Cəlal Abdullayev



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə49/74
tarix25.07.2018
ölçüsü1,32 Mb.
#59097
1   ...   45   46   47   48   49   50   51   52   ...   74

 
199 
müxtəlif  mövzularda  və  zamanlarda  yazdığı  «Şair» 
«Şeyx  Şamil»,  «Fətəli  xan»,  «İntizar»  (Əsər  İlyas 
Əfəndiyevlə 
birlikdə 
yazılmışdır), 
«Nizami», 
«Şöhrət»,  «Cavanşir»,  «Alov»,  «Bayram  inqilab 
əsgəridir»  («Səhər»  romanının  motivləri  əsasında 
yazılmışdır) və başqaları populyarlıq qazanmışdır. 
Ədibin  ədəbi-tənqidi  görüşlərini  də  konkret 
şəkildə bir-birindən son dərəcə güclü olan monoqrafik 
səciyyəli,  konseptual,  sanballı  məqalələri  ilə 
səciyyələndirmək,  illüstrasiya  etmək  mümkündür. 
Bunlara  misal  olaraq  aşağıdakı  elmi-nəzəri,  ədəbi-
estetik  əsərləri  göstərmək  olar:  «Ədəbi  düşüncələr», 
«Ədəbi  qeydlər»,  «Bir  ay  və  bir  gün»,  «Səadət  və 
məhəbbət  müğənnisi»,  «Nizaminin  eşq  fəlsəfəsi», 
«Füzuli  haqqında»,  «M.F.Axundov  haqqında»,  Sabir 
haqqında  yazdığı  «Sabir-novator»,  Mirzə  Cəlil 
haqqında  incə,  mənalı  və  sarkastik,  öldürücü  gülüş 
barədə,  müharibənin  odlu-alovlu  illərində  xalq 
bayatılarının  nəşrinə  yazdığı  konseptual  müqəddimə, 
«Ədəbi məktublar», «Böyük aşıq» və s. 
Mehdi  Hüseynin  şəxsiyyəti,  əsərləri  barədə  ən 
yaxşı,  ən  tərifli  söz  deyənlərin  deyimlərinin  hər 
birində  çox  böyük  həqiqətin  səslənməsi  böyük 
yazıçının  Azərbaycanın  sərhədlərindən  uzaqlarda  da 
müəyyən ədəbi şöhrət qazanmasına inkaredilməz dəlil 
və  sübutlar  kimi  səslənir.  Məsələn,  Böyük  fransız 
yazıçısı  Lui  Araqon  onu  xalqlar  dostluğunun 
tərənnümçüsü  adlandırır.  Türkmənistanın  xalq 
yazıçısı Berdi Kerbabayev yazır: «...Onun bir çox dil-
lərə tərcümə edilmiş «Səhər» epopeyası, ümumittifaq 


 
200 
şöhrəti  qazanmış  «Abşeron»  əsəri,  habelə  başqa 
əsərləri ədəbiyyat xəzinəsində həmişə qalacaqdır». 
Özbəkistanın  xalq  yazıçısı  Ş.Rəşidov  isə  belə 
demişdir:  «Mehdi  Hüseynin  istedadı  ümumxalq 
məhəbbəti  qazanmışdır.  Bu  məhəbbət  əziz  Mehdi 
üçün ən böyük abidədir». 
Öz  qələm  dostları  olan  Azərbaycan  yazıçı,  şair, 
mühəndis,  tənqidçi  və  tərcüməçilərinin  də  onun 
haqqında  bir-birindən  dəyərli  və  səmimi  fikir  və 
mülahizələri də qeyd olunmalıdır. Ədibin qələm dostu 
Səməd Vurğun «Abşeron» romanı haqqında demişdir: 
«Abşeron»  romanı  yalnız  Azərbaycan  ədəbiyyatında  
deyil,  habelə  bütün  sovet  ədəbiyyatında  əhəmiyyətli 
bir əsərdir.» 
Moskva  Dövlət  Universitetinin  kafedra  müdiri, 
həmyerlimiz,  gözəl  tərcüməçi  və  alim  Əziz  Şərif 
ədibin  «Nizami»  adlı  dram  əsəri  haqqında  bu  sözləri 
söyləmişdir:  «Nizami»ni  məhəbbət  adlanan  böyük 
insan  hissinə  həsr  edilmiş  lirik-dramatik  poema 
adlandırmaqda  haqlı  olardıq,  çünki  əsərin  hər  bir 
səhifəsi  sarsıdıcı  qüvvəyə  malik  olan  incə  və  dərin 
məhəbbət duyğusu ilə yoğurulmuşdur. 
Görkəmli  neftçi,  Sosialist  Əməyi  Qəhrəmanı, 
ədibin neft və neft adamlarının həyatından bəhs edən 
romanlarının diqqətli oxucusu və sərrafi Akif Cəfərov 
da  öz  ürək  sözlərini  səmimi  şəkildə  ifadə  edərək  öz 
təəssüratlarını  bu  cür  bildirmişdir:  «Abşeronu,  onun 
dalğalı  Xəzərini,  cəsur  fəhlələrini  yaddaqalan, 
rəngarəng  bədii  lövhələrlə  qələmə  almaq  istedadı 
mərhum  yazıçımız  Mehdi  Hüseynin  «Abşeron», 
«Qara  daşlar»  romanlarını,  «Rəqiblər»  hekayəsini  və 


 
201 
digər  əsərlərini  biz  neftçilərə  sevdirən  əsas  məziy-
yətdir». 
Bütün  bunlar  sübut  edir  ki,  Hüseyn  fenomeni 
çox  geniş  bir  coğrafi  ərazidə  tanınmış,  özünə  ad-san 
qazandırmışdır.  Onun  elmi-nəzəri  axtarışları  bədii 
yaradıcılığını  heç  də  həmişə  üstələyə  bilmirdi;  bəlkə 
də  onu  tamamlayır,  elmi-nəzəri  əsaslarını  daha  da 
şərtləndirirdi.  Ondakı  bu  müxtəlifliyin  birliyini, 
vəhdətini  şərtləndirən  başlıca  amil,  bizcə  ədibin 
zəngin  mütaliə  bacarığı,  intellektual  səviyyəsi  ilə 
ölçülməlidir.  Qətiyyətlə  deməliyik  ki,  bizim  yazıçı-
larımızdan  heç  biri  Mehdi  Hüseyn  qədər  oxumağa, 
öyrənməyə,  mütaliəyə  təşnəlik  etməmişdir;  xüsusilə 
tarixi  onun  qədər  öyrənən,  tədqiq  edən  ikinci  şəxs 
çətin ki, tapılsın. 
Mehdi  Hüseynin  hekayə  və  romanlarında,  eləcə 
də  dramatik  əsərlərində  əsas  istiqamət,  başlıca  üslub 
realizmə  əsaslanır.  Ədibin  özü  də  həmişə  bu  məram 
və məqsədə arxalanırdı. O, həyat həqiqətlərinin təbii, 
realist  boyalarla  əks  etdirilməsinin  nəinki  tərəfdarı, 
bəlkə  də  təbliğatçısı  idi.  O,  bədii  əsərlərində  həmin 
tələblərə artıqlaması ilə əməl edirdi. Məsələn, məşhur 
«Abşeron» romanını yazarkən Sovet rejiminin kəskin 
zamanlarında  belə  realizmə  sədaqəti  ilə  seçilirdi.  O 
zamanlar  istehsalatda  baş  verən  təhlükəli  qəzalar, 
ölüm-itim  məsələləri,  insan  tələfatı  barəsində  adicə 
söz  demək  belə  qəti  qadağan  idi,  xüsusilə,  belə 
halların  böyük  tirajlarla  çap  olunan  romanlarda  bədii 
şəkildə  ifadəsi  müəllif  üçün  olduqca  təhlükəli  idi. 
Lakin  Mehdi  Hüseyn  müharibədən  sonra  yazdığı 
həmin  «Abşeron»  romanında  Mehman  adlı  bir 


 
202 
neftçinin  iş  başında,  bilavasitə  istehsal  zamanı  həlak 
olmasını  gizlətməmişdi.  Eləcə  də,  «Qara  daşlar»da 
neqativ  halların  heç  birini  unutmayan  yazıçı  onların 
hamısını  tam  çılpaqlığı  ilə  təsvir  etmiş,  hətta 
respublikanın hakimi- mütləqi 1- ci katibin özünü belə 
cəsarətlə  tənqid  edib,  onu  necə  deyərlər,  rüsvayçılıq 
dirəyinə bağlamışdır. Ədibin xüsusilə, «Yeraltı çaylar 
dənizə axır» romanında 37-ci illərdə baş vermiş qanlı 
Stalin  repressiyaları,  xalqımızın  düçar  olduğu  qeyri- 
insani  təqib  və  təzyiqlər  konkret  bədii  obrazlarla, 
qanlı  hadisə  və  əhvalatlar  tam  çılpaqlığı  ilə,  necə 
deyərlər,  az  qala  bütün  dürüstlüyü  ilə,  bəlkə  də 
naturalistcəsinə öz bədii əksini tapmışdır. Qeyd etmək 
lazımdır ki, eyni təsvir üsullarına digər əsərlərində  də 
ayrıca  önəm  vermişdir.  Məsələn,  ədibin  «Alov»  dra-
mında:  saxtakarlıq,  yalan,  xalq  malını  mənimsəyən 
adamlar  haqqında  ittihamnamə  kimi  səslənən  hüquq- 
mühafizə  orqanlarının  hökmləri  daha  kəsərli  olmuş-
dur. 
Yazıldığı  dövrə  görə  çox  aktual  və  müasir 
səpgidə  qələmə  alınmış  bu  əsərin  ədibin  dramaturji 
yaradıcılığında  müəyyən  mənada  ədəbi  hadisəyə 
çevrilməsi  müəllifin  bir  dramaturq  kimi  həm  fikri- 
nəzəri baxımdan, həm də sənətkarlıq cəhətdən inkişaf 
dinamikasını  sübut  edən  yeni  bir  amil  kimi  ədəbi 
ictimaiyyətin diqqətini özünə cəlb edə bildi. Təsadüfi 
deyildir  ki,  məşhur  teatr      tənqidçisi  Cəfər  Cəfərov 
həmin  illərdə  əsərin  geniş  filoloji  təhlilini  verərkən 
bəzi vacib cəhətləri qeyd etmişdi. Xüsusi müqavimət 
gücünə  malik  olan  tənqidçi,  hər  halda  «Alov»da  bir 
sıra  müsbət    xüsusiyyətlər  görərək  onları  dəyərincə 


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə