Cheshm andazi be hokomat mehdi azari 1394



Yüklə 1,58 Mb.
Pdf görüntüsü
səhifə87/93
tarix11.07.2018
ölçüsü1,58 Mb.
#55003
1   ...   83   84   85   86   87   88   89   90   ...   93

374  DÜNYANIN SONUNCU HAKİMİYYƏTİNİN ƏLAMƏTLƏRİ 

torpaq  altında  qalan  bitki  оlmayacaq,  əksinə  bütün 

bitkilər inkşaf edəcəklər.”

1

 



İslam Peyğəmbəri (s) İmam Mehdinin (ə.c) döründə 

torpaqların münbitliyi haqqında belə buyurmuşdur: 

“Torpaq  həzrət  Adəmin  (ə)  zamanındakı  kimi, 

gümüşün  əriyib  (qəliblərə  tökülmək  üçün)  hazır 

olduğu  kimi  əkin-biçinə  hazır  olacaq  və  öz  yaşıl 

оtlarını yetişdirəcək.”

2

 

Peyğəmbəri-Əkrəm (s) yenə də məhsulun bərəkəti və 



оnların yaхşı bar verməsi barəsində belə buyurur: “... 

Bir  nar  bir  neçə  nəfəri  doyuzduracaq

3

  və  bir  salxım 



üzümü bir neçə nəfər yeyəcək (və doyacaqlar).”

4

 



Əmirəl-möminin Əli (ə) buyurur: “İmam Mehdi (ə.c) 

Yer  üzünün  qərbi  və  şərqini  öz  hakimiyyəti 

əhatəsinə  alacaq...  Pisliklər,  narahatçılıqları  aradan 

qaldıracaq,  оnların  yerini  isə  xeyir  və  yaxşılıqlar 

tutacaq. Belə ki, əkinçilər 3 kiloqram buğda və arpa 

əkib 300 kiloqram məhsul götürəcəklər. Eynilə Allah-

                                                 

1.  İbn  Tavus,  “Mulahim”,  səh.  141;  Tusinin  “Qeybət”  kitabının  115-ci 

səhifəsinə müraciət edin. “İsbatul-Hudat”, 3-cü cild, səh. 504. 

2. İbn Tavus, “Mulahim”, səh. 152; İbn Macə, “Sunən”, 2-ci cild, 

səh.  1359;  İbn  Həmmad,  “Fitən”,  səh.  162;  Əbdur-Rəzzaq, 

“Musənnəf”, 11-ci cild, səh. 399-da azca fərqlə nəql оlunubdur. 

3.  İbn  Tavus,  “Mulahim”,  səh.  152;  “Əd-Durrul-Mənsur”,  4-cü 

cild,  səh.  255-də  azca  fərqlə  nəql  оlunubdur.  Əbdur-Rəzzaq, 

“Müsənnəf”, 11-ci cild, səh. 401. 

4. Həmin mənbə 




İQTISADIYYAT 

375 


taala  buyurduğu

1

  kimi  olacaq:  Hər  sünbüldə  100 



dənə  (buğda)  yetişəcək.  Allah  istədiyi  hər  bir  şeyi 

çoxaldar.”

2

 

Əli (ə) başqa bir yerdə belə bəyan edir: “Mehdi (ə.c) 



şəhərlərə  göndərdiyi  hakimlərə  camaat  arasında 

ədalətli  olmağı  tapşıracaq...  Əkinçilər  bir  mud 

(İraqda  18  litrə  bərabər  оlan  çəki  vahididir) 

miqdarında əkin əkəcək, əvəzində yeddi yüz mudun 

məhsulunu  götürəcəklər.  Allah-taala  isə  bunu  daha 

da çox edəcəyinə söz vermişdir.”

3

 

Ağacların  bar  verməsi  barəsində  isə  belə  buyurur: 



”İmam Mehdinin (ə.c) dövründə ağaclar bar verəcək 

və daha çох bərəkətli olacaqlar.”

4

 

Başqa  bir  yerdə  isə  belə  buyurur:  “Bizim  Qaimimiz 



(ə.c) zühur edərkən asiman yağışlar yağdıracaq, yer 

bitkilərini  cücərdəcək.  İraqdan  Şam  şəhərinə  gedən 

bir qadın yol boyu yaşıl otlaqlardan keçib gedəcək.”

5

 



                                                 

1. Bəqərə surəsi, 2:261. 

2. “Əş-Şiə vər-Ricə”, 1-ci cild, səh. 167. 

3.  “Əqdud-Durər”,  səh.  159;  İbn  Tavus,  “Mulahim”,  səh.  97; 

“Əl-Qəvlul-Muxtəsər”, səh. 20. 

4.  İbn  Tavus,  “Mulahim”,  səh.  125;  “Əl-Havi  Lil-Fətava”,  2-ci 

cild, səh. 61; Muttəqi Hindi, “Burhan”, səh. 117. 

5.  “Tuhəful-Uqul”,  səh.  115;  “Biharul-Ənvar”,  52-ci  cild,  səh. 

316 və 345. 



376  DÜNYANIN SONUNCU HAKİMİYYƏTİNİN ƏLAMƏTLƏRİ 

Əmirəl-möminin  Əli  (ə)  bu  məkanın  adını  çəkməsi, 

bəlkə  də,  misal  ünvanında  olmuşdur.  Onu  da  qeyd 

etmək  lazımdır  ki,  hal-hazırda  bu  məkanın  coğrafi 

şəraitində  biyaban  və  tikanlıqlardan  başqa,  heç  bir 

şey  tapmaq  mümkün  deyildir.  Məhz  elə  buranın 

adını  çəkmək  həzrətin  (ə.c)  dövründə  əkin 

sahələrinə, yaşıllıqlara çevrilməsi üçün ola bilər. 

Peyğmbəri-Əkrəm  (s)  bu  barədə  buyurur:  “Mənim 

ümmətimdən  olan  Mehdinin  (ə.c)  zühur  etdiyi 

zaman torpaq öz məhsuılunu, meyvə və gül-çiçəyini 

insanlardan  əsirgəməyəcək,  asimandan  bərəkətli 

yağışlar yağacaq.”

1

 



İmam  Sadiq  (ə)  ”iki  yaşıl  yarpaq”  ayəsinin  təfsiri 

barəsində  belə  buyurur:  “Məkkə  və  Mədinə 

şəhərlərini, xurma ağacları bir-birinə birləşdirəcək.”

2

 



Digər yerdə isə belə buyurur: “... And olsun Allaha! 

Dəccalın  ölümündən  sonra  əkinçilik  başlanacaq  və 

ağaclar əkiləcək.”

3

 



                                                 

1.  “Əl-Mənaqib  vəl-Məsalib”,  səh.  44;  “İhqaqul-Həqq”,  19-cu 

cild, səh. 677; İbn Macə, “Sunən”, 2-ci cild, səh. 1356 müraciət 

et:  Hakim,  “Mustədrək”,  4-cü  cild,  səh.  492;  “Əd-Durrul-

Mənsur”, 2-ci cild, səh. 244. 

2.  Təfsir  Qumi,  2-ci  cild,  səh.  346;  “Biharul-Ənvar”,  51-ci  cild, 

səh. 49. Bu cümlə “Ər-Rəhman” surəsinin 64-cü ayəsindəndir. 

3. “Kafi”, 5-ci cild, səh. 260; “Mən La Yəhzuruhul-Fəqih”, 3-cü 

cild, səh. 158; “Vəsailuş-Şiə”, 13-cü cild, səh. 193; “Ət-Təhzib”, 

6-cı cild, səh. 384. 




İQTISADIYYAT 

377 


Şeyx  Tusinin  “Ət-Təhzib”  kitabında  deyilir:  “Biz 

əkinçilik edir və ağac əkirik.”

1

 

3) Maldarlıq sahəsində inkişaf 



Allahın Rəsulu (s) buyurur: “Mənim ümmətimin son 

illərində  İmam  Mehdi  (ə.c)  zühur  edəcək  ...  qoyun 

sürüləri və mal-qara çoxalacaq.”

2

 



Həzrət  (s)  buyurur:  “O  əsrdə  mal-qara  sürüləri 

çoxalacaq və yaşamağa davam edəcəklər.”

3

 

Peyğəmbəri-Əkrəmin  (s)  mübarək  kəlamında  bir 



neçə incəliklərə işarə olunmuşdur: “Sanki zühurdan 

öncəki həyatda yem və su qıtlığı, quraqlıq, yoluxucu 

xəstəliklərin  yayılması  nəticəsində  mal-qaranın 

yaşaması mümkün olmayacaq.” 

Peyğəmbəri-Əkrəm  (s)  belə  buyurur:  “Dəccalın 

ölümündən  sonra  Allah-taala  mal-qara  sürülərinə 

bərəkət  verəcək.  Belə  ki,  (hamilə  оlmağa  hazırlığı 

оlan) bir dəvə balası bir dəstə adamı doyuzduracaq, 

bir  dana  isə  bir  tayfanın  yeməyini  təmin  edəcək  və 

                                                 

1. “Ət-Təhzib”, 6-cı cild, səh. 384. 

2.  Hakim,  “Mustədrək”,  4-cü  cild,  səh.  558;  “Əqdud-Durər”, 

səh. 144; Muttəqi Hindi, “Burhan”, səh. 84; “Kəşful-Ğəmmə”, 3-

cü cild, səh. 260; “İhqaqul-Həqq”, 13-cü cild, səh. 215; “Biharul-

Ənvar”, 51-ci cild, səh. 81; “Əş-Şiə vər-Ricə”, 1-ci cild, səh. 214. 

3.  “Camiul-Əhadis”,  8-ci  cild,  səh.  77;  “İhqaqul-Həqq”,  13-cü 

cild, səh. 215 və 19-cu cild, səh. 681. 



Yüklə 1,58 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə