Ştabla Prussiya ordusunun idarə sistemi idi. Artıq dahi tək bir
sərkərdəyə ümid bəslənmirdi. Onun yerini hər biri etibarlı olan,
digərin^ əvəz edə bilən, həmkarını izahsız başa düşən və komandada
işləyə bilən yaxşı hazırlannuş «simasız insanlar»dan təşkil olunan
nizamlı təşkilat tutmuşdu. Əvvəlcədən ardıcıl olaraq həyata keçirilən
plan işlənib hazırlanmışdı. Təşkilatçılıq səviyyəsinə görə,
Almaniyanın Baş Ştabı həmin dövrdə daha çox inkişaf etmiş
dövlətlərdə formalaşan iri korporasiyanın rəhbərliyini xatırladırdı.
Alman hərbi maşınının lərzəyə gətirən effektivliyinə görə ona həsəd
aparırdılar və həm müttəfiqlər, həm də düşmənlər onu təqlid etməyə
çalışırdı.
3,4.
Yetkin sənaye cəmiyyəti
XIX əsrin son rübündən və Birinci Dünya müharibəsinə qədər
mürəkkəb təşkilati-texniki komplekslər yaranmağa başladı ki, onlar
hərbi əməliyyatların hazırlanması və aparılmasını həyata keçirməli idi.
Onlara planları hazırlayan baş ştablar, səfərbərlik sistemləri, kütləvi
orduların cəbhəyə göndərilməsi, bütün mümkün ehtiyatların
toplanması, uzun illər ərzində yaradılan nəqliyyat infrastrukturu daxil
idi. Bütün bunlar sıx surətdə bir- biri ilə bağlı idi. 1914-cü il iyul
böhranının göstərdiyi kimi, bu sistemlər artıq o qədər
mürəkkəbləşmişdi ki, bir dəfə işə salındıqdan sonra onları praktik
olaraq dayandırmaq qeyri-mümkün idi. Ən mürəkkəb strukturlar öz
yaradıcılarını özlərinə tabe etmişdilər. Onlara hərbi və mülki təlim
müəssisələri, tədqiqat mərkəzləri, kütləvi informasiya vasitələri tabe
edilmişdi. Onların tərkib hissələri isə arxadan zərbə vurmaq məqsədilə
düşmən haqqında məlumatları toplayan və ümumiləşdirən idarələr idi.
Bu zaman hərbi gücün iqtisadi və texnoloji komponentlərinə də
diqqət vermək lazımdır. Texnologiyanın sürətli inkişaf tempi yenicə
yaradılmış silahı köhnə edirdi. Silahlanma proqramında edilən dəyəri
çox yüksək oldu. Uzun illər ərzində çoxlu pul kənara qoymaq, istehsalı
yenidən qurmaq, silah ehtiyatları, silah sursatları, zirehli gəmi
eskadraları və müdafiə zonaları yaratmaq olardı, ancaq həlledici
məqamda bütün bunların köhnəldiyini və ya yeni qoyulmuş
məqsədlərə cavab vermədiyini aşkar etmək olardı. Peşəkar hərbçilər
böyük çətinliklə baş verənləri
186
dərk etməyə çalışırdılar, eyni zamanda çoxdan əhəmİ
5
^ətini itirmiş
taktiki gedişlərdən istifadə etməyə çalışırdılar. Hətta XX əsrin
əvvəlində bütün donanmaların admiralları zirehli gəmilərdə taranların
olmasını, o cümlədən əlavə olaraq uzaq millərə ağır mərmilər atan
qüdrətli topların olmasını tələb edir və gəmilərə lazımi silahları
yükləməklə, abordaj vuruşlarına hazırlayırdılar. Quruda isə generallar
süvari qoşunlarının hücumlarına və süngü zərbələrinə hazırlaşır,
avtomat silahın və kütləvi artilleriya atəşinin əhəmiyyətini anlamağa
çalışırdılar. Əsasən, generallar və iqtisadiyyat sahəsinin mütəxəssisləri
müxtəlif səbəblərdən gələcək müharibəni qısa müddətli hesab edirdilər.
Uzunsürən müharibənin mümkünlü
5
m fikri demək olar ki, cəfəngiyyat
idi. Müvafiq olaraq iqtistisadiyyatın müharibəyə hazırlanması üçün
bütün planlar işlənib hazırlanırdı. Maraqlıdır ki, Almaniya da Birinci
dünya müharibəsinə partlayıcı maddələrin istehsalı üçün əsaslı
ehtiyatlar olmadan daxil oldu, əsasən uzun sürməyəcək müharibəyə
güman edərək, ancaq anbarlarda olan döyüş sursatına arxalandı.
Ümumilikdə isə cari tələbatlar mövcud istehsahn hesabına ödənilməsi
planlaşdırılırdı. Birbaşa hərbi təhlükə dövründə xüsusi addımlar yalnız
maliyyə sahəsində nəzərdə tutulurdu. İstehsal qüvvələrinin güclü
artımı, mürəkkəb təşkilati və idarəçilik strukturlarının yarandığı dövrdə
iqtisadiyyatın ekstremal şərtlərdə uzun müddət ərzində fəaliyyət
göstərmək imkanlarına, müasir orduların qısa müddətdə bərpa olunması
imkanlarına məhəl qoyulmurdu.
Birinci dünya müharibəsi sənaye cəmiyyəti dövrünün
müharibəsi oldu. Mövqe cəbhəsi reallığa çevrildi. 1916-cı il üçün
quruda, dənizdə, havada vuruşan maşınlar, milyonlarla mərmi atan
minlərlə top lülərinin sayı və kalibri müharibənin gedişini həll edirdi.
Bu zaman texnologiyada hətta cüzi dəyişdiklər böyük rol oynayırdı.
Almaniya generalitetin öz dəmir yol şəbəkəsinə həddən artıq
arxalanması neft məhsulları tələb edən daxili yanma mühərriklərinin
tətbiqinə diqqəti azaltdı. Nəticədə, müttəfiqlər rezervləri avtomobil
nəqliyyatına yönəltməklə, Qərb cəbhəsində əldə edilən uğurları
itirirdilər. Müharibənin son mərhələsində isə müttəfiqlərin zərbələrinə
qarşı Almaniya cəbhəsini yararaq, çoxsaylı zirehli tank hissələri
gedirdi. Sınaqlarda ingilis və alman linkorları təxminən eyni sürətə
malik idi, ancaq döyüşlər
187
də alman ocaqçıları zirehli qutularda bağlı qalmaqla, çoxsaatlıq
gərginliyə dözə bilmirdilər və gəmilərin gedişi ləngiyirdi. İngilislər
üçün forsunkanı çevirməklə mazutu odluğa ötürülməni artırmaq
kifayət edirdi.
Dövlətin hərbi gücünün əsas komponenti iqtisadi və sosial-
siyasi sistemin ağır gərginliyə tab gətirmək qabiliyyəti oldu. «Total
müharibə» konsepsiyasının Birinci dünya müharibəsinin özünəməxsus
yekunu kimi ortaya çıxması təsadüfi deyildi. Dövlətin demək olar ki,
bütün əhalisinin müharibədə iştirakı nəzərdə tutulurdu: hər bir
vətəndaş ya sənayedə, ya kənd təsərrüfatında, ya elm, təbliğat
sferasında işləməli və eyni zamanda itaətlə müharibə dövrünün
ağırlığını çəkməli idi, bəzən, hətta özünün əsas tələbatlarım
məhdudlaşdırmalı idi.
Birinci dünya müharibəsi yeni qüvvə ilə mərhələ geriləməsinin
təhlükəli olduğunu nümayiş etdirdi. Sənaye cənüyyətinə keçiddə ilişib
qalmış Rusiya imperiyası bu keçidi başa vurmuş dövlətlə
qarşılaşmışdı. Bunun nəticəsi isə müasir müharibənin ağırlığına tab
gətirməyən Rusiya idarə sisteminin dağılması oldu.
Birinci və İkinci dünya müharibəsi ərzində dövlətin hərbi
qüdrətinin tərkib elementləri olan, ərazinin ölçüsü, əhalinin sayı və
savadlılıq səviyyəsi, iqtisadi gücü hökümətin ölkədə əhval- ruhiyyəyə
nəzarət dərəcəsi öz əhəmiyyətini itirməmişdi. Doğrudur, iki yüz il
bundan əvvəl olduğu kimi, hələ də aydın deyildi ki, inkişaf etməmiş
infrastrukturu olan geniş ərazi düşmənə qarşı müdafiədir, yoxsa öz
qüvvələrinin səfərbər edilməsi və cəbhəyə göndərilməsi üçün
maneədir. Bununla belə, hərbi gücün forma- laşdırılmasında yeni
tendensiyalar yaranmağa başladı. Onlardan bəziləri əvvəllər də üzə
çıxmışdı, ancaq hələ eyham idi. Onlar yetkin sənaye cəmiyyətinin
sonrakı inkişafı və sənayedən sonrakı cəmiyyətə keçid üçün ilkin
kövrək tendensiyalarla əlaqədar idi. Hələ də sənayenin maddi və enerji
tutumlu sahələri öz əhəmiyyətini itirməmişdi, tkinci dünya
müharibəsinin ərəfəsində, ümumiyyətlə, milyonlarla ton poladsız və
yüz minlərlə ton keyfiyyətli poladsız keçinmək qeyri-mümkün idi.
30-cu illərin ikinci yarısında aşkar oldu ki, min at gücü və daha yuxan
gücü olan mühhə- riklər olmadan müasir aviasiyanı yaratmağa cəhd
etməyə belə dəyməz. Ancaq bu az oldu. Qüvvələr nisbətini öz xeyrinə
dəyişmək olmasa da, ən azı bu sahədə düşmən qəfil üstünlük əldə et
188
Dostları ilə paylaş: |