Cheshm andazi be hokomat mehdi azari 1394



Yüklə 1,58 Mb.
Pdf görüntüsü
səhifə84/93
tarix11.07.2018
ölçüsü1,58 Mb.
#55003
1   ...   80   81   82   83   84   85   86   87   ...   93

362  DÜNYANIN SONUNCU HAKİMİYYƏTİNİN ƏLAMƏTLƏRİ 

Əli  ibn  Uqbə  deyir:  “Artıq  o  zaman  heç  kəs  sədəqə 

və  yaхşı  iş  görmək  üçün  pul  хərcləməyə  bir  yer 

tapmayacaq,  çünki  bütün  möminlərin  hamısı 

ehtiyacsız olacaq.”

1

 



İmam  Baqir  (ə)  belə  buyurur:  “Camaat  vergilərini 

boyunlarına  yükləyib  Mehdinin  (ə.c)  yanına 

gedəcəklər.  Pərvərdigar  bizim  şiələrimizə  rahat 

həyat  vermişdir.  Onlar  ehtiyacsız  olacaqlar.  Əgər 

Allah-taalanın lütfü və bəxş etdiyi xoşbəxtlik onlara 

nəsib  olmasaydı,  onlar  о  ehtiyacsızlığa  görə  fitnə-

fəsad törədərdilər.”

2

 



İmam Baqir (ə) buyurur: “İmam Mehdi (ə.c) bir ildə 

iki  dəfə  camaata  hədiyyə  verəcək  və  ayda  iki  dəfə 

aylıq  maaş  verərək  hamı  ilə  eyni  səviyyədə  rəftar 

edəcək. Daha cəmiyyətdə zəkat almağa ehtiyacı оlan 

adam  tapılmayacaq.  Zəkat  vermək  istəyənlər  isə 

keçmiş  zamanda  ehtiyacı  olanların  hüzuruna 

gətirəcək,  amma  onlar  bunu  qəbul  etməyəcəklər. 

Zəkat vermək istəyən şəxslər çarəsiz qalaraq pulları 

kisələrə  töküb  şiə  məhəllələrində  dolandıracaqlar. 

                                                 

1. Mufid, “İrşad”, səh. 344; “Əl-Mustəcad”, səh. 509; “Biharul-

Ənvar”, 52-cü cild, səh. 339. Müraciət et: “Musnəd”, Əhməd, 2-

ci cild, səh. 53, 272, 313 və 2-ci cild, səh. 5; “Məcməuz-Zəvaid”, 

7-ci cild, səh. 314; “İsbatul-Hudat”, 3-cü cild, səh. 496. 

2. “Biharul-Ənvar”, 52-ci cild, səh. 345. 



İQTISADIYYAT 

363 


Lakin оnlar deyəcəklər ki, bizim sizin dirhəmlərinizə 

ehtiyacımız yoxdur.”

1

 

Yuxarıdakı rəvayətlərdən iki nəticəyə gəlirik:  



1. İmam Mehdinin (ə.c) hakimiyyəti illərində camaat 

şüur,  dərk  və  məntiqi  cəhətdən  elə  inkşaf 

səviyyəsində  olacaqdır  ki,  artıq  heç  bir  təzyiq 

olmadan bütün sahələrdə öz şəxsi vəzifələrini yerinə 

yetirəcəkdırr.  Bu  vəzifələrdən  biri  də  İslam 

dövlətində illik gəlir vergisini ödəməkdir. 

Əgər  bütün  müsəlmanlar  öz  qazanclarının  illik 

xümsunu  və  mal-dövlətlərinin  zəkatını  İslam 

hökumətinə  verərlərsə,  verilən  vergilərin  toplamı 

böyük  məbləğlər  yaradaraq  İslam  dövlətini  lazımi 

islahatlar  aparıb  müxtəlif  keyfiyyətli  xidmətlərə 

qadir edəcək. 

2.  İmam  Mehdinin  (ə.c)  hakimiyyəti  dövründə 

hədiyyələrin  hesab-kitabsız  olduğu,  camaatın 

müxtəlif 

gəlirləri 

vasitəsilə 

ehtiyaclarının 

ödənilməsinə baxmayaraq, diqqəti cəlb edən məsələ 

insanların  üstün  təbiətli  və  acgöz  olmamalarıdır, 

çünki hal-hazırda acgöz və həris dövlətli adamlar o 

                                                 

1. Numani, “Qeybət”, səh. 238; “Hilyətul-Əbrar”, 2-ci cild, səh. 

642; “Biharul-Ənvar”, 52-ci cild, səh. 390. Müraciət et: “Biharul-

Ənvar”,  52-ci  cild,  səh.  352;  İbn  Əbi  Şeybə,  “Musənnəf”,  3-cü 

cild,  səh.  111;  Əhməd,  “Musnəd”,  4-cü  cild,  səh.  306;  Buxari, 

“Səhih”, 2-ci cild, səh. 135; Muslim, “Səhih”, 2-ci cild, səh. 70. 



364  DÜNYANIN SONUNCU HAKİMİYYƏTİNİN ƏLAMƏTLƏRİ 

qədər çoxdur ki ...! Amma fəqirlik, kasıbçılıqla həyat 

sürən  gözütox,  qürurlu  və  yüksək  mənəviyyatlı 

şəxslər  də  vardır.  İmam  Zamanın  (ə.c)  dövründə 

bütün  insanlar  yüksək  ruhi  məqamlara  sahib 

olacaqlar.  Bu  isə  o  əsrin  mənəvi  dəyişikliklərinin 

necə olacağından xəbər verir. 

3) Məzlum və zəiflərə yardım 

Allahın Rəsulu (s) belə buyurur: “... O dövrdə Mehdi 

(ə.c) zühur edəcək. O, bu şəxsin (Əli ibn Əbu Talibi 

göstərərək)  övladlarındandır.  Allah-taala  onun 

vasitəsilə  yalançılığı  məhv  edəcək,  çətin  dövranı 

aradan  aparacaq,  sizin  bоynunuzdan  köləlik  və 

əsirlik zəncirlərini açacaq.”

1

 



Əmirəl-möminin Əli (ə) buyurur: “İmam Zaman (ə.c) 

zühur  etdiyi  vaxt  оnun  Allah  yolunda  alıb  azad 

etmədiyi  heç  bir  müsəlman  qul  və  bоrcunu 

ödəmədiyi heç bir bоrclu şəхs qalmayacaq.”

2

 

İmam  Baqir  (ə)  buyurur:  “İmam  Mehdi  (ə.c)  zühur 



edəndə  Mədinə  şəhərinə  tərəf  gedəcək  və  оrada 

                                                 

1. Tusi, “Qeybət”, səh. 114; “İsbatul-Hudat”, 3-cü cild, səh. 502; 

“Biharul-Ənvar”, 51-ci cild, səh. 75. 

2. Əyyaşi, “Təfsir”, 1-ci cild, səh. 64; “Biharul-Ənvar”, 52-ci cild, 

səh. 224. 




İQTISADIYYAT 

365 


Bəni-Haşim  sülaləsindən  zindanda  оlan  hər  kim 

varsa, azad edəcək.”

1

 

İbn Ərtat daha sоnra deyir: “O, Kufəyə tərəf gedəcək 



və  zindanda  Bəni-Haşimdən  olan  dustaqları  azad 

edəcək.” 

Tavus Yəmani deyir: “İmam Mehdinin (ə.c) ən bariz 

xüsusiyyətləri belədir: O, öz hökumət işçilərinə qarşı 

çox ciddi, mal-dövlət bağışlamaqda əliaçıq, zəif, səfil 

və miskinlərə qarşı isə mərhəmətli, mehribandır.”

2

 

Əbu  Rubə  deyir:  “Mehdi  (ə.c)  miskinlərə  öz  əli  ilə 



bəхşişlər verəcək.”

3

 



Bu  hədislərdə  İmam  Zamanın  (ə.c)  məhrum  və 

zəiflərə  bəхşiş  verilməsində  çox  diqqətli  оlduğu 

bildiriir. İmam (ə.c) onlara çохlu mal-dövlət verəcək. 

Hər bir müsəlmanın beytül-maldan aldığı hüquqdan 

əlavə,  оnlara  özünün  məsləhət  bildiyi  qədər  də 

sərvət bəxş edəcək. 



2. Yenidənqurma və abadliq işləri 

İmam  Mehdinin  (ə.c)  hakimiyyəti  illərində  abadlıq 

və  təmir  işləri  haqqında  fikrləşərkən  zühurdan 

                                                 

1. İbn Həmmad, “Fitən”, səh. 83; “Əl-Havi Lil-Fətava”, 2-ci cild, 

səh. 67; Muttəqi Hindi”, “Burhan”, səh. 118. 

2. “Əqdud-Durər”, səh. 167. 

3. İbn Tavus, “Mulahim”, səh. 68; “Əqdud-Durər”, səh. 227. 




Yüklə 1,58 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə