Cheshm andazi be hokomat mehdi azari 1394



Yüklə 1,58 Mb.
Pdf görüntüsü
səhifə86/93
tarix11.07.2018
ölçüsü1,58 Mb.
#55003
1   ...   82   83   84   85   86   87   88   89   ...   93

370  DÜNYANIN SONUNCU HAKİMİYYƏTİNİN ƏLAMƏTLƏRİ 

məhsullarının  azalması  səbəbindən  çəkdikləri 

əziyyətlərdən  sonra  bolluq  görən  insanların  sevinci 

təsəvvürolunmazdır,  çünki  bir  zamanlar  əkin 

sahələrinin  məhv  olub  gedən,  mal-qaraları  müxtəlif 

səbəblər üzündən qırılan, bircə tikə belə çörək üçün 

ən qiymətli şeylərini (abır-həya, namuslarını) qurban 

verən  insanlar  fövqəladə  dəyişikliklər  nəticəsində 

misli görünməmiş bolluqdan bəhrələnəcəklər. 

İmam Zaman (ə.c) zühur etmədən öncə yağan yağışı 

torpağın  bir  dəfə  cəzb  etdiyi,  bəzi  vaxtlar  isə  yağış 

yağanda  tоrpağın  yağışı  heç  cəzb  edə  bilmədiyi 

hamıya məlum məsələdir. Elə bunun üçün də güclü 

sellər nəticəsində əkin məhsulları məhv olub sıradan 

çıxır.  Lakin  İmam  Mehdinin  (ə.c)  dövründə 

yağıntılarda  da  dəyişikliklər  baş  verəcək.  İlk 

növbədə  bu  vaxta  qədər  heç  kəsin  görmədiyi  bir 

yağış  yağacağı  gözlənilir.  Sonra  isə  vaxtı  gəldikcə 

insanlara  ilahi  rəhmətlər  bəxş  ediləcək,  daha  sonra 

isə  Ulu  Tanrının  misilsiz  nemətləri  hamıya  nəsib 

olacaq.  Yəni,  bir  illik  məhsul  on  illik  məhsul 

miqdarında olacaq.  

Rəvayətlərdə  3  kiloqram  buğdadan  300  kiloqram 

buğda məhsulu alınacağı deyilir. Həmçinin, hədislər 

zühurdan  sonra  24  növ  yağışın  yağmasından  da 

xəbər  verirlər.  Belə  yağışlardan  sonra  camaat  çoxlu 

bəhrələr götürə biləcəklər. Dağ, dərə, səhra yaşıl don 

geyəcək,  həmişə  viran  qalmış  susuz  biyabanlarda 




İQTISADIYYAT 

371 


susuzluqdan  əsər-əlamət  qalmayacaq.  Allahın 

nemətləri  o  qədər  bol  olacaq  ki,  insanlar  dünyasını 

dəyişmiş  yaxınlarının  dirilib  bu  günü  görməsini 

arzulayacaqlar. 



1) Yağışların çохalması 

Allah-taala belə buyurmuşdur: “Göydən onlar üçün 

çoxlu yağışlar yağacaq.”

1

 



Digər bir rəvayətdə isə belə buyurulur: “Allah-taala 

onun  üçün  (Mehdi  (ə.c)  üçün)  asimandan  bərəkət 

nazil edəcək.”

2

 



Başqa yerdə buyurur: “Yer üzünü ədalət bürüyəcək, 

göydən  yağış  yağacaq,  nəticədə  yer  öz  əkin 

məhsullarını bol-bоl bitirəcək və mənim ümmətim o 

həzrətin  (ə.c)  hakimiyyəti  zamanı  heç  vaxt 

görmədikləri  saysız-hesabsız  nemətlərə  sahib 

olacaqlar.”

3

 

                                                 



1. “Məcməuz-Zəvaid”, 7-ci cild, səh. 317; “İhqaqul-Həqq”, 13-cü 

cild, səh. 139. 

2. “Əqdud-Durər”, səh. 169; İbn Tavus, “Mulahim”, səh. 71 və 

141. 


3.  “Əl-Mətalibul-Aliyə”,  4-cü  cild,  səh.  242;  İbn  Tavus, 

“Mulahim”,  səh.  139;  “İsbatul-Hudat”,  3-cü  cild,  səh.  524; 

“İhqaqul-Həqq”,  19-cu  cild,  səh.  655;  Əhməd,  “Musnəd” 

kitabının  2-ci  cildi,  262-ci  səhifəsinə  müraciət  edin.  “Biharul-

Ənvar”, 52-ci cild, səh. 345; “İhqaqul-Həqq”, 19-cu cild, səh. 169 

və 663. 



372  DÜNYANIN SONUNCU HAKİMİYYƏTİNİN ƏLAMƏTLƏRİ 

Əmirəl-möminin  Əli  (ə)  bu  mövzu  haqqında  belə 

buyurmuşdur:  “O  böyük  Allah  bizim  (imamların) 

varlığı  səbəbinə  bütün  dünyanı  yaratmağa  başladı. 

Elə bizə xatir də sona çatdıracaq. İstədiyi hər bir şeyi 

bizim vasitəmizlə məhv edir və yalnız bizim əlimizlə 

istədiyi hər bir şeyi də saхlayır. О, bizim sayəmizdə 

çətin günləri asanlaşdırır və bizə xatir yağış yağdırır. 

Belə isə hiyləgərlik sizi Allah yolundan azdırmasın! 

Allah  asimani  qapıları  bağladığı  gündən  bəri,  bircə 

damcı  yağış  belə  yağmadı.  Əgər  bizim  Qaimimiz 

(ə.c) qiyam etsə, göylər öz rəhmət yağışını yerə nazil 

edəcəklər.”

1

 



İmam Sadiq (ə) buyurur: “Həzrət Qaimin (ə.c) zühur 

edəcəyi  gün  gəlib  çatarkən  Cəmadius-Sani  ayı  və 

Rəcəb  ayının  оn  günü  bu  vaxta  qədər  heç  kəsin 

görmədiyi bir yağış yağacaq.”

2

 

Səid ibn Cübeyr deyir: “İmam Mehdinin (ə.c) zühur 



etdiyi  ildə  24  dəfə  yağış  yağacaq,  onun  təsiri  və 

bərəkəti aşkar şəkildə müşahidə оlunacaq.”

3

 

İmam Mehdinin (ə.c) zühuru illərində su ehtiyatının 



çoxalması  haqqında  Peyğəmbəri-Əkrəm  (s)  belə 

                                                 

1. Munənur-Rəhman”, 2-ci cild, səh. 42. 

2. “Biharul-Ənvar”, 52-ci cild, səh. 337; “Vafi”, 2-ci cild, səh. 113. 

3. “İhqaqul-Həqq”, 13-cü cild, səh. 169. 



İQTISADIYYAT 

373 


buyurmuşdur:  “Onun  dövlətində  su  çoxalacaq, 

çaylardakı suyun səviyyəsi artacaq.”

1

 

Başqa  bir  rəvayətdə  deyilir:  “...  Çayların  suyu 



artacaq, bulaqların suyu qaynayıb daşacaq və torpaq 

bir neçə bərabər məhsul verəcək.”

2

 

2) Əkin məhsullarının bоlluğu 



Allah  Rəsulu  (s)  buyurur:  “İsa  Məsihin  (ə)  Dəccalı 

öldürəndən  sonrakı  dövrdə  yaşayan  insanların  xoş 

halına!  Çünki  asimana  yağış  yağdırmaq,  yerə  isə 

inkşaf  etdirib  yaşıllaşdırmaq  izni  veriləcək.  Səfa 

dağında bir dənə toxum əkilsə, hökmən cücərəcək. O 

günlərdə kin-küdurət, həsəd olmayacaq. Belə ki, əgər 

kimsə  şirin  yaхınlığından  keçərsə,  о  adama 

toxunmayacaq  və  əgər  ilanı  tapdalayarsa,  ilan  оnu 

sancmayacaq.”

3

 



О  həzrət  (s)  başqa  bir  dəfə  belə  buyurur:  “Mənim 

ümmətim  Mehdinin  (ə.c)  dövründə  ömürlərində 

görmədikləri nemətlərə sahib olacaqlar. Heç vaxt bu 

nemətlər  nə  möminlərə,  nə  də  kafirlərə  əta 

olunmamışdır.  Dayanmadan  yağışlar  yağacaq, 

                                                 

1. “Əqdud-Durər”, səh. 84. 

2. Mufid, “İxtisas”, səh. 208; “Biharul-Ənvar”, 52-ci cild, səh. 304. 

3. “Firdəvsul-Əxbar”, 3-cü cild, səh. 24. 



Yüklə 1,58 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə