kökündən dəyişə bilərdi. Ancaq Rusiyanın strategiyası siyasi
tələbatlara tabe edilmişdi, o, müttəfiqlərin tələblərinə həddən artıq
riayət edirdi və bu, yalnız qüvvələrin parçalanmasına deyil, həm də
dəqiq strateji planının olmamasına gətirdi. 1914-cü ilin avqustunda
müttəfiqlərin təhriki ilə, ilk növbədə siyasi mülahizələri güdərək,
Rusiya komandanlığı tələsik Şərqi Prussiyaya formalaşdırılması tam
bitməyən iki qoşun göndərdi. Nəticədə, Rusiya üçün dəyərli olan kadr
hissələri məhv edildi və ümumi müvəffəqiyyət əldə etmək şansı azaldı.
Darmadağın edildikdən sonra əzəldən baş verən uğursuzluq Rusiya
qoşunlarının Almaniya ilə mübarizədə bütün cəbhə boyu fəaliyyyətinə
təsir etdi.
Ən yeni dövrdə Əfqanıstanla müharibə diqqəti cəlb edir. Bir
tərəfdən, bir sıra gərgin problemlərin mövcud olduğunu inkar etmək
olmazdı, Sovet İttifaqı onların həllindən boyun qaçıra bilməzdi. Digər
tərfdən, siyasi məqsədlərin qeyri-dəqiqliyi, həmin dövrün rəhbərliyi
tərəfindən bu ölkənin özünəməxsus cəhətlərinin dərk edilməməsi arzu
olunan nəticənin, yəni qələbənin əldə edilməsinə yönəlmiş ölçülərin
qarşılıqlı əlaqə sistemi kimi başa düşülən dəqiq strategiyanın
hazırlanmamasma gətirdi. Daha da qeyri-müəyyəni isə hansı
nəticələrin məhz qələbə hesab edilməsidir. «Beynəlxalq borcun yerinə
yetirilməsi» haqda dağınıq şüarlar, SSRİ-nin bu rayonda dövlət
maraqlarının qorunması haqda məsələni daha da tutqunlaşdırdı.
Həmçinin, Sovet ordusunun bu müharibədə məğlub olduğunu demək
olmaz, ona görə ki, onun hansı məqsədləri güddüyünü və buna nə
qədər nail olduğunu söyləmək çətindir.
Üçüncü istiqamət strategiyanın fəaliyyəti üçün əlverişli
şərtlərin yaradılması siyasətinin hazırlanması ilə bağlıdır. Bu daha
geniş sahələrdən biridir. Bura bəzi dövlətlərlə ittifaqların bağlanması,
digərlərinin neytrallığının təmin edilməsi daxildir. Müttəfiqin
seçilməsi bir sıra faktorlarla müəyyən olunur. Bu müttəfiqin gücüdür.
O, ilk növbədə, bir sıra amillərdən - dövlətin hərbi sistemi, ictimai və
dövlət quruluşu, onun demoqrafiyası və iqtisadiyyatı, mədəniyyətinin
xüsusiyyətləri, əhalinin psixoloji xüsusiyyətləri, dövlət rəhbərlərinin
şəxsi keyfiyyətləri və s. asılıdır. İkincisi, gələcək mübarizədə potensial
müttəfiqin iştirakının dərəcəsi təkcə onun qüvvəsindən deyil, həm də
maraqlı olmasından asılıdır. Burada söhbət ümumi maraqların
axtarılmasından və ya
168
ən azı real faydaların vəd edilməlindən gedir. (Çox zaman daha sıx
birləşdirici maraq ümumi düşmənin olmasıdır. Bu zaman «Kimə qarşı
dostlaşacayıq?» prinsipi işləyir). Müttəfiqin seçilməsi daha çox coğrafi
faktordan asılıdır. O qüvvələrin illdn qruplaşmasını və müttəfiqlərin
gələcək qarşılıqlı əlaqələrini müəyyən edir. Buna misal kimi İtaliya və
Prussiyanın Avstriyaya qarşı 1866-ci il müharibəsini göstərmək olar,
bu zaman prussiyahlar üçün əsas fakt İtaliyanın hərbi qüvvələrinin real
gücündən asılı olmayaraq, Avstriya qüvvələrinin əsas teatrından
uzaqlaşdırılması idi. Digər bir misal kimi, Almaniya Baş ştabının iki
cəbhədə müharibəni strateji planlaşdırmasını və Almaniyaya qarşı
koalisiyanın Birinci və İkinci Dünya Müharibəsi zamanı fəaliyyətini
göstərmək olar.
Eləcə də, bu və ya digər dövlətin neytrallığının təmin edilməsi
mühüm ola bilər. Məsələn, Fransa-Prussiya müharibəsinin
hazırlanması zamanı Prussiyanın xarici siyasətinin həyati əhəmiyyətli
məsələsi keçmiş düşmən - Avstriya-Macarıstanın neytrallığının təmin
edilməsi idi. 1939-1940-cı illərdə Almaniya üçün yalnız hələ də
qeyri-sabit olan və onu xammal və ərzaqla təchiz edən İspaniyanın
franko rejmininin deyil, həm də İtaliyanın neytrallığının saxlanması
əlverişli idi. İtaliyanın iqtisadiyyatının və hərbi qüvvələrinin
müharibəyə girən zaman zəifliyi, almanları qüvvələri parçalamağa və
ehtiyatları müttəfiqləri saxlamağa sərf etməyə məcbur edirdi.
Rusiyanın xarici siyasətinin XIX əsrin sonu - XX əsrin əvvəlində
səhvləri Yaponiya ilə müharibə ərəfəsində onu faktiki təcrid edilmiş
vəziyyətə qoydu. Hətta müttəfiqi Fransa Rusiyanın Uzaq Şərqdə
fəallığını dəstəkləmirdi. Bu da məhz hərbi əməliyyatların
uğursuzluğunu, mövcud hərbi və iqtisadi ehtiyatlarla effektiv manevr
etməsinin qeyri-mümkünlüyünü əvvəlcədən müəyyən etdi.
ABŞ-ın İkinci Dünya müharibəsindən sonrakı təcrübəsi
ibrətamizdir. Koreyada müharibə zamanı amerikanlar BMT-in bayrağı
altında çıxış etməklə, kifayət qədər əlverişli şərait yarada bildilər.
Onlar hərbi əməliyyatlarda birbaşa iştiraka bir sıra dövlətləri cəlb edə
bildilər, baxmayaraq ki, onların müharibəyə ümumi payı o qədər də
böyük deyildi, bununla ABŞ-ın fəaliyyətinə xarici siyasi dəstək təmin
edilmiş oldu. Vyetnam müharibəsi bir başqa mənzərə təqdim etdi.
ABŞ-ın əsas müttəfiqləri ondan uzaq
169
laşmağa üstünlük verdilər, amerikanlara birbaşa dəstəyi isə yalnız
onun Asiya - Sakit okean regionundan olan ən dönməz tərəfdarları
verdilər.
Siyasət əks tərəfin təbəələrinin hərəkətə gətirilməsi, düşmənin
arxa cəbhəsinin yarılması kimi mürəkkəb məsələni həll etməklə,
strategiyaya kömək edə bilər. Eyni zamanda siyasi rəhbərlik tərəfindən
hazırlanacaq və həyata keçiriləcək müxtəlif variantlar da mümkündür.
Bu öz tərəfmə dövlətin bütöv bir əyalətinin, rayonunun bu və ya digər
səbəbdən düşmənin fəaliyyətini dəstəkləməyə meylli olan əhalisini öz
tərəfinə çəkməkdir. Həmçinin, hər hansı sosial qrupu, sinfi, dini qrupu,
siyasi partiyanı, ayrı-ayrı şəxsləri, aparıcı xadimlərini öz tərəfinə
çəkmək mümkündür. Bu zaman yalnız kəşfiyyat şəbəkəsinin
yaradılması deyil, həmçinin əks tərəfə lazımi baxışlar və dəyərlər
sistemini qəbul etdirmək kimi daha geniş və müəyyən qədər
perspektivli vəzifələr nəzərdə tutulur.
Siyasətin həll etdiyi daha mühüm vəzifələrin sırasına strateji
məqsədlərin həyata keçirilməsi üçün, əlverişli şəraitin yaradılması
üçün - ictimai rəyin formalaşdırılmasını aid etmək olar. Söhbət yalnız
hərbi əməliyyatların ərəfəsində və ya gedişində təbliğatdan getmir.
Daha əhəmiyyətli əhalinin müvafiq ruhda tərbiyə edilməsi kimi
uzunmüddətli vəzifədir, onların reallaşdırıl- masına tək bir onillik sərf
olunmur. Belə bir deyim məşhurdur ki, Sadova və Sedan arasında
döyüşü alman məktəb müəllimi udmuşdu. Bu qələbələri yalnız
prussiyalılarm daha yüksək savadı təmin etməmişdi, bu savad
nəticəsində müasir texnikadan istifadə edən və öz vəzifələrini vicdanla
yerinə yetirən etibarlı işçilər, dəmiryolçular, əsgərlər, məmurlar
yaranmışdı. Uzun illər ərzində, məktəbdən başlayaraq, almanların
düşüncəsində müəyyən ideyalar kompleksi yarammşdı ki, hərbi gücün
əsas komponenti olan mənəvi faktorun məqsədyönlü yaradılması
aparılırdı. Bu möhkəm yeridilmiş baxışlar, nəinki, hökumətə sülh
dövründə müəyyən siyasəti aparmağa imkan verirdi, həm də almanları
nəyin naminə qan tökdüklərini aydın bilən və ya bildiklərini güman
edən əsgərlərə çevirirdi. Məktəbin və dövri mətbuatın həll etdiyi
sonrakı vəzifələr, ictimai rəyi manipulyasiya edən bötüv bir sistemlə
tamamlanmışdı.
Birinci dünya müharibəsinin başlanğıcında Avropanın pay
170
Dostları ilə paylaş: |