Cheshm andazi be hokomat mehdi azari 1394



Yüklə 1,58 Mb.
Pdf görüntüsü
səhifə83/93
tarix11.07.2018
ölçüsü1,58 Mb.
#55003
1   ...   79   80   81   82   83   84   85   86   ...   93

358  DÜNYANIN SONUNCU HAKİMİYYƏTİNİN ƏLAMƏTLƏRİ 

1) Mal-dövlət bölgüsü və sərvətlərin paylanması 

İmam  Baqir  (ə)  buyurmuşdur:  “Bizim  Əhli-beytin 

Qaimi  (ə.c)  zühur  etdiyi  zaman  beytül-malı  camaat 

arasında  bərabər  miqdarda  böləcək  və  camaat 

arasında  ədalətlə  rəftar  edəcək.  Yerüstü  (xüms  və 

zəkat  kimi)  və  yeraltı  sərvətlər  (xəzinələr,  qızıl, 

gümüş  və  ...  mədənlərin)  hamısı  o  İmamın  (ə.c) 

yanında  toplanacaq.  Bu  zaman  İmam  Mehdi  (ə.c) 

camaata  belə  xitab  edəcək:  “Gəlin  bunlardan 

götürün!  Onu  da  unutmayın  ki,  siz  bunlara  görə 

qohumluq  münasibətlərinizi  korlamış,  çoxlu  qanlar 

töküb əllərinizi günahlara bulamısınız.” 

O,  sərvtləri  elə  paylayacaq  ki,  heç  kəs  bundan  öncə 

bu işi etməmişdir.”

1

 

Allah  Rəsulu  (s)  buyurur:  “Axiruz-zamanda  mal-



dövləti  hesab-kitabsız  paylayan  bir  xəlifə  zühur 

edəcək.”


2

 

Peyğəmbəri-Əkrəm (s) digər yerdə isə belə buyurur: 



“Fitnə-fəsadın  baş  alıb  getdiyi,  ümidsizliyin  hər 

tərəfi  bürüdüyü  bir  dövrdə  Mehdi  adlı  bir  nəfər 

                                                 

1.  “İləluş-Şəraye”,  səh.  161;  Numani,  “Qeybət”,  səh.  237; 

“Əqdud-Durər”,  səh  39;  “Biharul-Ənvar”,  52-ci  cild,  səh.  390; 

“İsbatul-Hudat”, 3-cü cild, səh. 497. 

2.  İbn  Həmmad,  “Fitən”,  səh.  98;  İbn  Əbi  Şeybə,  “Musənnəf”, 

15-ci  cild,  səh.  196;  Əhməd,  “Musnəd”,  3-cü  cild,  səh.  5;  İbn 

Bətriq, “Umdə”, səh. 424. 



İQTISADIYYAT 

359 


zühur  edəcək  və  onun  bəxşişləri  camaatı 

sevindirəcək.”

1

 

İmam Mehdinin (ə.c) bağışladığı mal-dövlət ata-oğul 



münasibəti  kimi  və  heç  bir  minnət  qoyulmadan 

olacaq.  Bunun  üçün  də  digər  bəxşişlərdən  fərqli 

olaraq  hamının  ürəyinə  yatacaq,  çünki  başqa 

bəxşişlər  bəndəlik,  dini  satmaq,  yaxud  abır-həyanın 

getməsi bahasına başa gəlir.  

Digər  yerdə  Allahın  Rəsulunun  (s)  belə  buyurduğu 

nəql  edilir:  “Qüreyş  tayfasından  bir  nəfər  zühur 

edəcək... O, dünyadakı mal-dövləti camaat arasında 

bölüşdürəcək  və  Peyğəmbərin  (ə)  adət-ənənəsini 

davam etdirəcək.”

2

 

Başqa rəvayəti bu məzmunda belə nəql edir: “Mehdi 



(ə.c)  yeraltı  xəzinələri  üzə  çıxaracaq,  mal-dövləti 

camaat arasında bölüşdürəcək və beləliklə də, İslam 

dini yenidən öz əzəmətinə qayıdacaq.”

3

 



Bu  barədə  bir  daha  belə  buyurur:  “Dövrün 

(zamanın)  sonunda  mənim  ümmətimə  hesab-

kitabsız, ovuc-ovuc pul paylayan bir xəlifə olacaq.”

4

 



                                                 

1. Şafei, “Bəyan”, səh. 124; “İhqaqul-Həqq”, 13-cü cild, səh. 248; 

“Əş-Şiə vər-Ricə”, 1-ci cild, səh. 207 

2. Əbi Davud, “Sunən”, 4-cü cild, səh. 108. 

3. İbn Tavus, “Mulahim”, səh. 69. 

4.  Əbdur-Rəzzaq,  “Musənnəf”,  11-ci  cild,  səh.  372;  İbn  Bətriq, 

“Umdə”,  səh.  424;  “Əs-Səvaiqul-Muhriqə”,  səh.  164;  Bəğvi, 



360  DÜNYANIN SONUNCU HAKİMİYYƏTİNİN ƏLAMƏTLƏRİ 

Abdulla  ibn  Sənan  deyir  ki,  atam  İmam  Sadiqə  (ə) 

belə dedi: “Mən əkin-biçin üçün bir az torpaq icarəyə 

götürmüşəm və orada əkinçiliklə məşğulam.” 

İmam  (ə)  azca  susdu  və  belə  cavab  verdi:  “Bizim 

Qaimimiz  (ə.c)  zühur  etdikdə  sənin  torpaq  payın 

bundan daha da çox olacaq (yəni, sənin daha torpaq 

icarə götürməyə ehtiyacın qalmayacaq).”

1

 

İmam Baqir (ə) belə buyurur: “Bizim Qaimimiz (ə.c) 



zühur edərkən beytül-mal bərabər şəkildə bölünəcək 

və camaat arasında ədalətlə rəftar ediləcək.”

2

 

Allah Rəsulu (s) buyurur: “İmamların sonuncusunun 



adı  mənim  adımdandır  (mənimlə  eyni  addadır).  O, 

zühur edəcək və dünyanı ədalətlə dolduracaq. Mal-

dövlət üst-üstə yığılacaq və ondan pul istəyən şəxsə: 

“Gəl özün bundan götür”-deyə cavab verəcək.”

3

 

2) Cəmiyyətdə yoxsulluğun kökünün kəsilməsi 



Allah  Rəsulu  buyurur:  “İmam  Mehdi  (ə.c)  zühur 

etdiyi  vaxt  ...  zəkat  və  mal-dövləti  küçələrə 

                                                                                                

“Məsabiyhus-Sunnə”,  2-ci  cild,  səh.  139;  Şafei,  “Bəyan”,  səh. 

122; İbn Tavus, “Mulahim”, səh. 69. 

1. “Kafi”, 5-ci cild, səh. 285; “Ət-Təhzib”, 7-ci cild, səh. 149. 

2. Numani, “Qeybət”, səh. 237; “Biharul-Ənvar”, 51-ci cild, səh. 29. 

3.  İbn  Tavus,  “Mulahim”,  səh.  70;  “Biharul-Ənvar”,  52-ci  cild, 

səh. 379, Əhməd, “Musnəd”, 3-cü cild, səh. 21-ə müraciət edin. 

“İhqaqul-Həqq”, 13-cü cild, səh. 55. 




İQTISADIYYAT 

361 


gətirəcəklər,  amma  heç  kəs  onları  götürmək 

istəməyəcək.”

1

 

Peyğəmbəri-Əkrəm  (s)  bu  barədə  buyurmuşdur: 



“Mehdi  (ə.c)  mənim  ümmətimdən  olacaq  və  onun 

hökumətində  mal-dövlət  və  sərvət  anbarda üst-üstə 

yığılıb qalacaq.”

2

 



Bu  hədisdə  cəmiyyətdəki  mövcud  ehtiyacların 

ödənilməsi nəzərdə tutulmuşdur. Yəni, (mal-dövlət) 

istehsal,  istehlakdan  çox  olacaq.  Daha  aydın  desək, 

İmam  Mehdinin  (ə.c)  qurduğu  dövlətdə  büdcə 

çatışmamazlığı оlmayacaq, əksinə büdcədən də əlavə 

gəlirlər də olacaq. 

İmam  Sadiq  (ə)  buyurur:  “Bizim  Qaimimiz  (ə.c) 

zühur  edəndə  ...  yer  öz  xəzinələrini  üzə  çıхardıb 

aşkar  edəcək.  Belə  ki,  camaat  öz  gözləri  ilə  bunları 

yerdə  görəcəklər,  zəkatı  оlanlar  isə  öz  zəkatlarını 

vermək  üçün  ehtiyacı  оlan  adam  axtaracaq,  amma 

onu  qəbul  edə  biləcək  bir  nəfər  də  tapılmayacaq. 

Çünki  insanlar  (Allah-taalanın  fəzilət  və  bəхşişi 

vasitəsilə) başqalarından ehtiyacsız оlacaqlar.”

3

 

                                                 



1. “Əqdud-Durər”, səh. 166;, “Əl-Mustəcad”, səh. 57. Rəvayətin 

əsli  belədir:  “Malları  məhəllə  və  evlərdə  gəzdirəcəklər.” 

“Həvaa” bir məhəllədə bir-birinə bitişik, yaxın evlərə deyilir. 

2. Hakim, “Mustədrək”, 4-cü cild, səh. 558; “Əş-Şiə vər-Ricə”, 1-

ci cild, səh. 214. 

3. Mufid, “İrşad”, səh. 363; “Biharul-Ənvar”, 52-ci cild, səh. 337. 




Yüklə 1,58 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə