Cheshm andazi be hokomat mehdi azari 1394



Yüklə 1,58 Mb.
Pdf görüntüsü
səhifə88/93
tarix11.07.2018
ölçüsü1,58 Mb.
#55003
1   ...   85   86   87   88   89   90   91   92   93

378  DÜNYANIN SONUNCU HAKİMİYYƏTİNİN ƏLAMƏTLƏRİ 

bir  neçə  adamın  yeməyi  üçün  təkcə  bir  keçi  kifayət 

edəcək.”

1

 



4) Ticarət 

Bir cəmiyyətdə ticarət işlərinin inkşafı, onun iqtisadi-

maddi inkşafına dəlalət edir. Eləcə də ictimaiyyətdə 

bazarların  bağlanması,  ticarətin  kasadlığı,  onun 

kasıblığından xəbər verdiyi kimi əsrimizin İmamının 

(ə.c)  hakimiyyəti  illərində  iqtisadi  vəziyyətin 

yaxşılaşması üçün ticarət də inkşaf edərək bazarların 

fəaliyyətinin rövnəqlənməsinə səbəb olacaq.  

Peyğəmbəri-Əkrəm  (s)  bu  mövzu  haqqında  belə 

buyurmuşdur:  “Qiyamət  gününün  (Mehdinin  (ə.c) 

zühurunun) nişanələrindən biri də camaat üçün mal-

dövlətin  sel  kimi  axmasıdır.  Elm  və  bilik  aşkara 

çıxacaq, ticarət inkşaf edərək çiçəklənəcək.”

2

 



Abdulla  ibn  Salam  deyir:  “Camaat  Dəccalın  хüruc 

etməsindən sonra 40 il yaşayacaq və хurma ağacları 

əkəcək, ticarətləri də bərpa olacaq.”

3

 



 

                                                 

1. İbn Həmmad, “Fitən”, səh. 148. 

2. İbn Quteybə, “Uyunul-Əxbar”, 1-ci cild, səh. 12. 

3. İbn Əbi Şeybə, “Musənnəf”, 15-ci cild, səh. 142; “Əd-Durrul-

Mənsur”, 5-ci cild, səh. 354; Muttəqi Hindi, “Burhan”, səh. 193. 




 

Beşinci Fəsil 

Tibb və Müalicə 

Bütün  millətlərin  İmam  Zamanın  (ə.c)  zühurundan 

əvvəl  ən  böyük  problemlərindən  biri  də  tibbi 

xəstəliklər  və  onların  müalicəsi  olacaq.  Zühurdan 

öncə  yayılmış  keçici  xəstəliklər,  qəfil  ölümlər 

qaçılmaz  olacaq.  Cüzam,  taun,  iflic,  korluq,  infarkt 

və  bu  kimi  yüzlərlə  təhlükəli  xəstəlik

1

  insanların 



sağlamlığını 

əlindən 


alaraq 

onları 


ölümlə 

üzləşdirəcək.  Sanki  bütün  dünya  oturub  ölüm 

saatının  intizarını  çəkəcək  və  həyatda  ümidsiz 

yaşayacaqdır. Gecə yatdıqları zaman səhər yuxudan 

sağ-salamat 

oyanıb-oyanmayacaqlarına 

şübhələnəcəklər,  yaxud  da  evdən  çıxarkən  bir  daha 

evə 


qayıdıb-qayıtmayacaqlarına 

inamları 

qalmayacaq.  Cansıxıcı,  ümidsiz  bu  həyat  ekologiya 

pozuntuları,  kimyəvi  silahlardan  istifadə,  atom  və 

başqa  mikrobbioloji  bombaların  nəticəsində  olacaq, 

yaxud  da  bu  xəstəliklərin  səbəbi  basdırılmamış 

ölülərin  çürüyərək  iylənməsi  ilə  də  baş  verəcək. 

                                                 

1.  Əlbəttə,  bu  xəstəliklərə  hipatit,  spid,  şəkər  və  bu  kimi  qan 

xəstəliklərini də artırmaq olar (tərcüməçidən). 




380  DÜNYANIN SONUNCU HAKİMİYYƏTİNİN ƏLAMƏTLƏRİ 

Bəlkə də, bunların heç biri deyil, yaxın qohumlarını 

itirmək  kimi  psixoloji-ruhi  amillər  belə  təhlükəli 

şərait  yaradacaq,  ya  da  heç  bu  da  deyil,  bizə  bəlli 

olmayan bir səbəblər nəticəsində baş verəcək.  

İmam  Mehdinin  (ə.c)  hökuməti  bəlaya  düçar  olmuş 

insanların  qəlbində  ümid  çırağı  yandıraraq,  o 

dövrün  ağrı-acılarını  yuyub  aparacaq.  Bu 

vəziyyətdən çıxış yolu, bəşər övladlarının sağlamlığı 

üçün çalışan vahid bir ölkə yaradan İmam Zamanın 

(ə.c)  rəhbərliyi  ilə  imkan  əldə  ediləcək.  İmam 

Mehdinin  (ə.c)  hökuməti  bu  çatışmamazlıqları 

aradan götürmək üçün çalışacaq. 

Burada tibbi xəstəliklər və onların müalicəsi haqında 

əlimizdəki  olan  hədislərdən  bəzilərini  diqqətinizə 

çatdırırıq. Əlbəttə, əvvəlcə zühurdan əvvəlki şəraiti, 

sonra  isə  zühurdan  sonrakı  şəraiti  təsvir  edən 

rəvayətlər  həzrət  Höccətin  (ə.c)  tibbi  xəstəliklər  və 

onların müalicəsi üçün göstərdiyi təlaşları açıq-aşkar 

bəyan edir. 



1.  Xəstəliklərin  yayılmasi  və  gözlənilməz  ölüm 

faktları 

Allahın Rəsulu (s) bu mövzu barəsində belə buyurur: 

“Bir insanın ağrı çəkmədən vəfat etməsi qiyamət və 

məhşər gününün nişanələrindəndir.”

1

 

                                                 



1. “Firdəvsul-Əxbar”, 4-cü cild, səh. 298. 


TIBB VƏ MÜALICƏ 

381 


Başqa  bir  rəvayətdə  bu  məsələni  belə  buyurur: 

“Qiyamət  günü  yaxınlaşanda  (İmam  Mehdinin  (ə.c) 

zühuruna işarə edir) çoxlu ildırımlar çaxıb şimşəklər 

alovlar  yaradaraq  yanğınların  baş  verməsinə  səbəb 

olacaq.  Qohum-əqrəbalarının  və  yaхud  başqalarının 

görüşünə  gedənlər  bir-birindən:  "Dünən  sizlərdən 

kimi  ildırım  vurdu?"–deyə  soruşacaqlar.  Cavabında 

isə “filankəsi və filan şəхsi ...” deyiləcək.”

1

 

İldırım  və  şimşək  çaxması,  (ərəb  dilində)  gurultulu 



və  vəhşətəgətirici  səsdən  huşunu  itirmək  mənasını 

verir.  Əlbəttə,  od  tutub  alovlanmaq  mənasında  da 

işlənir.  Elə  bunun  üçün  də  ildırım,  yaxud  da  onun 

alovundan od tutub yanır

2

 sonra isə külə çevrilirlər. 



Əlbəttə,  bu  rəvayətdə  gələcəkdə  ildırıma  bənzər 

inkşaf etmiş odlu silahlar da nəzərdə tutula bilər. Bu 

silahların  həm  güclü  səsli,  həm  də  alovlu  olması 

mümkündür.  Belə  ki,  bu  silahların  nəticəsində 

yaxınlıqda  olanların  külə  çevrilməsi  o  qədər  də 

ağılasığmaz  deyildir.  Nəticədə  isə  insanlara 

xəstəlikdən  başqa,  heç  nə  qalmayacaq.  Adı  çəkilən 

xəstəlik silahların təsirindən yaranacaq. 

Peyğəmbəri-Əkrəm  (s)  bu  məsələyə  təkid  edərək 

digər bir hədisdə belə buyurur: “Qiyamət və qayıdış 

                                                 

1. Əhməd, “Musnəd”, 3-cü cild, səh. 64; “Firdəvsul-Əxbar”, 5-ci 

cild, səh. 434. 

2. “Fərhənge Əmid”, 2-ci cild, səh. 688. 




Yüklə 1,58 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə