Cheshm andazi be hokomat mehdi azari 1394



Yüklə 1,58 Mb.
Pdf görüntüsü
səhifə89/93
tarix11.07.2018
ölçüsü1,58 Mb.
#55003
1   ...   85   86   87   88   89   90   91   92   93

382  DÜNYANIN SONUNCU HAKİMİYYƏTİNİN ƏLAMƏTLƏRİ 

günü yaxınlaşdığı zaman gözlənilməz çətin ölümlər, 

ondan sonra isə çoxlu zəlzələlər baş verəcək.”

1

 



Əmirəl-möminin  Əli  (ə)  bu  barədə  belə  bəyan  edir: 

“Qaimin  (ə.c)  zühurundan  əvvəl  iki  ölüm  növü  çох 

olacaq:  Qırmızı  ölüm  və  ağ  ölüm.  Ağ  ölüm  taun 

adlanan хəstəliyin geniş yayılmasıdır.”

2

 

İmam  Sadiq  (ə)  buyurur:  “Qiyamət  və  qayıdış 



gününün  əlamətlərindən  biri  də  iflic  və  qəfil  gələn 

digər ölümlərin çoxalmasıdır.”

3

 

İmam  Kazım  (ə)  Peyğəmbərimizin  (s)  dilindən  belə 



nəql  edərək  buyurur:  “Qəfil  ölümlərin,  cüzam, 

babasıl  və  bu  kimi  xəstəliklərin  çoxalması,  qiyamət 

və məhşər gününün nişanələrindəndir.”

4

 



“Bəyanul-Əimmə” kitabında deyilir: “Mehdinin (ə.c) 

zühurunun  yaxınlaşması  əlamətlərindən  biri  də 

                                                 

1. “Əl-Mucəmul-Kəbir”, 7-ci cild, səh. 59. 

2. Taun bəlkə də o dövrün ən əlacsız xəstəliyi olduğu üçün ona 

ağ  ölüm  adı  verilmişdir.  Lakin  indiki  zamanda  narkomaniya, 

hipatit, spid və bu kimi xəstəliklərə bu adı vermək daha uyğun 

olar. Mufid, “İrşad”, səh. 359; Numani, “Qeybət”, səh. 277; Tusi, 

“Qeybət”, səh. 267; “Əlamul-Vəra”, səh. 427; “Xəraic”, 3-cü cild, 

səh. 1152; “Siratul-Mustəqim”, səh. 249; “Biharul-Ənvar”, 52-ci 

cild, səh. 211, “İlzamun-Nasib”, 2-ci cild, səh. 147. 

3. “Biharul-Ənvar”, 52-ci cild, səh. 313; İbn Əsir, “Nəhayə”, 1-ci 

cild, səh. 187. 

4.  “Biharul-Ənvar”,  52-ci  cild,  səh.  269;  “Əl-İmamətu  vət-

Təbsirə” kitabından, “İlzamun-Nasib”, 2-ci cild, səh. 125. 



TIBB VƏ MÜALICƏ 

383 


xəstəliklərin yayılması, vəba, taun kimi xəstəliklərin 

bütün dünyada artmasıdır. Xüsusilə, Bağdad və ətraf 

şəhərlərdə  kütləvi  surətdə  yayılması  ilə  insanları 

həlakətə uğradacaq.”

1

 

2. Tibb və sanitariya 



İmam  Mehdinin  (ə.c)  hakimiyyəti  dövründə  tibb-

sanitariya sahəsi də olmaqla elmi inkişaf, cəmiyyətdə 

bu kimi tərəqqilərdən istifadə, müharibə alovlarının 

söndürülməsi,  insanların  etik  islahı  vasitəsi, 

yaranmış  psixoloji  rahatlıq,  fermer-kənd  təsərrüfatı, 

maldarlığın  genişləndirilməsi  və  düzgün  qidalanma 

metodları  ideal  səviyyəyə  çatacaq.  Bu  zaman 

insanlar  fiziki  cəhətdən  çox  yaхşı  səviyyədə  olacaq, 

bir  insan  minlərlə  övlad,  nəvə-nəticə  və  bu  kimi 

törəmələrini  görə  biləcək,  uzunömürlü  olacaq  və 

sonra da vəfat edəcək. 

Rəsuli-Əkrəm  (s)  buyurur:  “İsa  (ə)  asimandan  yerə 

nazil  olub  Dəccalı  öldürəndə,  günəş  şərqdən  deyil 

qərbdən  çıxdığı  zaman  40  il  rahat  və  asudə  həyat 

sürəcəksiniz. Bu müddət ərzində nə kimsə ölər və nə 

də kimsə xəstələnər.”

2

 

Bəlkə  də,  Rəsuli-Əkrəmin  (s)  bu  sözləri  deməkdə 



məqsədi  zühurdan  əvvəlki  ölüm-itim  və  yayılmış 

                                                 

1. “Bəyanul-Əimmə”, 1-ci cild, səh. 102. 

2. İbn Tavus, Mülahim, səh. 97. 




384  DÜNYANIN SONUNCU HAKİMİYYƏTİNİN ƏLAMƏTLƏRİ 

xəstəliklərin  İmam  Mehdi  (ə.c)  dövründə  çox  az  və 

(bəlkə  də)  heç  olmamasını  çatdırmaqdır.  Bəlkə  də, 

elə  kəlamın  zahiri  mənası  nəzərdə  tutulur.  Belə 

olduğu  zaman  isə  hədis  aşağıdakı  kimi 

mənalandırılır:  İmam  Mehdinin  (ə.c)  zühuru 

dövründə  onun  mübarək  varlığına  xatir  heç  kəs 

üçün nə bir xəstəlik və və nə də ölüm olmayacaq. 

Əmirəl-möminin  Əli  (ə)  bu  barədə  belə  buyurur: 

“İmam  Zamanın  (ə.c)  hakimiyyəti  dövründə  ... 

insanların ömrü uzun olacaq.”

1

 



Müfəzzəl  ibn  Ömər  deyir  ki,  İmam  Sadiq  (ə)  belə 

buyurub: “Bizim Qaimimiz (ə.c) qiyam etdiyi zaman 

... оnun hakimiyyəti sayəsində insanların ömrü uzun 

olacaq. Belə ki, hər bir insanın min övladı olacaq.”

2

 

İmam  Səccad  (ə)  bu  barədə  buyurur:  “Bizim 



Qaimimiz  (ə.c)  qiyam  etdiyi  zaman  Allah-taala 

bütün  xəstəlik  və  bəlaları  şiələrimizin  üzərindən 

uzaqlaşdıracaq, 

qəlblərini 

dəmir 

kimi 


möhkəmlədəcək,  onların  hər  birinə  qırх  kişinin  güc 

                                                 

1. “Əqdud-Durər”, səh. 159; “Əl-Qəvlul-Muxtəsər”, səh. 20. 

2. Mufid, “İrşad”, səh. 363; “Əl-Mustəcad”, səh. 509; “Biharul-

Ənvar”, 52-ci cild, səh. 337; “Vafi”, 2-ci cild, səh. 113. 



TIBB VƏ MÜALICƏ 

385 


və  qüdrətini  verəcək,  onlar  Yer  üzünün  hakim  və 

rəhbərləri olacaqlar.”

1

 

İmam  Baqir  (ə)  Sahibəz-Zamanın  (ə.c)  hakimiyyəti 



dövründə  ətraf  mühitin  sağlamlığı  və  səhiyyə 

barəsində  buyurur:  “Bizim  Qaimimiz  (ə.c)  qiyam 

edəndə  ...  kanalzasiya  quyularını,  yоl  üstündəki 

navalçaları söküb aradan aparacaq.”

2

 

Səhiyyədəki  və  ətraf  mühitin  sağlamlığının 



qorunması hakimiyyətin vəzifəsidir. Elə bu səbəbdən 

də  ekologiyanı  təhlükəyə  sala  bilən  hər  hansı  bir 

amilin  qarşısı  alınmalıdır.  Kanalizasiya  və  çirkab 

suların  küçələrə  axıdılması,  bəzi  şəhərlərdə  anti-

sanitariya  tədbirlərinin  ümumi  surətdə  həyata 

keçirilməsi  təbiidir  və  ekologiyanı  təhlükəyə  sala 

bilər.  Elə  bu  cəhətdən  də  İmam  Mehdinin  (ə.c) 

hakimiyyəti  zamanı  bu  və  buna  bənzər  halların 

qarşısı alınacaq. 

                                                 

1.  Numani,  “Qeybət”,  səh.  317;  Səduq,  “Xisal”,  səh.  541; 

“Rəvzətul-Vaizin”,  2-ci  cild,  səh.  295;  “Siratul-Mustəqim”,  2-ci 

cild, səh. 261; “Biharul-Ənvar”, 52-ci cild, səh. 317. 

2.  “Mən  La  Yəhzuruhul-Fəqih”,  1-ci  cild,  səh.  234;  Mufid, 

“İrşad”,  səh.  365;  Tusi,  “Qeybət”,  səh.  283;  “Rəvzətul-Vaizin”, 

2-ci  cild,  səh.  264;  “Əlamul-Vəra”,  səh.  432;  “Əl-Fusulul-

Muhimmə”,  səh.  302;  “İsbatul-Hudat”,  3-cü  cild,  səh.  452; 

“Biharul-Ənvar”, 52-ci cild, səh. 333. 




Yüklə 1,58 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə