lığa çevirən müdaxilə mexanizmini qurur. Məsələn, Lake və Rot- şild
bildirirdilər ki, etnik fəallar (aktivistlər), öz növbəsində siyasi yaddaşla
və pis hadisələrlə gücləndirilən, kollektiv təhlükəsizlik üçün qorxu
hissindən bilərəkdən istifadə edirlər.
Sosial psixologiya zorakılıq üçün münbit əsas yaradan kollektiv
əndişənin mənşəyi və çıxmaq mexanizmlərinə müraciət edir. Sosial
psixologiyadan, mədəni (kultural) antropologiyadan, beynəlxalq
əlaqələrdən və müqayisəli siyasətdən gələn kəsişən dəlillər axım işarə
edir ki, düşmənçilik məramları haqqında möhkəm və təsdiq edilmiş
dəlillərin olmadığı halda belə, fərdlər və qruplar, düşmən obrazını
kollektiv mənsubiyyətlərinin bir hissəsi kimi formalaşdırmaq və
saxlamaqda maraqlıdır.
Düşmən obrazı mənsubiy}'ətə ehtiyacın və qrup davranışının
dinamikasının məhsulu ola bilər. Sosial psixoloqlar insanların
mənsubiyyətə - şəxsin var olduğu və ya özgələri tərəfindən tanınmağa
ümid etdiyi yola əzəli ehtiyacı olduğunu müəyyən etmişlər; bu
özgələrlə münasibətdə özüm (özümünkü) anlayışıdır. Fərdi
mənsubiyyətin bir mühüm toplananı sosial mənsubiyyət və ya fərdin
öz anlayışının sosial qrup və ya qruplarda üzv olmasını (bu üzvlüyün
ayağına yazılmış dəyərlərlə birlikdə) bilməsindən çıxan hissəsidir.
Sosial psixoloqlar fərz edirlər ki, insanlar özünü qrupa aid etməklə
müsbət öz mənsubiyyətə, statusa və ya qeyri- müəyyənliyi azaltmağa
olan ehtiyaclarını ödəyirlər. Bu ehtiyac «qrup daxilinin» himayə
edilməsi və onun «qrupdan kənarda» əlverişli (üstünlük verən)
müqayisəsinə gətirir. Qrupda üzvlük müntəzəm müqayisə və
fərqləndirməyə,
çox
vaxt
isə
başqa
qrupların
aşağı
qiymətləndirilməsinə gətirir.
Sosial psixoloqların ən heyrətləndirici tapıntısı münaqişə üçün
maddi əsas olmadığı halda belə sosial bölünmənin baş verməsidir.
Qıtlıq və qazancın mübahisə obyekti olmadığı halda belə, kollektiv,
eləcə də fərdi mənsubiyyətə olan bu ehtiyac insanları «biz» və «onları»
ayırmağa, «daxililər» və
Qrup mənsubiyyətini yaratmaq və ya müdafiə etmək cəhdlərində
qruplar və onların rəhbərləri özlərinin fərqli xassələrini ləyaqət
(məziyyət) adlandırır, özgələrinkinə isə qüsur (çatışmazlıq) yarlığı
\mrurlar. Bu növ «yarhqlama» dərin sosial-psixoloji tələbata cavab
verir və düşmən stereotiplərinin yaradılmasına gətirə bilir. Məsələn,
qrupun yox olmasına gə
209