seçəcəyi daha ehtimallıdır.
Müəyyən şəraitdə, itkilərlə barışmamaqla bağlı əvvəlcədən
formalaşdırılmamış mövqe beynəlxalq münaqişələrin qızışması- nın
güclü izahıdır və münaqişənin qarşısını almaq strategiyalarının sistemli
layihələrinə faydalı surətdə birləşdirilə bilər. Bu, ümidvericidir,
xüsusən də, ona görə ki, riski qəbul etməməyin şəraitin, eləcə də
rəhbərin fərdi xüsusiyyətlərində yerini müəyyən edir. Rəhbərlərin
problemləri çərçivələməni önə çəkməsi, onların şəxsiyyəti olduğundan
artıq, seçimin şəraitlə müəyyən edilən amillərini isə aşağı
qiymətləndirməyə meylli olmaları, fundamental aidetmə səhvinin
gözlənilən nəticələrini tamamlayır.
İdraki psixologiya laboratoriyada yaradılmışdır. Qabaqcadan
formalaşmış rəylər və evristikalar yüksək dərəcədə idarə edilə bilən
mühitdə aparılan təcrübələrin gedişində kəşf edilmişdir, lakin
laboratoriya gerçək aləmdən bir sıra əhəmiyyətli fərqlərə malikdir. Bu,
laboratoriyada sınaqdan keçirilmiş anlayışların təbii şəraitə daşına və
işlək edilə bilib-bilməyəcəyi barədə mühüm suallar qaldırır.
Aid etmə (ayağına yazma) tədqiqatları, adətən, subyektlərin
hadisənin niyə baş verdiyini açıq müəyyən etməyini tələb edir, hərçənd
ki, hadisələrin çoxu konkret səbəbiyyət sualları olmadan baş verir.
Problemin strukturlaşdınlmasının və sövdələşmələrin müəyyən
edilməsinin belə aşkarlanması prosesi tədqiqatların nəticələrini
müntəzəm olaraq qarışdıra bilər. Bundan başqa, nəzər nöqtəsi
nəzəriyyəsi təcrübələrinin çoxunda baxılması istənilən məsələlərin
mövzuları, ümumiyyətlə, trivial (öz- özünə aşkar) və yüksək dərəcədə
strukturlaşmışdır.
Habelə,
onlar
subyektlərin
güman
ki,
laboratoriyadan
kənarda
yerinə
yetirdikləri
məsələlər
və
mühakimələrlə əlaqəli deyil. Bundan fərqli olaraq, siyasi rəhbərlərin
xarici siyasət məsələləri barəsində apardıqları mühakimələr çox vaxt
qarşılıqlı əlaqəli, mühüm və yüksək dəyərli məsələlərlə bağlı olur.
İnsanların verəcəkləri qərarın əhəmiyyətli olmasına inamı məlumatı
toplamaq və qiymətləndirməkdə, eləcə də, qərar qəbuletmə qaydalarını
seçməkdə onların daha diqqətli olmasına təsir edə bilər. Lakin bəzi
idraki psixoloqlar mühüm mühakimələrin daha aşkar və aydın ifadə
edilmiş idraki prosesin qəbul edilməsini həvəsləndirə biləcəyi barədə
fərziyyəni mübahisəli hesab edir. Onlar bildirirlər ki, laboratoriya
205
prosedurları çox vaxt məntiqi çıxarılmış uğursuzluqların ölçülərini
olduğundan aşağı qiymətləndirməklə nəticələnir.
Qabaqcadan formalaşmış rəylər xarici siyasət qərarları qəbul
edilərkən laboratoriya şəraitindəkindən daha az əhəmiyyətə malik ola
bilər, çünki xarici siyasət qərarlarını verənləri əhatə edən kəsilməz
mühit onları müəyyən əks-əlaqə ilə təmin edir, bu isə çox vaxt onlara
qərar verilməsinə tədriclə yanaşmaq, keçmiş səhvləri müntəzəm olaraq
düzəltmək imkanı verir. Qərar qəbul edənlər rəqib düşərgələrdən
vaxtlı-vaxtmda əks reaksiya aldıqda dəyişikliklər ən ehtimallı olur.
Yuxarıda qeyd etdiyim kimi, bu növ strukturlaşmış ətraf mühit və
əlüstü əks-əlaqə oyuna yüksək dəyərlərin qoyulduğu halda, yüksək
dəyərli beynəlxalq münaqişəyə xas olan mürəkkəb və qeyri-müəyyən
mühit şəraitində az ehtimallıdır. Mənim arqumentlərim göstərir ki,
bütün başqa şərtlərin eyni olduğu halda, sistemli psixoloji sapmalar
yüksək dəyərli beynəlxalq münaqişənin izahında ehtimal ki, daha
mühüm olacaqdır.
Sosial və siyasi şərait də sapmaların minimuma endirilməsinə
işləyə bilər. Məsələn, nəzarət edilən siyasi sistemlər daha açıq olmağa
başladıqda, rəhbərlər başqalarının məramları və onlar üçün məqbul
olan seçim diapazonu haqqında daha çox şey öyrənə bilərlər və deməli,
öz nəzər nöqtələrini dəyişə bilər və dəyişikliyin izah edilməsində
digərlərinin atributlarına daha böyük çəki verə bilər. Bir daha təkrar
edək ki, ceteris paribus, demokratik, çoxrəyli siyasi sistemlərin bu növ
sapmaları yumşaldacağı ehtimalı ən böyükdür.
§2. Kollektiv seçimin ideoloji va psixoloji aspektləri
Sosial psixologiya kiçik qrupların dinamikasını təhlil etmək
vasitəsilə, müəyyən şərtlər daxilində, beynəlxalq münaqişələrlə
əlaqədar mühüm qərarların qəbulunun izah edilməsinə yardım göstərir.
Bu növ izahlar problemlərin pis strukturlaşmış, siyasət qurmaq
prosesinin başında hansısa kiçik bir qrupun olduğu və ya siyasətin bir
neçə qrupun qarşılıqlı təsiri nəticəsində qurulduğu halda faydalıdır.
Xüsusilə, maraqlı olan qrupların qərar qəbul edilməli problemin
kollektiv təqdimatına (mənzərəsinə) necə gəlib çıxmasıdır.
206
Qruplar problemin hamı tərəfindən bölüşdürülən (ümumi) təqdimatını
qurmaq üçün kollektiv müzakirənin fərqləri minimallaş- dırmağa,
alternativlərin üstün və çatışmayan cəhətlərini ümumi təhlil etməyə
xidmət göstərən «sadəcə münasibliyə» meyl edə bilər. Məsələn, onlar
bunu «qabaqlayıcı razılaşma» prosesi - siyasi və inzibati tabeçilikdə
aşağı səviyyədə olanların problemin yüksək səviyyəli qərar qəbul
edənlərin gerçək və ya ehtimal edilən təsəvvürlərinə uyğun təqdimatını
qəbul etmək meyli vasitəsilə edə bilər. Onlar bunu qrupun
həmrəyliyini qorumaq və qrupun əlaqəliliyini maksimallaşdırmaq
üçün də edə bilər.
Bu növ kollektiv qərar qəbul edilməsinin baş verməsi siyasət
quranlar özlərini təhdid və gərginlik altında hiss etdikləri vaxt xüsusilə
ehtimalhdır. Bu, siyasətin qurulmasında problemin alternativ
təqdimatlarına qeyri-adekvat diqqət, məlumat üçün çox qısa axtarışın
aparılması və uyğun gəlməyən məlumatın dəyərdən salınması kimi
patologiyalar doğurur. Uyğunlaşmaq üçün daxilində göstərilən
təzyiqlər problemlərin fərqləndirilən təqdimatlarını hazırlamaq,
dəyərlər haqqında mübahisə aparmaq və münaqişəni çözmək
qabiliyyətini azaldır. Gerçək dünyanın siyasət qurmaq sistemində əsas
izahedici dəyişənləri işçi hala gətirmək və ölçmək çox vaxt çətin olsa
da, fərqli siyasi və mədəni sistemlərdə, müxtəlif böhran hallarında
qərar qəbul edilməsi kontekstləri üçün gözlənilən «xarab» proseslər
geniş sənədləşdirilmişdir.
Uyğunlaşmaq istiqamətində bu cür meyllər heç də bütün
qruplarda baş vermir. Əsas fərqləndirici amil, xüsusilə də, qərar qəbul
edilməsinin ilk mərhələlərində, rəhbərlərin problemin alternativ
təqdimatları haqqında mübahisəyə yardım edən norma və proseslərin
yaradılmasına fəal müdaxilə edib-etməməsi, daha ümumi halda isə,
fərqli düşüncəyə dözümlüyünü göstərib-göstərməməsidir. Götür-qoy
etmə və əsaslandırma mədəniyyəti yalnız rəhbərlər mübahisə və
fərqləndirməyə fəal kömək etdikdə çiçəklənir. Ümumiyyətlə,
tarazlaşdırılmış tənqidi məşvərəti hesabatlılıq normalarına vurğu edən
demokratik mədəniyyətlərdə tapılması daha ehtimalh olan daha açıq
çoxrəyli və qolaylaşdıncı rəhbərlik stili ilə əlaqələndirməyə meyl
edilir. Bu növ məşvərətlərin baş verməsi qrupun üzvləri arasında güc
və siyasət qurma ehtiyatlarının (resurslarının) təqribi tarazlığı mövcud
olduqda
207
Dostları ilə paylaş: |