Coğrafiya
və təbii resurslar, №1, 2017 (5)
AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya
Cəmiyyəti
59
TORPAQ COĞRAFİYASI
© İ.Ə.Quliyev, Q.Ş.Yaqubov
CEYRANÇÖL MASSİVİNİN CƏNUB-QƏRB KÜRYANI DÜZƏNLİYİ TORPAQLARININ
TƏSƏRRÜFAT ƏHƏMİYYƏTİ
İ.Ə.Quliyev, Q.Ş.Yaqubov
AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu
AZ 1143, Bakı ş., H.Cavid pr. 115
ismayil-quliyev@rambler.ru
Məqalədə Ceyrançöl massivinin cənub-qərb Küryanı düzənliyi torpaqlarının çöl, laboratoriya və
çoxsaylı xəritə, fond materialları əsasında morfogenetik xassələri müqayisəli təhlil edilmiş və iri-
miqyaslı torpaq xəritəsi (1:100000) tərtib olunmuşdur. Aparılmış müqayisəli təhlillər və tərtib edil-
miş xəritələr torpaqdan istifadənin optimal metodlarının işlənməsi zamanı nəzərə alınmasının əhə-
miyyətli yanaşma olduğu göstərilmişdir. Ərazidə təsərrüfat quruculuğunun yaradılmasında və tor-
paqlardan istifadə də torpaq xəritəsinə istinad etmədən qarşıya qoyulan məqsədə çatmaqda yaranan
çətinliklər göstərilmişdir.
Giriş. Respublikamız ərazi etibarilə kiçik ölkə
hesab olunsa da, zəngin yerüstü və yeraltı sərvətlə-
rə malikdir. Bu sərvətlər içərisində cəmiyyətimizin
yüksək səviyyədə sosial-iqtisadi, maddi-mədəni
imkanlarına malik olmasında torpaq-bitki sistemi-
nin mühim əhəmiyyəti vardır.
Respublikanın regionları sırasında zəngin po-
tensial münbitliyi, yüksək məhsuldarlığı və qidalı-
lığı ilə fərqlənən torpaq-bitki sisteminə malik Cey-
rançöl massivinin özünəməxsus yeri vardır. Bu
massivdə yayılmış torpaq-bitki örtüyünün mühafi-
zəsi və məhsuldarlığının artırılması üzrə bir sıra el-
mi tədqiqat işlərinin aparılmasına ciddi ehtiyac ya-
ranmışdır ki, onlardan ən vacibi torpaq örtüyünün
morfogenetik xassələrinin öyrənilməsi, torpaq va-
hidlərinin tipoloji təsnifatının hazırlanması və on-
ların xəritələşdirilməsidir. Çoxsaylı torpaqşünas,
aqrokimyaçı və geobotanik tədqiqatçılara görə, tor-
paq-bitki sisteminin mühafizəsi və məhsuldarlığı-
nın artırılmasına ən qiymətli sənəd torpaq xəritəsi
hesab olunur [10,12,13].
Torpaq xəritəsi torpağın aqrokimyası ilə məşğul
olan kənd təsərrüfatı mütəxəssisləri üçün torpaq-
ların coğrafi yayılma məkanı, aqrokimyası, melio-
rasiyası (50-ə qədər ünsürləri),
becərmə texnologi-
yası, gübrələmə, növbəli əkin sistemi haqqında mə-
lumatları kompleks halında özündə əksetdirən
əvəzsiz sənəd hesab olunur.
Ona görə də Ceyrançöl massivinin cənub-qərb
hissəsində yayılmış torpaqların yuxarıda göstərilən
xassələrinin öyrənilməsi və həmin xassələr əsasın-
da torpaq xəritəsinin elmi-tədqiqi əsaslarla tərtibi
bu məqalənin yazılmasında əsas məqsəd kimi qar-
şıya qoyulmuşdur.
Tədqiqatın obyekti və metodikası. Öyrənilən
obyekt massivin cənub-qərb qurtaracağında, Kür
çayı subasarının şimal-şərq sahilində çox da böyük
sahə olmayan əraziyə malik olmaqla qərbdən Gür-
cüstan Respublikası ilə Azərbaycan Respublikası
arasındakı dövlət sərhədi, şimaldan massivin cə-
nub-qərb istiqamətdə maili enən terras formalı 250
m yüksəklikdən keçən horizontal xətti, şərqdən
Bakı-Poylu-Tbilisi dəmir yolunun qovşağı, cənub-
dan Kür çayı ilə sərhədlənir.
Massivin öyrənilən hissəsində yayılan torpaq-
bitki potensialı təsərrüfatda, dövlət qoruğu, əkin və
otlaq altında istifadə olunur (4920,5 ha dövlət qo-
ruğu, 9965 ha əkin, 8579,5 ha örüşaltı). Ərazidə
Sadıxlı, Böyükkəsik, Ağstafa
quşçuluq kompleksi,
Muğanlı, Keçvəlli, Soyuqbulaq, Saloğlu kimi ya-
şayış məntəqələri vardır. Tədqiqat obyekti kiçik
sahəni (23465,0 ha) əhatə etsə də, onun ərazisində
7 kənd məskunlaşmışdır. Massivin tədqiq olunan
torpaqlarının çox hissəsi suvarılma şəraitində əkin
altında və dövlət qoruğu altında istifadə olunur.
İşin aparılma metodikası. Torpaq örtüyünün
morfogenetik xassələrinin, torpaq vahidlərinin ge-
netik-tipoloji durumunun müasir vəziyyəti və təs-
nifat sxeminin naturada müasir durumu və onların
nə dərəcədə antropogen transformasiyaya uğrama-
sını özündə əksetdirən xəritə sənədlərinin və tor-
paqlardan səmərəli istifadənin təşkili baxımından
məlumatların hazırlanmàsı məqsədi ilə kameral ha-
zırlıq, çöl və yekun kameral olmaqla 3 mərhələdə
tədqiqat işləri aparılmışdır. Kameral hazırlıq mər-
hələsində tədqiq olunan obyektin torpaq-bitki örtü-
yünə aid fond və ədəbiyyat məlumatları toplanmış,
onlar tədqiq olunaraq sistemləşdirilmişdir. Çöl təd-
qiqat mərhələsində irimiqyaslı torpaq tədqiqatları-
na aid təlimatın tələbinə müvafiq olaraq ərazidəki
müəyyən istiqamətlərdə marşurutlar üzrə gedişlər
edilməklə torpaq kəsimləri qazılaraq laboratoriya
analizləri üçün torpaq-qrunt nümunələri götürül-
müşdür. Marşurutlar üzrə gedişlər zamanı naturada
Coğrafiya və təbii resurslar, №1, 2017 (5)
60 AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti
torpaq örtüyünün xəritələşdirilməsi və torpaq tak-
sonlarının diferenləşməsi əsasında növbələşməsi
irimiqyaslı topoxəritə üzərinə köçürülməklə çöl
şəraitinin ilkin torpaq xəritəsi hazırlanmışdır. Xəri-
tələşdiriləndə zonal qanunauygunluqlar, relyef, bit-
kilik, hidroloji şərait, iqlim, qrunt sularının dərinlik
səviyyəsi və torpaqəmələgətirən süxurların geo-
kimyəvi xassələrinə xüsusi fikir verilmiş və həmçi-
nin gözə görünən, dərk olunan torpaqdaxili xassə-
ləri özündə əksetdirən çöl jurnalları tərtib edil-
mişdir.
Kameral yekun mərhələsində çöl şəraitində gö-
türülmüş torpaq nümunələrində aşağıdakı metod-
larla və tərkibdə laborator fiziki-kimyəvi analizlər
aparılmışdır. 1. Hiqroskopik nəmlik-çəki metodu
ilə; 2. Qranulometrik tərkib-Kaçınskinin pipet üsu-
lu ilə; 3. Humus-Tyurinə görə; 4. Karbonatlılıq-
kalsimetr vasitəsi ilə; 5. Udulmuş Ca, Mg- İvanov
üsulu ilə; 6. Udulmuş Na -Qolinə görə; 7. Tam su
çəkimi-Arınuşkinaya görə.
Təhlil. Ceyrançöl massivinin tərəfimizdən öy-
rənilən hissəsində torpaq örtüyünün geoxronoloji
dövr ərzində inkişaf edib formalaşaraq hazırkı ge-
netik səviyyəyə çatmasında ümumi torpaqəmələ-
gətirən təbii amillərin (relyef, iqlim şəraiti, bioloji,
ölkənin tarixi, torpaqəmələgətirən süxurlar) qarşı-
lıqlı təsiri rol oynamışdır.
Ərazinin torpaq örtüyü misalında torpaqəmələ-
gətirən amillərdən hansının daha çox rol oynadığı
haqqında fikir söyləmək mümkün deyil. Lakin bu-
nunla belə, torpağın dənəvər qatının, yuxarıda gös-
tərilən torpaqəmələgətirən
amillərin birgə təsiri al-
tında yarandığını məşhur torpaqşünaslar bildirmiş-
lər [1,2,3,4,5,6,7,8,13,14,15].
Ceyrançölün tərəfimizdən öyrənilən bu hissə-
sində torpaq-bitki örtüyünün müasir vəziyyəti təbii
amillərlə yanaşı, antropogen amillərin təsiri ilə də
bağlı olduğu araşdırılmışdır
Ərazinin səth quruluşunun formalaşmasının kö-
kündə cənub-şərq istiqamətində alçalan mezorel-
yef formaları, o cümlədən dalğavarı maili düzənlik
və Küryanı subasarların relyefi dayanır. Ceyrançö-
lün cənub-qərbi Küryanı düzənlik hissəsi neogen
yaşlı, əsasən qonur, qismən incə sortlaşdırılmış
müxtəlif litoloji yatımlı prolüvial-allüvial çöküntü-
lərdən təşkil olunmuşdur. Torpaqəmələgətirən sü-
xurlar həmin litoloji tərkibli prolüvial-allüvial tər-
kibli çöküntü süxurlarından ibarətdir. İqlim şəraiti
qışı quru keçən mülayim-isti yarımsəhra quru-boz-
qır tipinə aiddir. Havanın çoxillik orta temperaturu
12,5°C, yağıntıların miqdarı isə illər üzrə geniş di-
apazonda olmamaq şərti ilə 393-410 mm arasında
dəyişir. Yağıntıların çox hissəsi ilkin yaz və yayın
ilk aylarına təsadüf edir. Torpaq səthindən buxar-
lanan rütubətin miqdarı yer səthində bitki örtüyü-
nün örtük sıxlığından və radiasiya balansının miq-
darından asılı olaraq 800-1125 mm təşkil edir. Qu-
ruluğun radiasiya əmsalı 1,5-2,4 arasında tərəddüd
edir [11].
Ərazinin bitki örtüyü quru-bozqır torpaqlarda,
yarımsəhra quru-bozqır iqlim şəraitində inkişaf
tsiklinə malik yovşanlı-efemerli, yovşanlı-kövrək
şorangəli-efemerli, Küryanı subasarlarda göyrüc,
adi qovaq, söyüd qarışıqlı ağyarpaq qovaq, müx-
təlif kol və çəmən senozuna malik bitki növlərin-
dən təşkil olunmuşdur. Tuqay tipli meşə fitosenoz-
larının tərkibində dominant bitki növləri kimi qa-
nadmeyvə yalanqoz-(
Pterocaya pterocarpa), qara-
ağac-(
Ulmus folicla), cənub söyüdü-(
Salıx austra-
lioz), ot bitkiləri otlaq sahələrində yayılmaqla do-
minant bitkilər kimi iyli yovşan- (
Artemisia fraq-
rans), kövrək şoran- (
Salsola riqida), qandayandı-
rıcı ağot- (
Andropoqon isahaemum L. Sp.pl), so-
ğanaqlı dişə-(
Poa-bulbosa L), kilkəşli tonqal otu-
(
Bromus- squarrosus L) və s. növlərdən ibarət yov-
şanlı-şoranqəli,
yovşanlı-efemerli-müxtəlifotlu
formasiyaların tərkibində inkişaf tapmışlar [9].
Becərilən əkinaltı torpaqlarda isə suvarma şəra-
itində taxıl, tərəvəz və yem bitkilərindən ibarət tö-
rəmə aqrofitosenoz formasiyası yayılmışdır.
Torpaq örtüyü. Massivin öyrənilən ərazisində
yayılmış torpaqlar Ceyrançöl massivinin torpaqə-
mələgəlmə şəraitinə uyğun yayılmaqla yarımsəhra
quru-bozqır xarakterli olub bu zonaya xas morfo-
loji-genetik xüsusiyyət kəsb etmişdir. Bir tərəfdən,
yarımquru rütubətlənmə, digər tərəfdən, Kür çayı
subasarının nəmləşdirici təsiri aşağıdakı torpaq
yarımtiplərini formalaşdırmışdır:
-
adi boz-qəhvəyi;
-
qədimdən suvarılan
çəmən-boz-qəhvəyi;
-
subasar çəmən (tuqay)-meşə.
Bu torpaqlar qranulometrik tərkib, şorakətləş-
mə və mədəniləşmə əlamətlərinə görə növ və növ-
müxtəlifliklərinə ayrılmışdır. Bununla belə, onu da
qeyd etmək olar ki, həmin torpaqlardan təsərrüfat-
larda istifadədə optimal variantların seçilməsi na-
minə morfoloji-genetik araşdırma tip və yarımtip-
lər üzrə aparılmışdır.
Adi boz-qəhvəyi torpaqlar relyef baxımdan
dağətəyi düzənliklərdə və alçaqdağlığın cənub ba-
xarlı maili yamaclarında yayılmaqla, qışotlaqlar al-
tında istifadə olunur və ümumi ərazinin 8600 hek-
tarını və ya 36,66%-ni təşkil edir. Morfoloji-gene-
tik xüsusiyyətləri quru-bozqır zonanın tipik torpağı
olan boz-qəhvəyi torpaqlarınkına oxşardır. Genetik
qatların rəngi qonur çalarlı qəhvəyidir. Qatlar üzrə
rəng çalarlarında qonur çalarlı qəhvəyi rənglər üs-
tünlük təşkil edir. Qranulometrik tərkibinə görə
əsasən orta, qismən ağır gillicələr üstünlük təşkil