Cheshm andazi be hokomat mehdi azari 1394



Yüklə 1,58 Mb.
Pdf görüntüsü
səhifə81/93
tarix11.07.2018
ölçüsü1,58 Mb.
#55003
1   ...   77   78   79   80   81   82   83   84   ...   93

TƏHLÜKƏSIZLIK 

349 


((#r玕ř

â

 



$pkŽÏù

 

u’Í<$uŠs9



 

$·B$-ƒr&ur

 

á

tûüÏZÏB#uä



  

“Gecələr  və  gündüzlər  bu  şəhərlərin  arasında  aramlıq  və 

əmin-amanlıqla get-gəl edin.”

1

  



Əbu  Hənifə  dedi:  “Məncə  Məkkə  və  Mədinə 

şəhərləri arasında bir məkan barəsindədır.” 

İmam (ə) bu zaman üzünü hamıya çevirib dedi: “Siz 

heç bilirsiniz ki, bu yol arasındakı fasilədə nə qədər 

insanların  qarşısındakı  yollar  kəsilib,  nə  qədər  mal-

dövlət  oğurlanıb,  nə  qədər  insanlar  üçün  təhlükələr 

yaranıb və nə qədər insanlar ölüblər?” 

İmamın  (ə)  оradakı  səhabələri  cavab  verdilər:  “Bəli, 

elədir ki, var!” 

Amma  Əbu  Hənifə  isə  bir  söz  deməyib  sükut  etdi. 

İmam  (ə)  yenə  də  Əbu  Hənifədən  soruşdu:  “Sənin 

Allah-taalanın  bu  ayədə  buyurduğu  Yer  kürəsinin 

hansı məkanına işarə etdiyindən xəbərin varmı?” 

`tBurâ


 

¼ã&s#yzyŠ

 

tb%x.


 

á$YYÏB#uä

  

“Kim ora daxil olsa amandadır (amanda olmalıdır).”

2

  



Əbu Hənifə dedi: “Kəbə!” 

                                                 

1. Səba surəsi, 34:18. 

2. Ali-İmran surəsi, 3:97. 




350  DÜNYANIN SONUNCU HAKİMİYYƏTİNİN ƏLAMƏTLƏRİ 

İmam  Sadiq  (ə)  buyurdu:  “Həccac  ibn  Yusuf 

Səqəfinin  İbn  Zübeyri  öldürmək  üçün  Kəbəni 

mancanaqla  vurub  оnu  öldürdüyünü  də  bilirsən, 

elədir? Onda İbn Zübeyr оrada amanda idi?” 

Əbu Hənifə sükut edərək daha heç nə danışmadı və 

oradan  çıxıb  gedəndən  sonra  Əbu  Bəkr  Həzrəmi 

İmam  Sadiqə  (ə)  belə  dedi:  “Qurbanın  olum!  Bu  iki 

sualın cavabı nədir?” 

İmam  Sadiq  (ə)  buyurdu:  “Ey  Əbu  Bəkr!  Birinci 

ayədə  biz  Əhli-beytin  (ə)  Qaimi  (ə.c)  nəzərdə 

tutulmuşdur.  Eləcə  də  “Kim  ora  daxil  olsa 

amandadır”-ayəsinin mənası isə İmam Zamana (ə.c) 

beyət əli uzadıb оnunla beyət edən, onun dostu, ya 

da səhabəsi оlan şəxsin amanda qalmasıdır.” 

Əli ibn Uqbə atasından nəql edir ki, İmam Qaim (ə.c) 

zühur  etdiyi  zaman  ədalətli  hökm  verəcək,  оnun 

hökumətində  zülm  məhv  ediləcək.  Оnun  sayəsində 

də küçə və yollarda əmin-amanlıq yaranacaq.”

1

 



Qutadə  deyir:  “İmam  Mehdi  (ə.c)  insanların  ən 

yaxşısıdır...  Onun  dövründə  elə  bir  təhlükəsizlik 

yaranacaq ki, bir qadın digər beş qadınla bərabər heç 

                                                 

1. “İləluş-Şəraye”, 1-ci cild, səh. 83; “Nurus-Səqələyn”, 3-cü cild, 

səh. 332; Təfsir, “Burhan”, 3-cü cild, səh. 212; “Biharul-Ənvar”, 

52-ci cild, səh. 314. 



TƏHLÜKƏSIZLIK 

351 


bir  təhlükə  hiss  etmədən  Həcc  mərasiminə 

gedəcək.”

1

 

Ədi  ibn  Hatəm  deyir:  “Çox  yəqin  ki,  elə  bir  gün 



gələcək  aciz  bir  qadın  belə,  Hirə  şəhərindən  (Nəcəf 

ətrafında)  Allahdan  savayı,  heç  bir  kəsdən  qorxusu 

olmadan  Allah  evini  ziyarət  etmək  üçün  səfərə 

çıxacaq.”

2

 

3. Məhkəmədə əmin-amanlıq (yəni ədalət) 



İmam  Zamanın  (ə.c)  zühurundan  sonra  meydana 

çıxmış  əsas  mövzulardan  biri  də  dünyada  təhlükə 

yaradan  şəxslərin  cəzalandırılmasıdır.  Bu  şəxslər 

milyonlarla adamı öldürmüş, yaralamış, əlil etmiş və 

külli  miqdarda  maddi-mənəvi  xəsarət  vurmuşlar. 

Bunlar dünyanı təəssüfləndirici bir şəkildə təhlükəyə 

uğradan cinayətkarlardır. 

İmam  Zamanın  (ə.c)  zühurundan  sonra  bu  şəxslər 

hökmən  təqib  edilib  tutulacaq  və  cinayət  işinə  cəlb 

ediləcəklər,  çünki  ilahi  qanunların  icra  edilməsi, 

xüsusilə  də,  məsum  imamın,  Yer  üzündəki 

Bəqiyyətullahın  (ə.c)  dövründə  Allahın  müqəddəs 

kitabı  əsasında,  heç  bir  nəfsi  istəklərə  uymadan 

önəmli vacib işlərdən biri hesab edilir. Həmin əsrdə 

                                                 

1.  İbn  Həmmad,  “Fitən”,  səh.  98;  İbn  Tavus,  “Mulahim”,  səh. 

69; “Əqdud-Durər”, səh. 151, “Əl-Qəvlul-Muxtəsər”, səh. 21. 

2. “Firdəvsul-Əxbar”, 3-cü cild, səh. 491. 




352  DÜNYANIN SONUNCU HAKİMİYYƏTİNİN ƏLAMƏTLƏRİ 

belə  əhəmiyyətli  vəzifələr  tam  fiqhi-islami  elm 

ixtisasçısı  olmasından  əlavə,  ən  kiçik  səhvləri  belə 

olmayan şəxslərin öhdəsinə veriləcək. Rəvayətlər bu 

şəxslərin 

məhkəmə 


işlərini 

tamamilə 

mənimsədiklərini  və  fərdi  xüsusiyyətlərinin  necə 

olmasını xırdalıqlarına qədər açıqlamışdır. 

İmam  Sadiq  (ə)  buyurur:  “Ali-Məhəmmədin  Qaimi 

(ə.c)  zühur  edərkən  Kəbənin  arxasından  17  nəfəri 

aşkara  çıxaracaq.  Onlardan  5  nəfəri  ədalətli  hökm 

çıхaran  Musanın  (ə)  qövmündən,  7  nəfəri  Əshabi-

Kəhfdən,  Musanın  (ə)  vəsisi  Yuşə,  Ali-Fironun 

mömin  üzvü,  Salman  Farsi,  Əbu  Dəcanə  və  Malik 

Əştərdir.”

1

 



Əbu  Bəsir  İmam  Sadiqdən  (ə)  soruşdu:  “Kəbənin 

arxasında  bu  dəstədən  (313  nəfərdən)  başqa  kimsə 

yoxdur?” 

İmam  (ə)  cavab  verdi:  “Bəli,  orada  digər  möminlər 

də  vardır.  Lakin  bu  adı  çəkilənlər  fəqihlər,  alimlər, 

hakimlər və qazilər olacaq. İmam Mehdi (ə.c) onların 

önlərinə  (sinələrinə)  və  boyunlarına  əlini  qoyub 

                                                 

1. “İsbatul-Hudat”, 3-cü cild, səh. 55. Əyyaşinin təfsirinə əsasən: 

Əyyaşi,  “Təfsir”,  “Rəvzətul-Vaizin”,  266-cı  səhifədə  nəql 

оlunub.  İmam  (ə)  Kəəbənin  arxasından  27  nəfərin  çıxacağını 

buyurmuşdur. 




Yüklə 1,58 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə