz 
olan  narahat  həyəcanlı  təbiətə  malik  insan  problemi 


 
217 
idi.  Bu  problemin  əhatə  dairəsi  geniş,  çoxcəhətli  olsa 
da,  bədii  nəsrdə  onun  fərdi  və  sosial  keyfiyyətlərini 
şərtləndirən  bir  neçə  tipini  araşdırmaq  istiqamətində 
axtarışlar aparılırdı». Məqsəd bir idi. Kamilliyi, mənəvi-
əxlaqi dəyərləri şərtləndirən humanizmin daşıdığı dərin 
məna  yükünün  zəngin,  toxunulmamış  əhatə  dairəsi, 
psixoloji məqamlarını üzə çıxarmaq, sabahın insanı kim 
olmalı  sualına  məntiqi  cavab  vermək  idi.  Bu  da 
ümumilikdə  insan  anlayışını  diqqət  mərkəzinə  çəkirdi. 
Burada,  vəzifəsindən,  cinsindən,  ixtisas  və  sənətindən 
asılı  olmayaraq  bütün  insanlar  eyni  hüquqlu  olduğu 
kimi  qəbul  olunurdu.  Bu  xəttə  mənəvi-əxlaqi  cəhətdən 
kamil  olanlar  və  yaxud  bu  yola  can  atanlar  daha  tez 
düşürdü.  60-90-cı  illər  nəsrinin  daha  çox  adi,  sadə, 
sıravi  adamlardan  başlanması  bununla  əlaqədar  idi. 
Böyük  qırğız  yazıçısı  Ç.Aytmatovun  yeni  mərhələni 
«sənətkarı özünə qayıtmağa, xalq həyatını dolğun təsvir 
etməyə  çağıran»  adlandırması,  xalq  məfhumunu 
xüsusilə qabartması da ümumiyyətlə insan konsepsiyası 
ilə bağlı idi. 
Monoqrafiyada  bu  məsələlərin  geniş  elmi  şərhi 
faktik  materiallar əsasında  verilir. Müəllif, İsi  Məlikza-
dənin  nəsrindən  çıxış  edərək  kamil  insan  konsepsiya-
sının qoyuluşu, ona münasibət və yeni obrazlar aləmi ilə 
bağlı  həmin  illərin  nəsri  haqqında  ağlabatan,  ümu-
miləşdirici  mülahizələr  söyləyir,  fikirlərini  həm  ədəbi 
prosesdən,  həm  İsi  Məlikzadədən  gətirdiyi  tutarlı 
misallarla  əsaslandıra  bilir.  Monoqrafiyada  ilk  dəfə 
olaraq  İsi  Məlikzadənin  elmi    tərcümeyi-halı  verilir. 
Belə  hesab  edirik  ki,  monoqrafiyanın  elmi-nəzəri 
yeniliyi ilə yanaşı böyük təcrübi əhəmiyyəti də vardır. 


 
218 
Ədibin  hekayə  yaradıcılığından  danışan  müəllif 
əvvəlcə  bu    kiçik  janrın  geniş  imkanlarını  qeyd  edir. 
Böyük  hekayə  ustadlarından  gətirdiyi  misallarla  sübut 
edə  bilir  ki,  hekayə  bədii  nəsrin  bünövrəsi  olmaqla 
yanaşı, epik janrın digər sahələrinə də istiqamət vermək 
gücünə və imkanına  malikdir. Onore de Balzak, Gi de 
Mopassan,  İ.S.Turgenev,  A.P.Çexov,  C.Məmmədqulu-
zadə, Ə.Haqverdiyev, Y.V.Çəmənzəminli, Mir Cəlal ki-
mi böyük ustadlar yetişdirən bu kiçik janr İsi Məlikzadə 
üçün ilk bədii qaynaq, nasirlik vəsiqəsi olmuşdur. Təd-
qiqatçı  İsi  Məlikzadənin  müxtəlif  vaxtlarda  çap  olunan 
kitablarında  toplanan  hekayələri  haqda  geniş  izahatlar 
verir, müqayisələr aparır, hekayə qəhrəmanlarının müa-
sir  şəraitlə  uyğunluğu  və  bağlılığını  tutarlı  misallarla 
əsaslandırır. İsi Məlikzadənin fəal  müasir nasir olması, 
zəngin  mövzular  aləmi  haqda  qənaətlərini  ədəbi-bədii 
misallarla  möhkəmlədə  bilir.  Müəllif  yazır:  «Mövzu 
rəngarəngliyi,  problem  çoxluğu  İsi  Məlikzadə 
hekayələrinin  əsas  cəhətlərindəndir.  Həyat  materialı 
seçəndə  də,  insan  axtaranda  da,  hətta  əsərlərinə  ad 
verəndə  də  İsi  Məlikzadə  onların  mövzunun  ümumi 
ruhuna  uyğunluğunu,  ani  də  olsa,  müəyyən  bir  fikir 
ifadə  etmək  səviyyəsini  nəzərə  alır.  Odur  ki,  ədibin 
əksər  hekayələri  öz  adları  ilə  də  hissi  -  idraki  təsir 
gücünə  malik  olur.  «Bir  xatirə»,  «Mavi  yuxu»,  «Fəxri 
xiyabanda»,  «Şehli  çəmənlərin  işığı»  və  başqa 
hekayələrində  sadəcə  olaraq  yaşayan,  gün  keçirən 
insanlardan  söhbət  getmir,  bu  əsərlərdə  zamanın, 
şəraitin  ağrı-acısını  dadan,  ümidlə  ümidsizlik  arasında 
qalan,  ziddiyyətlərdən  xilas  olmağa  çalışan  taleyüklü 
insanlarla  rastlaşırıq».  Monoqrafiyada  ədibin  demək 


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə