məsinə yol verməmək məqsədilə daimi elmi tədqiqatlar, perspektiv
hazırlıqlar tələb olunurdu. Dövlətin hərbi gücünün faktoru kimi onun
təhsil sistemi, kifayət qədər bahalı avadanlıqla təchiz olunmuş iri
elmi-tədqiqat institutlarının mövcudluğu çıxış edirdi. Etibarlı radio
rabitə olmadan tank və təyyarə armadaları metal qırıntılara çevrilə
bilərdi. Dənizdə və havada radarlardan istifadə olunması həlledici
üstünlüyü təmin edə bilərdi. Hospitallarda pensilindən istifadə
edilməsi yüzlərlə yaralı şəxsin cəbhəyə qayıtmasına imkan verirdi.
Raket texnikası və atom fizikası sahəsində aparılan tədqiqatlar
haqqında danışmağa isə ehtiyac yoxdur. Bu istiqamətlərin çoxunun
inkişaf etdirilməsi mahiyyətcə sənayenin ayrı-ayrı sahələrinin,
xüsusilə, bahalı sahələrin yaradılmasını tələb edirdi, bu isə böyük
iqtisadi potensialı olan dövlətlərin gücündə deyildi.
Bu sahədə mənfi bir nümunə kimi İtaliyanı göstərmək olar.
Mussolini rejimi müharibəyə hazırlaşan zaman öz sayına görə heyrət
doğuran donanma və aviasiya yaratmışdı. Ancaq İtaliya gəmiləri,
təyyarələri və tankları ümumilikdə müasir tələblərə cavab vermirdi,
istehsalı yüksək texnoldogiya tələb edən avadanlığa malik deyildi və
asanlıqla düşmənin qurbanına çevrilirdi. Yenidən silahlanma proqramı
üçün toplanmış çoxlu vəsaitlər əbəs yerə sərf olunurdu. İtaliya
rəhbərləri ölkəni müharibəyə hazırlayarkən hərbi gücün inkişaf
istiqamətlərini qabaqcadan görə bilmədilər.
3.5.
Sənayedən sonrakı cəmiyyətə keçid
Elm tutumlu istehsalın rolu İkinci dünya müharibəsi dövründə
durmadan artırdı. 1943-1944-cü illər ərzində ingilislər və amerikanlar
öz aviasiyalarını aşkar edən düşmən sistemlərini məhv etmək üzrə
radioelektron mübarizəsinə başlanuşdılar. Atlantik okeanda
radiolokasiyadan istifadə alman sualtı qayıqlarım suyun dərinliyinə
salmağa imkan verirdi ki, oradan onlar bir udum su ilə də qayıda
bilməzdilər. Müharibənin lap sonunda nüvə silahının tətbiq olunması
isə hələ Birinci dünya müharibəsi zamanı başlanmış axtarışların
müəyyən mənada tamamlanması idi. Dövlətin hərbi gücünün İkinci
dünya müharibəsindən sonrakı dövrdə formalaşdırılması və
qiymətləndirilməsi bir sıra faktor-
189
larin, beynəlxalq münasibətlər sisteminin yeni qütbləşmiş xarakterini,
hərbi-siyasi blokların yaradılması və onların qarşıdurmasını nəzərə
almağı tələb edirdi. Bir tərəfdən, əvvəlki dövrdə üzə çıxan
tendensiyalar inkişaf edirdi. Bir-birinə qarşı duran dövlətlər soyuqqanlı
şəkildə nüvə və termo-nüvə silahlarını yaradırdılar. Eyni zamanda,
onun təchizat sistemi işlənib hazırlanırdı. 90-cı illərin sonuna qədər
nüvə silahı və onun təchizat vasitələrinə sahibolma, bir növ böyük
dövlətlər «klubuna» buraxılış demək idi. Artıq 50-ci illərin sonu - 60-cı
illərin birinci yarısında kosmik silahlanmanın bütün istiqamətləri
müəyyən olunmuşdu. Artıq idarəetmə, müşahidə, məlumat sistemləri
daha böyük əhəmiyyət əldə edirdi. Düşmənin «gözünü çıxarmaq» və
«qulağını batırmaq», onu rabitədən məhrum etmək imkanları, öz silahlı
qüvvələrinə rəhbərlik etmək bacarığı bu qüvvələrin məhv edilməsi
qədər əhəmiyyətli sayılırdı. Bu vəziyyət bütövlükdə məlumat və rabitə
üzərində nəzarətin həlledici rol oynadığı sənayedən sonrakı cəmiyyətin
inkişaf tendensiyalarına uyğun gəlir.
Etiraf etmək lazımdır ki, müasir silahlanma sistemlərinin
yaradılması elmi-texniki tərəqqinin əsas istiqamətləri ilə əlaqədar oldu.
Raket-nüvə silahlanma yarışı, yeni hücum və müdafiə
sistemlərinin yaradılması prosesində, bütün XX əsr ərzində üzə çıxmış
tendensiyalar, nəinki, daha da inkişaf etdi, həm də yeni keyfiyyət və
məzmun kəsb etdi. Birincisi, «qorxu balansı» qəti olaraq təşəkkül tapdı.
Tərəflər daha yüksək dəyəri olan növbəti silahlanma sistemləri
yaradırdılar. Onlar «təmin edilmiş qarşılıqlı məhv etmə»ni təmin
etməyə çalışırdılar, bu zaman tərəflərdən birinin ümumi nüvə
zərbəsindən sonra salamat qalan, hətta ən kiçik nüvə silahı payı birinci
zərbəni vurmuş tərəfin müdafiəsini qırmaq və onun insan, iqtisadi və
digər potensialına yolverilməz zərbə vurmaq imkanını saxlayardı. Bu
silahlanma yarışında önə çıxmaq üçün edilən hər bir cəhd daha da baha
başa gəlirdi və qüvvələrin həddən artıq gərginliyi hesabına əldə edilmiş
üstünlük tez itirilirdi. Artıq güclü kosmik qruplaşmaları daxil edən
qarşılıqlı məhvetmə sistemləri qütbləşmiş dünyanın əsas qüvvələri
arasında birbaşa konflikti mənasız edirdi.
Belə bir şey artıq 20-30-cu illərdə baş vermişdi, həmin dövrdə bir
çox dövlətlər intensiv şəkildə kimyəvi silahın ehtiyatlarını ya
190
radırdılar. İkinci dünya müharibəsinin gedişində tərəflərdən heç biri
isə cavab tədbirlərindən ehtiyat edərək onlardan geniş miqyasda
istifadə etməkdən çəkinirdi. Sonucda belə bir sual yarandı - minlərlə
ton köhnəlmiş, ancaq hələ də ölümcül silahların taleyi necə olsun?
İkincisi, raket-nüvə qarşıdurması özünün «təmin edilmiş
qarşılıqlı məhv etməsi» ilə xüsusi bir tərzdə beynəlxalq münasibətlərin
siyasi və hərbi-texniki tərkib hissələrinin nisbətinə təsir etdi. Yalnız
güllələrin müəyyən miqdarını deyil, həm də təchizat, kəşfiyyat,
aşkaretmə və rabitə, raket əleyhinə müdafiə və hava hücumundan
müdafiə vasitələrini daxil edən nüvə potensialının müəyyən
səviyyəsinin olması artıq «böyük dövlətlər klubuna» buraxılış
sayılırdı. «Klub» üzvlərinni mövqeyinin qarantiyası bir sıra
beynəlxalq-hüquqi qərarlar oldu. Onlardan biri nüvə silahının
yayılmaması haqqında müqavilələr sistemi oldu ki, o, onun planet üzrə
«səpələnməsinin» qarşısım almalı və eyni zamanda «nüvə klubu»
üzvlərinin xüsusi statusunu möhkəmlətməli idi. Güclü və bahalı
silahlanma sisteminin olması, onu isə bu sistemə sahib olan özü də, bir
qayda olaraq işə salmağa hazır deyildi, bununla belə bu ona
dövlətlərarası münasibətlər sistemində aşkar üstünlüklər verirdi. Buna
bənzər bir hal XX əsrin əvvəlində, intensiv dəniz silahlanması
dövründə də təşəkkül tapmışdı: drednoutların olması həmin dövrdə
böyük dövlətin əlaməti idi. Hətta o qədər də varlı olmayan dövlətlər -
İspaniya, Türkiyə, Braziliya, Argentina - öz iqtisadiyyatlarını
gərginləşdirir, borca girir, arzu edilən gəmilərə sahib olmağa
çalışırdılar. Eyni zamanda, aparıcı dövlətlərin dövlət xadimləri və
admiralları donanmalar yaradaraq, dəniz nəhənglərini döyüşə atmağa
tələsmirdilər. Onların qüvvələr nisbətinin hesabı üçün diqqətlə
qoruyurdular. «Fleet in being» prinsipi təntənə edirdi - donanma
siyasəti yalnız öz mövcudluğu və hipotetik döyüşə daxil olmaq
hazırlığı ilə təsir göstərirdi. Artıq həmin zaman silahlanma yarışı bir
növ maliyyə, sənaye və elmi potensialın yarışma çevrilirdi. Müvafiq
olaraq, düşməni bu yarışdan çıxarmaq cazibəsi yaranırdı.
Açıq konflikt zamanı nüvə intiharı perspektivi əks tərəfin
davranışına, onun daxili və xarici siyasətinə digər təsir vasitələrinə
diqqəti yönəltdi. Nəticədə isə, kütləvi şüuru manipul- yasiya, o
cümlədən, ayrı-ayrı etnik və sosial qrupların davranı
191
Dostları ilə paylaş: |