§1. Seçimin psixoloji aspektləri
İdrakı psixologiya rasional seçim normalarından bir sıra sistemli
sapmalar müəyyən etmişdi. Mühakimə, qiymətləndirmə və seçim
haqqında rasional aktyor fərziyyələrindən sapmalar mürəkkəb, çox vaxt
pis strukturlaşdırılımş problemlərə və siyasi rəhbərlərin ənənəvi olaraq
beynəlxalq əlaqələrdə üzləşdiyi növ, qeyri-müəyyən ətraf mühitə
vaxtında reaksiya verməyə imkan verən sadə qaydalara ehtiyac olması
ilə izah edilirdi. Adi, gündəlik şəraitdə yaxşı strukturlaşmış mühitlərdə
bu reaksiyalar uyğunlaşma yönlüdür, lakin mürəkkəb, zəif
strukturlaşmış mühitdə əhəmiyyətli təhriflərə gətirə bilər. Seçimin
vahid idraki nəzəriyyəsi yoxdur və idraki psixoloqlar hər hansı üstün
seçim qaydası müəyyən etməmişlər. Əvəzində onlar insanların
məlumatı emal etdiyi süzgəcləri və onların dünyaya müəyyən məna
vermək üçün işlətdikləri sadələşdirmə mexanizmlərini müəyyən etmiş
və çeşidləmişlər. Siyasi psixoloqlar idraki psixologiyada aparılnuş
tədqiqatdan istifadə edərək, münaqişə ilə əlaqədar seçimlə üzləşən
kollektivlərin liderlərini məxsusi qeyri-müəyyənlik və mürəkkəblikləri
tipik idraki ixtisarlar (sadələşdirmə) vasitəsilə idarə etməyə çalışan
idraki idarəçilər kimi görür. İdraki psixologiya vahid
seçim nəzəriyyəsi
təmin etmirsə də, insanların ideal rasional seçimdən niyə sapmalarını
izah edir və beynəlxalq siyasət təhlilçilərini həm rəhbərlərin problemi
özlərinə necə təsəvvür etmələrinin mühüm olduğu, həm də rəhbərlərin
güman ki, istifadə edəcəkləri sistemli sadələşdirmə strategiyalarının
menyusu haqqında xəbərdar edir.
İdraki psixologiya göstərmişdir ki, insanların əvvəlki inamları
məlumatın emalına güclü təsir göstərir. İdraki ardıcıllıq nəzəriyyələri
postulə edir ki, fərdlər özlərinin uyğun gəlməyən məlumata qarşı «inam
sistemlərinin» ardıcıllığını onları rasional nəticə çıxarma və seçim etmə
normalarından kənara aparan yollarla təmin etməyə çalışır. Doğrudan
da, uyğun gəlməyən məlumatın təsirinə məruz qalma çox vaxt inamın
möhkəmlənməsi ilə nəticələnir.
Bu zaman uyğun olmayan məlumatın təsirinə məruz qaldıqdan
sonra inamların möhkəmlənməsi, insanların ortaya çıxan uyğunsuzluğu
izah etmək üçün istifadə etdikləri əsaslandırma
196
məsi meyli idraki sabitliyə əhəmiyyətli töhfə verir. İnsanlar öz
gözlənlilərinə kiçik dispersiya (səpilmə) təyin edirlərsə, sxemin
dəyişikliklərə müqavimət göstərməsi postulatı statistik məntiqə
uyğunluq kimi yozula bilərdi. Uyğun olmayan məlumatın təsirinə
məruz qalmanın mövcud sxemi pozmaq deyil, gücləndirdiyini
təkrar-təkrar müşahidə edən psixoloji tədqiqatlar belə yozumla
ziddiyyət təşkil edir.
Ümumi evristika və əvvəlcədən yaranmış inamlar da rasional
təftiş və mühakimə proseslərini zəiflədə bilər. Evristika insanların
sxemlərində oturmuş fərziyyələri yoxlamaq üçün qaydalardır və
məlumatın emalı üçün rahat olan ən cəld üsul və ya baş barmaq
qaydası kimi başa düşülə bilər. Ən yaxşı sənədləşdirilmiş üç evristika
əlçatanhq (mümkünlük), ııyarlıq (reprezentativlik) və
bağlamadır
(hesablama başlanğıcına). Əlçatanhq evristikası insanların birqiymətli
olmayan məlumatı ən asan yadda saxladıqları terminlərdə yozmaq
meylinə aiddir. Reprezentativlik ev- ristikası insanların bir hadisə ilə
ona qədər olmuş hadisələr sinfi arasında oxşarlıqları şişirtmək meylinə
aiddir və adətən, ehtimal fərziyyələri və tezlik hesablamaları zaman
əhəmiyyətli səhvlərə gətirir. Bağlama evristikası «əlçatan» (çox vaxt
dəqiq olmayan) ilkin dəyərin bir başlanğıc nöqtəsi kimi götürülməsi və
onunla müqayisə etmək yolu ilə amplitudun (miqyasın) və ya
dərəcənin hesablanmasına aiddir.
Hər üç evristika, hadisədən qabaqkı idraki vəziyyətin təsirini
inikas etməklə, hesablama və mühakimələrdəki
həlledici səhvləri izah
etməyə kömək edir. Əlçatanhq və mötəbərlik İsrail rəhbərlərinin ərəb
təhdidlərini, imkanlar və məzmundakı fərqləri nəzərə almadan Nasist
soyqırmu ilə əlaqələndirmək meylləri üçün inandırıcı hesabat təmin
edir. Evristika təkcə ehtimal hesablamalarına deyil,
həm də problemin
israil rəhbərləri tərəfindən istifadə edilən təqdimat formasına da təsir
edir. Lövbər atma (bərkitmə), qismən, Ərəfatın İsrailin baş naziri
Barakın 2000-ci ilin payızında etdiyi Qərb sahilinin təqribən 90
faizinin, eləcə də, Qüdsdəki bütün Fələstin şəhər ətraflarının Fələstin
muxtariyyətinə qaytarılmasını nəzərdə tutan təklifi ilə əvvəlki
rəhbərlərin, bundan çox məhdud olan, təklifləri arasındakı mühüm
fərqləri görə bilməməsində əhəmiyyətli olmuşdur.
Əvvəlcədən qəbul edilmiş
idraki mövqelər də aidetmədə
198