iqtisadiyyatın inkişafı üçün həyati əhəmiyyətli olan iqtisadi resurslara
çıxış, az və ya çox dərəcədə təhlükəsiz inkişafı təmin edən müəyyən
hüdudlara çatmaq uğrunda mübarizə daxil olmuşdur. Bu vəzifələr
sosial, siyasi və texnoloji inkişafın səviyyəsindən, beynəlxalq
münasibətlər sistemi çərçivəsində qruplaşmasından asılı olaraq dəyişir,
ancaq yenə də onlar konkret olmalıdır.
Göründüyü kimi, dövlətin qarşısında onun inkişafının bu və ya
digər dövründə duran vəzifələrin xarakteri onun beynəlxalq
münasibətlər
sistemində
partnyorlarından
hansının
onların
reallaşmasına mane olacağını, hansının isə şərait yaradacağını, yəni
kimin düşmən və kimin müttəfiq olacağını müəyyən edir. Vəzifələrin
aktuallığından, onların həyata keçirilməsinə mümkün müqavimətin
dərəcəsindən asılı olaraq hərbi gücdən istifadə və müttəfiqlərin cəlb
olunması məsələsi həll edilməlidir. Düzgün qoyulmuş sual və aydın
cavab əhəmiyyətli dərəcədə məsələnin sonunu müəyyən etməyə imkan
verir, bu isə uzun müddətli maraqların reallaşmasında xüsusilə
vacibdir. Uzun müddətli maraqların reallaşması uğrunda mübarizə
prosesində bir problem ətrafında birləşmiş bütöv bir silsilə
müharibələrin yaranması mümkündür. Bu silsilənin dövrü ərzində
əsasən düşmənin və müttəfiqin seçilməsində eyni meyarlardan istifadə
edilir. Sosial- iqtisadi, siyasi, geosiyasi, demoqrafik və digər
faktorların təsiri altında xarici siyasət kursuna belə dövri baxılmada,
məşhur fikir aşkar şəkildə özünü büruzə verir, yəni dövlətin daimi
dostları olmur, onun daimi maraqlan vardır.
Bu silsilənin nümunəsi Rusiyanın XVII əsr siyasəti ola bilər.
Böhran və yadelli hücumlar nəticəsində əsrin əvvəlində həyati
əhəmiyyətli Qərb torpaqlarını itirdikdən sonra, onların arasında
Moskvaya gedən yola nəzarət edən Smolensk də var idi, Rusiya öz
qüvvələrini itirilmiş torpaqların qaytarılmasına yönəltməli olmuşdu.
Bu zaman bütün digər vəzifələr, o cümlədən də Baltik və Qara
dənizlərə çıxış ikinci plana keçirdi. Rusiyanın bu istiqamətdə apardığı
müharibələr silsiləsi bir neçə onillik davam etmişdi. Bütün bu dövr
ərzində əsrin əvvəllərində baş verən hadisələrdə iştirak etmiş və rus
torpaqlarını işğal etmiş İsveç dövləti Reç Pospolita ilə mübarizədə
müttəfiq kimi nəzərdən keçirilir və ona münasibətdə əsasən isveçliləri
iqtisadi imtiyazlarla təmin edən əlverişli siyasət yürüdülürdü. Türkiyə
və Krım xanlığı ilə
165
mübarizədə Rusiya həmin dövrdə aktiv hücum addımlarından
çəkinirdi. Qeyd etmək lazımdır ki, Qərb torpaqları uğrunda mübarizə
xüsusilə inadlı xarakter daşıyırdı və ilkin qüvvələr balansı heç də
Rusiyanın xeyrinə deyildi. Ancaq sonda torpaqlar geri qaytarılmışdı və
XVII əsrin sonunda qüvvələr nisbəti o qədər dəyişmişdi ki, Reç
Pospolita artıq təhlükə deyildi, onun Rusiyanın xarici siyasətinin
obyektinə çevrilməsi üçün zəminlər yaranmışdı. Məhz həmin zaman
xarici siyasət prioritetlərinə yenidən baxılması və dənizlərə çıxış
vəzifəsi irəli sürüldü. Nəticədə, İsveç uzun müddətə düşmənə çevrildi,
Rusiya onunla qızğın müharibəyə girdi, həm də bu mübarizənin ilkin
mərhələsində Rusiyanın müttəfiqlərindən biri zəifləmiş Polşa idi.
Hərbi konfliktlərin Rusiya üçün növbəti silsiləsi rus-türk müharibələri
oldu. Avropada bu silsilələrdən biri Almaniyanın 1864, 1866 və 1870-
1871-ci illərdə birləşməsi ilə bağlı müharibələr oldu. Prussiya
qoyulmuş məqsədə nail olmağa çalışır, ancaq bu müharibələrdən
birində Avstriya onun müttəfiqi, digərində düşmən olur, üçüncüsündə
isə Avstriya-Macarıstan neytral mövqe tutur.
Əks nümunələr də mövcuddur - dövlətlərin uzun müddətli
maraqlarını dərk edilmədən, bəzən onlara qarşı hərbi konfliktlərdə
iştirakı, bu dövlət maraqlarının düzgün anlaşılmaması, xarici siyasətin
həddən artıq ideologiyalaşması ilə əlaqədar ortaya çıxa bilər. Məsələn,
XVII əsrin ikinci yarısı - XVIII əsrdə Avropada sərhədlərin müəyyən
edilməsi üzrə sülalə prinsipləri Pfaliva (1688-1697), Polşa
(1733-1735), Avstriya (1740-1748), Bavariya (1778-1779) mirası
uğrunda bir sıra müharibələrə gətirmişdi. Həmin dövrlərdə bu qanlı
müharibələr çətin ki, iştirakçı dövlətlərin maraqlarına toxunurdu. O
cümlədən, İspaniya mirası uğrunda müharibə və Yeddiillik müharibə
də müəyyən aspektlərdə bu xüsusiyyətlərə malik idi. Yeddiillik
müharibə illərində Fransa ingilislərə Kanada və Hindistanda qələbələr
çalmağa imkan verərək, Avropa məkanında anti-Prussiya
avantyurasına
qoşulmuşdu.
tdeologiyalaşdırıirmş
monarxizm
düşüncəsi Rusiyanı 1849-cu ildə Rusiya maraqlarına zidd olaraq,
Macarıstana yürüşə təhrik etdi. Dövlət maraqlarına toxunmayan
konfliktlərə daha güclü partnyorun dalınca gedən (və ya bəzən məcbur
edilən) qırğına göndərilən əsgərlər roluna kimi endirilən zəif dövlətlər
də cəlb oluna bilər.
166
ikinci istiqamət müharibənin siyasi məqsədinin müəyyən
edilməsidir. Müharibənin məqsədi düşmənin və müttəfiqin seçimini,
qüvvələr nisbətini, müharibənin aparılması üçün ayrılmış resurs payım,
itki verməyə hazır olmanı və s. müəyyən edir. Müharibənin siyasətin
davamı olması (ancaq başqa vasitələrlə) mülahizəsindən çıxış etsək,
aydındır ki, məqsədin dəqiq qoyul- maması və onun olmaması
müharibəyə hazırlığa və onun aparılmasına doğru bütün fəaliyyət
əzəldən zərərli, baha başa gələn və eyni zamanda müəyyən mənada
mənasız və ciddi uğursuzluqlara və məğlubiyyətə düçar ola bilər.
Müharibənin dəqiq siyasi məqsədinin olmamasının nəticələrinə
misal olaraq, Avstriya-Macarıstanın 1914-cü il yay böhranı zamanı
fəaliyyətini göstərmək olar. Digər tərəfdən, Serbiyanı darmadağın
etmək niyyəti aydın görünürdü, Avstriya rəhbər dairələri onu
Yuqoslaviya xalqlarının azadlıq mübarizəsinin stimullaşdırıcısı kimi
görürdülər. Digər tərəfdən, həmin dövrdə Avstriya-Macarıstanın dövlət
xadimləri dərk edirdilər ki, Serbiyanın məhv edilməsi nəticəsində elə
bir vəziyyət yaranardı ki, imperiya daxilində slavyan əhalisi üstünlük
təşkil edərdi.
Məqsədin qeyri-dəqiqliyi əvvəlcə qüvvələrin və vasitələrin
parçalanmasına, həlledici istiqamətin, əsas düşmənin müəyyən
edilməməsinə gətirir. Müharibənin siyasi məqsədi müəyyən edildikdən
sonra, strategiyaya seçilmiş məqsədin əldə edilməsi üçün mümkün
hərəkət azadlığı vermək lazımdır. Bu, xüsusilə əsas qüvvələri
düşmənlərdən hansına qarşı yönəltməyin vacib olduğu koalisiya
müharibələrində vacibdir. Bəlkə də, bütün səyləri düşmən
koalisiyasının aparıcı dövlətinə qarşı yönəltmək lazımdır. Ancaq belə
bir variant da mümkündür ki, daha kiçik düşmənlərin əvvəlcə məhv
edilməsi əsas düşmən üzərində qələbə çalmaq üçün müharibənin
əvvəlinə nisbətən, daha əlverişli şərait yarada bilər. Artıq qeyd edildiyi
kimi, Yeddilillik müharibə illərində Fransa bütün qüvvələrini Prussiya
ilə mübarizəyə sərf edirdi, bununla ingilislərə digər məkanlarda imkan
yaradırdı, ancaq Fransaya qarşı koalisiyanın «mühərriki» məhz
İngiltərə idi, ona qarşı mübarizə fransızların müharibədə əsas məqsədi
idi. Birinci dünya müharibəsinin başlanğıcında hələ sərf edilməmiş
ehtiyatlara və kadr heyətinə malik olmaqla, Rusiya ordusu
Avstriya-Macarıstanı məğlub etmək iqtidarında idi. Bu müharibənin
gedişini
167
Dostları ilə paylaş: |