Cəlal Abdullayev



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə41/74
tarix25.07.2018
ölçüsü1,32 Mb.
#59097
1   ...   37   38   39   40   41   42   43   44   ...   74

 
166 
Peşmanlıq,  fikir,  əzab-əziyyət,  xüsusilə,  vicdan 
əzabı, insanın öz daxili məhkəməsi daha təsirli, daha 
qorxulu, daha kəskin olur. 
Eyni  oxşarlığı  bir  qədər  başqa  şəkildə  olsa  da, 
«Aydın»  əsərində  də  görürük.  Aydın  Gültəkinlə 
mükaliməsi zamanı deyir: 
«Siz  mənim  xəyalımda  yaratdığım  bir  heykəli 
canlı olaraq göstərirsiniz». Bir qədər sonra: «Siz indi 
adi  haldan  çıxmış,  böyük  bir  məna  görkəmi 
almışsınız...», «mən indi sənə bir qadın kimi deyil, bir 
«ideal» kimi baxıb yenidən sevirəm». «İndi mən artıq 
sizi deyil, bu xatiratı sevir, bu xatirat ilə yaşayıram»
1

Bu  qəbildən  olan  misalların  sayını  artırmaq  da 
olar.  Məsələn,  «Oqtay  Eloğlu»  əsərində  baş 
qəhrəmanın  məşhur  monoloqu  bu  baxımdan  diqqətə 
şayandır:  «Mən  dünyada  ədalət  adında  bir  şey 
tanımıram. Hamısı  yalandır!  Yalan deyir Şiller!  Mən 
yenə  ancaq  bu  zavallı  xalqı  tanıyır,  ona  müraciət 
edirəm. Ona təslim oluram». 
Artıq çılğınlaşmış, ədalətsizlik və  yalana əsasla-
nan mövcud quruluşa nifrətlə monoloqunu davam et-
dirən  O.  Eloğlu  deyir:  «Son  söz  onundur.  Onu  o 
söyləsin:  kimdir  müqəssir?  Yaşadaraq  öldürən, 
öldürərək  yaşadan,  sevərək  parçalayan,  parçalayaraq 
sevən  əliqanlı  səfillər  padşahı  Oqtay  Eloğlumu?  Bu 
zavallı, günahsız yavrumu? (Firəngiz nəzərdə tutulur– 
C.A.)  Əski  mühitin  bu  gülünc  heykəlimi?  Və  yaxud 
alman dahisi böyük Şillerin özümü?».
2
 
                                                 
1
 C.Cabbarlı. Əsərləri, 1-ci ild, Bakı, 1968, s.310.  
2
 C.Cabbarlı. Əsərləri. 3- cü cild, s. 326 


 
167 
  C.Cabbarlı  romantikasının  bir  səbəbi  də  onun 
müsbət qəhrəmanlarının hamısının, heç olmasa böyük 
əksəriyyətinin  gənclərdən  ibarət  olmasıdır.  Almazlar, 
sevillər,  yaşarlar, firəngizlər və s. fikrimizi sübut edə 
bilərlər. Gənclik isə, xəyal, fantaziya, coşqunluq, güc 
və romantika deməkdir. 
İyirminci  illərdə  iki  dramaturq  gənclərin 
diqqətini daha çox cəlb edirdi: Hüseyn Cavid və Cəfər 
Cabbarlı.  Cavid  öz  tarixi-romantik  qəhrəmanları  ilə 
çoxdan  tamaşaçılara  tanış  idi.  Onu  da  qeyd  etmək 
lazımdır  ki,  bu  iki  yazıçının  əlaqə  və  münasibətləri 
maraqlı 
məsələdir. 
Gələcəkdə 
bu 
məsələ 
tədqiqatçılarını  məşğul  etməlidir.  Cabbarlı  Cavid 
yaradıcılığının  bəzi  məhdud  cəhətlərini,  xüsusən, 
Azərbaycan 
həyatından 
az 
yazmasını, 
milli 
qəhrəmanlar  yaratmağa  az  əhəmiyyət  verməsini  hiss 
etsə də, hər halda onun dramaturji təsirindən tamamilə 
uzaqlaşa  bilməmişdi.  Cavidin  Şeydası  ilə  Cəfərin 
Aydını  arasında  qohumluq  vardı  və  bunu  görmək  o 
qədər  də  çətin  deyildi.  Amma  Cavidin  Cəfərə  təsiri 
belə  müstəqim  təsirdən  daha  artıq,  əks  istiqamətdə 
olmuşdur. Bu cəhəti biz, hətta Cavidin «Peyğəmbər»i 
ilə Cabbarlının «Od gəlini» arasındakı əlaqədə axtara 
bilərik. Əgər Cavid Peyğəmbər surətində Məhəmmədi 
müsbət  planda  bir  humanist  və  islahatçı  kimi 
vermişdisə,  Cəfər  Əbu-Üseyd  surətində  Məhəmmədi 
mənfi  planda,  bir  qəsbkar  və  mürtəce  şəxsiyyət  kimi 
verməyə  çalışmışdı,  yəni  Cavidin  əksinə  hərəkət 
etmişdi,  onu  bir  növ  təshih  etmək  istəmişdi.  Cavidin 
əksinə  olaraq,  Cabbarlı  daha  çox  Azərbaycandan  və 
həm  də  müasir  həyatdan  yazırdı.  Cabbarlı  Caviddən 


 
168 
öyrənirdi,  amma  onu  nəinki  təkrar  etmirdi,  hətta 
müasir  ədəbiyyatın  qarşısında  duran  məsələləri  həll 
etmək  işində  onu  qabaqlayırdı.  M.Arif  yazır:  «Bir 
təsadüf  məni  bu  məsələ  üzərində  bir  də  düşünməyə 
vadar etdi. 
  Bir gün Azərbaycan Akademik Dram Teatrının 
kassası  qabağında  belə  bir  səhnənin  şahidi  oldum: 
kassa  qabağında  asılmış  afişada  Cavidin  «İblis», 
«Şeyx  Sənan»,  Cabbarlının  isə  «Oqtay  Eloğlu»  və 
«Od  gəlini»  əsərlərinin  tamaşaya  qoyulması  elan 
olunurdu. Afişanı oxuyan iki nəfər söhbət edirdi. Mən 
onların söhbətini aydın eşidirdim: 

 
Cabbarlının  əsərlərinə  baxanda  adamın  qanı 
cuşa gəlir. Cavid də təsirli yazır, amma adamı bədbin-
ləşdirir. 

 
Cabbarlı Cavidin şagirdidir. 

 
Şagirdi olsa da, müəllimi ötür. 
Bu  adamların  kim  olduğunu  təyin  etmək  çətin 
idi,  amma  ədəbiyyatla  və  teatrla  yaxından  maraqlan-
dıqları  hiss  olunurdu.  Tanımadığım  bu  adamların,  o 
zamankı  qəzet  səhifələrində  gedən  qızğın  və  dolaşıq 
mübahisələrdən  asılı  olmayaraq,  sərbəst  danışmaları, 
öz rəylərini açıq söyləmələri mənə o qədər dərin təsir 
etdi ki, illər keçdi, amma  yadımdan çıxmadı: «Şagird 
müəllimini ötür»
1

Əlbəttə, o illərdə inqilaba, yeniləşməyə, pafos və 
romantikaya  qüvvətli  bir  meyl  də  müşahidə  edil-
məkdə idi. Akademik M.Arif bu fikri çox sərrast ifadə 
etmişdir:  «Cabbarlı  pyeslərinin  bizim  dövrümüzün 
                                                 
1
 M.Arif. Böyük sənətkar.Bakı, 1976, s.27-28 


 
169 
gəncləri üzərindəki təsirini sözlə ifadə etmək çətindir. 
20-30-cu  illərdəki  gənclər  «Aydın»,  «Oqtay  Eloğlu», 
«Od gəlini» və «Sevil» kimi əsərləri xüsusi bir ehtiras 
və  aludəliklə,  dərin  bir  həyəcan  və  coşqunluqla 
qarşılayırdılar».
1
 
Bu  baxımdan  böyük  dramaturqun  digər  əsərlə-
rində  də  gəncliklə,  təkamüllə,  tərəqqi  və  inkişafla 
bağlı,  xəyalla,  romantika  ilə  əlaqədar  canlı  obrazlar 
silsiləsi  tapmaq  mümkündür.  Hətta  son  əsəri  olan 
«Dönüş»də  də  bunların  müəyyən  nümunələrini  görə 
bilərik. 
Böyük  dramaturqun  yaradıcılığını  diqqətlə 
nəzərdən  keçirəndə  onun  çoxşaxəli  istedadında 
realizmlə yanaşı, romantikanın da fəal iştirakını görü-
rük. Hələ ilk şeirlərindən birində deyirdi: 
 
Buraxınız, seyr edəyim, düşünəyim, oxşayayım, 
Şu sevimli üç boyalı, üç mənalı bayrağı. 
Mələklərin qanadını üzərinə kölgə salan? 
Nə imiş bu, aman Allah?! Od yurdunun arpağı! 
Göy yarpaqlı, al çiçəkli, yaşıl otlar topasımı? 
Xayır, xayır! Çiçək solur, otlar yerdə tapdanır. 
Fəqət bizim bayrağımız ucaları pək seviyor
Yulduzlardan, hilaldan da yüksəklərdə fırlanıyor. 
 
Görkəmli  tənqidçi,  nasir  və  dramaturq  Elçin 
Cəfər  Cabbarlı  istedadının  çoxcəhətliliyi  haqqında 
orijinal  və  maraqlı  mülahizələr  söyləmişdir.  Cəfər 
Cabbarlı  qısa  ömründə  «Vəfalı  Səriyyə»  və  «Solğun 
                                                 
1
 M.Arif. Böyük sənətkar.Bakı, 1976, s.27-28 


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə