Artıq Otuzillik müharibənin gedişində aydın oldu ki, mövcud
iqtisadi, demoqrafik və digər imkanların reallaşdırılmasını, effektiv
hərbi qüvvələrin yaradılmasını və genişləndirilməsini yalnız güclü
mərkəzləşmiş dövlət həyata keçirə bilər. Məhz Fransa, İsveç, Avstriya,
İngiltərə, Rusiya və sonra Prussiya kimi dövlətlər beynəlxalq
münasibətlər sisteminin əsasını təşkil etməyə başlayır.
Qeyd etmək lazımdır ki, Otuzillik müharibənin gedişində
Vallenşteyn tərəfindən geniş miqyasda yeni prinsip tətbiq olundu, yəni
müharibə özü-özünü qidalandırmalıdır. Nizamsız soyğunçuluq
keçmişdə qaldı. Onun yerinə işğal edilmiş torpaqların amansız talanı
gəldi ki, o daha sistematik və hətta qanuniləşmiş xarakter hədsiz
təzminatların alınması kəsb etmişdi. Bu üsul Napoleon tərəfindən
təkmilləşdirilmişdi.
Ancaq qeyd etmək lazımdır ki, hərbi texnikanın eyni inkişaf
səviyyəsində də ayn-ayn dövlətlər önə çıxmışdır. İngiltərənin
nümunəsində hər şey aydındır. XVI əsrin ikinci yarısı - XVII əsrin
birinci yarısında iqtisadi yüksəlişlə əlaqədar olan üstünlüklər effektiv
sosial-siyasi təşkilatla tamamlanmışdı. «Yeni nümunəli ordu»nun
yaranması, nəinki, vətəndaş müharibəsində qələbəyə şərait yaratdı,
həm
də
Şotlandiya
və
İrlandiyanın
tabe
edilməsinə,
İngiltərə-Hollandiya ticarət müharibələrində uğurlara gətirdi. Ticarət
yollarının Aralıq dənizindən Atlantik okeanına keçirilməsi İngiltərəni
Avropanın «uzaq tənha yerin»dən ticarət əlaqələrinin qovşağına
çevirdi. Britaniyanın dəniz qüdrəti yüksəlməyə başladı. Qısa müddətdə
ticarət və hərbi gəmilərin yeni növü formalaşırdı, o isə Aralıq
dənizində həmin dövrdə iki min il ərzində hökmranlıq edən (XIX əsrin
ortalarında buxarla işləyən və zirehli gəmi donanmasına keçiddən
sonra bu tip on ildən az vaxtda aradan çıxdı) gəmilərdən fərqlənirdi.
İngiltərə donanmasının nizamı və ənənələri, komplektləşdirmə və sərt,
hətta terrorist intizaım, baza, kəşfiyyat, məlumat sistemi dirçəlirdi.
XIX əsrin əvvəli üçün bu cür səciyyələndirilən belə bir vəziyyət
yaranmışdı; «Britaniya taxta divarlarla əhatə olunmuşdur. Bu divarlar -
onun donanmasının gəmilərininin bortlarıdır». İngilislərin dənizlə sıx
əlaqəsi, adada həyatın donanmadakı vəziyyətdən asılı olmasının dərk
edilməsi dəniz qüdrətinin milli maraqla eyniləş- dirilməsinə gətirib
çıxarmışdı. Adanın mövqeyini təhlükəsiz edə
180
rək, İngiltərə hökuməti müstəmləkələr uğrunda mübarizə apara, lazım
olan zaman subsidiyaları manipulyasiya etməklə, öz maraqlarını
qorumaq üçün bu və ya digər dövləti cəlb edərək Avropanın işlərinə
müdaxilə edə bilərdi.
İsveçin vəziyyəti isə bir başqa idi, onun hərbi qüdrəti bütün
Avropanı yüz illər ərzində qorxu altında saxlayırdı. İsveç kəndlilərinin
özünəməxsus sosial-iqtisadi mövqeyi hesabına Otuzillik müharibənin
gedişində dəqiq hərbi təşkilatı yaratmaq mümkün oldu. Hərbi qüdrətə
dayaq olan isə, bu zaman İsveçin dəmir istehsalçısı kimi Avropanın
yarısını təchiz etməsi kimi müstəsna mövqeyi oldu. XVII əsrin
ortalarında İsveç özünəməxsus «sahil imperiyasına» çevrildi, o. Baltik
dənizinə tökülən çayların mənsəblərini və nəticə etibarilə. Baltik çörək
ticarətini nəzarət altına ala bildi. Hərbi üstünlüklərin reallaşdırılması
açıq iqtisadi faydalar gətirdi. İsveçin hərbi prestiji kifayət qədər yüksək
idi və onun Şimal müharibəsi zamanı süqutu Avropa dövlətlərinə güclü
təsir etdi.
Yeddiillik müharibəyə qədər hərbi gücün tərkib elementləri
keyfiyyət dəyişiliklərinə məruz qalmadı. Həqiqi mənada Yeddiillik
müharibə XVI əsrdən bəri tətbiq edilən metodlarla yaradılmış və
sonradan təkmilləşdirilmiş hərbi qüvvələrin şahidi oldu: muzdlular və
ya əsgərlərdən təşkil olunmuş, nisbətən, kiçik yaxşı hazırlanmış ordu
(uzun illər ərzində yaxşı «əhliləşdirilmiş»), xarici subsidiyalar,
əvvəlcədən hazırlanmış ərzaq, yem sursatı, silah sursatı. Bu növ
metodlar və müharibənin aparılması miqyası həmin dövrdə çiçəklənən
«kabinet diplomatiyası»na uyğun gəlirdi. Təsadüfi deyil ki, həmin
dövrdə daha çox müvəffəqiyyəti koalisiya qüvvələrinə qarşı duran II
Fridrixin diplomatiyası və ordusu qazandı. Eyni zamanda, Avropada
toqquşan dövlətlərin feodal- mütləqiyyətə əsaslanan hərbi və xarici
siyasi təşkilatlarının ey- nicinsliyini vurğulamaq lazımdır.
3.2.
Mərhələ fərqi probleminin yaranması
Avropanın özündə əsil qalibi müəyyən etmək çətin idi.
Müstəmləkələrdə və dənizlərdə fransızların ingilislər tərəfindən tam
məhvi açıq aşkar idi (doğrudur, Fransanın hərbi donanması müharibə
ərəfəsində say etibarilə ingilislərə çatırdı). Şimali Ame
181
rikada qüvvələrin qeyri-bərabərliyi nəzərə çarpırdı. Orada, əsasən,
hindularla ticarət aparan bir neçə min fransız sakini ingilis
müstəmləkələrinin yüz minlərlə sakininə qarşı dura bilməzdi, onların
təsərrüfatı nəinki onların özünü, həm də metropoliyadan göndərilmiş
qoşunları təmin edirdi (bu cür vəziyyət onunla bağlı idi ki, fransız və
ingilis kolonizasiyası tamamilə fərqli cəhətlərə malik idi). Bu fərq,
bunu vmruşan tərəflər arasında mərhələ fərqi də adlandırmaq olar,
İngiltərəyə sözsüz qələbəni təmin etdi. Doğrudur, XVIII əsrin ikinci
yarısında mərhələ fərqi faktoru tam özünü büruzə vermirdi, ancaq
sonra o daha böyük rol oynamağa başladı.
Dövlətin hərbi qüdrəti və onu təşkil edən faktorlar müharibənin
gedişində Fransada inqilab və imperiya ilə əlaqədar ciddi şəkildə
yenidən qiymətləndirildi. Bu iyirmi ildən çox davam edən müharibə
dövrü sənayeyə qədərki cəmiyyətə aid edilən bu miqyasda ən son
konflikt oldu. Ancaq artıq bu müharibələrin gedişində dövlətin hərbi
gücünə təsir edən yeni faktorlar ortaya çıxdı. Şübhəsiz ki, bu
müharibələrin əksəriyyətində ən güclü ordu fransız ordusu idi. Onun
düşmənləri hərbi əməliyyatların gedişində vuruşmağı öyrənməli
olurdular. Bu təlimin dəyəri isə çoxsaylı məğlubiyyətlər və itkilər oldu.
Belə güman olunur ki, Fransanın hərbi potensialının artması XVIII
əsrin sonunda inqilabın nəticələri ilə bağlıdır. Ancaq Fransanın hərbi
gücünün bəzi gələcək elementləri artıq «köhnə nizamda» da mövcud
idi: Qərbi Avropada ən böyük əhali, çoxsaylı müharibələrdə yaxşı
təkmilləşdirilmiş silahlar, mərkəzləşmə ənənələri. Ancaq inqilabın
nəticələri açıq üstünlüklər gətirdi. Ordunun şəxsi heyətinin keyfiyyəti
əsaslı dəyişdi. Birincisi, əsgərlərin əsas kütləsini inqilabi sosial-iqtisadi
və siyasi dəyişikliklərin real nəticələrindən dadmış və onları müdafiə
etməyə hazır olan insanlar təşkil edirdi. İkincisi, öz dövrünə görə ən
effektiv və insan resurslarının səfərbər edilməsinə şərait yaradan hərbi
mükəlləfiyyət sistemi yaradıldı. Bu döyüşə əvvəlcədən üstün olan və
yüksək döyüş ruhu olan qüvvələr göndərilirdi. Üçüncüsü, inqilabdan
sonrakı ilk illərdə fransız cəmiyyətinə xas olan yüksək şaquli
hərəkətlilik, yüksək komandanlıq və inzibati postlara həqiqətən də
ağlına və cəsarətinə görə seçilən insanların, mənşəyindən asılı
olmayaraq, gəlməsinə gətirdi. Qısa dövr ərzində Fransa ordusu unikal
komanda heyə
182
Dostları ilə paylaş: |