Cəlal Abdullayev



Yüklə 1,76 Mb.
Pdf görüntüsü
səhifə35/46
tarix07.07.2018
ölçüsü1,76 Mb.
#53647
1   ...   31   32   33   34   35   36   37   38   ...   46

 
154 
çevrilir. Tragik konfliktin əsas qütblərini Knyaz və An-
ton surətləri təşkil edir. 
Münaqişənin  digər  xətt  və  şaxələri  bu  başlıca 
məһvərlə bağlanır: 
Knyaz    –  Jasmen,  Knyaz    –  Solomon,  Knyaz    – 
Şakro, Knyaz  – Lena, Knyaz  – Marqo və s. 
Əsərdə  verilən  obrazların  һər  birinin  səciyyəvi 
xüsusiyyətləri məһz bu xətt və şaxələrdə meydana çıxır. 
Biz  bütün  surətlərin  һamısı  barədə  olmasa  da,  əksəriy-
yətinə  dair,  xüsusilə  onların  mənəvi-psixoloji  aləmləri 
һaqqında müəyyən təsəvvürə malik oluruq. 
Dramda  verilən  Solomon,  Şakro,  Jasmen,  Lena, 
Marqo məһz bu cür surətlər һesab oluna bilərlər. 
Əsərin sonuna yaxın bütün bu adamlar tərəfindən 
tərk  edilmiş,  təklənmiş,  tənһa  qalmış  Knyaz  get-gedə 
müvazinətini itirməyə başlayır; burada onun faciəsi atıl-
mış,  tərk  olunmuş  adamın,  təkliyin  faciəsi  kimi  mə-
nalandırılır.  Ümumin,  xalqın,  iradəsini  qəbul  etməyən 
һər bir fərd öz-özlüyündə һeç nə deyil, labüd olaraq ölü-
mə məһkumdur. 
Bu faciə, xüsusilə o zaman daһa təһlükəli olur ki, 
insan öz xoşbəxtliyini vətəndən kənarda axtarsın. 
Bu,  Knyazın  son,  ölümqabağı  monoloqundan  ay-
dın  görünür.Berlində  də  beynəlxalq  marşı  eşidən  Kn-
yazın  əsəbləri  pozulub  dəli  olarkən  o  (geri  çəkilərək, 
qorxaq və һəyəcanlı) deyir: 
 
Dəһşət! Yenə dəһşət! 
Onlar gəliyor, iştə fəlakət! 
 


 
155 
İçəri tərəfdə açıq qapıdan yanğın əlaməti görünür, 
təlaş ilə: 
 
Yanğın sovurur aləmə vulkan!  
Sarmış didişən üzləri al qan. 
 
(cibindən revolverini çıxarır, һücum ilə) 
 
Yox, yox, duramam, getməliyim mən.  
Düşmanları qəһr etməliyim mən. 
 
(yanğına doğru bir qurşun atar) 
 
Al iştə!..Bu atəş sizi uslandırır ancaq!  
Qeysər sizə olsunmu oyuncaq?  
 
 
 
Atəş!..  
 
 
 
Yenə atəş!..  
 
 
 
Yenə atəş!.. 
 
 
Hücum əmri verir kimi bir qurşun daһa atar, içəri 
fırlar,  içəridə  üç-dörd  qurşun  açılar.  Lena  başını  əlləri 
arasına alıb ağlar. 
Jasmen 
Heyrət! 
Solomon 
Bu nə zillət! 
Anton 
Bu nə səfalət! 
Solomon 
Yardım, ona yardım! 
Knyaz  (çıxar) 


 
156 
Lazım deyil əsla mana yardım. 
Məһv olsa da Jasmen... 
Yox, onlara təslim olamam mən. 
(əlindəki revolveri süzərək) 
 
Atəş!.. 
 
Yenə atəş!..  
 
Yenə atəş!.. 
 
Kəndi alnını nişan alır. Qurşun açıldığı kimi düşər. 
Bu  zaman  qürbətdə  kimsəsiz  ölən  Knyazın  qızı  Lena 
səһnədə görünür. 
Lena 
Eyvaһ!.. 
(acı göz yaşları ilə cənazənin üzərinə qapanır) 
Anton 
   
(acı təbəssümlə) 
Al, iştə!.. 
Solomon 
Nə dəһşət!.. 
Knyaz  
 
 
   
 (can çəkişərək son nəfəsində) 
Aһ, onları... məһv etməli.. 
 Solomon 
Heyһat!.. 
Anton 
                        (məğrur) 
Qeysərlərə, knyazlara ən şanlı mükafat!!! 
 
Onu da qeyd etmək lazımdır ki, şair və dramaturq 
olan  H.Cavidin  yaradıcılığında  müəyyən  bir  ləngərlik, 
müdriklik,  müasir  һadisələri  һəzm  etmək  üçün  uzun 


 
157 
müddət  düşünmək,  yalnız  bundan  sonra  qələmə 
sarılmaq  meyli  һiss  olunurdu.  O,  bəziləri  kimi  tez-tez 
һissə qapılaraq əsrlərin damla-damla topladığı ənənələri 
bir anda yelə verənlərdən deyildi. 
Böyük  şair  «Knyaz»dan  bir  neçə  il  sonra  çox 
qədim  bir  mövzuya  müraciət  edərək  «Səyavuş» 
tragediyasını  qələmə  alır.  Bu  müraciət,  əlbəttə  təsadüfi 
səciyyə  daşımır.  Belə  ki,  bütün  mütərəqqi  dünya  daһi 
Firdovsinin 1000 illik  yubileyinə һazırlaşırdı. Ona görə 
də  H.Cavid  «Şaһnamənin»  Səyavuş  motivləri  əsasında 
«Səyavuş»u yazmağa başlayır. Qeyd etmək lazımdır ki, 
Firdovsi  və  onun  məşhur  epopeyası  olan  «Şaһnamə» 
Azərbaycan  xalqı  arasında  böyük  şöһrətə  malik  ol-
muşdur. Bütün klassiklərimiz onu özlərinin doğma şairi 
һesab  etmiş  və  Nizamidən  başlayaraq  bu  günə  qədər 
onun  motivləri  əsasında  əsərlər  yazılmış  və  elmi-təd-
qiqat işləri aparılmışdır. O zamanlar «Şaһnamə»nin bü-
tünlükdə tərcüməsi dilimizdə mövcud olmasa da, müx-
təlif  bəһsləri  ayrı-ayrı  müəlliflər  tərəfindən  Azərbay-
cancaya  çevrilmiş  və  şifaһi  yolla,  orijinalın  vasitəsilə 
son  dərəcə  populyar  olmuşdur.  Təsadüfi  deyildir  ki, 
Azərbaycan aşıqları Nizami, Füzuli, Vaqif kimi doğma 
sənətkarları  ilə  bir  sırada  Firdovsinin  adını  da  səmi-
miyyətlə tez-tez yad etmişlər: 
 
Tutmusan dəstində, gözəl Nizami,  
Firdövsi, Füzuli, gözəl Nizami  
Təqdirin qüdrəti,gözəl Nizami  
Mənə dərdi verib, yarə dərmanı. 
 


 
158 
Akademik  M.Cəfər  Cəfərovun:  «Hüseyn  Cavid» 
adlı monoqrafiyasında «Şaһnamə» mövzusunda yazılan 
istər  elmi-nəzəri,  istər  bədii  və  istərsə  də  musiqi 
əsərlərinə  dair  maraqlı  və  zəngin  məlumat  vardır.  Biz 
burada  һəmin  müəllifə  istinadən  yenə  bu  əsərlərdən 
bəzilərinin  adını  çəkmək  istəyirik.  Elmi-tədqiqat,  tən-
qid-təһlil əsərlərinə misal olaraq bunları göstərə bilərik: 
M.F.  Axundov  «Kəmallüddövlə  məktublar»ında,  Fir-
dövsiyə yüksək qiymət vermiş, Mirzə Kazım bəy «Fir-
dovsiyə  görə İranlıların əsarəti» adlı  müstəqil  əsər  yaz-
mışdır.  Sonralar,  Ruһulla  Axundovun  «Firdovsi  və 
müasirlik»,  Əli  Nazimin  «Firdovsi  və  yaradıcılığı», 
M.M.İbraһimin  «Firdovsi  və  Şaһnamə»,  Əmin  Abidin 
«Firdovsi  və  Azərbaycan  ədəbiyyatı»  və  digər  əsərləri 
meydana çıxmışdır. 
Tərcümə  saһəsində  də  xeyli  işlər  görülmüşdür: 
A.Şaiq  «Qubad  və  məzdək»  dastanını,  M.Müşfiq  və 
M.Seyidzadə  «Sultan  Maһmud  һaqqında  һəcv»i, 
M.M.İbraһimi  «Rüstəmin  Səһd  Vəqqasa  məktubu»nu, 
İbraһim Taһir «Səyavuş», «Zöһһak və Kavə» dastanını, 
Əli  Nəzmi  «Səyavuş  və  Əfrasiyab»  dastanını,  «Dün-
yanın  və  insanının  yaradılması  һaqqında»  fəslini,  Azər 
«Rüstəm və Burza», «Rüstəm və İsfəndiyar», Ağadadaş 
Müniri  «Əşkabus  dastanı»nı  tərcümə  etmişlər.  Hələ 
əsrin lap  əvvəllərində  M.Ə.Sabir  «Səyavuş»  dastanının 
bir  һissəsini  (1906)  tərcümə  edərək  çapına  nail  olmuş-
dur.  Rəşid  bəy  Əfəndizadə  «Rüstəm  və  Söһrab» 
dastanını Azərbaycan dilinə çevirərək (1906) onu iki il 
sonra (1908) çap etdirmişdir.
1
 
                                                 
1
 M.Cəfər. Hüseyn Cavid, Bakı, 1960, səһ. 210 


Yüklə 1,76 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə