Coğrafiya və təbii resurslar, №1, 2017 (5)



Yüklə 5,19 Kb.
Pdf görüntüsü
səhifə29/68
tarix08.04.2018
ölçüsü5,19 Kb.
#36734
1   ...   25   26   27   28   29   30   31   32   ...   68

Coğrafiya və təbii resurslar, №1, 2017 (5) 
 
                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 53 
 
Nəticə: 
1. 
Kiş  çayında  baş  vermiş  03.07.2016-cı  il 
tarixli  sel  hadisəsi  struktur  tipli  sellərə  aid  olub 
əsasən  yüksəkdağlıq  ərazinin  reqressiv  landşaft 
zonaları  ilə  əlaqədar  olaraq  formalaşmışdır.  Son 
illər  ərzində  Damarçın  qolunun  sahillərindəki 
uzunsov çökəkliklərdə toplanmış aşınma qabığına 
aid olan lil və qırıntı məhsulları üzərində olan qalın 
qar  təbəqəsinin  intensiv  surətdə  əriməsi  və  eyni 
zamanda, yağan güclü leysan vasitəsilə qatı palçıq 
halında  olan  sel  materialları  çay  dərəsinə  daşın-
mışdır. Uçqun və sürüşmələrlə xarakterizə olunan 
lil  topalarının  hərəkəti  onların  su  ilə  qatışaraq 
dağılmasına qədərki müddətdə davam etmişdir. 
2. 
Şin  çayında  baş  vermiş  03.07.2016-cı  il 
tarixli  sel  hadisəsi  turbulent  tipli  sellərə  aid  olub 
əsasən yüksəkdağlıq hissədə Qaraqaya, Seyidyurd-
çay qollarının sahillərindəki reqressiyaya uğramış 
landşaft  zonalarındakı  çuxur  və  çalalarda,  habelə 
uzunsov çökəkliklərdə son illərdə toplanmış aşın-
ma qabığı məhsulları hesabına baş vermişdir. Üzə-
rində  olan  qalın  qar  təbəqəsinin  intensiv  surətdə 
əriməsi və eyni zamanda, yağan güclü leysan va-
sitəsilə  qırıntı  materiallarının  çay  dərəsinə  sürüş-
dürülməsi, habelə çay dərələrinin sıldırım yamac-
larının qayaları ilə birgə uçqunlar yaratması nəti-
cəsində çayın gətirmə konusuna çox böyük həcmdə 
sel materialı gətirilmişdir. 
3. 
Kiş  və  Şin  çaylarında  baş  vermiş 
03.07.2016-cı il  tarixli sel hadisələrində  reqressiv 
landşaft  növlərinə  malik  sel  ocaqlarının  fəallaş-
masında  bir  çox  fiziki,  coğrafi,  geomorfoloji, 
ekoloji,  kimyəvi,  geoloji  amillər  iştirak  etmiş 
olsalar da, bu sellərin yaranmasının baş səbəbi qəfil 
isti  havaların  təsirindən  yüksəkdağlıq  ərazidə 
(2400–3000  m)  qar  altında  yerləşən  qırıntı  mate-
riallarının donunun intensiv surətdə açılması, yəni 
soliflüksiya prosesi və yağan güclü leysan nəticə-
sində  sürüşmə  və  uçqunların  əmələgəlməsi  hesab 
edilir. 
                                    
ƏDƏBİYYAT 
1. 
Azərbaycan  Respublikasının  regional  coğrafi 
problemləri. Şəki-Zaqatala iqtisadi rayonu. Bakı. 2003.  
2. 
Əyyubov  Ə.  C.  və  b.  Kiş  və  Şin  çayları 
hövzələrinin selləri. Bakı. "Elm",1998. s-215. 
3. 
Kiş  çayı  hövzəsində  sel  hadisələri  və  onlara 
qarşı mübarizə tədbirləri. Bakı."Nurlan", 2010. s-159. 
4. 
Mustafabəyli  H.L.  Tətbiqi  geokimyanın  bəzi 
problemləri. Bakı. "Nafta-Press", 2007, s- 179. 
5. 
Rəhimov Y.R., Mustafabəyli H.L. Böyük Qaf-
qazın cənub yamacı çaylarının sel fəaliyyəti və ona təsir 
edən  təbii  amillər.  Az.  Aqrar  elmi  jurnalı,  2014,  4,  s- 
101–104. 
6. 
Ландшафтная карта Азербайджанской ССР. 
под. ред. М. А. Мусейибова. Москва. 1975 г.  
7. 
Перельман А.И. Геохимия.  Москва., "Выс-
шая школа"1989 , 457 с. 
8. 
Э.Ш. Шихалибейли. Геологическое  строе-
ние  и  развитие  Азербайджанской  части  южного 
склона Б.Кавказа. Баку. 1956 г., 223с.  
 
ПРИЧИНА ОБРАЗОВАНИЯ ОПАСНЫХ 
СЕЛЕВЫХ ЯВЛЕНИЙ В БАССЕЙНАХ РЕК 
КИШ И ШИН (в 03.07.2016) 
Н.Л.Мустафабейли,  Ю.Р.Рагимов 
В статье обращается внимание на участие неко-
торых физических, географических, экологических, 
геоморфологических,  химических,  геологических 
факторов при  активации селевых очагов,  обладаю-
щиx  регрессивными  ландшафтными  видами,  и  вы-
яснены  характерические  особенности  этих  селей, 
произошедших в реках Киш и Шин 3 июля сего года. 
Наряду с отмеченными факторами главной  причи-
ной    образования  селей  является  интенсивное  тая-
ние находяшихся под снегом дробленных материа-
лов,  расположенных  на  высокогорной  (2400  -3000 
метрах) территории, то есть процесс солифлюкации 
и образование оползней и обвалов в результате силь-
ных ливней.  
 
THE CAUSE OF CREATION OF FLOODING 
EVENTS İN THE BASINS  OF SHIN AND KISH 
RIVERS (in 03.07.2016) 
H.L.Mustafabeyli, Y.R.Rahimov 
In the article, flood events that took place in Kish and 
Shin rivers on 03.07.2016 it has been paid attention the 
participation  of  some  physical,  geographical,  geomor-
phological,  ecological,  chemical,  geological  factors  in 
forming of flood stream in regressive types of landscape 
and characteristic features of these floods were defined. 
Not only has the role of these factors, but also the main 
caused of flooding show itself a sudden change in tem-
perature. In high  mountainous terrain (2400–3000 me-
ters) a type of material known as crumb under the snow 
melts intensively the process of the solifluction and as a 
result of heavy rains cause landslide and avalanches. 
 
 
 
 
 
 
 
 


Coğrafiya və təbii resurslar, №1, 2017 (5) 
54                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 
 
© A.H.Ənsərova
 
SU ANBARLARI EKOSİSTEMLƏRİNİN FİTOBAKTERİOPLANKTONUN VEGETASİYA 
XÜSUSİYYƏTLƏRİ 
A.H.Ənsərova 
Azərbaycan Dövlət Tibb Universiteti 
AZ 1107, Bakı, A.Bakıxanov küç. 23 
Məqalədə müxtəlif coğrafi-iqlim zonalarında yaradılan və ekosistem xüsusiyyətləri ilə fərqlənən 
su anbarlarında fitobakterioplanktonun birliyinə aid hidrobiontların vegetasiya xüsusiyyətləri şərh 
olunur. Məlum olmuşdur ki, su anbarlarında ilk dövrlərdə fitobakterioplanktonun vegetasiyası sü-
rətlənir. Lakin hövzənin qaz-duz rejimlərinin fiziki-kimyəvi vəziyyətinin sabitləşməsinə antropogen 
amillər mənfi təsir göstərir. Bu səbəbdən də antropogen evtroflaşma yaranır, hipoksiya və anaero-
bioz kimi hadisələr baş verir. 
Təbii sututarlardan fərqli olaraq, süni hesab edi-
lən su anbarlarında fauna-floranın inkişafında mü-
əyyən mərhələlər-dövrlər tələb olunur. Belə ki, çay 
ekosistemlərindən  fərqli  olaraq,  yeni  yaranan  su 
anbarlarında gələcəkdə inkişaf edən hidrobiontla-
rın  əsas  “mayası”  çayların  özündə  mövcud  olan 
canlılar sayılır. Bununla belə, yeni yaranan mühit 
şəraiti  aborigen-avtoxton  fauna-floranın  hamısı 
üçün eyni dərəcədə əlverişli olmur. Təbii sututar-
larda isə mühit və xarici amillərin uzun illər ərzin-
də  tarazlaşması,  ekosistemdə  maddələr  dövranı, 
trofik  əlaqələr  kimi  proseslərin  gedişini  müəyyən 
edə  bilir.  Lakin  su  anbarları  yarananda  su  altında 
qalan bütün üzvi, qeyri-üzvi maddələr, torpaq örtü-
yünün özü aşınır, suların fiziki-kimyəvi xassələri, 
qaz, duz rejimləri kəskin dərəcədə dəyişir. Beləlik-
lə,  yeni  yaranan  mühitdə  canlı  aləmin  tələbatını 
ödəyən  amil-faktorların  yaranmasına  ilk  növbədə 
kütləvi  reaksiya  verən  –  bakterio-fitoplanktondur 
[9; 18; 23; 28]. Bir qayda olaraq bütün su anbarla-
rında suyun şəffaflığı çaylardakından dəfələrlə ar-
tıq olur, çaylarda su bulanıq olduğuna görə spor-
anabioz  vəziyyətdə  olan  fitoplankton  əhatəsində 
olan biogen elementləri mənimsəyə bilmir, su an-
barlarında  isə  şəffaflıq  artır,  necə  deyərlər,  fito-
planktonun “əl-qolu açılır”, kütləvi vegetasiya ya-
ranır  və  fotosintez  proseslərində  ilkin  üzvi  mad-
dələr, biokütlələr artır. Öz vegetasiyasını başa vu-
ran milyonlarla fitoplankton bakterioplankton üçün 
asan mənimsənilən enerji mənbəyinə çevrilir. Bun-
dan başqa, fitoplankton su anbarlarının torfikasını, 
tipini,  saprobluq  dərəcəsini,  sanitar-hidrobioloji, 
nəhayət,  ümumi  ekoloji  vəziyyətini  müəyyən  edə 
bilən inandırıcı vasitədir.  
Su  anbarlarında  fitoplanktonun  növ  tərkibi  və 
onun fotosintez prosesində əmələ gətirdiyi ilkin üz-
vi maddələrin miqdarı, keçən əsrin 50-80-cı illərin-
də, keçmiş SSRİ-də Dnepr, Volqa, Don, Kür və b. 
çaylar üzərində, silsilə şəklində yaradılan su anbar-
larında müfəssəl öyrənilmişdir [3; 4; 7; 8; 22; 27]. 
Maraqlıdır ki, Volqa çayı və onun əsas qolları məc-
rasında yaradılan su anbarlarının bir növ “patriar-
xı” sayılan Rıbinski su anbarı bir çox tədqiqatçılar 
nəsli tərəfindən 75 ildir vaxtaşırı tədqiq edilir [5; 6; 
14; 29]. Yuxarı və Orta Volqa və Kürdə, eyni vaxt 
kəsiyində yaradılan Qorki, Kuybışev və Mingəçe-
vir su anbarlarında həmin tədqiqatlar (1956-1957) 
Y.P.Rozanova [30]  və M.Ə.Salmanov [20; 21] tə-
rəfindən həyata keçirilmişdir. Maraqlıdır ki, hər üç 
su anbarında fitoplanktonun floristik tərkibi oxşar 
olmuşdursa, Volqanın axım boyu – cənuba doğru 
ərazilərdə  fitoplanktonun  sayı,  biokütləsi  və  ilkin 
məhsulu  1.5-2  dəfə  çox  olmuşdur  [38].  Səciyyə-
vidir ki, eyni vəziyyət Dnepr çayı üzərində yaradı-
lan astanalı su anbarlarında  A.D.Primaçenko  [14; 
15]  və  D.Z.Qak  [3]  tərəfindən  qeyd edilmişdir.  
Azərbaycanda su anbarlarının alqoloji və mik-
robioloji cəhətdən öyrənilməsi keçən əsrin 50-ci il-
lərində  S.Q.Rzayeva    və  M.Ə.Salmanov  [21;  25; 
26] tərəfindən Mingəçevirdən başlanmış və indiyə 
kimi vaxtaşırı təkrar olunur, alınan nəticələr müqa-
yisəli şəkildə qiymətləndirilir. Azərbaycanda da su 
anbarlarının “ağsaqqalı” sayılan Mingəçevir su an-
barında  həmin  məsələlər  1957,  1983,  1996  və 
2013-cü  illərdə,  Varvara  su  anbarında  –  1977, 
1994-cü illərdə, Şəmkir su anbarında – 2003, 2013-
cü illərdə, Ağstafaçay su anbarında 2013-cü ildə, 
Arpaçay su anbarında 2015-ci ildə, Aşıqbayramlı 
və Yekəxana su anbarlarında isə 2014-cü ildə öyrə-
nilmişdir.  
Qeyd etmək lazımdır ki, fitoplanktonun inkişa-
fında temperatur, işıq amilləri, hidrokimyəvi inqra-
diyentlər,  bərk  gətirmələr  və  b.  faktorlar  mühüm 
rol  oynayır.  Həmçinin  müasir  ekoloji  vəziyyətlə 
əlaqədar olaraq eyni çay məcrasında axın boyu yer-
ləşən silsiləli su anbarlarında növbə ilə birinci sayı-
lan su anbarı  daha güclü alloxton maddələr axınına 
məruz qalır. Özü də belə vəziyyət çay hövzəsində 
mövcud  olan  yaşayış  massivindən,  sənaye  infra-
strukturundan asılı olaraq fərqlənir. Məsələn, Orta 
Kürün Azərbaycana aid hissəsində yaradılan 4 su 


Yüklə 5,19 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə