Cavab qismən vətəndaşların münaqişənin həlli normalarını
mənimsədiyi demokratik çoxrəyli sistemlərin sabitliyində ola bilər,
Keçmiş Yuqoslaviyadan sonrakı dövlətlərdən fərqli olaraq, Kanadaya
sabit demokratik sistem xasdır. Lakin sabit demokratik sistemlər belə
zorakı münaqişələri dadmışlar. Çox şey mənsubiyyətin dəyişə
bilənliyindən asılı olur. Sosial mənsubiyyət əvvəlcədən verilmiş deyil;
sosial tədqiqat nəzəriyyəçiləri və kon- struktivistlər bildirirlər ki, o,
qrupda üzvlük və digərləri ilə qarşılıqlı təsir vasitəsilə inşa edilmişdir.
Mənsubiyyətin formalaşması və inikası modelləri həlledicidir.
Mənsubiyyət mənbələri və ya mənsubiyyətlərin özü bir araya sığan
olduqda münaqişə yaranmır. Fərdin seçdiyi mənsubiyyət digərlərinin
ona yazdığı ilə və ya mənsubiyyətin daim yeniləşdiyi sosial kontekstlə
bir araya sığ- madıqda münaqişə inkişaf edə bilər. Məsələn, Bosniya -
Herso-
qovinada yaşayan müsəlmanlar, serb və xorvat
mənsubiyyətlərinin müsəlmanları istisna etməklə formalaşdırılmağa
başlandığı 1970-ci illərə qədər özlərini serblərə və ya xorvatlara
mənsub edirdilər. Yalnız bundan sonra onlar özlərini fərqli siyasi
mənsubiyyətə malik Bosniya müsəlmanları kimi müəyyən etməyə
başladılar. Lakin bu halda belə, bir araya sığmayan siyasi
mənsubiyyətlər zorakı münaqişə yaratmaq üçün kifayət olmaya bilər.
Yenidən Kanada nümunəsinə qayıdaq; bəzi Kvebeklilər kvebekli və
kanadalı mənsubiyyətləri arasında fundamental fərq görürlər, lakin
hesab etmirlər ki, gücə əl atmaq olar. Ona görə ki, onlar ədalətlilik
normalarına və uyğun proseslərə sadiqdirlər və güman edirlər ki,
onların sədaqəti ingilis Kanadasındakı həmkarları tərəfindən
qiymətləndiriləcəkdir.
Mənsubiy>'əti kəskinləşdirən və zorakı münaqişə üçün münbit
şərait hazırlayan bəzi mühüm şərtlər müəyyənləşdirilmişdir. Birinci
amillər dəsti qruplar arasında bir araya sığmayan mənsubiyyətlər
çərçivəsində fəaliyyət göstərir, ikincisi isə qruplar üçün daxildir. Etnik
və ya milli mənsubiyyətlər qeyri-müəyyənliyin artdığı, bir qrupu
digərindən müdafiə edən qüvvədə olan mexanizmlərin etibardan
düşdüyü sosial, iqtisadi və ya siyasi böhranlar zamanı güclənir.
Sosial-iqtisadi və ya siyasi böhran kontekstində mərkəzi hakimiyyət
zəiflədiyindən, fiziki təhlükəsizlik üçün əndişələri artırır, qruplar
özlərini müdafiə etmək tədbirlərinə kapital qoyur və qoruduqları
zorakılığı daha da ehti-
211
mallı edir. Dövlətin zəiflədiyi onun bir qrupu digərinin gözlənilən
zorakılığından qorumaq qabiliyyətinin azalmasının hiss edilməsi ilə bir
araya sığmayan mənsubiyyətlərə malik qruplar arasında zorakılığın ən
mühüm çaxmaqlarmdandır.
Mənsubiyyətlərin münaqişəsi çox vaxt dövlətə sahib olmaq və
onun ehtiyatlarını idarə etmək uğrunda rəqabətdir. Dövlət bundan
yüksəkdə dayana, münaqişədə vasitəçilik edə bilər, məsələn, Belçikada
olduğu kimi, müxtəlif qruplara təmsilçilik hüququ verə bilər və ya
Hausa Fulaninin hərbi rejiminin hakim olduğu Nigeriyadakı kimi bir
müstəsna qrupun törəməsi və aləti ola bilər. Dövlətin mənsubiyyətinin,
rəmzlərinin və ehtiyatlarının bir qrup tərəfindən digər qrupu istisna
etmək üçün inhisara alınması zorakılığın daha ehtimallı olmasının
güclü proqnozçusudur.
