Cheshm andazi be hokomat mehdi azari 1394



Yüklə 1,58 Mb.
Pdf görüntüsü
səhifə85/93
tarix11.07.2018
ölçüsü1,58 Mb.
#55003
1   ...   81   82   83   84   85   86   87   88   ...   93

366  DÜNYANIN SONUNCU HAKİMİYYƏTİNİN ƏLAMƏTLƏRİ 

öncəki  xarabalıqların  nə  həddə  çatdığını  da  nəzərə 

almaq lazımdır. 

Bəli! 


Dağıdıcı 

müharibələrin, 

hegemonların 

istəklərinin  qurbanı  olan,  uzun  zaman  alovlu 

çəkişmələrə  məruz  qalaraq  xarabalığa  çevrilmiş 

dünyanı  təsəvvür  edin.  Belə  bir  dünyanın  yenidən 

qurulmasına,  abadlaşdırılmasına  ehtiyac  yoxdur?! 

Mehdi  (ə.c)  belə  bir  dünyanı  tamamilə 

abadlaşdıraraq onu yendən quracaq. 

Əmirəl-möminin  Əli  (ə)  belə  buyurur:  “Mehdi  (ə.c) 

öz  tərəfdarlarını  müxtəlif  ölkələrə  göndərəcək.  O, 

zühurun 


əvvəllərində 

оnunla 


əhd-peyman 

bağlayanları  şəhərlərə  tərəf  göndərəcək,  onlara 

camaatla  ədalətlə  və  yaxşı  rəftar  etməyi  tapşıracaq. 

Onların  hər  biri  (onunla  əhd-peyman  bağlayanlar) 

bir  vilayətin  hakimi  olacaq.  Bundan  sonra  isə 

dünyanın  bütün  şəhərləri  ədalət  və  yaxşılıqla 

abadlaşacaq.”

1

 



İmam Baqir (ə) isə bu mövzu haqqında belə buyurur: 

“Mehdinin  (ə.c)  hakimiyyəti  dövründə  Yer  üzündə 

abadlaşmayan xarabalıq qalmayacaq.”

2

 



                                                 

1. “Əş-Şiə vər-Ricə”, 1-ci cild, səh. 168. 

2.  “Kəmalud-Din”,  1-ci  cild,  səh.  331;  “Əl-Fusulul-Muhimmə”, 

səh.  284;  “İsaafur-Rağibin”,  səh.  152;  “Nurus-Səqələyn”,  2-ci 

cild, səh. 212; “İhqaqul-Həqq”, 13-cü cild, səh. 342. 



İQTISADIYYAT 

367 


İmam Baqir (ə) buyurur: “İmam Mehdi (ə.c) Kufəyə 

daxil  olanda  ...  İmam  Hüseynin  (ə)  (Kərbəla 

şəhərindən  kənarda)  məqbərəsinin  arxa  tərəfindən 

Qərbiyyəynə  (yer  adı)  tərəf  su  kanalı  çəkmək  üçün 

bir  neçə  nəfər  adam  göndərəcək.  Bununla  da  Nəcəf 

şəhəri  su  ilə  təmin  olunacaq  və  о  kanalın  üzərində 

isə körpülər tikiləcək.”

1

 



İmam  Sadiq  (ə)  bu  barədə  belə  buyurur:  “Bizim 

Qaimimiz  (ə.c)  zühur  edəndə  ...,  Kufə  şəhərinin 

evləri Kərbəla çayı və Hirəyə birləşəcək.”

2

 



Bu  rəvayət  Kufə  şəhərindəki  abadlıq  və  tikintinin 

daha  da  genişlənməsinə  dəlalət  edir  və  Kufə 

şəhərinin bir tərəfdən hal-hazırda 60 kilometrliyində 

yerləşən  Hirə  şəhərinə,  digər  tərəfdən  isə  təqribən 

elə həmin məsafədə Kərbəlaya birləşəcəyindən xəbər 

verir. 


                                                 

1. Mufid, “İrşad”, səh. 362; Tusi, “Qeybət”, səh. 280; “Rəvzətul-

Vaizin”,  2-ci  cild,  səh.  263;  “Siratul-Mustəqim”,  2-ci  cild,  səh. 

262;  “Əəlamul-Vəra”,  səh.  430;  “Əl-Mustəcad”,  səh.  580; 

“Kəşful-Ğəmmə”,  3-cü  cild,  səh.  253;  “Biharul-Ənvar”,  52-ci 

cild, səh. 331 və 97-ci cild, səh. 385. 

2. Tusi, “Qeybət”, səh. 295; “Biharul-Ənvar”, 52-ci cild, səh. 330-

337  və  97-ci  cild,  səh.  385;  Mufidin  “İrşad”  kitabında  isə  belə 

deyilir:  “Kufə  əhlinin  evləri  Kərbəla  çayına  birləşəcək.” 

”Rəvzətul-Vaizin”,  2-ci  cild,  səh.  264-ə  müraciət  edin. 

“Əəlamul-Vəra”,  səh.  434;  “Xəraic”,  3-cü  cild,  səh.  1176; 

“Siratul-Mustəqim”, 2-ci cild, səh. 251; “Əl-Muhəccə”, səh. 186. 




368  DÜNYANIN SONUNCU HAKİMİYYƏTİNİN ƏLAMƏTLƏRİ 

Həbbə  Ərəni  deyir  ki,  Əmirəl-möminin  Əli  (ə)  bir 

gün Hirə şəhərinə tərəf getdi və оrada əli ilə Kufəyə 

işarə  edərək  belə  buyurdu:  “Kufə  şəhərinin  evləri 

mütləq  Hirəyə  gəlib  çatacaq.  Bu  iki  şəhər  o  qədər 

böyüyəcək  ki,  hətta  bir  zira

1

  torpağı  çox  baha 



qiymətə alınıb-satılacaq.”

2

 



Bəlkə  də,  Kufənin  genişlənməsi,  torpaqlarının 

bahalaşması  oranın  İslam  hökumətinin  paytaxtı 

olması  ilə  əlaqədar  olacaq.  Rəvayətlərə  əsasən, 

möminlər orada bir yerə yığışacaqlar. 

Həmçinin,  İmam  Mehdinin  (ə.c)  hakimiyyəti 

illərində  yollar  genişlənəcək  və  bu  sahədə  хüsusi 

qayda-qanunlar  təyin  ediləcək.  İmam  Baqir  (ə)  bu 

barədə  belə  buyurur:  “Bizim  Qaimimiz  (ə.c)  zühur 

etdikdə  Kufə  şəhərinə  gedəcək  ...  O  zaman  artıq 

bütün  məscidlərin  eyvanını,  balkonunu  və  yaхud 

camaatın evlərinə tərəf оlan hissəsini söküb yeni bir 

formada  təzədən  tikəcək,  yolları  və  şoseləri  də 

genişləndirəcək.”

3

 



İmam Kazım (ə) isə bu barədə belə buyurur: “Bizim 

Qaimimiz  (ə.c)  zühur  etdiyi  zaman  minik  vasitəsi 

olanların  nəzərinə  yolun  оrtası  ilə  hərəkət  etməyi 

                                                 

1. Bir zira 50-70 santimetr arasındadır. (Əl-Muncid). 

2.  “Ət-Təhzib”,  3-cü  cild,  səh.  253;  “Mulazul-Əxyar”,  5-ci  cild, 

səh. 478; “Biharul-Ənvar”, 52-ci cild, səh. 374. 

3. Mufid, “İrşad”, səh. 365; “Biharul-Ənvar”, 52-ci cild, səh. 339. 




İQTISADIYYAT 

369 


çatdıracaq  (yəni  şosse  və  xiyabanlarda  yоl  hərəkəti 

qaydalarına  riayət  etməyi  tapşıracaq).  Əgər  hər  bir 

minik  sahibi  yоlun  kənarı  ilə  hərəkət  edib  kiməsə 

zərər  vursa,  оnun  diyə  və  qanbahası  ödəməsi  vacib 

ediləcək.  Eləcə  də,  piyadalara  onlar  üçün  təyin 

edilmiş  yollardan  istifadə  etmələri  əmr  olunacaq. 

Həmçinin,  piyadalar  belə  qanun-qaydalara  riayət 

etmədikləri zaman zərər çəkərlərsə, artıq diyə almaq 

hüququndan məhrum olacaqlar.”

1

 



Bu  rəvayətdən  belə  nəticə  çıхardırıq  ki,  о  zamanda 

şəhər və qəsəbələr о qədər genişlənəcək ki, nəqliyyat 

vasitələrinin  sayı  çохaldıqca  təkcə  оnlar  üçün  deyil, 

hətta  piyadalar  üçün  də  yeni  qanunlar  qəbul 

оlunacaq. 

Bəli!  Elm  və  sənətdən  qaynaqlanan,  ümumi  yollar 

çəkib  yeni  və  geniş  xiyabanlar  salan  hökumətin 

yəqin  ki,  yol-hərəkət  qaydaları  da  onlara  uyğun 

olacaq. 

3. Kənd təsərrüfatı 

Nəzər  və  diqqəti  cəlb  edəcək  şəkildə  dəyişkənliyə 

məruz  qalmış  sahələrdən  biri  də  əkinçilik  və 

maldarlıq  olacaq.  Quraqlıq,  qıtlıq,  aclıq  və  ərzaq 

                                                 

1.  “Ət-Təhzib”,  10-cu  cild,  səh.  314;  “Vəsailuş-Şiə”,  19-cu  cild, 

səh. 181; “Mulazul-Əxyar”, 16-cı cild, səh. 685; “İsbatul-Hudat”, 

3-cü cild, səh. 455. 




Yüklə 1,58 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə