tinə malik oldu. Sonra aşağı təbəqədən təşkil olunmuş komandanlıq
heyətinin hazırlanması hərbi təlim idarələrinin yaranması ilə
möhkəmləndirildi. Silk maneələrinin aradan qaldırılması, maarifçilik
dövrünün elmi nailiyyətlərinin tətbiqi təkcə güclü zabit korpusunu
yaratmağa deyil, həm də bütövlükdə hərbi qüvvələrə rəhbərlik
sisteminin yaradılmasına imkan verdi. Məsələn, coğrafiyanın və
xüsusilə, kartoqrafiyanın nailiyyətlərindən intensiv istifadə olunurdu.
Fransız komandirləri və onların ştabları xəritələrdən məharətlə istifadə
edirdilər
və
təsadüfi
seçilmiş
bələdçilərin
məlumatlarına
əsaslanmırdılar. Optik teleqraf Şappa (düzdür, yalnız gündüz və yaxşı
havada) bir neçə saata məlumat yüz kilometrlərə ötürməyə imkan
verirdi. Unutmaq olmaz ki, hələ inqilab müharibələri dövründə
müharibə aparmaq üçün ölkənin bütün mövcud-insan və maddi
potensialının səfərbər edilməsi ideyası uğurla həyata keçirilirdi, həm də
bu əhalinin, onun əksər hissəsinin dəstəyi ilə intensiv ideoloji
hazırlanması da aparılırdı.
Son nəticədə, fransız ordusuna qalib gəlmək üçün müttəfiqlər
çoxsayh koalisiya müharibələrində böyük itkilər hesabına fransız
ordusunun şəxsi heyətini məhv etməli oldu. Həmçinin, 1814-cü il
kampaniyasının çıxışsız günlərində də Napoleon for- malaşnuş təlim
sisteminə əsaslanaraq bir neçə həftəyə gənc çağı- rışçı əsgərləri yaxşı
əsgərlərə çevirə bilirldi. Digər tərəfdən, qeyd edilməlidir ki, Fransa
donanması matrosların yüksək döyüş ruhuna və gəmilərin fərqli
keyfiyyətlərinə baxmayaraq, daim məğlubiyyətlərə düçar olurdu.
İnqilabi tribunallar aristokratizmdə ittiham olunan və uzun illər ərzində
peşəkar təcrübə əldə etmiş dəniz zabitlərini məhv etdilər. Onları aşağı
təbəqədən olan istedadlı şəxslərlə əvəz etmək də qeyri-mümkün oldu.
Napoleon müharibələri dövründə hərbi gücü təşkil edən
müxtəlif elementlər bəzən qəfil büruzə verilirdi və onları nəzərə almaq
çətin idi. 1812-ci il Rusiya kampaniyasında Napoleon öz ordusunun
say çoxluğuna, komanda heyətinin yüksək təliminə, ştabların işinə
arxalanırdı. Ancaq, əhalinin əhval-ruhiyyəsindən başqa, o bir sıra
maddi faktorları, o cümlədən Rusiyanın metal istehsalında
üstünlüyünü, çoxlu və sərf edilməmiş atların sayını nəzərə almamışdı
(bütün Avropada iyirmi illik müharibə ərzində onun at ehtiyatlan
zəifləmişdi). Nəticədə, Rusiya artilleriyası həmişə Fransa artilleriyasını
üstələyirdi, süvari dəstələr isə fransız
183
dəstələrinə sayda geri qalmayaraq, itkiləri tez bərpa edirdi.
Əgər bu dövrü dövlətin hərbi gücünün hansı elementlərinin
həyati əhəmiyyyotli elementlər hesab edilməsi baxımından nəzərdən
keçirsək, burada söhbət, ilk növbədə, qısa müddət ərzində çoxsaylı
qoşunu cəbhəyə göndərmək və qoşunlara müntəzəm rəhbərliyi təşkil
etmək imkanında olan sistemdən gedir. Ancaq hərbi qüw'ələrə
rəhbərlik mexanizminin yaradılması problemi sonuna qədər dərk
edilməmişdi. Napoleonun təcrübəsi qeyri- tənqidi qarşılanırdı, hələ
inqilab illərində formalaşmış bu mexanizm sonucda bir şəxs ətrafında
qapanmışdı, onun qərarlarından tam asılı idi. Fransa imperatoru öz
şəxsində sərkərdəni, diplomatı və dövlət rəhbərini birləşdirirdi.
Təsadüfi deyildi ki, onun təqlidçilərinin işləri daha da pisləşirdi, qanlı
döyüşlər daha az nəzərə çarpan nəticələrə gətirirdi. Eyni zamanda
iqtisadiyyatın rolu, həm də Fransaya qarşı koalisiyanın əsas gücünü
digər dövlətlərdən keyfiyyətcə fərqli pillədə duran İngiltərənin
yüksələn iqtisadiyyatı təşkil etməsi faktı tam qiymətləndirilməmişdi.
3.3.
Erkən sənaye cəmiyyəti
Napoleon müharibələrinin bitməsindən XIX əsrin ortalarına
qədər olan dövrü nəzərdən keçirərkən, qeyd etmək lazımdır ki, sənaye
inqilabı və aparıcı dövlətlərin erkən sənaye cəmiyyətinə daxil olması
hərbi gücün meyarlarında bir sıra dəyişikliklərə gətirdi. İstehsal
qüvvələri və texnologiya bəzən elə güclü inkişaf edirdi ki, hərbçilər
baş verənlərin gedişatını dərk edə bilmir və köhnəlmiş təşkilat, taktika
və silahlanma formalarında ilişib qalırdılar. Hərbi gücün ayrı-ayrı
komponentləri nisbətində dəyişikliklər, Krım müharibəsi və Amerika
Birləşmiş Ştatlarında vətəndaş müharibəsi zamanı aşkar olundu. Krım
müharibəsinin gedişində mərhələ geriləməsinin hansı təhlükəni
yaratdığı aşkar olundu. İqtisadi faktor bu qədər parlaq ifadə
olunmamışdı. Müttəfiqlərin texniki üstünlüyü yüksək idi, o onları
dəfələrlə kobud səhv etməkdən xilas etmişdi. Rusiya müharibənin
başlanğıcında cəbhəyə göndəriləcək təlim keçmiş ehtiyat hissələrə
malik deyildi, dəmiryollarının olmaması qoşunları bir teatrdan
digərinə göndərməyə imkan vermirdi. Sevastopol və onun
müdafiəçiləri, sadəcə olaraq, onlara atılan metalların miqdarından
məhv ol
184
muşdular. Sinopda qələbə çalmış Qara dəniz donanması Sevastopol
buxtasına düşmən buxar gəmilərinin girməsinin qarşısını almaq üçün
batırılmalı oldu.
O cümlədən Amerika Birləşmiş Ştatlarında baş verən vətəndaş
müharibəsi də səciyyəvi oldu. Bu artıq erkən sənaye cəmiyyəti
dövrünün müharibəsi idi. İttifaqın ordusunun silahlanması və təchizatı
əksərən maşınların hesabına idi. Federal ordunun əsgərləri, keçmiş
fermerlər, sənətkarlar, fəhlələr, kiçik sahibkarlar dəzgahlar olmadan
hazırlanması qeyri-mümkün olan tüfənglərlə döyüşə gedirdilər.
Qoşunlar cəbhə xəttinə dəmiryolu ilə göndərilir, rabitə teleqraf xətləri
ilə təmin olunurdu. Sahilyanı sularda və çaylarda əvvəllər görünməmiş
artilleriya ilə silahlanmış zirehli gəmilər vuruşurdu. Şimalın qələbəsi,
nəinki iqtisadi potensialın rolunu təsdiq etdi, həmçinin sənayenin, ağır
sənayenin və maşınqayırmanın iqtisadi və hərbi potensialın əsası kimi
rolunu təsdiq etdi. Diqqətli müşahidəçilər, nəinki Şimalın demoqrafik
və sənaye üstünlüyünü, həmçinin onun əhalisinin yüksək savadını,
çoxlu sayda xəstəxanalar və həkimlərini, kitab-qəzet tirajlarını
qiymətləndirdilər və nəzərə aldılar.
Şimalın Cənubla toqquşması beynəlxalq münasibətlər
sistemində qüvvələrin qruplaşmasına təsir etmədi, ancaq ondan dərs
götürənlər arasında prussiyalılar da oldu. Fransa-Prussiya müharibəsi,
nəinki beynəlxalq münasibətlərin mövcud sisteminə düzəliş etdi,
həmçinin sənaye cəmiyyətin dövründə hərbi gücün bütün əsas
komponentlərini nümayiş etdirdi. Prussiyalılar fransızlardan demək
olar ki, bütün meyarlarda üstün idilər. Onlar, nəinki, daha çox əhaliyə,
həmçinin ən yaxşı səfərbərlik sisteminə malik idilər. Sənaye
istehsalının həcminə və keyfiyyətinə görə üstünlüyü aşkar idi. Polad
toplar onlara nəzərə çarpan üstünlüyü təmin edirdi. Almanlar təkcə sıx
dəmiryolu şəbəkəsinə malik deyildi, həm də onlardan ordunun
mərkəzləşməsi və genişləndirilməsi üçün istifadə edirdilər.
«Soruşmayın ki, onların neçə batalyonu var, nə qədər dəmiryolları
olduqları ilə maraqlanın», - böyük Moltke öyrədirdi. O, həmçinin,
istehkamlar əvəzinə dəmiryolları tikməyə səsləyirdi. Ənənəvi intizam
yüksək savadla tamamlanmışdı, onun rolu haqda isə artıq yuxarıda
danışılmışdı (1914-cü il üçün savadlılığın səviyyəsi alman ordusunda
99,8%-ə çatmışdı). Ancaq müasirlərini daha çox təəccübləndirən Baş
185
Dostları ilə paylaş: |