Qıtlıq şəraitində münaqişə qruplar arasında zorakılığa gətirə
bilər. Bəzi dəlillər göstərir ki, mədəni və fiziki mənada oxşar qruplar qıt
ehtiyatlar uğrunda rəqabət səbəbindən bir-biri ilə düşmənçilik apara və
bir-birinə təcavüz edə bilər. Mülki zorakılığın bəzi təhlilləri də belə
nəticəyə gətirir ki, nisbi məhrumiyyət kollektiv zorakılığın iştirakçıları
üçün çox mühüm amildir. Maddi gözləntilər və aktivlər arasında fərq
artdıqca nisbi məhrumiyyətlərin səbəbi hesab edilənlərə qarşı aqressiya
artır və intensivləşir. Dövlət vacib ehtiyatların paylanmasını fəal idarə
etdikdə qıt ehtiyatlar uğrunda rəqabət güclənir. Məsələn, keçmiş
Yuqoslaviyada Sloveniyalılar və Xorvatiyalılar ehtiyatların mərkəzi
hökumət tərəfindən daha kasıb regionlara paylanması məsələsindən
möhkəm narazı idi. Qruplar qıt ehtiyatlar uğrunda rəqabəti onların
azalması şəraitində apararkən itkilərin qarşısının alınması hərəkətinin
ehtimalı güclənir: nəzər nöqtəsi nəzəriyyəsi güman edir ki, gözləntilərin
sabit qaldığı, lakin imkanların zəiflədiyi vəziyyətdə öz aktivlərinin
azalmasım və ya «itkiləri» hiss edən insanların riskli seçim etmələri
daha ehtimallıdır. Hərçənd ki, çexlər və slovaklar qıt ehtiyatlar uğrunda
zorakılığa əl atmadan rəqabət apardılar və aktivləri bölüşdürdülər.
Rəqabətin kəskinləşmiş variantları olan ehtiyatlar uğrunda rəqabət və
nisbi məhrumiyyət fərqli və rəqabət aparan mənsubiyyətlər arasında
zorakılığı məqbul formada izah edə bilmir.
Qrup üzvləri digərlərinin mənsubiyyətlərinin tanınmasının
onların öz mənsubiyyətinin gözdən salınmasına gətirdiyini hesab
212
etdikdə, digərlərinə hüquqların verilməsinin öz mənsubiyyətlərinin
səlahiyyətdən düşməsi kimi qəbul etdikdə və digər qrupun onların
hesabma qazanc əldə etmək üçün üstün imkanlar əldə edəcəyindən
qorxduğu halda mənsubiyyətlərin münaqişəsinin zorakıhğa gətirəcəyi
daha ehtimallıdır.
Öz tarixinin əsas hissəsi ərzində İsrail-Fələstin münaqişəsi bu
növ ekzistensial münaqişələrə aid olmuşdur; hər iki mənsubiyyət eyni
bir əraziyə bağlı olduğundan, hər iki tərəfin rəhbərləri uzun müddət
digərinin mənsubiyyətinin tanınmasını öz mənsubiyyətinin köklü
surətdə hörmətdən salınması kimi qəbul etmişdi, məsələn, bu və ya
digər qrup ərazini tutmaq və mübahisəli ərazidə öz mövcudluğunu
qurmaq istədikdə bu zorakılıqla nəticələnmişdir. Dövlət bir qrupun
qabaqlayıcı tədbirinin qarşısını almaq üçün zəif olduqda və ya bunu
etməyə meylli olmadıqda digər qrup daha əndişəli olmağa başlayır,
mövcud təsisatlı qurumlara etimadını itirir, etnik rəqibinin düşmən
obrazını daha da dərinləşdirir və zorakılığa hazırlaşır. 2000-ci ildə
fələstinlilər və israillilər arasında intensiv zorakılıq danışıqların
uğursuzluğundan sonra deyil, Fələstin rəhbərlərinin İsrailin Şərqi Qüds-
dəki müqəddəs yerlər üzərində suverenliyini əhəmiyyətli dərəcədə
təsdiq etdirdiyini hiss edəndən sonra başladı. Onlar itki hissi ilə heç vaxt
barışmamışdılar. İsrailin mövqeyi isə FƏLƏSTİNLİLƏRİN itki hissini
gücləndirirdi.
Etnik qrupların rəhbərləri öz qrupları daxilində mövqelərini
möhkəmlətmək üçün qrup əndişələrini idarə edirlər. Öz etnik qrupu ilə
birgə seçilməyə güclü ehtiyacı olan etnik fəallar cəld və birbaşa sosial
polyarlaşma prosesləri yaratmaq üçün mənsubiyyət və əndişələrdən
sui-istifadə edir ki, bu da qruplar arasında düşmənçilik və əndişəni
gücləndirir. Polyarlaşma davam etdikcə etnik qrupun üzvləri yalnız öz
etnik qrupuna mənsubiyyəti göstərməsi və digərləri ilə qarşılıqlı
əlaqələri kəsməsi üçün Öz rəhbərləri tərəfindən təsirə və rəqib qrupda
düşmənçiliyin əks təsir kimi intensivləşməsinə məruz qalır. Məsələn,
keçmiş Yuqoslaviyada xorvatlar və serblər arasında yüksək sosial
inteqrasiyaya baxmayaraq, etnik fəallar ailələri parçalamaq və üzvləri
Özlərini yalnız bir qrupla eyniləşdirməyə məcbur edən prosesi
başlamağa qabil olmuşlar. Siyasi qazanc imkanları axtaran «siyasi
işbazlar» öz siyasi məqsədlərinə çatmaq üçün bənzər
213
Dostları ilə paylaş: |