proseslərdəki sosial qütbləşmə prosesinin yaratdığı üstünlüklərdən
istifadə edə bilər. Onlar etnik fərqləri kəskinləşdirmək, incikliyi və
əndişəni artırmaq üçün tarixi faktlara və ənənələrə bilərəkdən yeni
yozum verirlər. Slobodan Miloşeviç həm etnik fəal, həm də siyasi
işbaz idi: U.G.Titonun ölümündən sonra Yuqoslaviyanın dövlət
strukturu zəiflədikdə o, serblərin siyasi hakimiyyətini gücləndirmək
üçün müqəddimə kimi Xorvatiya serblərinə qarşı xorvatların
zorakılığını və Kosovoda müsəlmanların Serbiyaya təhdidini
şişirtmişdi.
«Qarətçilər» və davakar etnik fəallar da, etnik parçalanmanı
yumşalda biləcək siyasi tədbirlər ehtimalı artan kimi, sosial
qutbləşməni alovlandırırdılar.
Mülayim Hutu və Tutsilər Ruandada siyasi rəhbərlik barəsində
yeni tədbirlər haqqında ağrılı kompromis əldə etdikdən sonra, silahlı
Hutular özlərinin siyasi hakimiyyətdən uzaqlaş- dırılmalarının və
təcrid edilmələrinin qarşısını almaq üçün, bilərəkdən mülayim Hutu
rəhbərliyinin öldürülməsi və Tutsilərə qarşı soyqırıma bənzər zorakılıq
kampaniyasını planlaşdırmışdılar. Ruanda soyqırırm tez-tez səhvən qıt
ehtiyatlar uğrunda rəqabətin nəticəsi və ya dövlət strukturlarının
zəifləməsi, ya da iki üstün etnik qrup arasında əzəli rəqabət kimi izah
edilir. Bunlardan heç biri soyqırıma bənzər zorakılığın qızışması üçün
kafi izah deyil. Silahlıların təcrid olunmaqdan və qütbləşraəni zəiflədə
biləcək təsisatlı tədbirlər nəticəsində itirəcəklərindən qorxan rəhbərləri
aşağı siyasi statusu qəbul etməkdənsə özgələrini öldürməyi üstün
tutmuşdular. Onlar uzun müddət davam edən etnik əndişələrdən
peşəkarcasına istifadə etdiklərindən soyqırım tədbirlərinin himayə
edilməsini təşkil edə bilmişdilər.
Daxildə himayəsi qeyri-müəyyən və ya təhdid altında olan işbaz
liderlər və ya elita siyasi loyallığı saxlamaq üçün mənsubiyyətlərlə
oynaya bilər. İnsan hüquqlarının aparıcı qeyri-hökumət müşahidəçisi
belə nəticəyə gəlmişdir ki, «zaman-zaman zorakılığın ən yaxın səbəbi
hökumətin icma fərqlərini istismar etməsidir... Məsələn, «icma kartı»
çox vaxt hökumət populyarlığını və ya legitimliyini itirdikdə və özünü
etnik, irqi və ya dini ritorika örtüyünə bürüməyi münasib saydığı
zaman oynanılır».
Militarist və ya imperialist siyasətlərdən fayda götürən məhdud
qrupla, xalqın himayəsini qazanmaq üçün strateji rasio-
214
nallaşdırmalar və ya «əfsanələr» yaradır. Zaman keçdikcə elitanın
müəyyən hissəsi öyrəndikləri əfsanələrə inanmağa başlayır ki, bu da
həmin təsəvvürləri dəyişikliyə qarşı son dərəcə müqa- vimətli edir bir
yerə toplanmış maraq qrupları sövdələşdikdə və bir-birini təriflədikdə
düşmən obrazlarını əbədiləşdirən əfsanə yaratmaq prosesi daha
ehtimallı olur. Mənsubiyyət əfsanələrinin qabarıqlığı və intensivliyi
etnik münasibətlərin qavranılmış oyuna qoyulan (stavkası) ilə möhkəm
əlaqəlidir. Gözləntilər və imkanlar arsmdakı məsafə nə qədər
böyükdürsə, azalımş imkanların təhlükə altına qoyduğu dəyərlər nə
qədər əhəmiyyətlidirsə və aktivlərin itirilməsini tarazlaşdıra bilən digər
güzəştlərin diapazonu qədər kiçikdirsə, əhali elitanın oynatmağa
çalışdığı mənsubiyyətlərə o dərəcədə həssas olur.
Daxili siyasi şəraitdəki müxtəlifliklər əhalinin müəyyən növünü
elitanın oyunlarına digərlərindən daha həssas edir. İdarə edilən siyasi
rejimlərdə rabitə vasitələrinə nəzarət edən rəhbərlər və elita,
mənsubiyyət və kütləvi təsəvvürləri daha asan idarə edə bilər. Düşmən
obrazının yaradılmasına təkcə rejimin növü deyil, cəmiyyətin təşkili də
öz payını verir. Düşmən obrazının saxlanmasına kifayət qədər yardım
etməsi və zorakı münaqişəyə getməsi ehtimallı olan dərindən bölünmüş
cəmiyyətin əlaməti mənsubiyyət əsasında təşkil olunmuş və cəmiyyətin
hər sahəsinə nüfuz etmiş ayrıca strukturların olmasıdır. Məsələn,
Livanda siyasi idarəçilik mərkəzdən yerlərə ənənəvi olaraq dini
mənsubiyyət əsasında paylanmışdır. Belə cəmiyyətlərdə etnik
stereotiplərin və düşmən obrazlarının yaradılması və saxlanması çox
asan olur.
Bu təhlil təklif edir ki, fərqlənən mənsubiyyətlər öz-özlü- yündə
zorakı münaqişənin səbəbi deyil. Bir-biri ilə uyğun gəlməyən
mənsubiyyətlərin mövcud olduğu halda belə, zorakılıq rəhbərlərin ya
dövlətin ehtiyatlarını öz cəmiyyətinin daxilindəki başqa qrupların
ziyanına olaraq inhisara almaq, ya da cəmiyyətdən kənardakılara qarşı
iddialar irəli sürmək yoluyla qızışdırılan təcridedici fəaliyyəti
nəticəsində ehtimallı olur. Rəhbərlər və elita siyasi mənsubiyyətə təhdid
görüntüsü yaradırlar ki, bu da stereotiplərin yaradılmasına təhrik edir və
zorakılığa öz payını verir.
§3. Münaqişənin nizamlanmasında ideoloji amillər
Münaqişənin azaldılması və həll edilməsi üçün onun yaratdığı
düşmən obrazı dəyişdirilməlidir. Dövlətlərarası münaqişələr elitada
formalaşmış obrazlarda ictimaiyyətdə formalaşmış obrazlardan daha
kiçik dəyişikliklər edilməklə idarə edilmiş və tənzimlənmişdir, lakin
davam edən vətəndaş münaqişəsi və ya amansız dövlətlərarası
münaqişə obrazlar dəyişənə, rəhbərlər və ictimaiyyət dərs götürənə
qədər həll edilə bilməz. Həm də bu proses qarşılıqlı olmalıdır.
Rəhbərlər və qruplar öz rəqibləri barəsində təsəvvürlərini dəyişməyə
başladıqda və münaqişəni həll etmək üçün səylərdə maraqlı olduqda,
münaqişənin zəitləmə- sində müəyyən irəliləyiş yaratmaq üçün
rəqibdə özləri barəsində olan təsəvvürləri də dəyişməlidirlər.
Yalnız rəqabət aparan maraqlar üzərində cəmlənən münaqişəni
çözmək strategiyaları ehtimal ki, düşmən obrazının və mənsubiyyət
münaqişəsinin dəyişməsi üçün fundamental olan öyrənmə prosesini
təhrik edə bilməyəcəkdir. Həm uzunmüddətli dövlətlərarası, həm də
amansız etnik münaqişədə maraqlar obrazlar və inamlarla, bunlar isə
öz növbəsində qismən mənsubiyyətlə formalaşdırılır. Bizim təhdid
kimi gördüyümüz şey, böyük dərəcədə, bizim dünyaya baxmaq və
özümüzün kim olduğunu düşünmək üsulumuzun funksiyasıdır.
Əgər təhdid altında olan mənsubiyyətlər düşmən obrazının
yaradılmasını və münaqişənin güclənməsini asanlaşdırırsa, bu
mənsubiyyətlərin təhlükəsizliyinin təmin edilməsi münaqişənin
həllinin fundamental toplanam olmalıdır. Amansız vətəndaş
müharibələrinə və ya dövlətlərin uzunmüddətli rəqabətinə qarşı
dayanan sülh yaradıcıları səmərəli olmaq istəyirlərsə, maraqlara
təsəvvürlərin və mənsubiyyətlərin daha geniş kontekstində müraciət
etməlidirlər. Keçmiş Yuqoslaviyada münaqişə, ən yaxşı, tədriclə
ərazilərin bölüşdürülməsi və orada yaşayanların təhlükəsizliyinin
təmin edilməsi yoluyla həll edilə bilərdi. Münaqişə yalnız tərəflər
digər mənsubiyyətlərin legitimliyini və daimlyini tanıyacağı halda həll
edilə bilərdi. Prezident Sədatın İsrailin legitimliyini tanıması İsrail və
qonşuları arasında gedən çətin sülh prosesinin qıfılına həlledici açar
oldu.
Dövlətlərarası münaqişələrdə legitimliyin qarşılıqlı tanın
216
Dostları ilə paylaş: |