Cəlal Abdullayev



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə42/74
tarix25.07.2018
ölçüsü1,32 Mb.
#59097
1   ...   38   39   40   41   42   43   44   45   ...   74

 
170 
çiçəklər»in  melodramatik  aləmindən  1905-ci  ilin sərt 
realizminəcən,  digər  hallarda  uzun  illər  tələb  olunan 
böyük  yaradıcılıq  yolu  keçmişdir,  ancaq  Cəfər 
istedadı  bu  yaradıcılıq  metodlarının  cərəyanlarının 
heç birinin çərçivələrinə sığışmır. 
Cəfər Cabbarlı romantikdir? 
«Yox» – demək mümkün deyil, «bəli!» 
Cəfər Cabbarlı realistdir? 
 
Bəli! 
Cəfər Cabbarlı sentimentaldır? 
Bəli! 
 
 
Cəfər Cabbarlı lirikdir? 
Bəli! 
Satirikdir? 
Bəli! 
Bu sualı beləcə davam etdirmək olar...
1
 
Demək  lazımdır  ki,  C.Cabbarlının  romantikası 
milli zəminə, ana torpağa, Vətənə bağlı olduğu üçün, 
son  dərəcə  sağlam,  insanı  yeni-yeni  qələbələrə, 
uğurlara  qanadlandıran,  onu,  necə  deyərlər,  dağı-dağ 
üstə qoymağa sövq edən həyati romantikdir. Bəlkə də, 
bu romantika onun novator axtarışları ilə əlaqədardır. 
Doğrudan  da,  novatorluq  Cabbarlı  istedadının  üzvi- 
tərkib  hissəsidir:  sənətkarın  bədii  axtarışları  da  məhz 
bu  yönümlə  səciyyələndirilir.  Yenilik  və  romantik 
coşqunluq  isə  daima  gəncliyə  xasdır:  «...Bu  mənada 
Cabbarlı  yeni  nəsillərin  sənətkarı  idi  və  bu  yerdə 
söhbət müəyyən bir dövrün yox, bütün dövrlərin yeni 
nəsillərindən gedir;  yəni illər keçir,  nəsillər  bir-birini 
                                                 
1 Elçin. Şəxsiyyət və istedad. Bakı, 2000, s.16 


 
171 
əvəz  edir  və  Cabbarlı  əvəz  olunandan  çox,  əvəz 
edənin sənətkarıdır».
1
 
Cabbarlını daim yaşadan, onu əbədiyyətə qovuş-
duran  əsas  və  ümdə  xüsusiyyətlərdən  biri  də  böyük 
sənətkarın  novatorluq,  axtarıcılıq,  coşqunluq  və  ro-
mantiklik kimi keyfiyyətləri idi. Bu mənada Cabbarlı 
novatorluğu,  romantikliyi  bədii  surətlər  sistemindəki 
adlar  seçimində  də  özünü  daha  praktik,  daha  aydın 
göstərir. Aşağıdakı sözlərə diqqət edin: 
«Bəli, Cəfər böyük sənətkar olduğu kimi, sözün 
həqiqi  mənasında,  həm  də  gözəl  insan  idi.  O,  müa-
sirimizdir, bizimlə yanaşı gedir. Dəniz kənarında dos-
tuna  rast  gəlirsən,  görüşürsən.  Əllərindən  tutub  gəz-
dirdiyi ay parçası kimi iki uşağa baxırsan. Soruşursan: 
«Qızım,  adın  nədir?»  Deyir:  «Sevil».  Oğlandan 
soruşursan:  «Adın  nədir?»  Deyir:  «Aydın».  Əlində 
zənbil  tramvaya  minmək  istəyəndə,  bir  oğlan  uşağı 
sənə  yanaşır:  «Əmi,  ver  zənbili  götürüm»  –  deyir. 
«Sağ  ol  oğlum!  Adın  nədir?»  Deyir:  «Oqtay». 
Trolleybusa  minirsən.  Oturmağa  yer  yoxdur.  Gənclər 
ayağa  durur:  «Əmi,  gəl,  əyləş»  –  deyirlər.  Onlardan 
soruşursan:  «Adın  nədir?»  Biri  deyir:  «Sevil,  Gülsa-
bah»,  o  birisı  deyir:  «Gültəkin».  Bir  başqası  deyir: 
«Babək». Gözəl bır qız da deyir: «Almaz». 
 Cəfər  yaşayır.Adların  belə  təzə,  yeni,  orijinal, 
ən əsası isə saf və sırf Azərbaycan - Türk ismləri ol-
ması  da  böyük  sənətkarın  əngin  xəyala,  fantastik 
təxəyyülə  malik  olması  ilə  əlaqədar  idi:  o,  sanki 
qaranlıqları da xəyalın işığı ilə işıqlandırırdı. 
                                                 
1
 Yenə orada. s.19 


 
172 
C.Cabbarlı  ideal  bir  şəxsiyyət  kimi  daim  gə-
ləcəyə,  irəliyə  baxırdı.  O,  böyük  istiqlalçı  kimi  keç-
mişə həmişə acıyır. Məşhur «Dan ulduzu» şeirində ol-
duğu  kimi,  hətta  adi  avtoqraflarında  da  bu  böyük 
amalı  gözləyirdi.  Məsələn,  sovet  dövründə,  konkret 
desək,  1922-ci  ildə,  tanış,  məhrəm  bir  qadının  albo-
muna  onun  xahişi  ilə  yazdığı  bir  şeirdə  «gözlər, 
gözlər, qara gözlər» epitetləri ilə bəzədiyi, fikri yayın-
dırdığı  misraların  məna  və  məzmununa,  mahiyyətinə 
varsanız, çox önəmli nəticələr çıxarmaq olar: 
«Şeirimizin  ilham  pərisinə»  adlı  həmin  əsərdə 
oxuyuruq: 
 
O gündən 5 ildir tamam  
Oruc tutmam, namaz qılmam.  
Səhər-axşam var bir duam:  
Gözlər, gözlər, qara gözlər. 
 
Göylərə etməm etibar,  
5 ildir könlüm intizar.  
Tapındığım bir tanrı var,  
Gözlər, gözlər, qara gözlər. 
 
Diləklərim erkən soldu,  
Könlüm fəryaddan yoruldu.  
Nə istərdim... nələr oldu...  
Gözlər, gözlər, qara gözlər. 
 
Siz bir gözəllik tanrısı,  
Mənsə bir tale ayrısı.  
Könlümün ilham pərisi 
Gözlər, gözlər, qara gözlər. 


 
173 
C.Cabbarlı  romantik  təbiətli,  romantik  ruhlu  bir 
sənətkar idi. Dramaturqun qəhrəmanlarından  çoxu öz 
dövrünün,  öz  zəmanəsinin  qabaqcıl,  öndər,  daima 
irəliyə,  gələcəyə  can  atan  adamıdır.  Onların  qəlbi 
böyük  və  nəcib  arzularla,  şirin  xəyallarla  dolu 
olmuşdur.  Romantik  xəyyalla  pərvazlanan  qanadlar 
bu  qəhrəmanların  həyat  enerjisi,  həyati  gücüdür.  Elə 
bu qanad və enerji onun yaratdığı obrazların fəallıq və 
nikbinliyini,  həyatsevərliyini  göstərən  əsas  amildir. 
Onun  qəhrəmanları  həmişə  həyatın  əzablı,  əziyyətli, 
dolanbac  yollarından,  qasırğa  və  tufanlarından  keçir-
di. Bu qəhrəmanların ruhu, qəlbi, içi, daxili, mənəviy-
yatı geniş və əngin üfüqlər dolaşırdı. 
  Onu  da  qeyd  edək  ki,  bu  romantik  qəhrə-
manlar,  oxucu  və  tamaşaçılar  tərəfindən  ona  görə  bu 
səviyyədə  sevilir  ki,  onlar  öz  şəxsi,  fərdi  məsələ  və 
problemləri  ilə  məşğul  olmayaraq,  dünyəvi,  bəşəri, 
qlobal  məsələlər  barədə  düşünürlər.  Onlar  ümumi 
ideallar  uğrunda  özlərini  oda-közə  vurur,  ölümün 
gözünə  dik  baxırdılar,  onların  ölümləri  də  romantik 
ölüm  idi;  onların  ölümü  də  özlərindən  sonra  bir  işıq 
və bir nur yayırlar. Onlar öləndən sonra da ürəklərini 
məşələ döndərərək insanların yolunu işıqlandırmışlar. 
  Elə  yazıçılar  var  ki,  onlar  gah  romantik,  gah 
realist kimi bir qədər də sentimentalist olurlar. Lakin 
belə yazıçılar nəticədə bir şey zühura gətirə bilərlərsə 
də, bu da hünərdir. 
C.Cabbarlının  yaradıcılığının  ilk  dövrlərində 
yazdığı  əsərlər  bu  baxımdan  da  ibrətlidir.  Doğrudan 
da,  bu  tipli  əsərlərində  onun  realistmi,  romantikmi, 
sentimetalistmi  olduğunu  asanlıqla  aydın  etmək  ol-


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə