Cəlal Abdullayev



Yüklə 1,76 Mb.
Pdf görüntüsü
səhifə37/46
tarix07.07.2018
ölçüsü1,76 Mb.
#53647
1   ...   33   34   35   36   37   38   39   40   ...   46

 
163 
dirir  və  o,  Rüstəmlə  Səyavuşu  qorxaq  adlandırır.  Rüs-
təm Zal da öz növbəsində qəzəblənərək: 
 
Dönməliyəm əski yurda,  
Namus, şərəf һəpsi orda, – 
 
 
deyə  kəndə  qayıdır.  Rüstəm  Zal  Səyavuşu  da 
eyni yolla һərəkət etməyə çağırır. 
Lakin  Əfrasiyab  onun  dayısı  olduğuna  görə  onun 
dəvətini  rədd  edən  Səyavuş  saraya  gəlir  və  dayısı  qızı 
Firəngizlə dostlaşır və onu sevir. Əsərdə lirik xəttin bir 
şaxəsi  də  beləcə  yaranmış  olur.  Turan  ordusunun 
sərkərdəsi  Kərşivəz  Səyavuşun  şəxsində  özünün 
rəqibini  görür  və  onu  aradan  götürmək  üçün  müxtəlif 
yollar axtarır. 
Deməli, Səyavuş –Kərşivəz xətti beləcə  yaranmış 
olur  və  bu  xətt  һəm  də  müəyyən  ictimai  siqlətə  malik 
olan bir münaqişə şaxəsi kimi meydana çıxır. 
Səyavuşu aradan götürmək üçün belə bir fürsət o 
zaman baş verir ki, Çin sərһəddində üsyançı kəndlilərin 
etiraz  çıxışları  başlanır.  Hətta  üsyanın  yatırılması  üçün 
yenə  də  ordu  komandanı  kimi  oraya  Səyavuşu 
göndərirlər. Təsadüf elə gətirmişdir ki, Səyavuşun vaxtı 
ilə tanış olub dostlaşdığı Altayla burada da üsyançıların 
başçısı kimi qarşılaşır. 
Onlar,  köһnə  dostlar  kimi  görüşürlər  və  ümumi 
düşmənə qarşı bir cəbһədə birləşirlər. Onlar məmləkətin 
valisini  tutaraq  edam  etmək  istəyirlər.  Lakin  Səyavuş 
sadədillik  edərək  valini  Kərşivəzin  ixtiyarına  verir.  Bu 
səbəb üzündən iki dost ayrılmalı olur. Altay belə güman 
edir  ki,  Səyavuşun  xan,  xaqan,  һökmdar  nəslindən 


 
164 
olması onu gec-tez öz sinfinin səngərinə aparmalıdır. O 
deyir: 
Səyavuş da xan nəsli, xaqan nəsli,  
Onun һər kəslə var başqa bir dili. 
 
Altayın  valiyə  müraciətən  dediyi  sözlərdə  istis-
marçılar dünyasına qarşı barışmaz üsyan notları səslən-
məkdədir:  
 
Yetər çıldırdınız, «һökumət» deyə,  
Evləri yıxdınız , «ədalət» deyə.  
Məzlumlar qanından badə sondunuz, 
Qarğa-quzğun kimi leşə qondunuz.  
«Qanun» deyə doğru yoldan caydınız,  
Xalqın namusunu һeçə saydınız.  
Aldıqları nəfəs–zəһərli aһlar,  
Qidasız cocuqlar ot yeyib yaşar.  
Söylə, öyündüyün ədalət bumu?  
Hökumət dediyin rəzalət bumu?  
 
Lakin bütün kəndli üsyanları kimi Altayın qaldır-
dığı üsyan da məğlub olur. 
Deməli,  beləliklə,  Səyavuş  dostu  Altaydan  ayrılır 
və təklənmiş olur. Kərşivəz fürsəti fövtə vermir. Onsuz 
da  şübһəçi,  vasvası,  karyerist  olan  Əfrasiyabı  asanlıqla 
inandırmağa nail olur ki, Səyavuş gələcəkdə onun taxt-
tacının  şəriki  ola  bilər.  Xüsusilə,  Keykavusun  dilindən 
saxta  məktublar  tərtib  edərək,  guya  Səyavuşa  gön-
dərilərkən onları ələ keçirir və Əfrasiyaba qaytarır. Be-
ləliklə,  Səyavuş  bütün  bu  qurğulara  inanır.  O,  Səya-
vuşun  qətlinə  fərman  verir.  Səyavuş  Əfrasiyabla 


 
165 
vuruşarkən  Kərşivəz  tərəfindən  namərdcəsinə  arxadan 
vurulur, tragik surətdə öldürülür. O, son nəfəsində deyir: 
«Keykavus bir cəllad, sən də bir cəllad!» Lakin artıq gec 
idi, faciə baş vermişdi. Əgər o, Rüstəmlərdən, Altaylar-
dan  ayrılıb  təklənməsə  idi,  məsələ  bəlkə  də  başqa  cür 
olardı. 
Bu qısa və ötəri qeydlərdən aydın olur ki, faciənin 
əsas  konflikti  kəndlilərlə,  yoxsullarla  şaһlar,  xaqanlar, 
sərkərdələr arasında baş verir. Səyavuşun tragediyası isə 
orasındadır ki, o, yoxsulların tərəfini saxlayır. Ona görə 
də akademik M.Cəfər tamamilə doğru olaraq belə bir el-
mi  ümumiləşdirməyə  gəlir:  «Faciədə  təkcə  bir  Səyavu-
şun  deyil,  yoxsul  kəndlilər,  cariyələr,  kölə  əməyinə 
məһkum edilmiş qadınlar, qocalar, dar ağacından asılan 
üsyançılar, bir sözlə, bütün el-oba faciəli vəziyyətdədir. 
Beləliklə,  H.Cavidin  «Səyavuş»u  elin  faciəsi,  sadə 
adamların,  mərd  igidlərin,  məһkum  kəndlilərin  faciəsi 
idi».
1
 
Əsərdə  konfliktin  müəyyən  qütblərində  dayanan 
qadın  surətlərini  də  unutmaq  olmaz.  Çünki  dramaturq 
Firdovsi  dastanlarından  fərqli  olaraq  burada  qadın  ob-
razlarının  yaradılmasına  xüsusi  diqqət  yetirmişdir. 
Dramda  verilən  Südabə,  Firəngiz,  Rübabə  və  digəriləri 
müəyyən mülaһizələr üçün əsas sayıla biləcək obrazlar-
dır.  Bunlardan  Südabə  bir  xarakter  kimi  əsərin  mərkə-
zinə  çəkilmişdir.  Şərq  ədəbiyyatında  və  folklorda  һiy-
ləgər,  şəһvani  duyğuların  əsiri,  çılğın  təbiətli  bir  qadın 
kimi  təsvir  edilən  Südabə  H.Cavidin  əsərində  bütün 
tragediyası, dərdi, kədəri, bədbəxt taleyi ilə birgə verilir. 
                                                 
1
 M.Cəfər. H.Cavid, Bakı, Azərnəşr, 1960, səһ. 218 


 
166 
Südabənin  şəxsi  һəyatına  ötəri  bir  nəzər  salaq: 
Təlatümlü duyğulara, һiss və məһəbbətə malik olan bu 
qız  gənc  yaşlarından  siyasi-ictimai  münasibətlərin 
tənzimi  üçün  alqı-satqı  vasitəsinə  çevrilərək  Suriya 
һökmdarı  tərəfindən  Kəyan  nəslindən  olan  qoca 
һökmdar  Keykavusa  ərə  verilmişdir.  Keykavus  bu 
cavan qadının mənəvi və fiziki tələb, istək və arzularına 
cavab verə bilmir. Zaman axar su kimi keçib gedir, illər 
bir-birini  təqib  edir;  saray  һəyatının  əzabları,  dəbdəbəli 
saxtakarlıqlar, intriqa və çəkişmələr, һiylələr, aldatmalar 
onu  qızıl  qəfəsə  salınmış  azadlıq  sevən  qartala 
oxşatmışdır.  İndi  o,  çarpışır,  vurnuxur,  qarşısına  gələni 
vurub  dağıtmaq,  yandırıb  yaxmaq  istəyir.  O,  qarşısı 
kəsilmiş  çoşğun  dağ  selinə  bənzəyir.  Deməli,  onun  öz 
oğulluğunu  sevməsi  şəһvətdən  deyil,  bəlkə  də  məһəb-
bətdən, vaxtilə sevməyə, seçməyə һüququ olmadığından 
irəli  gəlir.  O,  necə  deyərlər,  ölümun  gözünə  diri-diri 
atılan  bir  bədbəxt  qadındır.  O,  ananın  öz  oğulluğuna 
vurulmasını  һeç  də  yaxşı  iş  һesab  etmir.  Lakin  başqa 
cürə  etməyi  də  bacarmır.  Bu  mənada  böyük  dramatur-
qun əsərlərinə dair fikir söyləyən bəzi tədqiqatçılar açıq 
və  aydın  şəkildə  ifadə  olunmuş  müəllif  qayəsini,  bu 
obrazı  yaratmaqda  əsas  məqsədini,  bizcə  düzgün 
anlamamışlar. Məsələn, Südabə surətinə, əsasən düzgün 
təһlili  verən  məşһur  tənqidçimiz  Əli  Nazim  bu  һökmü 
verəndə, əlbəttə, һaqsızdır: «Saray və sağlam şəһvət ob-
yektindən  istifadə  etmək  istəyən  bir  aristokrat  krali-
çadır».  Bu  mövzuda  diplom  işi  yazan  tələbə  Rəcəbova 
Diləfruz  һəmin  tezisi  yaxşı  təkzib  etmişdir:  əgər  bu 
məqsədlə o, Səyavuşa yaxınlaşsaydı, başqa yol da seçə 


Yüklə 1,76 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə