şım idarə metodlarının geniş dəsti ortaya çıxdı.
Üçüncüsü, raket-nüvə tarazlığı, aralarındakı münasibətlər
ikiqütblü beynəlxalq münasibətlər sisteminin əsasını təşkil edən əsas
dövlətlər arasında birbaşa qarşıdurma imkanını məhdudlaşdırmaqla,
saysız-hesabsız periferiya müharibələri törətdilər. Onların arasında
«etibarnamə üzrə müharibə» adlanan və lokal konflikt iştirakçılarının
arxasında iri dövlətlərin durduğu müharibələr nəzərdə tutulurdu. Bu
müharibələrin gedişində nəinki bilavasitə iştirakçılar arasında
ziddiyyətlər həll olunur, həmçinin, tərəflərdən biri öz əlaltısı ilə bu
regionun dövlətlərinə təsir edirdi. Bu vəziyyətə nümunə kimi çoxillik
Ərəb-İsrail konfliktini göstərmək olar. Bu konfliktlərin gedişində çox
zaman qüvvələrin açıq sınaqdan keçirilməsi, ən yeni texniki və taktiki
nailiyyətlərin real müqayisəsi baş verirdi. Livan üzərində hava
döyüşlərinin nəticələri Mərkəzi Avropada qarşı duran qruplaşmaların
tutuşmasına gətirə bilərdi. Bu cür konfliktlər Yaxın Şərqdə,
Cənub-Şərqi Asiyada, Afrikada gedirdi. Onlarda qarşıduran blokların
yüzlərlə texnika və minlərlə hərbçilər iştirak edirdi. Qızğın və dinməz
mübarizə daim bütün dünya okeanı və hava məkanında gedirdi.
Bu şərtlərdə elmi potensilain inkişafı hərbi gücün saxlanmasının
əsas şərti idi. ibtidai məktəbdən ixtisaslaşmış elmi-tədqiqat institutuna
qədər hadisələrin gedişatını nəzarət altına alan məqsədyönlü dövlət
siyasəti tələb olunurdu. Müvafiq olaraq, hökumətin yalnız əhalinin
əhval-ruhiyyəsini deyil, öz dövlətinin informasiya məkanını effektiv
nəzarət altına almaq imkanları kimi başa düşülən «informasiya
təhlükəsizliyi»nin rolu artmaqda idi.
Fövqəldövlətlərin qarşıdurması yalnız ən müasir və nəticə
etibarilə ən dağıdıcı texnologiyalarla əlaqəli olan səviyyyədə baş
vermirdi. Bu qarşıdurmanın tərkib elementi silahlanmanın və taktiki
gedişlərin ənənəvi növləri ilə də bağlı olan digər səviyyələr idi. Onlar
olmadan fövqəldövlətlər və ya onların tərəfdarları arasında hər hansı
konflikt ümumi nüvə qırğını ilə nəticələnə bilərdi. Bütün bunlar hərbi
gücün müasir texnologiyalarının təsiri altında bir qədər dəyişmiş
ənənəvi elementlərinin hələ də qalmasından xəbər verir.
192
Ədəbiyyat:
1.
Овчинников В.С. Политические конфликты в
международных отношениях и пути их разрешения. М., 1990.
2.
Бэрон Р., Ричардсон Д. Агрессия. СПб., 1997.
3.
Клаузевиц К. О войне. В 2 т. М., 1937. Т.1.
4.
Schelling Т.С. The Strategy of Conflict. Camridge, 1960.
5.
Keegan J. The face of the Battle. N.Y., 1976.
6.
Kennedy P. The Rice and Fall of the Great Powers.
Economic Change and Military Conflict from 1500-2000. N.Y., 1987.
193
8-
ci MÖVZU
MÜASİR MÜNAQİŞƏLƏRİN İDEOLOJİ VƏ
PSİXOLOJİ ASPEKTLƏRİ
Suallar:
1.
Seçimin psixoloji aspektləri.
2.
Kollektiv seçimin ideoloji və psixoloji aspektləri.
3.
Münaqişənin nizamlanmasında ideoloji amillər.
4.
Beynəlxalq əlaqələrlə bağlı nəzəriyyələrin psixoloji
aspektləri və təhlili.
Beynəlxalq münaqişələr dünya siyasəti kontekstində meydana
çıxan əks-əlaqəli və qarşılıqlı asılı qərar qəbuletmə problemlərinin
kompleksi kimi təsəvvür edilə bilər. Kontekst liderlərin etdiyi
seçimləri uyğunlaşdırır, lakin müəyyən etmir və rəhbərlər, şübhəsiz ki,
seçimləri vasitəsilə dünya siyasətinin kontekstini və strukturunu
dəyişirlər. Kollektivləri dövlətlər və ya qrupların təklikdə və ya qrupun
bir hissəsi kimi fəaliyyət göstərən rəhbərlərinin təkcə özləri üçün
deyil, başqaları üçün də müəyyən nəticələrə malik olan qərarlar qəbul
etməsi etiraf edildikdən sonra, idrakı və sosial psixologiyada sistemli
elmi-tədqiqatların mərkəzi olan fərdi və kollektiv seçim nəzəriyyələri
beynəlxalq siyasət üçün də münasib olmağa başlamışdır. Bir rəhbərin
etdiyi seçim həm qərar qəbuletmə probleminin özünün, həm də
başqalarının seçim imkanının strukturuna güclü təsir edə bilər.
Sistem modellərinin struktur izahları çərçivəsində psixoloji
yanaşmalar davam edən mübahisələrdə sərhəd şərtlərini qurmaq üçün
faydalıdır. Eləcə də, onlar mənsubiyyətin formalaşması və dəyişməsi,
bütün sistem üçün norma yaradılması və ona riayət edilməsinə
əsaslanan nəzəriyyələri müəyyən etməyə imkan verir. Siyasi
rəhbərlərin münaqişələri zəiflətmək və ya gücləndirmək üçün qəbul
etdikləri məhdud seçimlərin izahı və bir-biri ilə bağlı olan seçimlər
silsiləsinin nəticəsi olan qarşılıqlı təsir modellərinin təhlili psixoloji
nəzəriyyələrdən istifadəni faydalı edir.
Beynəlxalq münaqişədə qərar qəbuletmənin vacib prob
194
lemləri, adətən düzgün strukturlaşdınlmaması çox vaxt tərəflər
arasında mübahisə doğurur və bu zaman oyuna qoyulmuş şeylərin
təbiəti və ya dəyəri ilə əlaqədar razılıq çox az olur. Problemin qoyuluşu
mübahisə doğurmayanda belə, çox vaxt ətraf mühit vaxtında və
səliqəli əks əlaqəni təmin etmir və rəhbərlər müəyyən vaxtdan sonra
ağılabatan ehtimal paylanması hazırlamaq üçün yenidən cəhd
göstərmək imkanına malik olmurlar. Bu isə rəhbərlərin qeyri-müəyyən
mövqe tutmasını şərtləndirir. Mücərrəd dəyərlər konkret mümkün
şərait işığında dəqiq məqsədlər kimi qurulmalı, yozulmalı və yenidən
formalaşdırılmalıdır. Vaxtaşırı problemin qoyuluşu fərdi və ya
kollektiv qurmaq prosesi vasitəsilə təzahür edir. Rəhbərlərin həmin
problem haqqında təsəvvürləri onların üstünlükləri (prioritetləri)
qurmasına və seçimləri müəyyən etməsinə, eləcə də, onların seçiminə
mühüm təsir göstərir.
Psixoloji nəzəriyyələr problemin qoyuluşunun mübahisə
doğurduğu, problemin sıravi olmadığı, oyuna qoyulanların tərəflər
üçün yüksək dəyərə malik olduğu və ətraf mühitin seçim etmək üçün
kifayət dərəcədə sərbəstlik verdiyi beynəlxalq münaqişələrin izah
edilməsində xüsusilə yararlıdır. Belə şəraitdə cari təsisatı işlər adekvat
hesab edilmir, fərdi və ya kollektiv qaydada fəaliyyət göstərən
rəhbərlərin rolu həlledici olur. Buna görə də fəslin birinci hissəsini
idrakı psixologiyanın beynəlxalq siyasətdə sıravi olmayan münaqişə
mühiti üçün tipik olan pis strukturlaş- dınlmış problemlərdə problemin
qoyuluşunun izahına verdiyi payı şərh etməklə başlayıram. Bunun
ardınca isə seçimi subyektiv gözlənilən maksimallaşdırılmış həllər
kimi modelləşdirən nəzəriyyələrə aparıcı alternativ olan perspektiv
nəzəriyyəsinin verdiyi töhfəni, daha sonra isə fərdi səviyyədən sosial
psixologiyanın kiçik qrupların qərarlarının qəbul edilməsinin izahına
verdiyi payı tədqiq etməyə doğru hərəkət edirəm. Xarici siyasət
qərarlarının çoxu kollektiv seçici və ya yekun icra məsuliyyətini
daşıyan rəhbərlərin müşavirləri kimi fəaliyyət göstərən kiçik qrup
kontekstində qəbul edilir.
Fəslin ikinci hissəsində sosial psixologiyanın beynəlxalq
sistemdə, mühüm idarə edicilərinin mənsubiyyət və qrup dinamikası
olduğu, kütləvi etnik münaqişələrin təhlilinə verdiyi payı tədqiq etmək
üçün izahın mərkəzi kimi seçimdən kənara çıxıram.
19.5
Dostları ilə paylaş: |