Cəlal Abdullayev



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə45/74
tarix25.07.2018
ölçüsü1,32 Mb.
#59097
1   ...   41   42   43   44   45   46   47   48   ...   74

 
182 
C.Cabbarlının tədqiqatçılarından  biri  –R.Əliyev, 
hətta  ümumiyyətlə,  böyük  sənətkarın  romantikasına 
qarşı  çıxır  və  buna  qəti  şəkildə  etiraz  edərək  bildirir 
ki, guya onun romantizmindən danışmaq olmaz: çünki 
onun  yaradıcılığı  buna  imkan  vermir.  Ona  görə  də 
gənc  alim  məşhur  tənqidçimiz,  akademik  M.Cəfərin 
Aydın  və  Oqtay  surətlərini  realist  obrazlar  kimi 
səciyyələndirməsinə 
bəraət 
qazandırır. 
Hətta 
V.Osmanlının  «romantiklərə  meyl»  terminini  uğurlu 
sayır  və  gözlənilmədən  belə  bir  zəminsiz,  əsassız, 
dəlil-sübutsuz hökm verir: «Lakin Cabbarlını tam bir 
romantik  kimi  təqdim  etmək  piramidanı  baş-ayaq 
qoymaq deməkdir».
1
 
Əlbəttə,  bu  mülahizədə  «tam  bir  romantik»  söz 
birləşməsi  özlüyündə  qüsurludur:  çünki  «yarımçıq 
romantik» Cabbarlıya yaraşmır. Biz belə hesab edirik 
ki,  həm  gözəl  realistdir,  həm  tam  romantikdir, 
bunların  arasına  Çin  səddi  çəkmək  yalnız  iddialı 
naşılıq  kimi  görünərdi.  Əslində,  dramaturqun 
əsərlərinin  romantik  qəhrəmanlarının,  sadəcə  olaraq, 
adlarının  sadalanmasında  belə  romantik  bir  ruh, 
romantik  bir  pafos,  sentimental-şairanə  bir  dil  və 
üslub tamamilə əksini sübut edir. 
2005 
                                                 
1
 Rəhim Əliyev. C.Cabbarlının yaradıcılıq təmayülü. Bakı, 1989, 
s.117 


 
183 
 
S.VURĞUN VƏ PUŞKİN İRSİ 
 
S.Vurğunun böyük rus şairi haqqında xeyli elmi-
nəzəri araşdırmaları vardır: «Böyük sənətkar Puşkinin 
ölümünün  100  illiyi  qarşısında»,  «A.S.Puşkinin 
«Yevgeni  Onegin»  poemasının  tərcüməsi  haqqında, 
Puşkini  Azərbaycanda  yaxşı  tanıyırlar»,  «Bədii 
tərcüməsi haqqında», «Rus şeirinin günəşi» və s. 
Axırda  adı  çəkilən  məqaləsini  böyük  şair 
qocaman  aşıq  Hüseynin  Puşkinə  həsr  etdiyi  28 
misralıq uzun bir şeiri ilə bitirir. Biz, doğrusu, əvvəlcə 
buna  təəccüb  elədik,  lakin  bir  qədər  dərindən 
fikirləşəndə gördük ki, S.Vurğun nə qədər haqlı imiş. 
Çünki  həmişə  haqqı,  ədaləti  düzgün  qiymətləndirən, 
söz  və  sənətin  böyük  sərrafı  Səməd  Vurğun  hiss 
etmişdir  ki,  xalq  şairi,  el  aşığı  qoca  Hüseynin  şeiri 
sanki  Puşkin  barədə  bütöv  vücudnamədir.  Şairin 
təvəllüdü,  şeirə  gəlişi,  tematikası,  ictimai  mühiti, 
yaradıcı  motivləri,  üslubu,  realizmi,  romantikası 
barədə tam hökm kimi səslənir.  
Əlbəttə,  bu,  onu  göstərir  ki,  böyük  rus  şairinin 
şəxsiyyəti  və  yaradıcılığı  xalqımız  üçün  də  doğma 
olmaqla, həm də onun bütün təbəqələri arasında geniş 
yayılmışdır.  
Rus  şairinin  ölümünün  100,  doğuluşunun  150 
illik  yubileyləri  zamanı  da  onun  yaradıcılığı  barədə 
S.Vurğunun  olduqca  orijinal,  elmi  ümumiləşdirmə 
şəklində  söylədiyi  olduqca  dəyərli  fikir  və  mülahizə-
ləri  vardır.  Xüsusilə,  S.Vurğunun  şairin  «Yevgeni 
Onegin»  poemasının  dilimizə  tərcüməsi  barədə 


 
184 
fikirləri  daha  maraqlıdır:  Onegin  strofasını  («buna 
bəzən Onegin bəndi» də deyirlər) — misraların sayını 
və  qafiyələnmə  qaydasını  bütünlüklə  qoruyub 
saxlamışam,  bəzi  yerlərdə,  imkan  daxilində,  hətta 
qafiyələri də qoruyub saxlamışam. «Yevgeni Onegin» 
tərcüməsində  mən  həmçinin  Azərbaycan  dilinin 
saflığını,  əlvanlığını,  ahəngdarlığını  qoruyub  saxla-
mağa  çalışmışam.  Qoy  mənim  tərcüməm  bizim  bey-
nəlmiləl  birliyimizin  və  qardaşlığımızın  yeni  bir 
sənədi olsun!
1
  
Sonralar  şair  həmin  tərcümə  üzərinə  dönə-dönə 
qayıtmışdır,  hətta  bir  dəfə  demişdi  ki,  50  yaşım  ta-
mam olanda, dilin bütün sirlərini mükəmməl bildiyim 
zaman  bu  tərcümənin  üzərinə  yenə  qayıdacağam. 
Böyük şairin, əfsus ki, bu arzusu baş tutmadı, vaxtsız 
əcəl onu elə həmin il sıralarımızdan apardı.  
S.Vurğun öz yazılarında, məruzə və çıxışlarında 
N.V.Qoqolun,  «Puşkin  fövqəladə  bir  hadisədir  və 
bəlkə  də  rus  ruhunun  yeganə  bir  hadisəsidir»,  — 
kəlamına  ayrıca  diqqət  yetirərək,  şairin  dramatik 
əsərlərindən  «Boris  Qodunov»,  «Xəsis  cəngavər», 
«Motsart  və  Salyeri»,  «Daş  qonaq»,  «Taun  zamanı 
işrət», «Cəngavərlik dövründən səhnələr», «Su pərisi» 
və s., nəsr əsərlərindən «Böyük Pyotrun ərəbi», «Bel-
kinin  hekayələri»,  «Qaratoxmaq  qız»,  «Misir  gecələ-
ri»,  «Ərzuruma  səyahət»,  «Dubrovski»,  xüsusilə 
«Kapitan  qızı»nı,  poemalarından  «Ruslan  və  Lüd-
mila»,  «Qafqaz  əsiri»,  «Qaçaq  qardaşlar»,  «Bağça-
saray  fontanı»,  «Qaraçılar»,  «Poltava»,  «Tunc  atlı»,  
                                                 
1
 S.Vurğun. Əsərləri. 5-ci cild, Bakı, 1972, s.59 


 
185 
ən nəhayət, «Yevgeni Onegin» mənzum romanı, şeir-
lərindən  «Quşcuğaz»,  «Ançar»,  «Sibirə  məktub»  və 
digər  seirlərinin  gücünü  məhz  həyatilikdə,  təbiilikdə, 
bilavasitə  olmuş,  yaşanmış  hadisə  və  əhvalatların 
qələmə alınmasında  görürdü. Məsələn, Olqa haqqın-
dakı bu ikicə misra şairi valeh etmişdir: 
 
Yamaclarda bitmiş bu vəhşi çiçək,  
Nə bir yağış görmüş, nə də ki külək 
 
 Beytin digər bir tərcümə variantı isə belədir:  
 
Sıx otlar içində bu incə çiçək  
Nə arı görmüşdür, nə də kəpənək.  
 
Şair  eyni  zamanda  Tatyananın  təmiz,  bakir 
etirafı qarşısında tilsimləndiyini söyləyirdi: 
 
Bilmirəm heç hardan gəldiniz bizə?  
Görünməsəydiniz bu kənddə əgər  
Nə mən rast gələrdim ömrümdə sizə
Nə də rast gələrdi mənə bu qəmlər.  
Dadmazdım sevginin ilk hicranını, 
Sınaqsız qəlbimin həyəcanını  
Söndürüb (bəklə də nə bilək bunu?),  
Tapardım ömrümün könül dostunu;  
Mən də namuslu bir qadın olardım,  
Analıq mehrinə sadiq qalardım.  
 
Onu da deyək ki, Puşkini ilk professional rus yazı-
çısı, rus baharı, rus səhəri və s. adlandıran A.V.Luna-


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə