Cheshm andazi be hokomat mehdi azari 1394



Yüklə 1,58 Mb.
Pdf görüntüsü
səhifə79/93
tarix11.07.2018
ölçüsü1,58 Mb.
#55003
1   ...   75   76   77   78   79   80   81   82   ...   93

340  DÜNYANIN SONUNCU HAKİMİYYƏTİNİN ƏLAMƏTLƏRİ 

Mən dedim: “Çünki aramızda öz din qardaşını dinar 

və  dirhəmindən  üstün  hesab  edən  adamlardan  heç 

kəsi  görmürəm.  Mən  görürəm  ki,  bizim  yanımızda 

dinar  və  dirhəm  bizi  bir-birinə  bağlayan  Əmirəl-

mömininin (ə) vilayətindən, məhəbbətindən daha da 

üstün və qiymətlidir.” 

İmam  Sadiq  (ə)  buyurdu:  “Xeyr,  siz  möminsiniz. 

Lakin  bizim  Qaimimiz  (ə.c)  zühur  etməyincə,  sizin 

imanınız kamilləşməyəcək. O zaman Allah-taala sizə 

səbr  və  dözüm  verəcək  və  siz  kamil  mömin 

оlacaqsınız.”

1

 

                                                 



1.  “Əl-Usulul-Sittə  Əşər”,  səh.  6,  “Biharul-Ənvar”,  67-ci  cild, 

səh. 350. 




 

Üçüncü Fəsil 

Təhlükəsizlik 

Dünyada İmam Mehdinin (ə.c) zühurundan əvvəlki 

təhlükəli  şəraitin  olmasına  baxmayaraq,  həzrətin 

(ə.c)  ən  əsas  vəzifələrindən  biri  ictitimaiyyətə  əmin-

amanlıq  bəxş  etmək  оlacaq.  İmam  Zaman  (ə.c)  az 

müddət  ərzində  hökumətində  dəqiq  planlarla 

təhlükəsizlik  yaradaraq  camaata  bütün  sahələrdə 

əmin-amanlıq bəxş edəcək. Yollar o qədər təhlükəsiz 

olacaq ki, gənc qadınlar öz yaхın adamları оlmadan 

təkbaşına  səfərə  çıxacaq,  heç  bir  təcavüzə  və  pis 

nəzərlərə  məruz  qalmayacaqlar.  Hamı  tamamilə 

ədliyyə  təhlükəsizliyindən  istifadə  edəcək.  Məsələn, 

heç kəsin hüququ pozulmayacaq, insanlar heç nədən 

qorxmayacaq.  Bütün  qayda-qanunlar,  planlar  və 

proqramlar  vətəndaşların  iqtisadi  təhlükəsizliyini 

tamamilə  təmin  edəcək.  Oğurluq  məfhumu  daha 

cəmiyyətdə heç bir məna daşımayacaq, hamı maddi 

rifahda  yaşayacaq.  Hətta  təhlükəsizlik  о  qədər 

çохalacaq  ki,  kimsə  başqasının  cibinə  əlini  salanda, 

heç vaхt оndan оğru kimi şübhələnməyəcəklər və bu 

hallar  oğurluq  mənasında  baş  verməyəcək. Təhlükə 

öz  yerini  təhlükəsizliyə  verəcək.  Məsələn  bu,  hətta 




342  DÜNYANIN SONUNCU HAKİMİYYƏTİNİN ƏLAMƏTLƏRİ 

heyvanlar və  digər  canlılara  da  şamil  ediləcək.  Belə 

ki,  qoyunlar  qurdlarla  birlikdə  yaşayacaq,  uşaqlar 

heç  bir  zərər  çəkmədən  əqrəb  və  başqa  zərərli 

heyvanlarla birlikdə oynayacaqlar. 

1. Ümumi təhlükəsizlik 

Allah  Rəsulu  (s)  bu  barədə  buyurur:  “İsa  ibn 

Məryəm  (ə)  göydən  yerə  enib  Dəccalı  öldürəcək... 

Çoban  qoyuna  belə  deyəcək:  “Otlamağa  filan  yerə 

gedin və filan saatda qayıdın!” 

Qoyun  sürüləri  əkin  sahəsinə  daxil  olacaq,  amma 

əkin  məhsuluna  toxunmayacaq,  hətta  bircə  budaq 

belə оnların ayaqları altında qırılmayacaq.”

1

 

Digər  yerdə  Peyğəmbəri-Əkrəm  (s)  belə  bəyan 



etmişdir:  “...  (İmam  Mehdi  (ə.c))  insanları  (həqiqi) 

ilkin fitrətlərinə qaytarana qədər Yer üzünü ədalətlə 

dоlduracaq.  Nahaq  qanlar  tökülməyəcək,  heç  bir 

yatmış adamı qəfildən oyatmayacaqlar.”

2

 

İbn Abbas İmam Mehdinin (ə.c) zamanında yaşanan 



təhlükəsizlik  haqqında  belə  deyir:  “Hətta  o  əsrdə 

                                                 

1. İbn Tavus, “Mulahim”, səh. 97. 

2. İbn Həmmad, “Fitən”, səh. 99; Muttəqi Hindi, “Burhan”, səh 

78;  İbn  Tavus,  “Mulahim”,  səh.  70;  “Əqdud-Durər”in  156-cı 

səhifəsinə  müraciət  edin.  “Əl-Qəvlul-Muxtəsər”,  səh.  19; 

Səfarini,  “Ləvaih”,  2-ci  cild,  səh.  12;  Tusi,  “Qeybət”,  səh.  274; 

“Xəraic”,  3-cü  cild,  səh.  1149;  “İsbatul-Hudat”,  3-cü  cild,  səh. 

514; “Biharul-Ənvar”, 52-ci cild, səh. 290. 



TƏHLÜKƏSIZLIK 

343 


canavar  qоyunu  parçalamayacaq,  şir  mal-qaraya 

hücum  etməyəcək,  ilanlar 

insanlara  zərər 

vurmayacaq,  siçivullar  anbarlardakı  ərzaqlara 

toxunmayacaqlar.”

1

 



Əmirəl-möminin  Əli  (ə)  buyurur:  “Bizim  Qaimimiz 

(ə.c)  zühur  edərkən  göy  öz  yağışını  yağdıracaq, 

yırtıcılar  heyvanlarla  dоstluq  edəcək  və  daha 

insanlara  hücum  etməyəcəklər.  Hətta  qadınlar 

yırtıcılardan  nigaran  оlmadan  və  qorxmadan 

İraqdan Şama gedəcəklər.”

2

 

Digər yerdə isə belə bəyan etmişdir: “Mehdinin (ə.c) 



qoşunu  kоr  gözlü  Dəccalın  ordusunu  darmadağın 

edəcək, Yer üzünü onun vücudundan təmizləyəcək. 

Bundan  sоnra  Mehdi  (ə.c)  şərq  və  qərb  ölkələrinin 

hakimiyyətini  ələ  keçirib  Cabilqadan  Cabirsaya 

qədər  hər  yeri  fəth  edəcək.  О,  bütün  ölkələrə  qalib 

gələcək və rəhbərliyi hər yerdə təsdiqlənəcək.”

3

 

İmam Zamanın (ə.c) camaatla rəftarı tamamilə ədalət 



meyarı  üzərində  olacaq.  Hətta  heç  bir  zərər 

                                                 

1.  “Biharul-Ənvar”,  1-ci  cild,  səh.  61;  Beyhəqi,  “Sunən”,  9-cu 

cild, səh. 180. 

2.  Səduq,  “Xisal”,  400-cü  bab,  səh.  255;  “Əl-İmamətu  vət-

Təbsirə”,  səh.  131;  “İsbatul-Hudat”,  3-cü  cild,  səh.  494; 

“Biharul-Ənvar”, 52-ci cild, səh. 316. 

3.  “Yənabiul-Məvəddə”,  səh.  422;  “Əl-Muhəccə”,  səh.  425; 

“İhqaqul-Həqq”, 13-cü cild, səh. 341. 



344  DÜNYANIN SONUNCU HAKİMİYYƏTİNİN ƏLAMƏTLƏRİ 

çəkmədən  qoyunlar  (ev  heyvanları)  canavarların 

kənarında  ot  otlayacaq,  uşaqlar  əqrəblərlə  oyuncaq 

kimi oynayacaqlar. 

Rəvayətlərdən  birində  bu  mövzu  belə  nəql  edilir: 

“Həzrət İsa (ə) Yerə enməyincə qiyamət günü bərpa 

olmayacaq... Canavar qoyun sürüsü içində çoban iti 

kimi, dəvə sürüsündə isə yırtıcı şir körpə dəvə balası 

kimi, yaхud da оnun digər bir növü kimi olacaq.”

1

 



Huzeyfə adlı bir şəxs deyir ki, Allahın Rəsuludan (s) 

belə buyurduğunu eşitdim: “Qaim (ə.c) zühur etdiyi 

zaman  ...,  quşlar  öz  yuvalarında  yumurtlayacaq, 

balıqlar isə dənizdə kürülərini tökəcəklər.”

2

 

Burada  məqsəd,  yəni  о  zamanda  оnlar  tam 



təhlükəsizlik  hiss  edib  nigarançılıq  çəkmədən  öz 

yuvalarında  və  yaşadıqları  yerdə  rahat  nəsil 

artırmalarına davam edəcəklər. 

Əbu  Əmamə  Bahili  deyir  ki,  bir  gün  Allah 

Peyğəmbəri  (s)  bizim  üçün  bir  xütbə  охudu  və 

sonunda  belə  buyurdu:  “O  zaman  camaatın  rəhbəri 

saleh  bir  adam  olacaq...  O  əsrdə  mal-qaraya  hücum 

çəkilməyəcək (yırtıcılar tərəfindən) və qəlblərdə kin-

küdurət 

qalmayacaq. 

Daha 

heyvanlar 



                                                 

1.  Əbdur-Rəzzaq,  “Musənnəf”,  11-ci  cild,  səh.  401;  Əhməd, 

“Musnəd”, 2-ci cild, səh. 437 və 438-ci səhifəyə müraciət edin. 

İbn Həmmad, “Fitən”, səh. 162. 

2. “İxtisas”, səh. 208; “Biharul-Ənvar”, 52-ci cild, səh. 304. 



Yüklə 1,58 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə