Cəlal Abdullayev



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə43/74
tarix25.07.2018
ölçüsü1,32 Mb.
#59097
1   ...   39   40   41   42   43   44   45   46   ...   74

 
174 
mur. Məsələn, «Ədirnə fəthi» pyesində Ənvər paşanın 
dilindən bu sözləri eşidirik: 
«Ey  qəhrəman  türklərin  igid  balaları!  Siz  şanlı 
türk  övladları  olduğunuzu  heç  hərbə  girmədən  bu 
qədər  böyük  məsafəni  3  günə  piyada  gəlirkən  sübut 
etdiniz!  Qardaşlar,  biz  Ədirnəyə  kimsəni  əzməyə 
gəlmədik,  biz  kimsəyə  hücum  etmək,  kimsəni  tapda-
maq  istəmədik  və  kəndimizin  də  tapdanmasına  yol 
vermərik.  Bunu  görməkdənsə,  ölümümüzü  görmək 
istərik.  Ey  Şərq  günəşinin  hərarətli  qoynunda  bəslə-
nən  azad  Asiyanın  istiqanlı,  igid  balaları...Qarışqalar 
kimi  ayaqlar  altında  tapdanmağa  da  həyatmı  deyirik? 
Xayır,  türk  olduğunu  anlayan  hər  kəs  bunu  qəbul 
etməz!  Yerin  üstündə  yatmaqdansa,  altında  yatmaq 
daha  gözəl  deyilmi?  Biz  kimsədən  tərəhhüm 
ummayırıq.  Tərəhhüm  bir  millətin  ölməsi  deməkdir. 
Silahına təkyələnməyən bir millət yüksək dağlara belə 
dayanırsa,  nəhayət,  yıxılacaqdır.  Bu  gün  Ədirnəni 
bütün  Avropanın  tələbinə  rəğmən  xilas  edən  kimdir? 
Nədir,  biliyormusunuz?  Türk  millətinin  qəlbində 
oyanan intibah! Həqiqi bir insan kimi yaşayan intibahi 
bir  hiss,  intibah!  Onu  yaşadacaq  və  üzərinə  bütün 
Avropa:  bütün  dünya  qalxarsa,  susdurmayacaqdır? 
Ola bilər bundan sonra bizi döysünlər, əzsinlər, fəqət 
naümid  olmamalı,  qorxmamalıyıq.  İsbat  etməli  və 
əmin  olmalı  ki,  təsir  altından  qalxaraq  varlığıyla 
bütün dünyaya qarşı seyr edib deyəcəklər: Ya Türkiyə 
şərəf  qoynunda,  ya  Türkiyə  ölüm  qoynunda  (xalq: 
«Yaşasın  Ənvər  bəy»  –  deyir).  Haydı,  qardaşlar, 
qəhrəman  əsgərlər,  yorulmuşsunuz,  istirahətə.  Yarın 


 
175 
isə Hərsa kilsəsinə doğru hərəkət edəcəyik» (gedirlər. 
Rüfət. Xalid qalır)
1

Sənətin  öz  inadkarlıq  dili  vardır.  Onun  öz 
həqiqəti  vardır.  Şekspirin  əsərlərində  də  hadisə  və 
səciyyələr  vardır  ki,  sadəcə,  hekayə  etdikdə  inanmaq 
çətindir;  amma  Şekspir  bizi  inandırır.  Şekspirin  «III 
Riçard» tragediyasında belə bir yer vardır: Qloster, VI 
Henrixi  dəfn  edib  qayıdan  Ledi  Anna  ilə  yolda 
görüşür. Annanın atasını və ərini öldürmüş Qloster öz 
şirin  və  yağlı  dili  ilə  Annanın  qəlbini  ələ  alır,  ona 
vurduğu  ağır  zərbələri  unutdurur  və  qadının 
qəlbindəki  nifrəti  məhəbbətə  çevirir.  İnanılması  çox 
çətin  olan  bu  hadisəyə  böyük  sənətkar  bizi  inandırır, 
çünki  o,  bizi  burada  insan  psixologiyasının  dərinliyi, 
mürəkkəbliyi  və  müxtəlifliyi  ilə  tanış  edir.  Bir  tərəf-
dən ikiüzlülüyün ən müəzzəm bir surətini, o biri tərəf-
dən  isə  hər  fəlakəti  unutduran  qadın  şöhrətpərəstliyi-
nin qüdrətini açıb göstərir. Odur ki, sənətin qüdrəti ilə 
biz inanılmaz bir şeyə inanırıq. Amma, məsələn, çox 
bəyəndiyimiz «İntizar»da, hətta ən yaxşı hesab etdiyi-
miz  Alxasbəyin  öz  oğlunu  sevinə-sevinə  müharibəyə 
göndərməsini  bir  qədər  süni  hesab  edirik:  çünki 
burada müəllifin sənəti atanın səciyyəsini bizə daxilən 
deyil,  zahirən,  ruhən  deyil,  fikrən  izah  edir.  Biz: 
atanın  qəlbini  yox,  quru  mühakiməsini,  mülahizəsini 
görürük. Ancaq Qanbayın ölüm kağızı gəldiyi zaman 
Alxasbəyin  qəlbi  sanki  bir  ildırım  şüası  işığında  ani 
olaraq  görünür:  «Belimi  sındıran,  oğul!»–  deyə  o, 
qəlbinin  fəryadını  aşkara  çıxarır.  Zeyniş  də  deyir: 
                                                 
1
C.Cabbarlı. Ədirnə fəthi, Bakı, 1996, s.86 


 
176 
«Dağ  da  yerindən  tərpənərmiş!».  Bu  iki  cümlə  bizə 
səmimi  göründüyü  kimi,  səciyyənin  də  mahiyyətini 
inandırıcı bir şəkilə salır. Bu iki cümlənin işığında biz 
Alxas bəyi daha yaxşı görürük.
1
   
Bu  mənada  da  C.Cabbarlı  sənəti  bizim  sonrakı 
dramaturqlarımız  üçün  gözəl  məktəb  rolunu  oynayır-
dı.  Doğrudan  da,  Azərbaycanda  yetişən  sonrakı  dra-
maturqlar nəsli ondan öyrənmişdir, indi də öyrənmək-
dədirlər.  M.İbrahimov, S.Vurğun, M.Hüseyn, İ.Əfən-
diyev,  C.Məcnunbəyov,  daha  sonralar  B.Vahabzadə, 
N.Xəzri, N.Həsənzadə və onlarca başqaları. 
Şekspirin  «Hamlet»  əsərində  Hamletin  öz 
sevgilisi,  nişanlısı  Ofeliyaya  dediyi:  «Ofeliya, 
monastra get!» sözləri ilə Cabbarlının «Oqtay Eloğlu» 
pyesinin  baş  qəhrəmanının  sevgilisi  Firəngiz  barədə 
dediyi  sözlərdəki  aydın  və  bariz  səslənməni  heç  cür 
inkar  etmək  olmaz:  «...Sən  bu  həyatın  (səhnənin) 
görünüşlərinə aldanma! O bir həqiqət deyil, elə görü-
nür. O bir oyuncaqdır!». Bunu sanki bir qədər də ay-
dınlaşdırmaq  məqsədi  ilə  dramaturq  Oqtayın  dili  ilə 
surətin  monoloqunu  davam  etdirir:  «Mən  mənəviy-
yatımda  bir  ideal  olaraq  yaradıb  gizlədiyim  min-min 
bir  məxluqu  qara  torpaqlarda  sürünəcək  qədər  rəzil 
olan bir həşərat içərisində görmək istəmirəm»
2

Hər  iki  əsərdən  gətirdiyimiz  sitatların  mahiyyə-
tinə varmadan da aydın olur ki, Şekspirin dövrü kimi 
Cabbarlının  dövrü  də  pozğunlar,  əyyaşlar,  satqınlarla 
dolu  imiş.  Hamlet  sevgilisini  qorumaq  üçün  onu 
                                                 
1
 M.Arif. Seçilmiş əsərləri, 1-ci cild, Bakı. 1967, s.189 
2
 C.Cabbarlı. Əsərləri. 2-ci cild. Bakı. 1950, s.290. 


 
177 
monastra  göndərir,  hələ  o  da  məlum  deyildir  ki, 
Allahın  müqəddəs  evi  sayılan  həmin  monastr  və 
kilsələr çirkabdan xalidirlərmi? 
 
Eyni sözləri bəlkə bir qədər də artıq Firəngizə də 
şamil etmək olar; çünki onun aqibəti daha pisdir, hətta 
getməyə  belə  yeri  yoxdur.  Altun  və  istismar  dünyası 
Firəngizi  də  bədbəxt  etmişdir.  Akademik  M.Arif 
yazır:  «Firəngizin  saf  məhəbbəti  Aslanbəylərin  quru 
və  duyğusuz  haqq-hesablarına  qurban  olmuşdu. 
Firəngiz göz yaşı tökə-tökə öz dili ilə öz məhəbbətini 
inkar etməyə, özünü pozğun və fırıldaqçı Qalaçıxano-
vun  bədbəxt  və  aciz  bir  köləsinə  çevirməyə  məcbur 
olmuşdu»
1

Nəticədə  Oqtayın  bir  az  da  çılğınlaşaraq  Firən-
gizi  öldürməsi  də  məhz  bununla  izah  edilə  bilər.  Bu 
hərəkətlə  Oqtaya  elə  gəlir  ki,  Firəngizi  öldürməklə, 
«realı»  «ideala»  çevirir,  deməli,  öldürərək  yaşadır: 
«Yalan  deyirlər,  mən  səni  öldürmədim.  Sən 
yaşayırsan!  Sən  buradasan!  (köksünə  vurub  göstərir) 
Mənim bağrımdasan. Ölən, bu səfilin quraşdırdığı bir 
yığın ət, bir yığın sümükdür... Sən yaratdığın Firəngiz 
indi  yoxdur,  fəqət  mən  yaratdığım  Firəngiz  əbədidir! 
Onu  kimsə  öldürməz,  o  solmaz,  qocalmaz, 
usandırmaz, getdikcə gözəlləşər!»
2

Ona  görə  də  bu  cür  müstəsna  mövzuları,  qeyri-
adi  qəhrəmanları  təsvir  edərkən,  Cabbarlının  dili  də 
romantik bir məna kəsb edirdi, surət və personajların 
ağzı od-alov saçırdı: «Adət! Qanun! Böyüklüyə qarşı 
                                                 
1
 M.Arif. Seçilmiş əsərləri, 1-ci cild, Bakı. 1967,  s. 291. 
2
 C.Cabbarlı.Əsərləri, 2-ci cild, s.291 


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə