Cəlal Abdullayev



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə50/74
tarix25.07.2018
ölçüsü1,32 Mb.
#59097
1   ...   46   47   48   49   50   51   52   53   ...   74

 
203 
qiymətləndirmişdir. Biz  isə əsərin  dramaturji mətnini 
bir  daha  nəzərdən  keçirərək  və    tamaşasına  baxaraq 
belə  qənaətə  gəlirik  ki,  bu  heç  də  həqiqi  dəyər  
qiymətini  ala  bilməmişdir.  Bizim  qəti  qənaətimiz  isə 
belədir  ki,  bu  əsərdə  dramaturq  daha  güclü,  daha 
əzəmətli  xarakterlər,  daha    dərin,  daha  barışmaz 
konflikt  və  ya  münaqişə  xətləri  yaratmağa  nail  ola 
bilmişdir.  Əsərin  epiqrafı  yerində  az  qala  pyesin 
həqiqi  adı  kimi  səslənən  bu  sözlər  nə  qədər  də 
mənalıdır:  «Doğruya  zaval    yoxdur,  çəksələr  min 
divana». Göründüyü kimi, burada müəllifin  niyyət və 
məqsədi,  əsərin  əsas  mahiyyəti  çox  ustalıqla  ümu-
miləşdirilmişdir. Yəni pak, təmiz, saf olan adamlar nə 
qədər  təpgilərə, basqılara məruz qalsalar da, nə qədər 
iftira  və  böhtanlara    uğrasalar  da,  öz  həyatları  baha-
sına cismən də olmasa, mənən qalib gəlib öz istədik-
lərinə  yetişə  bilirlər.  Əsərdə  siyirilmiş  qılınc  kimi,  
pislərin, natəmizlərin,  neqativliyin qənimi kimi tama-
şaçıların  nəzərində uca məqamlarda dayanan, düzlü-
yün,  dürüstlüyün  yolunda  Səməndər  quşuna  çevrilən 
Fərhad  Kamilov kimi  qəhrəmanın  yaradılması ədibin 
böyük  kəşfi  və  qələbəsi  kimi  təsir    bağışlayır.  Bu 
maraqlı obrazın verilməsində müəllif həyat həqiqətinə 
daha  çox  yaxınlaşa  bilmişdir.  Fərhad  Kamilovu  heç 
nə  öz  yolundan  çəkindirə  bilmir:  nə  yağlı  vədlər,  nə 
pul, nə rüşvət, nə də hədə-qorxu. 
  Dramaturq  iki  paralel  dramatik  xətt  vasitəsilə 
bir neçə gəncin  yadda  qalan portretini cıza bilmişdir. 
Bunlardan biri tamamilə mənfiliklərdən, fənalıqlardan 
yoğrulmuş,  hər  sözü,  hərəkəti  süni  təsir  bağışlayan, 
məhəbbəti,  eşqi,  sevgini  də  öz  pis  və  bədxah 


 
204 
niyyətlərinə asanlıqla qurban verməyə çalışan və tez- 
tez  Kantın  transendental  fəlsəfəsindən  məhəbbət 
kateqoriyasına dair  sitatlar gətirən  Əmin Bəxtiyarova 
qarşı  həqiqi  sevgi,  həqiqətən  namuslu,  vicdanlı  iki 
gənc insanın saf və səmimi məhəbbət xəttini ustalıqla 
yaratmışdır. Bu xəttin təmsilçiləri Cəlal Qaşqay və za-
vod direktoru Kərim Rəhimlinin qızı Rəfiqə xanımdır. 
Bir qədər sadəlövh adam olan və hər yaltağın sözünə 
asanlıqla  inanan  Kərim  Rəhimlinin  nəzərində  Cəlal 
Qaşqayla  müqayisədə  Əmin  Bəxtiyarov  kimi  yaxşı 
insan  yoxdur.  Ona  görə  də  o,  qızı  Rəfiqənin  yalnız 
onunla xoşbəxt ola biləcəyinə bütün varlığı ilə inanır. 
Zahirən  o  qədər  də  gözəl  olmayan,  xüsusilə  sifəti 
yanandan  sonra  daha  da  kifirləşən  Cəlal  Qaşqayı 
özünə  kürəkən  kimi  heç  cürə  görmək  istəmir.  Hətta 
belə bir şey onun heç ağlına da gəlmir. Halbuki Cəlal 
Qaşqay özünün daxili zənginliyi, iç dünyası ilə seçilir. 
O, daxilən, mənən gözəldir, alicənab, mərd bir insan-
dır. Rəfiqə də onu məhz bu xüsusiyyətlərinə görə se-
vir. Rəfiqənin atası da qızının bu həqiqi seçimini yal-
nız  sonralar,  necə  deyərlər,  dramın  kələfinin  açılma-
sından sonra, hadisələrin finalına yaxın anlamağa baş-
layır ki, bu da istər- istəməz «daldan atılan daş topuğa 
dəyər» aforizmindəki mənanı xatırladır. 
Bütün bədii yaradıcılığı boyu qurub-yaradan, bə-
zən səhvlər buraxan qaynar gəncləri sevən və onların 
bir- birindən gözəl və hərtərəfli obrazlarını yaratmağa 
çalışdığı  kimi,  yaradıcı  gəncliyin  də,  yəni  ədəbi 
gəncliyin  də  yaradıcılığına  xüsusi  diqqət  yetirən  ya-
zıçı  ömrü  uzunu  bu  yoldan  çəkinməmişdir.  Məsələn, 
öz  həcmi  və  problemlərinin  zənginliyi  ilə  epopeya 


 
205 
təsiri  bağışlayan  «Səhər»  romanında  böyük  obrazlar 
silsiləsi  yaratmışdır.  Bunların  arasında  gəncliyin 
nümayəndələri də  yetərincədir: Xanlar, Rəşid, Süsən, 
Mahmud,  Bayram  və  b.  Ədibin  digər  əsərlərində  də 
biz  bu  cəhətə  sıx-  sıx  rast  gəlirik.  Onun  «Daşqın», 
«Tərlan»,  «Kin»,  «Fəryad»,  «Komissar»,  «Ürək», 
«Yeraltı  çaylar  dənizə  axır»,  «Cavanşir»,  «Şeyx 
Şamil»,  «Nizami»,  «Abşeron»,  «Qara  daşlar»  və  s. 
əsərlərinin  hər  birində  istənilən  qədər  məharətlə 
yaradılmış insan xarakterləri  ilə qarşılaşa  bilərik.  Elə 
«Abşeron»  və  «Qara  daşlar»  dilogiyasında  nə  qədər 
maraqlı  surətlər  silsiləsi  yaratmışdır:  Tahir,  Cəmil, 
Mehman,  Səməndər,  Səməd,  Lətifə,  Dadaşlı,  Lalə, 
Qüdrət, Şişmayı və b. 
Yuxarıda qeyd etdiyimiz kimi, böyük xalq yazı-
çısı həm də ədəbi gəncliyin böyük dostu idi. O, gənc 
qələm sahiblərinin  yaradıcılığını həmişə  yaxından iz-
ləmiş, onların uğurlarına sevinmiş, nöqsanlarına ürək 
yanğısı ilə heyfsilənmişdir. O, ədəbi gəncliyin demək 
olar ki, hamısının, onların əsərlərinin bədii formasın-
dan,  janrından,  şeirlə,  yaxud  nəsrlə  yazılmasından 
asılı  olmayaraq,  qələmlərindən  çıxanların  hamısını 
oxumağa, mütaliə etməyə vaxt tapmış, onların hər biri 
barədə  öz  ürək  sözlərini  söyləmiş,  tələbkar  və 
prinsipial  məsləhətlərini  əsirgəməmişdir.  İndi,  həmin 
müəlliflərin hər  birinin püxtələşdiyi, bəzilərinin hətta 
klassikləşdiyi  bir  zamanda  keçmişə  nəzər  salsaq, 
dərhal  aydın  olur  ki,  həmin  bu  məşhurlaşmış  şair, 
yazıçı, publisist və dramaturqlardan hər biri bu ədəbi 
döyüşlər cəngavərinin xeyir-duasını, qayğısını, kömə-
yini yaxından hiss etmişdir. 


 
206 
Ümumiyyətlə,  Mehdi  Hüseyn  təpədən  dırnağa 
kimi  böyük  sənət  və  ədəbiyyat  fədaisi  idi. 
Ədəbiyyatın  ümumi  mənafeyi,  inkişafı,  uğurları  onu 
həmişə məşğul etmişdir. O, hər hansı qərəzli tənqidlə 
barışa  bilmir,  ona  öz  münasibətini  təcili  surətdə 
bildirməyi,  haqqı  nahaqdan  ayırmağı  qüdrətli  bir  söz 
sərrafı kimi çox sevirdi.  O, bədii ədəbiyyatın bir çox 
prinsipial  və  taleyüklü  problemlərinin  həllində  öncül 
mövqedə  duraraq  öz  kəskin  və  birmənalı  fikir  və 
mülahizələrini  elmi-nəzəri  cəhətdən  dəmir  məntiqlə 
əsaslı şəkildə həm mətbuat vasitəsilə, həm də məruzə 
və  çıxışlarında  ardıcıl  surətdə  ali  məclislərin  yüksək 
və uca tribunasından cəsarətlə bəyan edirdi. Təsadüfi 
deyildir  ki,  ədəbiyyat  üçün  yanan  bu  ürək  elə  onun 
uğrunda da – iş üstündə döyünmədən qaldı. 
Mehdi  Hüseyn  həm  də  fəal,  görkəmli  dövlət 
xadimi  kimi  böyük  şöhrət  qazanmışdı.  O,  dəfələrlə 
beynəlxalq  simpozium  və  müşavirələrdə  təkcə  Azər-
baycanı  yox,  ümumiyyətlə  o  zamankı  Sovetlər  ölkə-
sini  ləyaqətlə  təmsil  etmişdir.  İndi  biz  onu  yenə  mü-
zəffər  bir  əsgər  kimi  ədəbiyyatımızın,  ümumiyyətlə 
ədəbi-bədii,  ictimai-fəlsəfi  fikir  tariximizin  ön  atəş 
xəttində görürük. 
2008 
 
 
 
 
 
 
 


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə