Chapter 5 new az indd


-CÜ ŞƏKIL ALAZANI / QANIX HÖVZƏSI



Yüklə 3,59 Mb.
Pdf görüntüsü
səhifə4/9
tarix22.07.2018
ölçüsü3,59 Mb.
#58412
1   2   3   4   5   6   7   8   9

2-CÜ ŞƏKIL

ALAZANI / QANIX HÖVZƏSI

Alazani / Qanıx hövzəsində və onun ətrafında qəsəbələr, kənd təsərrüfatı sahələri, mövcud və planlaşdırılan hidroelektrostansiyalar. 

Ölkədə kənd təsərrüfatı məhsuldarlığınadair əsas statistik məlumatlar şəklin aşağı hissəsində verilmişdir.



3

  |  

5-CI FƏSIL: ALAZANI / QANIX ÇAYININ HÖVZƏSI


Hövzə səviyyəsində idarəçilik

Su ehtiyatlarının idarəçiliyi. Beynəlxalq layihələr çərçivəsində Kür 

çayı üzərində hövzə boyu əməkdaşlıq qurmaq üçün bir sıra səylər 

göstərilmişdir.  İndiyənədək  bu  təşəbbüslər  uğurlu  olmamışdır. 

Azərbaycan müştərək layihələr vasitəsilə transsərhəd əməkdaşlığı 

təşviq  etməyə  çalışır.

13

  Avropa  Təhlükəsizlik  və  Əməkdaşlıq 



Təşkilatının  (ATƏT)  və  UNECE-in  dəstəyi  ilə,  hazırda  Kür  çayı 

hövzəsindəki ümumi su ehtiyatlarına dair Azərbaycan və Gürcüstan 

arasında  ikitərəfli  müqavilənin  layihəsi  müzakirə  olunmaqdadır. 

Müqavilə  müxtəlif  su  istifadəçilərini  əhatə  etmək,  habelə  su 

ehtiyatlarının  mühafizəsi,  ekosistemlərin  bərpası  və  hidroloji 

fövqəladə  hadisələrin  təsirlərini  idarəetmə  və  planlaşdırılmış 

müştərək  komissiyalarda  hakimiyyət  orqanlarının  çoxsahəli 

təmsilçiliyini  tətbiq  etmək  üçün  nəzərdə  tutulur.  GEF  tərəfindən 

maliyyələşdirilən  layihələr  çərçivəsində  də  ikitərəfli  əməkdaşlığa 

dəstək göstərilmişdir.



Digər ehtiyatların idarəçiliyi. Gürcüstan və Azərbaycan arasında 

əməkdaşlıq vəziyyəti ümumən yaxşıdır. İki ölkə bir sıra beynəlxalq 

layihələrdə,  məsələn,  monitorinq  və  dəyərləndirmə  və  regional 

toplantılarda  iştirak  etmişlər.  1997  və  2007-ci  illərdə  ekoloji 

əməkdaşlıq  sazişləri  imzalanmışdır  (daha  ətraflı  məlumat  almaq 

üçün 4-cü fəsildə 7-ci cədvəldə hüquqi əsas və əməkdaşlığın əhatə 

dairəsinə  nəzər  salına  bilər).  1997  və  1998-ci  illərdə  imzalanmış 

enerji sahəsində əməkdaşlıq sazişləri ilə elektrik enerjisinin ticarəti 

həyata  keçirilmişdir  və  bu  əməkdaşlıq  İqtisadi  Əməkdaşlıq  üzrə 

Hökumətlərarası  Komissiya  tərəfindən  tənzimlənir;

14

  Həmçinin 



Azərbaycandan Gürcüstana təbii qaz ixrac olunur.

Hövzə  səviyyəsində  sahələrarası  idarəçilik.  Transsərhəd 

Diaqnostik  Təhlillərin

15

  və  Strateji  Fəaliyyət  Planının  hazırlandığı 



daha  geniş  Kür  hövzəsini  əhatə  edən  BMTİP/GEF-in 

maliyyələşdirdiyi layihənin bir hissəsi kimi sahələrarası əməkdaşlığa 

dəstək göstərilmişdir. 

Milli səviyyyədə idarəçilik

Hüquqi  və  təşkilati  çərçivələr.  Hövzədəki  ehtiyatların  idarə 

olunması üçün təşkilati çərçivələr 3-cü şəkildə təqdim olunur. Bu 

sahədəGürcüstanda altı və Azərbaycanda altı dövlət qurumu iştirak 

edir:.  Azərbaycanda  milli  siyasətlər  Gürcüstanda  olduğundan 

daha  yüksək  səviyyədə  dövlət  müəssisələri  tərəfindən  yerinə 

yetirilsə də, ümumən mərkəzi dövlət təşkilatları tərəfindən yüksək 

səviyyədə  nəzarət  vardır.  Oxşar  ehtiyatların  tənzimlənməsində 

iştirak  edən  qurumların  sayının  çox  olması  bəzən  təkrarlanma 

və  əlaqələndirmədə  çətinliklər  yaradır.  GürcüstandaEkologiya 

və  Təbii  Ehtiyatlar  Nazirliyi  və  Energetika  Nazirliyi  Ətraf  Mühitə 

Təsirin Qiymətləndirilməsinin (ƏMTQ) aparılmasında və hidroenerji 

ilə  bağlı  icazələrin  verilməsində  müəyyən  vəzifələr  daşıdıqları 

üçün  səylərin  əlaqələndirilməsi  tələb  olunur.  Gürcüstanda  1997-

ci  ildə  qəbul  edilmiş  Su  haqqında  Qanun  hazırda  yenilənmə 

mərhələsindədir; Gürcüstanda hövzə prinsipinin tətbiq edildiyi yeni 

Su  haqqında  Qanunun  qəbul  olunacağı  gözlənilir. Azərbaycanda 

Milli  Su  Strategiyasının  hazırlanması  2012-ci  ildən  bəri  davam 

edir, lakin bu sənəd hazırlanarkən müxtəlif tərəflər arasında yekun 

razılaşma əldə olunmamışdır.

Sahələrarası  idarəçilik.  Gürcüstanda  2013-cü  ildən  bəri  İqtisadi 

Şura iqtisadi siyasəti və strategiyanı əlaqələndirir və Aİ üzrə Hökumət 

Komissiyası  sahəvi  nazirliklərin  Aİ-yə  inteqrasiyaya  yönələn 

fəaliyyətini  əlaqələndirir.  Siyasi  inteqrasiya  və  əlaqələndirmə  və 

hökumətdaxili əlaqələndirmə, məkan planlaşdırmasında və ƏMTQ-

də və əməyin təhlükəsizliyinə nəzarət sahəsində mühüm rola malik 

olan  İqtisadiyyat  və  Dayanıqlı  İnkişaf  Nazirliyinin  mandatının  bir 

hissəsidir.



Çoxsəviyyəli  idarəçilik.  2005-ci  ildən  bəri  Gürcüstan 

bələdiyyələri  torpaqdan  istifadənin  planlaşdırılmasına,  meşələrin 

və  su  ehtiyatlarının  idarə  olunmasına,  su  təchizatı  və  sanitar 

xidmətlərin  təmin  olunmasına,  yerli  torpaq  bərpa  sisteminin 

inkişaf etdirilməsinə görə cavabdehlik daşıyırlar. Onlar Gürcüstan 

qanunvericiliyini tətbiq etməkləehtiyatlardan səmərəli istifadəyə və 

onların  qorunmasına  görə  cavabdehlik  daşıyırlar..  Səlahiyyətlərin 

xeyli  şəkildə  bələdiyyələrə  ötürülməsi  yerli  meşələr  və  yerli  su 

ehtiyatları ilə bağlı mülkiyyət hüquqlarının verilməsində gerçəkləşir. 

Yerli  suvarma  sistemlərinin  saxlanılmasına  görə  cavabdehlik 

bələdiyyələrdən  suvarma  birliklərinə  keçmişdir,  lakin  onlar  öz 

fəaliyyətini  dayandırdıqdan  sonra  buna  görə  kimin  cavabdehlik 

daşıdığı  bəlli  deyildir.  Azərbaycanda  sudan  istifadə  edənbirliklər 

özəl  sektorla  əlaqəni  təşkil  edərək,  təsərrüfatların  suvarılması, 

suyun  paylanması  və  idarəçiliyinə  görə  cavabdehlik  daşıyırlar. 

Azərbaycanda su təchizatı, sanitar və suvarma infrastrukturlarına 

iri  yatırımlar  mərkəzləşdirilmiş  dövlətə  məxsus  səhmdar  şirkətlər 

tərəfindən həyata keçirilir. Bunu qeyd etmək maraqlıdır ki, Alazani 

/ Qanıx hövzəsi Gürcüstanda on bir və Azərbaycanda dörd inzibati 

rayon tərəfindən əhatə olunur.



İDARƏÇİLİK MÜHİTİNİN ŞƏRHİ

13 


Rafiq Verdiyev, 2012-ci il. Azərbaycan Respublikasının Milli Su Strategiyası. Aİ Su Təşəbbüsü üzrə Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya İşçi Qrupunun on altıncı görüşü 

münasibətilə NPD Mərkəzi Qrupunda təqdimat (Cenevrə, 2 iyul 2012-ci il). 

14 

Azərbaycanın hakimiyyət orqanları tərəfindən verilən informasiya, 2015-ci il.



15 

Harald J.L Leummens və Meri M.Mathyus. Kür Araz çay hövzəsi üçün yenilənmiş transsərhəd diaqnostik təhlillər. “Kur Araz çayı hövzəsində transsərhəd deqradasiyasının 

azaldılması” (Tbilisi-Bakı-Yerevan, BMTİP / GEF, 2013-cü il).

5-CI FƏSIL: ALAZANI / QANIX ÇAYININ HÖVZƏSI   |  

4



Yüklə 3,59 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə