Corc Buş Qorbaçov haqqında təsəvvürlərini hətta, Sovet rəhbəri
Birləşmiş Ştatlara bir neçə birtərəfli jestlər etdikdən sonra belə
dəyişmajnişdi. Yalnız böyük dəyişikliklər haqqında məlumatlar güclü
axın şəklində gəldikdə, nəhayət, özünün yaxşı formalaşmış
təsəvvürlərini dəyişdi. Hətta ən möhkəm sxem belə uyğun gəlməyən
güclü məlumatın və ya verilənləri daha yaxşı sistemləşdirən alternativ
sxemin hücumuna davam gətirə bilmir.
Başqası haqqında sxemdə əhəmiyyətli dəyişiklik uyğun
olmayan məlumatın təsirinə məruz qalan subyektlərin davranışı
təsadüfi deyil, hədəfin xarakterini əks etdirdiyinə əmin olduğu zaman
da baş verir. Məsələn, xorvat və müsəlman rəhbərləri serblər haqqında
təsəvvürlərini Serbiyanın siyasətindəki dəyişikliyi - hərbi
səlahiyyətləri
Kracinadakı
Xorvat
qüvvələrinə
ötürməyi
gecikdirmələri ilə əlaqələndirdiklərindən dəyişmirdilər. Bu, uyğun
olmayan məlumat şərait deyil, mövqe amillərinin ayağına yazıldıqda
baş verir. Uyğun olmayan davranışın mövqe yox, şərait amillərinin
ayağına yazılmasına üstünlük verilməsi kimi ümumi meyl isə
dəyişikliklərin niyə belə gec-gec baş verdiyini izah edir.
Dəyişiklik, həm də idraki mürəkkəbliyin, və ya obyektlər və
şərait haqqında məlumatı emal etmək üçün istifadə edilən idraki
qaydaların mürəkkəbliyinin funksiyasıdır. İdraki mürəkkəblik fikrin
məzmunundan daha artıq dərketmə prosesinin strukturu və ya təşkilinə
aiddir. Mürəkkəblik sxemin dəyişməsinə bir qədər ziddiyyətli təsir
göstərir.
İdraki sistemin qəbul edənin
yeni məlumatla
qarşılaşdırılmasmda yeni və ya incə fərqlər qoymaq imkanı o qədər
böyükdür. Yüksək dərəcədə mürəkkəb sxemə malik mütəxəssislər
yeni məlumata bərkidilmiş və sərt olması daha ehtimallı olan aşağı
mürəkkəblik səviyyəli s.xemə malik yeni başlayanlardan daha
həssasdırlar. Çoxqat mühakimə ölçülərinə malik olanlar həm də
məlumatları birləşdirmək və müqayisə etməyi asanlaşdıran
mücərrədləşdirmə qaydalarına malik olmağa meyl edirlər. Onlar yeni
məlumatın alternativ yozumunu verməyə meyl göstərirlər, lakin
mücərrədləşdirmə və birləşdirmə imkanlarından istifadə edərək bu çox
variantlılığı aradan qaldırmağa qabildirlər.
Daha çox münasib məlumata malik olan mütəxəssislər uyğun
olmayan məlumatı istisna və ya xüsusi hal kimi daha asan
202
daxil edə bilərlər. Ona görə də, uyğun olmayan verilənlər onların
sxemlərinə yeni başlayanlarmkından daha az təsirə malikdir.
Paradoksal da olsa xarici siyasətdə təcrübəli rəhbərlərin öz
mühakimələrində az təcrübəyə malik yeni rəhbərlərdən daha
mühafizəkar olması daha ehtimallıdır.
İdraki psixologiya yüksək dəyərlərin oyuna qoyulmuş olduğu
beynəlxalq münaqişələrin mənzərəsini yaradarkən rəhbərlərin apardığı
mühakimələri təhrif edə biləcək bir sıra sapıntılar müəyyən etmişdir.
Tədqiqatın mühüm bir hissəsi çərçivələməni fərdlə yox, şəraitlə
əlaqələndirir və seçimə güclü təsiri proqnozlaşdırır, Rasional seçim
nəzəriyyəsinin toplum xidmət funksiyaları variantına ən böyük düzəliş
olan perspektiv (baxış bucağı) nəzəriyyəsi bildirir ki, qərarın qəbul
edilməsi məsələsinin necə çərçivələnməsi (strukturlaşdırılması) seçimə
təsir göstərir.
Çərçivələmə, sadəcə olaraq, variantların təqdim edilmə
ardıcıllığının və ya variantları təsvir edən dilin seçimə necə təsir edə
biləcəyi yollarını göstərir. Tədqiqat intuisiyaya güclü surətdə əks olan
nəticələr təklif edir: problemin məğzini dəyişmədən, seçimi mümkün
variantların ardıcıllığı və təsviri vasitəsilə idarə etmək mümkündür.
Sadəcə çərçivənin dəyişməsinin üstünlüklərdə dəyişiklik edə
biləcəyinin aydınlaşması rasional seçimin ən fundamental
aksiomlarından birini pozur. Beynəlxalq münaqişənin idarə edilməsi
üçün siyasətin əhəmiyyəti şübhəsiz və güclüdür. Məsələn, Dövlət
katibi Ceyms Beker 1991-ci ildə İsrailin baş naziri Yitzhak Şamiri
Madrid prosesinə qoşmaq üçün uğursuz cəhdlərinin yekununda ona
xəbərdarlıq etmişdi ki, qoy o, masa- mn arxasında oturacağı halda nə
əldə edəcəyini yox, kənarda duracağı halda nə itirəcəyini fikirləşsin.
Shamir iştirak etməyə razılaşmışdı.
Baker
təhtəlşüur
(intuitiv)
olaraq
nəzər
nöqtəsi
nəzəriyyəçilərinin irəli sürdüyü mühüm bir mülahizəni qəbul etmişdi.
İnsanlar aidiyyatlı nöqtə ətrafında problemi çərçivələyir və variantları
içəridə qalan hissənin üstünlükləri baxımından nəzərdən keçirirlər.
Onların müəyyən etdikləri variantlar qazanc oblastındadırsa, insanlar
risk etməməyə meylli olur, əgər müə
5
^ən etdikləri variantlar itki
oblastındadırsa, insanlar riskli variantı seçməyə meylli olur. Beləliklə,
risk qabaqcadan formalaşmış fərdi mövqeyin deyil, problemləri
çərçivələməyin funksiyasıdır.
203
Nəzər nöqtəsi nəzəriyyəsi riskdən qaçmağı və riski qəbul etməyi
təşviq edən şəraitin şərtlərini müəyyən edir. Rəhbərlər son
zamanlardakı itkilərlə barışmadıqda və kiçik ehtimallara yəqinliyin
ekvivalenti kimi baxdıqda onların riskə meylliliyinin rasional seçimin
fərz edə biləcəyindən daha artıq olacağı xüsusilə ehtimallıdır.
Onlar qazanc oblastında olarkən və ya qazanc üçün nor-
malaşdırılmış olduqda, böyük itki nümunələrinə daha çox diqqət
yetirmək nəticəsində kiçik itki ehtimallarını olduğundan artıq
qiymətləndirdikdə və müntəzəm olaraq böyük uğur ehtimallarını
olduğundan aşağı qiymətləndirəndə güman ki, risk etməməyə daha
meylli olacaqlar.
Çoxlu sayda təcrübələr və mədəniyyətlərin geniş diapazonu
baxış bucağı nəzəriyyəsinin xeyrinə sağlam sübutlar verir. Baxış
bucağı nəzəriyyəsi xarici siyasət sahəsində qərarların qəbul
edilməsinin təhlilinə geniş tətbiq olunmuş və inandırıcı izahlar təmin
etmişdir, məsələn, prezident Sədatın 1973-cü ildə müharibəyə
başlamaq qərarı ilə əlaqədar; o, bundan yeddi il əvvəl Sinayın itirilməsi
ilə razılaşa bilməmişdi. İsrailin təhdidə əsaslanan çəkindirmə
strategiyası onu itki oblastında daha dərinə girməyə təhrik etmişdi.
Nəzəriyyə 2000-ci ilin oktyabrında Arafatın zorakılığı artırmaq
qərarını da izah edir; o itki oblastında idi və Şərqi Qüds üzərində tam
suverenliyin müəyyən qədər itirilməsi ilə müqayisədə zorakılığa
qayıtmağın nəticəsi olacaq itkilərin ehtimalını aşağı qiymətləndirirdi.
Burada da təhdidə əsaslanan strategiyaların riskə getmək meylini
gücləndirdiyi və münaqişənin qızışmasma öz payını verdiyi görünür.
Baxış bucağı nəzəriyyəsi rəhbərlərin qurduqları idraki struktur
daxilinə qoyulmuş qərar qəbul etmə qaydasını da verir və sövdələşmə
və danışıqlarda münaqişənin qızışmasma və ruhdan düşməyə ciddi
təsir edən riski qəbuletmə meylini göstərir. Liderlər etdikləri güzəştlərə
özləri üçün itki, rəqibinkinə isə qazanc kimi baxdıqda öz güzəştlərini
artıq, rəqibinkini isə aşağı qiymətləndirməyə meyl edirlər. Belə
dinamika danışılan razılaşmaları asanlaşdırmaq yox, çətinləşdirir və
beynəlxalq münaqişədə iştirak edən rəhbərlərin sövdələşmə zamanı
çox vaxt dəyəri stolun üstündə qoyub getməsinin mümkün izahlarından
biridir. Eləcə də, rəhbərlər itirməkdən qorxduqda onların risk variantını
204
Dostları ilə paylaş: |