Müharibənin gedişində əldə edilən nəticələrin uğurlu
istifadəsinə misal kimi Bismarkm Almaniyanın 1864-1871-ci illər
ərzində birləşdirilməsi ilə bağlı müharibələrin bütöv silsiləsi ərzində
fəaliyyətidir. Birincisi, bu silsilənin bütün müharibələri vahid məqsədə
xidmət edirdi. İkincisi, birinci və ikinci müharibələrin nəticələri elə
rəsmiləşdirilmişdi ki, bu ikinci və üçüncü müharibələrin başlanması və
aparılması üçün daha əlverişli şərtləri təmin edirdi. Almaniya
imperiyasının məğlub edilmiş düşmən ərazisində yaradılması əldə
edilən qələbənin miqyası ilə müqayisə edilə bilən məntiqi siyasi nəticə
oldu. Bir neçə ildən sonra tamamilə əks nümunəni görmək
mümkündür. Rusiya diplomatiyası 1877- 1878-ci illərdə Türkiyə ilə
müharibədə əldə edilmiş qələbənin nəticələrindən tam istifadə etmək
iqtidarında olmadı. Ordunun uğurları diplomatiyanın əzəldən qoyduğu
məqsədlərin çərçivəsindən kənara çıxdı. Əldə edilən nəticələrin
diplomatik yolla rəsmiləşdirmək üçün tələsik cəhdlər uğursuzluğa
düçar oldu, Berlin konqresində Rusiya imperiyası geri çəkilməli oldu.
Əldə edilən nəticələr sonucda verilən itkilərə proporsional olmadı.
Rusiyanın Yeddiillik müharibədə iştirakının sona yetməsi də açıq
uğursuzluq idi, bütün işğal edilmiş torpaqlar dövlət maraqları
anlayışını dərk etməyən həmin dövrün Rusiya monarxı III Pyot- run
simpatiyası hesabına düşmənə qaytarıldı.
Bu növ problemlərin nəzərdən keçirilməsində Otüzillik
müharibədən başlayaraq iri müharibələri tamamlayan çoxtərəfli sülh
danışıqları, xüsusilə, böyük maraq doğurur. Bu növ tənzimləmənin
gedişində koalisiyalar və alyanslar yaranır və dağılırdı, əvvəlki
müttəfiq çox zaman düşmən olur, konflikt iştirakçılarının iqtisadi,
texnoloji, siyasi və hərbi imkanları yeni qüvvələr düzümü
nöqteyi-nəzərdən yenidən qiymətləndirilirdi.
§3. Hərbi gücün elementləri
Hərbi güc anlayışı tarixən şərtləşmişdir, inkişafın müxtəlif
mərhələlərində bəzi elementlər birinci plana çıxır, digərləri ikinci
planda olur və yaxud hamısı öz əhəmiyyətini itirirdi. Dövlətin hərbi
gücü təşkil edən elementləri nəzərdən keçirilərkən, onları üç qrupa
bölmək məqsədəuyğundur:
a) dövlətin sərəncamında olan insan və təbii resurslar;
177
b) istehsal qüvvələrinin, texnologiyaların inkişaf səviyyəsi; v)
cəmiyyətin sosial və sosial-siyasi təşkilinin səviyyəsi. Ənənəvi
cəmiyyətin inkişafının hələ erkən mərhələlərində texnologiyalar və
təşkilatçılıqda üstünlük bəzən, hətta uzunmüd- dət davam edən hərbi
üstünlüyə çevrilirdi. Roma legionları daha çoxsaylı olan düşməni
məhz təşkilatçılıqları və intizamları hesabına məhv edirdi. Öz dövrü
üçün böyük miqdarda dəmir və bunun nəticəsi olaraq silahlar və
yaraq-əsləhə istehsal etmək imkanı bu və ya digər ərazilərin irəli
çıxmasına səbəb ola bilərdi (Orta əsrlərdə Burqundiya, XVI-XVII
əsrlərdə İsveç). Cəngavər süvari dəstələrinin əhəmiyyəti odlu silahın
üzə çıxmasına görə deyil, yaxşı təşkil olunmuş muzdluların fəaliyyəti
hesabına azaldı. Cəngavərlərin hücumları intizamlı piyadaların dəqiq
nizamının mizraqları önündə əzilirdi.
Yeni dövrün qovşağında dövlətin hərbi gücünü təşkil edən
elementlərin qarşıhq asılılığı daha mürəkkəb və əlaqəli olur. XVI əsrdə
Avropa demək olar ki, «ispan qızğınh» - ispan muzdlu piyadalarının
qarşısında qorxudan tir-tir əsirdi (bu piyadalar arasında ispanlar
demək, heç də çox deyildi). Muzdluların əməLiy- yatları isə Yeni
Dünyadan daxil olan qiymətli metallar hesabına maliyyələşirdi.
Coğrafi kəşflər və müstəmləkə imperiyalarının yaranması Avropada
qüvvələr nisbətinə təsir etdi. XVII əsrdən başlayaraq, hərbi gücü təşkil
edən elementlərin sayı artır və onların qarşılıqlı əlaqəsi mürəkkəbləşir.
Cəmiyyətin inkişafının hər bir pilləsinə özəl texnologiyalar,
təşkilatçılıq səviyyəsi, demoqrafik inkişaf xüsusilikləri və s. xasdır: bu,
ilk növbədə, cəmiyyətin inkişafının sənayeyəqədərki, sənaye (ilkin,
orta və yetkin), sənayedən sonrakı mərhələsidir. Nəzərdən
keçirdiyimiz beynəlxalq münasibətlər sistemləri əksərən birinci iki
mərhələ ilə üst-üstə düşür; təbii ki, bütün bu proseslər müvafiq
modellərin yarandığı Avropaya aiddir.
3.1.
Sənayeyə qədərki cəmiyyət
XVII əsrin ortalarından XVIII əsrin sonuna qədər dövlətlərin
hərbi gücü necə müəyyən olunurdu? Bu suala cavab vermək üçün
Otuzillik müharibədən başlayan həmin dövrün böyük konfliktlər
təcrübəsinə nəzər yetirmək lazımdır. Bir tərəfdən, artıq
178
yığılmış dəyişikliklərdən doğan proseslər davam edirdi. XVI- XVII
əsrin əvvəllərində çoxsaylı müharibələr hərbi işdə, silahlanmada və
taktikada dəyişikliklərə gətirmişdi. Tədricən gözəl, ancaq pis təşkil
olunmuş və zəif zadəgan qeyri-nizami qoşunları keçmişdə qalırdı. Artıq
müharibə aparma işində «xüsusi sahibkarlar» olan kondotyerlərin
başçılıq etdiyi muzdlu dəstələr öz rolunu itirirdi. Hələ də əhali və
maliyyə imkanları kimi faktorlar öz əhəmiyyətini saxlayırdı. Artıq
əhalinin sayı deyil, sıxhğı, iqtisadiyyata zərbə vurmadan böyük hərbi
kontingentlər çıxarmaq qabiliyyəti rol oynamağa başlayırdı. Süvari
qoşunlar və nəqliyyat üçün kifayət edən sayda atların olması (və ya
onları qonşu dövlətlərdən maneəsiz almaq imkanları) vacib idi.
Maliyyə imkanları qoşunların təchizatı və muzdluların vaxtında
haqqının ödənilməsi üçün nəzərdə tutulmuşdu. Napoleon bununla
əlaqədar qeyd etmişdi ki, müharibə üçün üç şey - pul, pul və yenə də pul
lazımdır.
Qeyd etmək lazımdır ki, XX əsrin əvvəlinə kimi hərbi qüvvələrə
olan ehtiyac əhalinin əsas kütləsinin tələbatları üçün olan eyni istehsal
sahələrinin hesabına ödənilirdi. Hərbi xərclər, məvacib istisna olmaqla,
mahud, ayaqqabı, qoşqu ləvazimatları, ərzaq və yem, at və qatırların
alışından ibarət idi. Xüsusilə, hərbi istehsal metal istehsalı və emalı üzrə
xüsusi müəssisələr və az saylı dövlət arsenalları ilə təmin edilirdi. Hətta
XVII-XIX əsrin əvvəlində əsgərlərin silahlarının misdən olan hissələri
xüsusi qayğı ilə saxlanır və yenilərinin hazırlanması üçün təkrar
əridilirdi. Eyni tərsanələr hərbi və mülki gəmilərin tikintisi üçün uğurla
istifadə olunurdu. Artilleriya və artilleriya sursatlarını hazırlayan
müəssisələr xüsusi ixtisaslaşmışdı. Nəticədə, iqtisadiyyatın inkişafının
kifayət qədər yüksək səviyyəsi müvafiq hərbi potensialı təmin edə
bilərdi. Yadda saxlamaq lazımdır ki, istehsalın həmin dövr üçün
səviyyəsi və dövlət aparatının səviyyəsi hərbi qüvvələrin qısa zamanda
cəbhəyə göndərilməyə elə də imkan vermirdi. Qısa müddət ərzində
kifayət qədər pul ehtiyatlarını, maddi və ərzaq ehtiyatları yaratmaq
çətin idi. Əsgərlərin səfərbər edilməsi və muzdluların toplanması (hətta
məcburi) da çox vaxt tələb edirdi. Nəticədə, dövlət rəhbərləri tərəfindən
hərbi güc tətbiqi haqda qərarın qəbul edilməsi və hərbi əməliyyatların
başlanması arasında çox vaxt keçirdi və tərəflərin şansları tədricən
bərabərləşirdi.
179
Dostları ilə paylaş: |