Cəlal Abdullayev



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə51/74
tarix25.07.2018
ölçüsü1,32 Mb.
#59097
1   ...   47   48   49   50   51   52   53   54   ...   74

 
207 
 
 
 
 
 
 
 
 
II HİSSƏ 
 
 
 
CƏLAL ABDULLAYEVİN  
BU VƏ YA DİGƏR KİTAB 
MÜƏLLİFLƏRİNƏ 
 XEYİR- DUALARI 


 
208 
 
İNANIRAM Kİ... 
 
Bu  gün  Azərbaycan  oxucusunun  istedadlı 
jurnalist,  tədqiqatçı-filoloq  kimi  tanıdığı,  Həsən  bəy 
Zərdabi  və  Qızıl  Qələm  Mükafatları  laureatı  Tofiq 
Əbdülhəsənli  mənim  tələbəm  olub.  Tanışlığımızın 
yaşı  isə  on  beş  ili  çoxdan  ötüb.  Yaxşı  yadımdadır, 
Tofiq  hələ  tələbəlik  illərində  müasir  Azərbaycan 
ədəbiyyatı,  xüsusilə  də  siyasi  lirikamızla  maraqlanır, 
ustadı  Xəlil  Rza  Ulutürkün,  Bəxtiyar  Vahabzadənin, 
Məmməd Arazın, Sabir Rüstəmxanlının yaradıcılığını 
bir tədqiqatçı  marağı  ilə izləyirdi. Mən hələ  o illərdə 
hiss  edirdim  ki,  Tofiq  çox  ciddi,  sanballı  elmi  iş 
üzərində işləməyə qadirdir. 
Sonralar  onun  diplom  işinə  də  özüm  rəhbərlik 
etdim.  Xəlil  Rzanın  yaradıcılığına  həsr  etdiyi  bu 
diplom  işi  çox  yüksək  tədqiqatçılıq  səriştəsi  olan  bir 
tələbənin potensial imkanlarından xəbər verirdi. 
T.  Əbdülhəsənli  diplom  işində  X.  Rza 
yaradıcılığını  hərtərəfli  tədqiq  etmiş,  şairin  şeir  və 
poemalarındakı  müqəddəs  kədəri,  bəşəri  kədəri  təhlil 
obyektinə  çevirmişdi.  Dolayısı  ilə  konkret  misallar 
əsasında  göstərmişdi  ki,  bu  kədər  bütövlüyə,  birliyə, 
yetkinliyə çağıran bir kədərdir. Bu kədərin, bu ictimai 
dərdin  –  Vətəni  azad  və  müstəqil  görmək  ideyasının 
üzərində köklənəndə insan xırda, cılız hisslərdən uzaq 
olur.  Daha  böyük  ideallar,  məslək  və  amal 
mübarizəsinə  özünü  səfərbər  hiss  edir.  Soykökünü, 
özünü,  kimliyini,  nəçiliyini  dərk  edir,  qan  yaddaşına 
tapınır.  Antihumanizmin  hər  cür  təzahürlərinə  qarşı 


 
209 
barışmaz  mübarizənin  önündə  getmək   üçün  daha  da 
səfərbər olur, müsəlləh əsgərə dönür. 
Haqqında  söz  açdığım  diplom  işindən  bizi  on 
ildən çox zaman məsafəsi ayırır. Ötən müddətdə mən 
Tofiqin onlarla elmi məqaləsini, publisistik yazılarını 
oxumuşam  və  açıq  deyirəm  ki,  tələbəmin  uğurlu 
yazılarına  görə  həmişə  sevinmişəm.  Onun  «Müasir 
Azərbaycan  şeirində  siyasi  lirika»  adlı  namizədlik 
dissertasiyasının  da  elmi  rəhbəri  özüməm.  Çox 
məmnunam  ki,  tələbəm  bu  illərdə  rəsmi  dövlət 
qəzetində  –  «Azərbaycan»dakı  vacib  jurnalistlik 
fəaliyyəti ilə elmi fəaliyyətini əlaqələndirə bilmiş, son 
dərəcə gözəl bir tədqiqat işi yazmışdır. 
Oxuculara  təqdim  olunan  bu  kitabda  müəllif 
Osman  Sarıvəllinin,  Xəlil  Rza  Ulutürkün,  Bəxtiyar 
Vahabzadənin,  Cabir  Novruzun,  Sabir  Rüstəmxanlı-
nın,  Söhrab  Tahirin  və  başqa  görkəmli  sənətkarları-
mızın siyasi lirikasını tədqiqat obyektinə çevirir, onlar 
müxtəlif yöndən təhlil olunur. Konkret faktlarla sübut 
olunur  ki,  bugünkü  milli  istiqlalımızın  qazanılma-
sında,  müstəqilliyimizin  göz  bəbəyi  gimi  qorunub 
saxlanmasında  bu  görkəmli  sənətkarların  əsərlərinin 
rolu misilsizdir, əvəzsizdir. Bir vaxtlar «Afrikanın sə-
si» adıyla çap olunan, bu gün dillər əzbərinə çevrilən: 
 
Azadlığı istəmirəm
 Zərrə-zərrə, qram-qram,  
Qolumdakı zəncirləri  
Qıram gərək, qıram-qıram, 
 


 
210 
–  deyən  lirik  qəhrəmanın  hissi  və  düşüncələri 
hamımıza  doğmadır,  əzizdir.  T.  Əbdülhəsənli  haqlı 
olaraq göstərir ki, nə qədər ki,  yer üzündə xalqlar öz 
azadlığı  və  istiqlalı  uğrunda,  imperiya  zülmündən 
xilas  olmaq  uğrunda  mübarizə  aparır,  nə  qədər  ki 
tikanlı  məftillərlə  iki  hissəyə  bölünmüş  ölkələr, 
xalqlar var, bu tipli əsərlər həmişə müasir səslənəcək, 
oxucusunun heç nəyə güzəştə getmədən işıqlı ideallar 
naminə  mübarizə yarağına çevriləcək.   
Xəlil Rza Ulutürkün yaradıcılığına həsr olunmuş 
«Mənəvi  ucalıq  poeziyası»  adlı  iri  həcmli 
məqaləsində  Tofiq  Əbdülhəsənli  haqlı  olaraq  qeyd 
edir ki, lirik qəhrəman şair şəxsiyyətinin estetik ideal 
ilə qovuşması yolu ilə yaranır. 
Məşhur  ingilis  yazıçısı  Çarlz  Siou  yazır  ki, 
böyük ədəbiyyat və  böyük mədəniyyət heç  də xalqın 
azad,  firavan  çağlarında  deyil,  əksinə,  özünü  təsdiq 
etmək uğrunda mübarizənin qızışdığı çağlarda yetişir. 
Bu  həqiqətən  belədir.  Bir  vaxtlar  Xəlil  Rza  Ulutürk 
yazırdı  ki,  bu  həqiqəti  yalnız  və  yalnız  bir  gündə  az 
qala  24  saat  işləməkdən,  çalışmaqdan,  yanıb- 
yaxılmaqdan  zövq  alanlar  duya  bilərlər.  O,  Çarlz 
Sionun yuxarıdakı fikrinə bir daha haqq qazandıraraq 
qeyd  edirdi  ki,  böyük  mədəniyyət,  mütləq  və  mütləq 
millətin,  ulusun  özünütəsdiq  uğrunda  mübarizəsinin 
qızışdığı  çağlarda  yaranır.  Bu  elə  qüdrətli  və 
qarşısıalınmaz  bir  qanunauyğunluqdur  ki,  heç  bir 
aclıq,  yaxud  digər  maneə  köksündə  öz  xalqının 
ürəyini gəzdirənlərin döyüş əzmini korşalda bilmir. 
Böyük  poeziyanı  cəsurlar  yaradır.  Xəlil  Rza 
poeziyasında  simasızlığa,  meşşanlığa,  «palaza  bürün, 


 
211 
elnən sürün» fəlsəfəsinə qarşı hiddət və qəzəb həmişə 
güclü  olmuşdu.  Bu  baxımdan  Azərbaycan  poeziya-
sının ənənələri qədimdir. 
T. Əbdülhəsənli X. Rzanın «Xiyabani yurdunda» 
şeirini  haqlı  olaraq  çağdaş  poeziyamızın  mühüm 
uğuru  hesab  edir.  Qeyd  edir  ki,  bu  tipli  şeirləri 
həyəcansız  oxumaq  mümkün  deyil.  Şeirin  ümumi 
ruhunda  bir  kədər  var.  Bu  kədər  müqəddəs  kədərdir. 
Bu  kədər  süstlüyə,  ətalətə  yox,  əslində  mübarizəyə, 
əsarət zəncirini qırmaq uğrunda ölüm-dirim vuruşuna 
çağıran  kədərdir.  Söhbət  vətəndən,  istiqlalımızdan 
gedirsə,  demək  bu  kədərin  misli  yoxdur.  Demək,  bu 
kədər böyük insan sevinclərinə bərabər olan kədərdir! 
Müəllifin fikrincə Xəlil Rzanın Cənub şeirlərinin 
ümumi  ruhu  belə  bir  qənaətə  gəlməyə  əsas  verir  ki, 
hakimlə  əsarətdə  olan  xalq  arasında  heç  bir  səmimi 
dostluq ola bilməz. Ölkənin sərvətlərini talan etməklə 
kifayətlənməyib,  həm  də  xalqın  şüurunu  dəyişdir-
məyə,  onun  mənliyini  məhv  etməyə  çalışanlar  daha 
güclü  etiraza  və  müqavimətə  rast  gələcəkdir.  Bu 
mənada  «Mən  Azərbaycanam»  şeirindən  misallar 
gətirir: 
 
Dinləyin, dinləyin, mən bir kamanam,  
Dağ-daşı yandıran aham, amanam.  
Bir vaxt Albaniya dedilər mənə,  
Dağlardan vüqarlı alpam, alpanam,  
Neçə Keyxosrovun açıq döyüşlə  
Brilyant tacını bomboş qoyanam. 
 


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə