Cəlal Abdullayev



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə44/74
tarix25.07.2018
ölçüsü1,32 Mb.
#59097
1   ...   40   41   42   43   44   45   46   47   ...   74

 
178 
çəkilmiş  zəncir!..  Dühalar  düşməni,  zəkalar,  iradələr 
qatili adət!.. Zəiflik, düşkünlük babası... İnsan arzusu 
uğrunda  heç  bir  şey  qarşısında  durmamalıdır.  Budur, 
mənim prinsipim. Mən bütün qanunları: bütün adətləri 
ayaq altına alıb qara torpaqlar kimi tapdalayaram»
1

Deməli,  ehtiyac  və  aclıq,  istismar  və  köləlik 
insanı qula çevirmiş, altunlar, var-dövlət insanları iki 
barışmaz  qütblərə  ayırmışdır.  «Pulu  görürsən? 
Şeytana namaz qıldırar». Yaxud da «Aydın» əsərinin 
müvafiq səhnəsində Şantan qız Susanna ilə nadan və 
yekəbaş Balaxanın mükaliməsinə diqqət edin:    
Susanna  nazlana-nazlana:  «Burax!  Əl-ayağımızı 
qırarsan» – deyəndə Balaxan öz qüvvəsinə arxayın bır 
halda  cavab  verir:  «Kimi  qorxudursan?  Atam  döy-
məyəcək,  anam  söyməyəcək.  Olmasın  bir  quyunun 
nöyütü. Yerdən sənin üçün ayaq çıxardaram»
2

Onun romantik qəhrəmanlarının dilindəki dəbdə-
bə,  pafos,  təmtəraq  və  emosiya  həmin  obrazların  öz 
məzmun və mahiyyətindən doğurdu və burada heç bir 
süniliyə  yer verilmirdi, çünki böyük amallar  uğrunda 
mübarizə  aparan  belə  qəhrəmanlar  təkcə  öz 
adlarından  danışmırdılar.  İstər  Aydın,  istər  Oqtay, 
Mirzə  Rza  Girmani;  istərsə  də  Elxan  və  başqalarının 
gözəl  və  təbii, incə  və təsirli, emosional  monoloqları 
həmişə  fəal  və  döyüşkən,  mübariz  olurdu.  Bu  isə 
ondan  irəli  gəlirdi  ki,  həmin  qəhrəmanlar  belə 
monoloqlarda  ancaq  öz  daxili,  fərdi  həyəcan  və 
kədərlərini,  arzu  və  istəklərini  ifadə  etmirdi,  onlar, 
                                                 
1
 C.Cabbarlı.Əsərləri, 2-ci cild, s.291. 
2
Yenə orada.  


 
179 
həm də ümumən, xalqın, kütlənin, bir sözlə, bütöv bir 
zümrənin narahatlığı, fəryadı, protesti kimi səslənirdi. 
Beləliklə,  romantik  mahiyyətdə  çırpınan  dil  adi, 
müstəqim,  birbaşa  məzmundan  başqa  ahəngdarlıq  və 
musiqinin hesabına yeni ovxar kəsb edərək kamil şeir 
təsiri  bağışlayır,  hətta  poetikləşirdi.  Bütün  bunlara 
dahi  dramaturqun  əsərlərindən  onlarca  misallar 
gətirmək olar. 
C.Cabbarlının  romantikası  onun  şeir  yaradıcılı-
ğında da, xüsusilə, lirik şeirlərində özünü göstərmək-
lə, «Qız qalası»ında yüksək zirvəyə çatmış olur. Lirik 
şeirlərində,  ciddi-ictimai  motivli  şeirlərində  də 
romantikaya xas olan dəbdəbəli, ehtiraslı, qanadlı bir 
dil hakimdir. Bunlarda mübaliğəli, bəlkə də təmtəraqlı 
bir deyim tərzi ilə qarşılaşırıq.  
Lakin onu da deməliyik ki, C.Cabbarlının «Ana» 
əsərini  Qorkinin  «Qadın-ana»,  «Xan  və  oğlu»,  «Qız 
və ölüm» əsərləri ilə nə qədər müqayisə etsələr, onla-
rın  arasında  müəyyən  paralellik  aparsalar  da,  bizim 
ədibimizin əsəri tam müstəqil və orijinal təsir bağışlayır. 
Doğrudur,  təsirlənmə,  səsləşmə  müəyyən  məqamlarda 
hiss olunur. Məsələn, Qorkinin əsərində Ana öz oğluna 
sonsuz məhəbbəti sayəsində qəddar və zəhmli hökmdar 
olan  Teymurləngə  qalib  gəlir,  onun  daş  qəlbini 
yumşaltmağa  nail  olur.  Və  Teymurun  saray  şairi 
Girmani anaya şeirlər, mahnılar, himnlər qoşur. 
...Lakin  dünya  gözəlləri  arasında  bir  gözəl  var. 
Onsuz verməz həyat bağı nə bir çiçək, nə də bir bar... 
Dünyaların ürəyidir,  möcüzələr  məkanıdır. Bu gözəli 
«ana»  deyib  çağırırıq  biz  insanlar!..  M.Qorki  də  ana 
haqqında  aforizm  kimi  səslənən  müdrik  bir  kəlamı 


 
180 
söyləmişdir: «Ana yeganə bir qüvvədir ki, onun qarşı-
sında ölüm itaətlə baş əyir. Qadına-anaya eşq olsun!». 
«Qız qalası»na gəlincə deməliyik ki, son dərəcə 
müstəsna  bir  mövzuya  həsr  olunan  bu  əsər  ilə  də 
mistika,  düşkün,  bədbin  romantika  yoxdur.  Əksinə, 
poemada  iştirak  edən  surətlərin  səciyyələndirilməsi, 
onların  arasındakı  dərin  və  barışmaz  konflikt  əsərin 
romantik kəsərini xeyli artırmışdır. 
Qəddar,  ehtiras  düşkünü,  möhtəkir  bir  ata  ilə 
çiçək  kimi  zərif,  büllur  sular  kimi  təmiz,  bakirə  və 
ismətli  bir  qız  –  Durna  qarşı-qarşıya  gəlmişdir,  həm 
də  bu  qarşılaşmada  kim  kimi  məsələsi  bütün 
kəskinliyi  ilə  üz-üzə  qoyulmuşdur.  Ona  görə  də 
nataraz  və  iyrənc,  zahirən  də  kifir,  qanlı  Qantəmərin 
müqabilində şair Durnanı bu cür gözəl, incə, zərif söz 
və boyalarla təsvir edir. 
Ancaq Durna, həm də böyük və qadir mənəvi bir 
qüvvədir.  Onu  da  qeyd  edək  ki,  «Qız  qalası»  əsərini 
ədəbi  tənqid  birmənalı  qarşılamamışdır.  Onun  guya 
xalqımıza  yad  olan  bir  mövzuda  yazılması 
C.Cabbarlının  günahıdır.  Təsadüfi  deyildir  ki,  xalq 
şairi  R.Rza  bu  əsərə  parodiya  kimi  eyni  adlı  bir 
poema  da  yazmışdır.  Lakin  biz  Cabbarlı  poemasına 
haqq  qazandırırıq.  Çünki  orada  yenə  də  gözəllik, 
namus, ismət qalib gəlir. 
Deyilənlərdən belə nəticəyə gəlmək mümkündür 
ki,  böyük  sənətkar  mövzudan  asılı  olaraq,  qələmə 
aldığı  həyat  materialının  bədii  əksetdirmədə  tələb  və 
təkliflərin  doğurduğu  üslub  və  formaya  müvafiq  bir 
dildə  danışa  bilirdi.  Məsələn,  onun  xalq  yaradıcılığı 
mövzu  və  motivlərindən  istifadə  yolu  ilə  yaratdığı 


 
181 
əsərlərində  dil  tam  xalq  dili  –  sadə,  bəzək-düzəksiz, 
aydın bir səciyyə daşıyır. Bu baxımdan ədibin məşhur 
xalq dastanlarından «Tapdıq» və ya «Alı xan və Pəri 
xanım» əsasında  yazılan və  son zamanlara qədər çap 
olunmamış  «Sitarə»  adlı  opera  librettosunun  son 
dərəcə  gözəl,  sadə  və  nümunəvi  dilini  nümayiş 
etdirmək üçün Mənsur və Sitarənin mükalimələrindən 
bir parçanı misal gətirək: 
 
Mənsur: 
 
Gözəl xanım nə gəzirsən burada?  
Söylə görüm, haralısan, ay gözəl?  
Bülbül məskən salmaz belə yuvada,  
Söylə görüm, haralısan, ay gözəl? 
 
Gözəl xanım, şərəflisən, şanlısan,  
Həyalısan, işvəlisən, qanlısan.  
Söylə görüm, kimsən, nə məkanlısan,  
Hansı dağın maralısan, ay gözəl? 
Sitarə: 
Soruşma sən mənim məkanım, elim,  
Xayin qardaş mənim soldurub gülüm.  
Xəzan yeli lal edibdir bülbülüm,  
Mən haralı, belə yerlər haralı? 
 
Gözəl desən, gözəllərin gözüyəm,  
Həşdadıyam, doxsanıyam, yüzüyəm,  
Adım Sitarə, Hac Sayad qızıyam,  
Mən haralı, belə yerlər haralı?
1
 
                                                 
1
 C.Cabbarlı. Əsərləri, 4-cü cild. Bakı,  1 9 5 0 -5 1 ,   s . 1 3 0 .  


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə