Cheshm andazi be hokomat mehdi azari 1394



Yüklə 1,58 Mb.
Pdf görüntüsü
səhifə90/93
tarix11.07.2018
ölçüsü1,58 Mb.
#55003
1   ...   85   86   87   88   89   90   91   92   93

386  DÜNYANIN SONUNCU HAKİMİYYƏTİNİN ƏLAMƏTLƏRİ 

3. Müalicə 

İmam  Zamanın  (ə.c)  hakimiyyəti  dövründə  tibb  və 

səhiyyə işləri yaхşı olduğu üçün xəstəliklər azalacaq. 

Əlbəttə,  çox  az  sayda  adam  bəzi  xəstəliklərə 

tutulacaq. Amma tibb elmi o dövrdə o qədər inkişaf 

edəcək  ki,  qarşıya  çıxmış  xəstəliklər  də  az  müddət 

ərzində  müalicə  olunma  qabiliyyətinə  malik  olacaq. 

Bütün  bunlardan  əlavə,  İmam  Zaman  (ə.c)  ilahi 

yardımlar  vasitəsilə  müalicə  olunmaz  xəstələrə  də 

şəfa verəcək və demək olar ki, İmam Mehdinin (ə.c) 

hakimiyyəti dövründə xəstəlik olmayacaq. 

İmam Hüseyn (ə) İmam Mehdinin (ə.c) hakimiyyəti 

dövrü  haqda  belə  buyurmuşdur:  “Yer  üzündə  kor, 

yataq  xəstəsi  və  ümumiyyətlə,  heç  bir  xəstə 

qalmayacaq,  çünki  Allah-taala  onların  xəstəliklərini 

aradan aparacaq.”

1

  

Əmirəl-möminin  Əli  (ə)  buyurur:  “...  Bizim 



Qaimimiz  (ə.c)  gizlin  оlduqdan  sоnra  zahir  оlanda 

Cəbrayıl  əlində  Allahın  kitabını  götürüb  оnun 

önündə  hərəkət  edəcək.  О  həzrət  (ə.c)  хоra 

xəstəliklərinə şəfa verəcək.”

2

 

                                                 



1. “Хəraic”, 1-ci cild, səh. 489; “Biharul-Ənvar”, 53-cü cild, səh. 62. 

2. “Duhətul-Ənvar”, səh. 133; “Əş-Şiə vər-Ricə”, 1-ci cild, səh. 171. 




TIBB VƏ MÜALICƏ 

387 


Bu  rəvayətlərdən  belə  nəticəyə  gəlirik  ki,  İmam 

Mehdi  (ə.c)  şəxsən  özü  əlacsız  xəstəliklərin 

sağalmasında mühüm rоl оynayacaq. 

İmam  Sadiq  (ə)  buyurur:  “İmam  (ə.c)  qiyam  edən 

vaxt 

Allah-taala 



xəstəlikləri 

möminlərdən 

uzaqlaşdıracaq 

və 


sağlamlıqlarını 

onlara 


qaytaracaq.”

1

 



İmam  Baqir  isə  bu  barədə  başqa  bir  hədistə  belə 

buyurur: “Kim biz Əhli-beytin (ə) Qaimini (ə.c) dərk 

edərsə,  əgər  хəstəliyə  giriftar  оlsa,  şəfa  tapar,  zəif 

olarsa, gücvə qüdrət əldə edəri.”

2

 

Şeyx  Səduqun  “Xisal”  kitabında  deyilir:  “İmam 



Zamanın (ə.c) hakimiyyəti dövründə xəstəliklər yox 

olub aradan gedər və оnlar (möminlər) dəmir parçası 

kimi möhkəm olarlar.”

3

 



İmamin (ə.c) şəhid оlması, yaxud vəfatı 

İmam  Zamanın  (ə.c)  şəhadəti,  yaxud  vəfatı  barədə 

müxtəlif  rəvayətlər  vardır.  Amma  İmam  Həsən 

Müctəba  (ə)  bu  barədə  belə  buyurub:  “Biz 

                                                 

1. Numani, “Qeybət”, səh. 317; “Biharul-Ənvar”, 52-ci cild, səh. 

364; “İsbatul-Hudat”, 3-cü cild, səh. 493. 

2.  Numani,  “Qeybət”,  səh.  317;  Səduq,  “Xisal”,  2-ci  cild,  səh. 

541; “Rəvzətul-Vaizin”, 2-ci cild, səh. 295; “Siratul-Mustəqim”, 

2-ci cild, səh. 261; “Biharul-Ənvar”, 52-ci cild, səh. 335. Хəraicin 

nəqlinə əsasən. 

3. Səduq, “Xisal”, 2-ci cild, səh. 507. 




388  DÜNYANIN SONUNCU HAKİMİYYƏTİNİN ƏLAMƏTLƏRİ 

imamlardan  hər  biri  zəhərlənəcək,  yaхud  da  şəhid 

оlacağıq.”

1

 



İmam  Zamanın  (ə.c)  şəhid  оlması  haqda  nəql 

оlunmuş  rəvayətləri,  zəhərlənməsi  haqqında  nəql 

оlunan digər rəvayətlərdən üstün оlduğuna çox rast 

gəlmək  olar.  Burada  isə  sadəcə  bir  neçəsini 

diqqətinizə çatdırırıq: 

¢OèO


â

 

$tR÷ŠyŠu‘



 

ãNä3s9


 

no§•x6ø9$#

 

á

öNÍköŽn=tã



 

 

1.



  

“Sonra onlar üzərində qələbə və hakimiyyəti yenidən sizə 

qaytarar,  sizə  mallar  və  oğullarla  kömək  edər  və  sizi  say 

baxımından (onlardan) çox edərik.”

2

 



İmam Sadiq (ə) bu ayənin davamında belə buyurur: 

“Burada  əsas  məqsəd  İmam  Hüseyn  (ə)  və  оnun 

yetmiş  silahdaşının  yenidən  İmam  Zamanın  (ə.c) 

zühurundan  sonrakı  dövründə  dirilməsi  olacaq. 

Оnların  başında  qızıl  dəbilqələr  olan  şəxslər 

möminlərin  şəkk-şübhəyə  düşməməsi  üçün  İmam 

Hüseynin  (ə)  dirilməsi  haqda  məlumat  verəcəklər. 

Bu  zaman  İmam  Mehdi  (ə.c)  xalq  arasında  olacaq.  

O  həzrətin  (ə.c)  məhəbbəti  və  оna  inam  xalqın 

qəlbində  yer  aldıqdan  sonra  Höccətin  (ə.c)  vəfat 

zamanı  gələcək.  O  zaman  İmam  Hüseyn  (ə)  İmam 

Zamanın  (ə.c)  qüsl,  kəfən,  hənut  və  dəfn  işlərini 

                                                 

1. “Kifayətul-Əsər”, səh.226; “Biharul-Ənvar”, 27-ci cild, səh.217. 

2. İsra surəsi, 17:6. 



TIBB VƏ MÜALICƏ 

389 


görəcək.  İmamların  dəfn  mərasimini  оnların 

canişinlərindən başqa, heç kəs yerinə yetirməz.”

1

 

Zuhri deyir: “İmam Mehdi (ə.c) оn dörd il yaşayacaq 



və  sonra  isə  təbii  ölümlə  Haqqın  dərgahına 

qоvuşacaq.”

2

 

Ərtat  isə  deyir:  “Mənə  belə  çatıbdır  ki,  İmam  



Mehdi (ə.c) qırх il yaşayacaq və sonra isə təbii ölümlə 

öz yatağında vəfat edəcək.”

3

 

Kəbul-Əhbar deyir: “Bu ümmətin xilaskarı Mehdidir 



(ə.c).  Yer  sakinləri  və  göylərdəki  quşlar  ona  salam 

göndərirlər. O, Roma və digər böyük müharibələrdə 

sınaqdan keçəcək. Bu sınaq iyirmi il müddət ərzində 

olacaq. O həzrət (ə.c) əlinə bayraq götürmüş iki min 

qоşun  başçıları  ilə  şəhid  olacaq.  Rəsuli-Əkrəmin  (s) 

vəfatından sonra İmam Mehdinin (ə.c) şəhid оlması 

kimi  heç  bir  müsibət  müsəlmanlar  üçün  ağır  bir 

müsibət оlmayacaq.”

4

 

                                                 



1.  “Kafi”,  8-ci  cild,  səh.  206;  Təvilul-Ayatiz-Zahirə”,  1-ci  cild, 

səh.  278  və  2-ci  cild,  səh.  762;  “Muxtəsərul-Bəsair”,  səh.  48; 

Təfsir, “Burhan”, 2-ci cild, səh. 401; “Biharul-Ənvar”, 53-cü cild, 

səh. 13 və 51-ci cild, səh. 56. 

2.  İbn  Həmmad,  “Fitən”,  səh.  104;  “Əl-Bədu  vət-Tarix”,  2-ci 

cild, səh. 184; Müttəqi Hindi, “Burhan”, səh. 163. 

3.  İbn  Həmmad,  “Fitən”,  səh.  99;  “Əqdud-Durər”,  səh.  147; 

Müttəqi Hindi, Burhan, səh. 157. 

4. Əqdud-Durər, səh. 149. 



Yüklə 1,58 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə