səhvlərə gətirir. İnsanları digərlərinin fəaliyyətinin onların əvvəlcədən
üstünlük verdikləri davranışın nəticəsi olması ehtimalını və özlərinin
bu fəaliyyətin hədəfi olması dərəcəsini şişirtməsinə səbəb olan
əvvəlcədən formalaşmış eqoist mövqe münaqişəli vəziyyətdə daha
böyük gərginliyə öz payını verir. İnsanlar özgələrinin davranışını
qiymətləndirərkən şəraitlə müəyyən edilənlərlə müqayisədə mövqe ilə
müəyyən edilən amillərin əhəmiyyətini şişirdirsə, özgələrinin
davranışına, ümumiyyətlə, stimullara gerçək olandan daha böyük
ardıcıllıq və məna yazırsa, onlar fundamental aidetmə səhvi edirlər.
Fundamental aidetmə səhvi rəhbərlərin digərlərinə düşmənçilik
məramları aid edəcəklərini və digər rəhbərlərin üzləşdiyi şərait
məhdudiyyətlərini qiymətdən salacaqlarını daha ehtimallı edir. Belə
mühakimə yürütmək məramlı düşmənçiliklə əlaqədar davranışla təsdiq
edilməyən qarşılıqlı gəzintiləri qidalandıra, təhlükəsizlik dilemmalarını
gücləndirə, silahlanmanı stimullaşdıra və zorakılığa təhrik edə bilər.
Tədqiqatlar göstərir ki, müşahidə edilən davranış aktyor
haqqında qabaqcadan yaranmış inamlarla üst-üstə düşürsə,
fundamental aidetmə səhvinin baş verəcəyi daha ehtimallıdır. Şəraitin
məcbur etməsi izahları mövcud olsa belə, uyğun davranış böyük
ehtimalla mövqe amillərinin ayağına yazılacaq. Mövqenin ayağına
yazılan xüsusiyyətlər ola bilsin ki, uyğun davranış üçün yüksək
dərəcədə əlçatan olsun və aktyorun «sadəcə olaraq» belə davranışda
bulunan «bir şəxs olması» kimi əl altında olan hazır inam insanları
güman ki, bu ardıcıllığa gətirmiş şərait amillərinə qeyri-əsas edə bilər.
Ona görə də, mötəbər qabaqcadan formalaşmış fikir, müşahidə edilən
davranışın əvvəlki inamlarla uyğun olduğu halda, fundamental aidetmə
səhvinin baş verməsini izah etməyə yardım göstərə bilər. Bu cür
əsaslandırma başqalarının məraımnm düşmənçilik kimi təsəvvür
edilməsinə yardım edir və onu dərinləşdirir, beləliklə də münaqişənin
güclənməsini daha ehtimallı, həllini isə daha çətin edir.
Sxem daxilə yerləşdirildisə, onu dəyişmək son dərəcə çətin olur.
Bu, xüsusən, düşmən obrazları üçün doğrudur. Obraz inamlar və ya
fərdlərin, və ya qrupların doğru olduğuna inandıqları fərziyyə və
nəzəriyyələr dəstinə söykənir. Obraza həm təcrübəyə əsaslanan bilik və
dəyərlər, həm də arzu edilən davranış haqqında inamlar daxildir.
Düşmən obrazı güclü ədavət kimi
199
emosional ölçüyə malik olduğundan, yeni məlumat axtarmaq üçün
stimul çox az olur. Stereotipləşmiş obrazlar düşmənçilik və münaqişəli
davranış yaradır və rəqibin düşmənçilik hərəkəti ilə cavab verəcəyi
ehtimalını artırır. Bundan sonra belə qarşılıqlı davranışların təkrarı
düşmən məramların ehtimalı dəlillərini təsdiq etməklə rəqib obrazını
möhkəmlədir. Ehtimali obrazlar özünü tamamlayan və özünü
möhkəmlədən olmaq meylinə malikdir və beynəlxalq münaqişənin
üzərinə neft tökə bilər.
Tədqiqatlar düşmənin ən azı üç müxtəlif sxemini müəyyən
etmişdir: imperiyaçılar, barbarlar və degeneratlar. Soyuq Müharibə
dövründə Sovet rəhbərliyi Birləşmiş Ştatları «imperiyaçı» düşmən kimi
görürdü. Çin rəhbərləri dövri olaraq başqalarını barbarlar kimi
stereotipləşdirirdi, İranda Ayətullah Xomeyni isə Qərb rəhbərlərini
«dégénérât» kimi təsvir edirdi. Bu sxemlər problemlərin Sovet İttifaqı,
Çin və İran rəhbərləri tərəfindən yaradılmış təsvirini məlumatla təmin
edir və rəhbərlərin məlumatları emal etməsi və ehtimalları hesablaması
üsullarına, etdikləri seçimlərə təsir göstərirdi.
İdraki proseslər stereotip obrazları və qabaqcadan yaradılmış
rəyi himayə etməyə meyllidir. İnsanlar bir-birinin şəxsi
xüsusiyyətlərini və davranışını əvvəlcədən müəyyən etmək üçün sosial
stereotiplərdən güclü surətdə istifadə edirlər.
Onlar həm də stereotiplərdən istifadə edərək onların obyektiv
dəqiqliyi ilə təsdiq edilə biləndən çox-çox böyük subyektiv əminliklə
sosial proqnozlar verməyə meyl edirlər. Davranış yaddaşının təshih
edilməsi prosesləri, qrupdaxili və qrupxarici üzvlər mühakimə
edilərkən müxtəlif cür işləyir və qabaqcadan formalaşmış sosial
rəylərin əbədiləşməsinə yardım göstərir. Qeyri- aşkar özgələr
nəzəriyyələri qiymətləndirici emaldakı fərdi fərqlərlə əlaqələndirilirdi.
Aidetmə prosesləri tərəfli mühakimə yürütmə davranışına da öz təsirini
göstərir.
Bütün
bu
proseslər
beynəlxalq
münaqişələrin
yumşaldılmasmdan daha çox gücləndirilməsinə işləyir. Bunlar sistemli
səhvlər və qabaqcadan formalaşmış rəylər olsa da, onların təsiri qərarın
qəbul edilməsinin baş verdiyi təsisatı və qrup şəraiti ilə qismən
yumşaldıla bilər. Qərar qəbul ediləcək qrupdakı şərait qabaqcadan
formalaşmış fərdi rəyləri yumşalda və ya gücləndirə bilər. Qrupdakı
proseslər uyğun olmayan məlumatı qiymətdən salmaq meylini qrupun
həmrəyliyinə mü
200
raciət etməklə möhkəmlədə və gücləndirə bilər, və ya prosesləri
bilərəkdən hakim inamlara ilkin şübhələrə imkan yaradan və bu
şübhələri gücləndirən qaydada qura bilər. Mən bu arqumentə kollektiv
seçimin dinamikasını tədqiq edərkən qayıdıram. Daha ümumi
səviyyədə, tədqiqata və hesabatlılığa imkan verən şəffaf sistemlər
uyğun olmayan məlumatı sistemə vaxtında zorla daxil etmək vasitəsilə
bu qabaqcadan formalaşnuş rəylərin bir hissəsinin təsirini azaltmağa
kömək edə bilər. Səlahiyyətlərin bölüşdürülmüş olduğu siyasi sistemlər,
rəhbərlərin qabaqcadan formalaşmış bu cür rəylərinin sayını azaltmağa
kömək edirsə, avtoritar dövlətlərin rəhbərlərinin Suriyada Hafez
al-Asad, keçmiş Yuqoslaviyada Slobodan Miloşeviç, İraqda Saddam
Hüseyn kimi - özünütəcrid xüsusiyyətləri qabaqcadan formalaşnuş
rəyləri gücləndirir, Ceteris paribus (başqa şərtlər eyni olduqda)
demokratik və çoxrəyli sistemlər bu növ qabaqcadan formalaşnuş
rəyləri qapalı avtoritar sistemlərdən daha yaxşı yumşalda bilər.
Düşmən obrazmdakı sabitlik qayda, dəyişiklik isə istisnadır.
Lakin istənilən halda mühafizəkarlıq qeyri-şərtsiz deyil. Sxem
həqiqətən də dəyişir, hərçənd ki, o, adətən cəld, uzağa gedən dəyişikliyə
məruz qalmağa deyil, zaman keçdikcə tədriclə dəyişməyə meyl edir.
Sxem nəzəriyyəsi hələ sxemin niyə dəyişdiyi haqqında vahid
fərziyyələr dəsti yaratmanuşdır. Sxem nəzəriyyələri, əsasən, bütöv
sxemləri öyrəndiyindən nisbətən statik olur. Sxemin mərkəzi olması,
onun mübahisə predmeti ola bilməsi, uyğun gəlməyən məlumata
diaqnoz qoyulması, aidetmə modelləri və idraki mürəkkəblik, bunların
hamısı təftiş ehtimalının, genişləndirdikdə isə mühakimənin
dəyişməsinin öngörümü kimi müəyyən edilə bilər. Dəyişiklik qismən
fərqli olan məlumatın daxilolma tezliyinin və müəyyənedici rəhbərlərin
ona nə qiymət verməsinin funksiyasıdır. Geniş yayılnuş ziddiyyətli
dəlillər sxemə bir-neçə izolə edilmiş nümunələrdən daha artıq təsirə
malik olmalıdır. İnsanlar məlumatı əvvəlki bilikləri ilə uyğun gəlməyən
hesab etdiklərindən, sxemə onu dayanıqsız edən, tədrici dəyişikliklərə
və əlavələrə imkan verən şərtləri daxil edirlər. Vacib sxemlər yalnız
insanların müəyyənedici hesab etdikləri fərqli verilənləri nəzərə
almağın başqa yolu qalmadıqda şübhə altına alınır. Daha böyük
dəyişiklik, məlumat damla-damla deyil, böyük partiyalarla gələrkən baş
verir. Artıq qeyd etdiyim kimi, prezident
201
Dostları ilə paylaş: |