Coğrafiya və təbii resurslar, №1, 2017 (5)



Yüklə 5,19 Kb.
Pdf görüntüsü
səhifə26/68
tarix08.04.2018
ölçüsü5,19 Kb.
#36734
1   ...   22   23   24   25   26   27   28   29   ...   68

Coğrafiya və təbii resurslar, №1, 2017 (5) 
 
                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 47 
 
Padar çökəkliyi eyniadlı basdırılmış qalxma ilə 
Ləngəbiz silsiləsi  arasında yerləşir. Çökəkliyin sa-
həsi  235  km²-ə  yaxındır.  Padar  çökəkliyi  cənub-
şərqə doğru  genişlənən  və eni 20-25 m, nisbi də-
rinliyi 0,5-1 m olan çökəklikdir. Padar çökəkliyin-
də proluvial, proluvial-deluvial çöküntülər  yayıl-
mışdır. Təsvir edilən ərazidə torpaqların şoranlaş-
masına  Ləngəbiz  silsiləsindəki  Axtarma–Paşalı  
palçıq vulkanının brekçiyalarından yuyulmuş duz-
ların əraziyə miqrasiya etməsi, həmçinin arid iqlim 
şəraitində qrunt sularının buxarlanması və tərkibin-
dəki  mineralların  torpaqda  toplanmasına  səbəb 
olur. Qrunt sularının dərinlik səviyyəsi 3-5 m-dir. 
Bu sular intensiv minerallaşmışdır. 
Şirvan  düzü  ərazisində  basdırılmış  qalxmalara 
da rast gəlmək olur. Bu basdırılmış qalxmalar yeni 
və  müasir  tektonik  hərəkətlərin  təzahürü  olub, 
landşaftların formalaşmasında və onun daxili dife-
rensiasiyasında mühüm rol oynayır. Şirvan düzün-
dəki Padar, Şahsünnü  və Arşalı basdırılımış qalx-
maları buna misal ola bilər. Sorsor, Cəlayir, Göy-
dəlləkli,  Şahbəyli,  Müsüslü,  Mollakənd,  Kotavan 
basdırılmış  qalxmaları  isə  relyefdə  nisbətən  zəif 
seçilir  [13].  Qalxmaların  ətəyindən  onun  tağ  his-
səsinə doğru qrunt sularının dərinlik səviyyəsi  artır 
və  buna müvafiq olaraq landşaftlar  dəyişir.  
Nəticə. Şirvan düzündəki gətirmə konusları və 
konuslararası çökəkliklərin landşaftların diferensa-
siya  xüsusiyyətlərini  müəyyənləşdirmək  üçün 
ArcGİS proqramının köməyi ilə ərazinin relyefinin 
mütləq  hündürlüklər  üzrə  paylanması,  meyilliyi, 
üfüqi və şaquli parçalanması xəritələri tərtib edil-
mişdir. Məlum olunmuşdur ki, tədqiq olunan ərazi-
də 0-20 m və 20-40 m mütləq hündürlüklər arasın-
da  yerləşən  sahələr  üstünlük  təşkil  edir.  Gətirmə 
konuslarının zirvəsində meyillik ətək hissəsinə nis-
bətən çoxdur. Bunlarla yanaşı, üfüqi və şaquli par-
çalanmanın kəmiyyət göstəriciləri landşaftların di-
ferensiasiya  xüsusiyyətlərini  müəyyən  edən  əsas 
amillərdəndir. 
  Konuslararası çökəkliklər relyefinə görə yastı 
və genişdibli olub, nisbətən sadə quruluşa malikdir. 
Lakin  belə  ərazilərdə  landşaftların  diferensiasiya-
sına qrunt sularının dayazda yerləşməsi və mineral-
laşma dərəcəsi daha çox təsir göstərir. Ona görə də 
belə  çökəkliklərdə  intrazonal  landşaftlar  olan  ba-
taqlıqların və şoranlıqların sahəsi artır.  
 
ƏDƏBİYYAT 
 
1.  Алимов  А.К.,  Магамедов  А.М,.  Майылов 
Ф.Ю.  Гидрогеологические  основы  регулирования 
водно-солевого режима орошаемых земель  аридной 
зоны.Баку:  «Элм », 1996.  381 стр.  
 2. Azərbaycan Respublikasının coğrafiyası. AMEA  
akademik  H.Ə.Əliyev adına Coğrafiya İnstitutu.  I cild. 
Fiziki coğrafiya. Bakı, 2014. 529 səh. 
3.Azərbaycan  Respublikasının  konstruktiv  coğrafi-
yası. I  cild, Bakı: Elm, 1996. 265 səh. 
4.İsmayılov M.C. Azərbaycanda geosistemlərin op-
timallaşdırılmasının müasir vəziyyəti və əsas istiqamət-
ləri (Kür-Araz ovalığı timsalında). Azərbaycan landşaft-
larının optimallaşdırılması, səmərəli təşkili və davamlı 
inkişafın müasir problemləri. Azərbaycan Coğrafiya Cə-
miyyətinin əsərləri. XVI cild. Bakı-2011. 219-225 səh. 
5.  İsmayılov  M.C.,  Kür  çökəkliyi  landşaftlarının 
ekologiyasına  təsir edən  əsas amillər. İnsan və  Təbiət. 
Elmi və praktiki konfransın materialları.Bakı-2002.  23-
27 səh. 
6. Kərimov O.A. Şirvan düzünün landşaftı və onun 
formalaşmasına relyefin təsiri. Сoğrafiya elmləri nami-
zədi alimlik dərəcəsi almaq üçün dissertasiya işi.  Bakı -
1975. 158 səh. 
7. Гарибов Я.А. Антропогенное изменение естес-
твенных ландшафтов Ширванской  равнины и пути 
их  дальнейшей    рациональной  реконструкции. 
Автореферат канд. дисс. Баку, 1982 .25 стр.  
8.  Qəribov  Y.Ə.  Azərbaycan  Respublikasının  təbii 
landşaftlarının optimallaşdırılması. Bakı. AzTU mətbə-
əsi, 2012.  216 səh. 
9.  Климат  Азербайджана.  Под.  ред.  Мадатзаде 
А.А.  и  Шихлинского Э.М.  Баку: изд-во А Н  Азерб. 
ССР, 1968,  345 стр.  
10.  Мусеибов  М.А.  Геоморфология  и  новейшая  
тектоника 
Среднекуринской 
впадины. 
Баку,  
Азернешр, 1975. 200 стр. 
11. Müseyibov. M.A.,  Quliyev. R.Y.   Azərbaycan 
SSRİ–nin  geomorfologiyası,  ADU  nəşri,  Bakı  -1974, 
239 səh. 
12.  Рельеф  Азербайджана.  Баку  :«Элм  »,1993. 
292 стр. 
13. Ширинов  Н.Ш., Новейшая тектоника и раз-
витие рельефа Кура-Араксинской депрессии. Баку : 
«Элм», 1975. 191 стр. 
 
  
ОСОБЕННОСТИ ДИФФЕРЕНЦИАЦИИ 
ЛАНДШАФТОВ КОНУСОВ ВЫНОСА И 
МЕЖКОНУСНЫХ ПОНИЖЕНИЙ 
ШИРВАНСКОЙ РАВНИНЫ 
А.Г.Худейнатова 
В  статье  описываются  особенности  дифферен-
циации  ландшафтов  Ширванской  низменности  в 
области  конусов  выноса  и  межконусных  низмен-
ностей. С помощью программы ArcGis были состав-
лены карты, описывающие угла, глубину и густоту 
территории.  Были  исследованы  особенности 
рельефа  различных  конусов  выноса  и  их 
дифференциация  в  зависимости  от  уровня  грун-
товых вод.    
 
 


Coğrafiya və təbii resurslar, №1, 2017 (5) 
48                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 
 
FEATURES OF DIFFERENTIATION OF 
LANDSCAPES OF THE SHIRVAN LOWLAND 
IN THE AREA OF CONES AND LOWLANDS 
BETWEEN CONES 
A.G.Khudeynatova 
The  article  describes  the  features  of  differentiation 
of  landscapes  of  the  Shirvan  lowland  in  the  area  of  of 
cones and lowlands between cones. With the help of the 
program  ArcGIS  there  have  been  compiled  the  maps, 
describing the slope, the depth of irregularity and den-
sity  of  the  territory.  There  were  investigated  the  pecu-
liarities of the relief of the various cones and their dif-
ferentiation depending on the groundwater level. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 5,19 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə